Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə52/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   48   49   50   51   52   53   54   55   ...   197

www.vivo-book.com 

 

257 



üçün  məni  həyata  bağlayan  yeganə  insanın  –  sevgilimin 

məndən  soyuduğunu  görməkdən  baĢqa  bədbəxtlik  yoxdur. 

Ġlahi,  onu  qurban  vermək,  ondan  ayrılmaq  və  daha 

uĢaqlarıma  görə  qorxmamaq  mənim  üçün  necə  böyük 

bədbəxtlik olardı! 

 

Əziz dostum, Ģübhəniz olmasın: əgər ərimə gələn kağız 



doğrudan  da  imzasız  məktub  idisə,  onu  göndərən  məhz 

həmin  murdar  adamdı:  o  özünün  gur  səsi,  at  sürmək 

bacarığı,  tayı-bərabəri  olmayan  keyfiyyətlərini  sadalamaqla 

düz altı il zəhləmi tökmüĢdü. 

Amma  bu  doğrudanmı  imzasız  məktub  idi?  Qəddar! 

Dünən  gecə  mən  səninlə  bu  barədə  danıĢmaq  istəyirdim. 

Amma  yox, sən  düz elədin. Axı  mən  səni  bəlkə  də  axırıncı 

dəfə qucaqladığım halda indi elədiyim kimi soyuqqanlılıqla 

danıĢa  bilərdimmi?  Bundan  sonra  xoĢbəxtliyimiz  bizə  belə 

asan  baĢa  gəlməyəcək.  Görəsən,  bu  sizi  məyus  edəcəkmi? 

Yəqin ki, ancaq dostunuz Fukenin sizə hansısa maraqlı kitab 

göndərmədiyi  günlərdə  darıxacaqsız  mənim  üçün.  Amma 

fərqi  yoxdur,  biz  artıq  bu  qurbanı  verməli  olmuĢuq.  O 



www.vivo-book.com 

 

258 



kağızın imzasız məktub olub-olmadığından asılı olmayaraq, 

sabah  ərimə  deyəcəm  ki,  mənə  bir  imzasız  kağız  gəlib.  Və 

deyəcəm  ki,  nəyin  bahasına  olursa  olsun,  sənin  haqqını 

səxavətlə  ödəyib,  bir  bəhanəylə  doğmalarının  yanına 

göndərsin. 

Gözəl  dost,  biz  bir-iki  həftəliyinə,  bəlkə  də  bir  aylıq 

ayrılmalı  olacağıq.  Ah,  bilirəm,  əminəm  ki,  sən  də  mənim 

qədər  əzab  çəkəcəksən.  Amma  bu,  həmin  imzasız  kağızın 

nəticələrinin  qarĢısını  bəri  baĢdan  almaq  üçün  yeganə 

vasitədir.  Bu  məktub  ona  mənim  barəmdə  yazılan  birinci 

imzasız kağız deyil. Ah, əvvəllər belə məktublar məni necə 

əyləndirirdi! 

Ġndi  mənim  bircə  məqsədim  var  –  ərimi  bu  məktubu 

cənab  Valnonun  göndərdiyinə  inandırmaq.  Əslində  bunun 

belə  olduğuna  özümün  də  Ģübhəm  yoxdur.  Əgər  sən  bizim 

evdən gedəsi olsan, çalıĢ ki, özünə Veryerdə bir yer tapasan, 

mən də çalıĢaram ki, ərim özü Ģəhərə getsin – qoy o axmaq 

görsün  ki,  biz  ərimlə  küsülü  deyilik.  Sənsə  çalıĢ  Veryerdə 

hamıyla, hətta liberallarla da dostlaĢasan. Bilirəm ki, bizim 

bütün adlı-sanlı xanımlar sənə pərəstiĢ eləyirlər. 




www.vivo-book.com 

 

259 



Amma  cənab  Valnoyla dalaĢmağı, o  vaxt dediyin kimi 

onun qulaqlarını kəsməyi ağlına da gətirmə – əksinə, çalıĢ, 

onunla  bacardığın  qədər  xoĢ  münasibətdə  ol.  Ġndi  bizim 

üçün  ən  yaxĢı  yol,  sənin  cənab  Valnonun,  ya  da  Veryerdə 

baĢqa bir zadəganın uĢaqlarına mürəbbilik eləməyin barədə 

söz-söhbət yaymaqdır. 

Bax buna, mənim ərim heç vaxt razı olmaz. Amma o bu 

məsələylə barıĢsa – daha neyləmək olar? Ġstənilən halda sən 

Veryerdə  yaĢayacaqsan,  biz  səninlə  tez-tez  görüĢəcəyik  – 

uĢaqlar  sənə  elə  bağlanıblar  ki,  mütləq  səni  görmək 

istəyəcəklər. Ġlahi, indi hiss eləyirəm ki, uĢaqlarımı da onlar 

səni  çox  istədiklərinə  görə  sevirəm!  Günaha  bax,  ilahi! 

Görəsən  bunların  axırı  nə  olacaq?!..  Mən  baĢımı  tamam 

itirmiĢəm.  Nəsə,  özünü  necə  aparmalı  olduğunu  bilirsən: 

təvazökar,  nəzakətli  ol,  bu  kobud  adamlara  etiraz  eləmə. 

QarĢında  diz  çöküb  yalvarıram:  ehtiyatlı  ol,  axı  bizim 

taleyimiz  onların  əlindədir.  Əmin  ola  bilərsən  ki,  ərim 

səninlə  ictimai  rəyin  ondan  tələb  elədiyi  kimi  davranacaq. 

Sənsə  səbrini  bas,  bir  qayçı  tapıb,  hazırlaĢ  –  mənə  imzasız 

məktubu  sən  hazırlamalısan.  Məktubun  axırında  yazacağım 




www.vivo-book.com 

 

260 



sözləri kitablardan kəs, sənə göndərəcəyim mavi kağıza – bu 

kağızları mənə cənab Valno bağıĢlayıb – səliqəylə yapıĢdır. 

Ehtiyatlı  ol,  ərim  sənin  otağını  axtara  bilər,  buna  görə  də 

içindən sözlər kəsib götürdüyün kitabları sonra yandırarsan. 

Əgər  sənə  yazacağım  sözləri  kitablardan  tapmasan,  çalıĢ 

hərf-hərf  kəsəsən  –  sonradan  o  hərfləri  birləĢdirib  söz 

düzəltməyə  ərinmə.  Səni  çox  əziyyətə  salmamaq  üçün 

məktubu qısa eləmiĢəm. 

Ġlahi,  əgər  sən  məni  sevmirsənsə,  indi  mənim 

məktubum sənə necə də yorucu görünür! 

Ġmzasız məktub: 

“Xanım,  sizin  macəralarınızın  hamısı  mənə  məlumdu. 

Bunlara  son  qoymaq  istəyən  kəslərəsə  artıq  xəbərdarlıq 

edilib.  Ġçimdə  sizə  qarĢı  hələ  də  tükənməmiĢ  xoĢ  hisslərə 

görə təklif eləyirəm ki, o oğlanla olan münasibətlərinizə son 

verəsiniz.  Əgər  siz  bu  xəbərdarlığa  diqqət  verəcək  qədər 

ağıllısınızsa,  məsləhətimə  əməl  edəcəksiniz  və  əriniz aldığı 

məktubun  yalan  olduğunu  düĢünəcək.  Bilin  ki,  sirriniz 

mənim əlimdədi, ay bədbəxt qadın, ayılın! Mənim əmrlərim 

qarĢısında  boyun  əyəcəyiniz  zaman  artıq  yetiĢib!”  –  bu 




www.vivo-book.com 

 

261 



sözləri  kağıza  yapıĢdıran  kimi  (cənab  direktorun  danıĢıq 

tərzini tanıdın yəqin?) bağçaya çıx, səni gözləyirəm. 

Mən kəndə gedib, oradan çox məyus halda qayıdacam – 

əslində mən artıq özümü ölü kimi hiss eləyirəm. Ġlahi! Gör 

bir  mən  nələr  eləyirəm,  hamısı  da  ona  görə  ki,  hardansa 

sənin  beyninə  düĢüb  ki,  ərimə  imzasız  kağız  gəlib.  Nəsə, 

mən  rəngim  ağarmıĢ  halda  guya  hansısa  naməlum  adamın 

mənə uzatdığı bu məktubu ərimə verəcəm. Sənsə uĢaqları da 

götürüb, meĢəyə gəzməyə get və nahara qədər evə qayıtma. 

Ən  hündür  qayalıqdan  baxanda  bizim  göyərçin  damını 

görmək  olur.  Əgər  hər  Ģey  yaxĢı  alınsa,  mən  ora  ağ  rəngli 

dəsmal bağlayacam, alınmasa, orada heç nə görməyəcəksən. 

Bəs sən, ay naĢükür, yəni içindən gəlmirmi ki, uĢaqları 

da götürüb, gəzintiyə gedənə qədər məni sevdiyini deyəsən? 

Eh, nə olacağından  asılı olmayaraq bir  Ģeyə  dəqiq  əmin ola 

bilərsən: əgər biz həmiĢəlik ayrılmalı olsaq, mən bir gün də 

yaĢamaram!  Ġlahi,  mən  nə  pis  anayam!  Amma  mən  bunu 

hiss eləmirəm, mən səndən baĢqa heç kəsi düĢünə bilmirəm, 

bu sözləri də ona görə yazdım ki,  məni qınamayasan. Ġndi, 

səni itirəcəyimi düĢündüyüm anlarda riyakarlıq eləmək nəyə 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə