Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə53/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   49   50   51   52   53   54   55   56   ...   197

www.vivo-book.com 

 

262 



lazımdı?  Sənin  gözünə  pis  qadın  kimi  görünmək  pərəstiĢ 

elədiyim adama yalan danıĢmaqdan yaxĢıdır. Onsuz da ömür 

boyu  o  ki  var,  yalan  danıĢmıĢam.  Neynək,  qoy  belə  olsun, 

əgər  sən  məni  daha  sevmirsənsə,  bunu  sənə  bağıĢlayıram. 

Bu  məktubu  mən  bir  də  heç  vaxt  oxumayacam.  Eh,  sənin 

qolların  arasında  keçirdiyim  o  gözəl  günlərin  əvəzini 

həyatım  bahasına  ödəməli  olsam  belə,  bu  boĢ  Ģeydi.  Sən 

bilirsən  ki,  o  günlərin  əvəzini  mən  daha  ağır  qurban 

verməklə ödəməliyəm”. 

 

 



 

XXI 


 

 

AĞAYLA SÖHBƏT 



 

Alas, our frailty is the cause, not we, 

  For such as we are made of, such we be. 


www.vivo-book.com 

 

263 



  Twelfth Night

33

 

 

Jülyen  düz  bir  saat  uĢaq  həvəsiylə  kitablardan  sözləri 



kəsib  vərəqə  yapıĢdırdı.  Otağından  çıxan  kimi,  uĢaqları  və 

onların  analarını  gördü:  qadın  onun  əlindəki  məktubu  elə 

rahat və qətiyyətlə aldı ki, xanım Renalın bu arxayınlığı onu 

bir qədər qorxutdu da. 

– Bunun yapıĢqanı quruyub? – qadın soruĢdu. 

“Ġlahi, yəni bu, bir az əvvəl vicdan əzabına görə özünü didən 

qadındır?  Görəsən,  o  neynəmək  istəyir?”  O  bunu  xanım 

Renaldan soruĢmağı özünə sığıĢdırmadı, amma hiss elədi ki, 

bu qadınla hələ heç vaxt belə fəxr eləməmiĢdi. 

– Əgər bu məsələnin axırı pis qurtarsa, – qadın bayaqkı 

heyranedici  soyuqqanlılığıyla  dedi,  –  mənim  hər  Ģeyimi 

əlimdən  alacaqlar.  Bu  qutunu  dağın  baĢında  bir  yerdə 

basdırın. Bəlkə də mənə qalanlar elə bunlar olacaq. 

                                                 

33

Ah, bu qadın zəifliyi! Amma onun belə yaranmağı bizim günahımızdırmı? 



ġekspir, “On ikinci gecə” (ing.) 

 



www.vivo-book.com 

 

264 



Xanım  Renal  bunu  deyib,  qırmızı  bükülü  büllur  qabı 

ona  uzatdı,  qutunun  içi  qızıl,  brilyant  zinət  əĢyalarıyla 

doluydu. 

– Ġndisə gedin, – Jülyenə dedi. 

Sonra  uĢaqlarının  üzündən  öpdü,  balacanısa  hətta  iki 

dəfə öpdü.  

Jülyen  daĢ  kimi  hərəkətsiz  dayanmıĢdı.  Qadın  onun 

üzünə də baxmadan tələsik addımlarla uzaqlaĢdı. 

Ġmzasız məktubu açan dəqiqədən etibarən cənab Renal 

özünə  yer  tapa  bilmirdi.  1816-cı  ildə  onu  az  qala  duelə 

çıxacaq həddə çatdıran hadisədən baĢqa, o hələ heç vaxt bu 

hala düĢməmiĢdi.  Amma  hətta o il  güllənin  alnını  deĢəcəyi 

ehtimalı da onu belə sarsıtmamıĢdı. 

“Qadın xəttinə oxĢayır – o düĢündü. – Əgər belədisə, bu 

məktubu yazan qadın kimdir?” 

O, Veryerdə tanıdığı bütün adlı-sanlı qadınları gözünün 

qarĢısına gətirdisə də, heç birinə bunu yaraĢdırmadı. 

“Bəlkə  də  məktubu  hansısa  kiĢi  diktə  eləyib,  qadın  da 

yazıb? Onda bəs o kiĢi kimdir?” Ehtimallar onu dəli eləyirdi 

–  əlbəttə,  cənab  Renalın  paxıllığını  çəkənlər  çox  idi,  elə 




www.vivo-book.com 

 

265 



tanıĢlarının çoxu da ona nifrət eləyirdi. O bir anlığa: “Yox, 

gərək  gedim,  arvadla  danıĢım!”  –  deyə  fikirləĢdi  və 

oturduğu kürsüdən qalxdı. 

Amma  ayağa  qalxan  kimi,  əlini  alnına  vurub:  “Ġlahi! 

Axı  indi  mənim  inanmayacağım  axırıncı  adam  elə 

arvadımdı! Ġndi o mənim düĢmənimdi!” Hikkə və qəzəbi o 

qədər güclüydü ki, cənab Renalın gözlərinə yaĢ gəldi. 

Ġndi o öz içinin quruluğunun – əyalət müdrikliyi də elə 

bu  quruluqdan  ibarətdir  –  nəticəsini  yaĢayırdı  və  ona 

münasibətdə  bunun  ədalətsiz  olduğunu  demək  mümkün 

deyildi. Bu dəqiqə cənab Renal ən çox özünün iki  ən yaxın 

dostundan  çəkinirdi.  “Onlardan  baĢqa  mənim  bu  dünyada 

heç  olmasa,  on  nəfər  yaxın  adamım  varmı?”  –  deyə,  cidd-

cəhdlə onları bir-bir götür-qoy eləyib, həmin adamların ona 

nə qədər  rəhm  eləyə  biləcəyini hesablamağa  çalıĢdı. “Onlar 

hamısı, hamısı baĢıma gələn bu iyrənc əhvalatı eĢidəndə, elə 

sevinəcəklər ki!” – deyə o, qəfildən qəzəblə bağırdı. 

XoĢbəxtlikdən və haqlı olaraq cənab Renal hamının ona 

həsəd  apardığını  düĢünürdü.  Onun  kralın  bir  gecə  qalmaqla 

ömürlük  Ģərəfləndirdiyi  dəbdəbəli  Ģəhər  evini  təzəcə  təmir 




www.vivo-book.com 

 

266 



elətdirdiyi  azmıĢ  kimi,  hələ  o  Verjidəki  qəsri  də  pis 

bəzətməmiĢdi. 

Bütün  fasadı  təzədən  ağartmıĢ,  pəncərələrə  yaĢıl  altlıq 

vurmuĢdular.  Bu  dəbdəbəni  yadına  salan  cənab  Renal  bir 

dəqiqəliyə  sakitləĢdi.  Əslində,  onun  qəsri  indi  əvvəlki, 

zamanın  bozartdığı  simasında  qalan  bir  neçə  Ģəhərkənarı 

evin,  yəni  “qəsrlərin”  görünüĢünə  xələl  gətirərək  hələ  üç-

dörd lyelik məsafədən görünürdü. 

Ġndiki vaxtında cənab Renalın halına ancaq bircə dostu 

ağlaya bilərdi, bu da hər xırım-xırda Ģeyə görə gözünün yaĢı 

ovcunda  olan  kilsə  nümayəndəsiydi.  Buna  baxmayaraq  o 

cənab Renalın indi etibar eləyəcəyi yeganə adam idi. Cənab 

Renal özünü itirmiĢ halda qıĢqırdı: 

“Heç  kim  mənim  kimi  bədbəxt  ola  bilməz!  Mən  necə  də 

tənhayam!” 

Və bu məzlum adam öz-özünə: 

“Ġlahi,  doğrudanmı  belə  bir  Ģey  ola  bilər?”  –  deyə 

düĢünürdü.  –  Doğrudanmı,  ən  bədbəxt  günümdə  mənim 

dərdimə  yanacaq  bircə  adamım  da  yoxdu?  Ağlım  mənə 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə