Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə50/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   46   47   48   49   50   51   52   53   ...   197

www.vivo-book.com 

 

247 



əmrini görməyəndə, hər Ģeyi ərimə danıĢmaq istəyirəm. Hər 

saat mənə əzab dolu bir gün kimi görünür. 

Nəhayət, göylər bu bədbəxt anaya rəhm elədi. Stanislav 

tədricən  yaxĢılaĢmağa  baĢladı.  Amma  onun  rahatlığı  artıq 

pozulmuĢdu, qadın öz günahının nə qədər qorxunc olduğunu 

anlamıĢdı  və  indi  onun  əvvəlki  rahatlığından  daha  söhbət 

gedə  bilməzdi.  Vicdan  əzabı  ona  dinclik  vermirdi.  Vicdanı 

olan bir insan heç vaxt bu əzablardan yaxa qurtara bilməzdi. 

Həyat onun üçün gah cənnət, gah cəhənnəm olurdu. Jülyeni 

görməyəndə  həyat  cəhənnəmə  çevrilirdi,  özünü  onun 

ayaqlarına atandasa xanım Renal cənnətdə olurdu. 

Hətta  hər  Ģeyi  unudub,  özünü  sevgiyə  təslim  eləyəndə 

belə, oğlana deyirdi: 

–  Mən  daha  özümü  aldatmıram.  Bilirəm  ki,  məhv 

olmuĢam,  mənə  bəraət  qazandırmaq  mümkün  deyil.  Sən 

körpə  uĢaqsan,  özünü  saxlaya  bilmədin.  Mən,  mən  səni 

yoldan  çıxartmıĢam.  Tanrı  səni  bağıĢlaya  bilər,  amma  mən 

ömürlük  lənət  qazanmıĢam.  Bunu  dəqiq  bilirəm,  çünki 

qorxuram  –  cəhənnəmi  xəyalına  gətirən  adam  niyə 

qorxmasın ki? Amma mən peĢman deyiləm – tövbə eləmək 




www.vivo-book.com 

 

248 



fikrim  yoxdur.  Hər  Ģey  təzədən  baĢlasaydı,  mən  yenə  bu 

günaha  girərdim.  Tanrı  bircə  məni  uĢaqlarımla  imtahana 

çəkməsin, bircə günahımın əvəzini onlardan çıxmasın – mən 

bu boyda əzaba layiq deyiləm. Amma sən, mənim Jülyenim, 

heç  olmasa  sən,  xoĢbəxtsənmi?  Səni  necə  sevdiyimi 

görürsənmi? 

Jülyenin  inamsız,  xəstəhal  qüruruna  da  elə  bu,  belə 

fədakar məhəbbət lazım idi. Az qala hər dəqiqə duyulan bu 

böyük fədakarlığın qarĢısında hətta o da tab gətirə bilməzdi. 

Ġndi o, xanım Renala pərəstiĢ eləyirdi. 

– Qoy o zadəgan xanım olsun, qoy mən adi dülgər oğlu 

olum – fərqi yoxdu, o məni sevir. Yox, məni onun gözündə 

oynaĢlığa götürdüyü hər hansı xidmətçi deyiləm. 

Bu Ģübhədən canını qurtaran Jülyen indi sevginin bütün 

çılğınlığını,  bütün  əzablarını  yaĢamaq  bacarığı  əldə  eləyə 

bilmiĢdi. 

O,  xanım  Renalın  sevgisinə  Ģübhə  eləyəndə  qadın  ona 

deyirdi: 

– Dostum! Qoy heç olmasa, birlikdə keçirə biləcəyimiz 

bu son saatlarda səni xoĢbəxt eləyim. Tələsək, əzizim, bəlkə 




www.vivo-book.com 

 

249 



də  sabah  daha  sənin  ola  bilmədim.  Əgər  göylər  günahımın 

əvəzini  uĢaqlarımdan  çıxsalar  –  təkcə  səni  sevmək  üçün 

yaĢamağa  nə  qədər  çalıĢsam  da,  onların  mənim  günahım 

ucbatımdan məhv olduqlarını görməyə dözə bilmərəm, dəli 

olaram.  Ah,  kaĢ  mən  sənin  də  günahını  öz  üzərimə  götürə 

biləydim  –  necə  ki,  o  vaxt  sən  yazıq  Stanislavın  dəhĢətli 

xəstəliyini öz üzərinə götürmək istəyirdin. 

Bu  qəfil  ruhi  dəyiĢkənlik  Jülyenin  də  məĢuqəsinə 

münasibətini tamam dəyiĢdi. Ġndi onun sevgisi, daha Jülyen 

üçün  qadının  gözəlliyi  ona  sahib  olmağıyla  fəxr  eləmək 

vasitəsi deyildi. Ġndi onların xoĢbəxtliyi daha ali bir Ģey, hər 

ikisini  bürüyən  eĢq  odusa  daha  alovluydu.  Hər  ikisi  elə  bil 

dəli  olmuĢdu.  Kənardan  adama  elə  gələ  bilərdi  ki,  artıq 

onların  xoĢbəxtliyi  daha  tamdır,  ancaq  indi  onların 

sevgilərinin  ilk  günlərindəki  Ģirin  qayğısızlıq,  sonsuz  həzz 

və  yüngül  sevinclər  daha  yox  idi  –  həmin  günlər  xanım 

Renalın  bircə  Ģübhəsi  vardı:  Jülyenin  ona  olan  sevgisi  nə 

qədər ciddidi? 

Ġndisə  onların  xoĢbəxtliyi  kənardan  cinayət  kimi 

görünürdü. 




www.vivo-book.com 

 

250 



Ən  xoĢbəxt,  ən  qayğısız  anlarda  xanım  Renal  qəfil 

qıĢqırırdı: 

– Ġlahi! Cəhənnəm, mən cəhənnəmi görürəm! 

Sonra qızdırma içində Jülyenin əlindən yapıĢırdı: 

– Ġlahi, bu nə iĢgəncədi?! Amma mən bunlara layiqəm! 

Sonra  o,  oğlanı  qucaqlayaraq,  üzünü  onun  sinəsində 

gizləyərək, donub qalırdı. 

Jülyen var gücüylə çalıĢırdı ki, onun əzab çəkən ruhunu 

sakitləĢdirə bilsin. Qadın onun əlindən yapıĢır, barmaqlarını 

öpüĢlərə  qərq  eləyir,  bircə  dəqiqədən  sonrasa  qəfil  donub 

qalırdı: 

–  Cəhənnəm,  –  o  deyirdi  –  cəhənnəmə  göndərməklə 

tanrı  mənə  rəhm  etmiĢ olardı.  Amma  uĢaqlarımın  ölümünü 

görmək  cəhənnəmi  bu  dünyada  yaĢamaqdı.  Tanrı  mənim 

günahımı ancaq bu yolla yuya bilər. Ġlahi, imkan vermə ki, 

mən  belə  ağır  bir  əvəz  ödəməli  olum!  Mənim  yazıq 

uĢaqlarım, axı onların nə günahı var ki?! Günahkar mənəm, 

təkcə  mən!  Günahı  mən  eləmiĢəm,  ərim  olmayan  bir  kiĢini 

sevmiĢəm. 



www.vivo-book.com 

 

251 



Elə  dəqiqələr  olurdu  ki,  Jülyen  xanım  Renalın  bir  az 

sakitləĢdiyini  düĢünürdü.  O,  bəzən  özünü  ələ  almağa, 

sevdiyi adamın həyatını zəhərləməməyə çalıĢırdı. 

Bu sevgi, vicdan əzabı və həzz növbələĢməsinə baĢları 

qarıĢmıĢ  sevgililər  zamanın  su  kimi  axıb  getdiyini  hiss 

eləmirdilər.  Jülyen  düĢünmək  qabiliyyətini  tamamilə 

itirmiĢdi. 

Bir  dəfə  qulluqçu  Eliza  Veryerə  getdi  –  onun  nəsə 

məhkəmə iĢi vardı. Qız Ģəhərdə cənab Valnoyla rastlaĢdı və 

onun Jülyenə dəhĢətli dərəcədə qəzəbli olduğunu gördü. Bu 

qız  indi  mürəbbi  oğlana  nifrət  eləyir  və  tez-tez  cənab 

Valnoyla oğlanın qeybətini eləyirdi. 

–  Cənab,  həqiqəti  desəm,  siz  məni  öldürərsiniz!  ĠĢ 

ciddiləĢəndə  ağalar  həmiĢə  bir-birinin  tərəfini  saxlayırlar. 

Qulluqçusa  ağzından  bir  kəlmə  söz  çıxaranda  onu 

bağıĢlamırlar... 

Cənab  Valnonun  hövsələsizliklə  yarıda  saxlamaq 

istədiyi həmiĢəki müqəddimədən sonra Eliza onun qürurunu 

yaralayan Ģeylər danıĢdı. 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə