Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə54/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   50   51   52   53   54   55   56   57   ...   197

www.vivo-book.com 

 

267 



cavab  vermək  istəmir,  amma  mən  bunu  hiss  eləyirəm.  Ah, 

Falkoz, ah, Dükro! – o acı-acı sızladı. 

Adlarını  çəkdiyi  adamlar  onun  1814-cü  ildə 

yekəxanalığıyla  özündən  uzaqlaĢdırdığı  uĢaqlıq  dostlarıydı. 

Onlar yeniyetmə yaĢlarından Renalla bir mərtəbədə qalmağa 

çalıĢırdılar, amma kifayət qədər tanınan adamlar olmadıqları 

üçün  o  qəfildən  qərara  gəlmiĢdi  ki,  dostlarıyla  arasında  bir 

az məsafə saxlasın. 

Ağıllı,  kövrək  adam  olan  kağız  alverçisi  Veryerli 

Falkoz  əsas  Ģəhərdə  mətbəə  alıb,  özünə  qəzet  açmıĢdı. 

Konqreqasiya  onu  müflis  eləmək  qərarına  gəlmiĢdi:  qəzeti 

qadağan  eləyib,  patenti  də  əlindən  aldılar.  Belə  acınacaqlı 

vəziyyətə  düĢəndə  o,  on  ildə  ilk  dəfə  cənab  Renala  məktub 

yazmıĢdı. Veryer meri məktuba qədim romalı ahəngində bir 

cavab verdi: 

“Əgər  kralın  naziri  məni  bu  Ģərəfə  layiq  bilib,  qərarımı 

soruĢsaydı,  ona  deyərdim  ki,  bütün  əyalət  çapçılarını 

amansızcasına  məhv  eləyin,  mətbəə  iĢini  də  tütün  kimi 

inhisara alın”. 



www.vivo-book.com 

 

268 



Yaxın dostuna yazdığı, bütün Veryeri heyran qoyan bu 

məktubu cənab Renal indi dəhĢətlə xatırlayırdı: 

“Kimin ağlına gələrdi ki, mən, bu nüfuzun, bu var-dövlətin, 

bu ordenlərin sahibi o məktuba görə peĢmançılıq çəkərəm?” 

Gah özünə, gah ətrafındakı hər Ģeyə düĢmən kəsilərək o 

bu  dəhĢətli  gecəni  qəzəb  sarsıntıları  içində  keçirdi.  Amma 

arvadını izləmək nədənsə ağlına gəlmədi. 

“Mən  Luizaya  öyrəĢmiĢəm,  –  o  öz-özünə  deyirdi.  –  O 

mənim bütün iĢlərimdən xəbərdardı. Əgər mənim ikinci dəfə 

evlənmək  imkanım  olsa,  yəqin  ki,  ondan  yaxĢı  qadın  tapa 

bilmərəm”. 

Və  o  özünü  arvadının  günahsızlığına  inandırmağa 

çalıĢırdı.  Bu  inam  onu  ortaya  sərt  mövqe  qoymağın 

vacibliyindən  azad  eləyirdi,  həm  də  ümumiyyətlə,  çox 

rahatladırdı. Əvvəl-axır, guya Ģər qurbanı olmuĢ qadınlar az 

idimi? 


Qəfildən  o  titrətmə  içində  inildəyərək,  otaqda 

vurnuxdu: 

“Axı  bu  necə  ola  bilər?  Mən  kiməm,  yoldan  ötən,  əskiyin 

biriyəmmi?  Mən  necə  imkan  verə  bilərəm  ki,  arvadım  öz 




www.vivo-book.com 

 

269 



məĢuquyla  məni  təhqir  eləsin?  Axı  belə  olsa,  bir  azdan 

bütün  Veryer  mənim  maymaqlığımdan  danıĢacaq. 

Yadımdadı, Ģəhərdə hamı ġarmye barədə nələr xosunlaĢırdı 

–  onun  arvadı  məĢuquyla  hamının  gözü  qabağında 

mazaqlaĢırdı. Ġndi ġarmyenin adı gələn kimi hamı gülür. O 

yaxĢı vəkildi, amma onun əla nitq qabiliyyəti kimin vecinədi 

ki? Hamı deyir ki, həəə, sən o ġarmyeni deyirsən? Həmin o 

ġarmye de Bernar – arvadının məĢuqunun soyadını da onun 

soyadının yanına yapıĢdırıblar”. 

“ġükür tanrıya, – o bir neçə dəqiqədən sonra öz-özünə 

dedi. – ġükür tanrıya ki, mənim qızım yoxdu. Yoxsa anasını 

cəzalandırsam,  onun  da  adına  ləkə  gələrdi.  Əgər  mən 

arvadımla  o  əclaf  gədəni  iĢ  baĢında  tutub,  öldürsəm,  bu 

ancaq faciə olacaq, heç kim də mənə gülməyəcək”. 

Bu fikir onun ağlına batdı və o hadisənin təfərrüatlarını 

təsəvvür eləməyə baĢladı. 

“Belə  olsa,  hər  Ģey  mənim  xeyrimə  iĢləyəcək,  cəza 

məsələsində 

nə 

olurolsun,  konqreqasiya,  dostlarım, 



məhkəmə, hamı məni xilas etməyə çalıĢacaq”. 


www.vivo-book.com 

 

270 



O,  ov  bıçağını  çıxarıb,  diqqətlə  gözdən  keçirdi:  bıçaq 

çox itiydi.  

Qəfildən  qan  gölməçəsini  gözünün  qarĢısına  gətirdi. 

Cənab  Renal  dəhĢətə  gəldi.  “Mən  o  əclaf  mürəbbi  gədəni 

döyüb,  evdən  qovaram.  Amma  Veryerdə,  elə  bütün 

departamentdə aləm bir-birinə dəyəcək! Məhkəmə Falkozun 

qəzetini bağlayıb, baĢ redaktoru həbsdən buraxmaq qərarını 

verəndən  sonra  mən  əlimdən  gələni  elədim  ki,  onu  altı  yüz 

franklıq  iĢindən  məhrum  eləyim.  Deyirlər  ki,  bu  naqqal 

hardasa Bezansonda təzədən peyda olub. Ġndi o məni biabır 

eləmək  imkanını  əldən  verməz  –  özü  də  bunu  elə  ustalıqla 

eləyəcək  ki,  onu  məhkəməyə  də  verə  bilməyəcəm. 

Məhkəmə? Axı bu əclaf məhkəmədə özünün haqlı olduğunu 

sübut eləmək üçün elə murdar Ģeylər danıĢar ki! Onun kimi 

plebey  cəmiyyətdə  adının  təmizliyini  mənim  kimi  yaxĢı 

qoruya  bilən  adamlara  nifrət  eləyir.  Mən  adımı  o  iyrənc 

Paris  qəzetlərində  görəcəm  –  ilahi,  bu  dəhĢətdi!  Renalların 

qədim  adı  dedi-qoduçuların  dilinə-ağzına  düĢəcək!  Əgər 

mən  harasa  köçməli  olsam,  adımı  dəyiĢməli  olacam.  Bunu 

düĢünmək  belə  dəhĢətdir!  Bütün  gücümü  aldığım,  qürur 




www.vivo-book.com 

 

271 



duyduğum  bu  Ģöhrətli  addan  imtina  eləmək!  Bundan 

dəhĢətli heç nə ola bilməz! 

Amma  əgər  mən  arvadımı  öldürməsəm,  onu  eləcənə 

rüsvayçılıqla  evdən  qovsam,  axı  o  Bezansondakı  varlı 

xalasının  yanına  gedəcək.  O  da  öləndə  varidatını  arvadıma 

vəsiyyət  eləyəcək.  Arvadım  də  Jülyenini  götürüb,  Parisə 

gedəcək.  Orada  da  hamı  bu  məsələni  biləcək,  mən  yenə 

axmaq vəziyyətdə qalacam”. 

Rəngi  avazımıĢ  cənab  Renal  qəfildən  hiss  elədi  ki, 

çırağın iĢığı getdikcə tutqunlaĢır – hava iĢıqlanırdı. O, təmiz 

hava  udmaq  üçün  bağçaya  çıxdı.  Bu  anda  həm  də  qərar 

verdi  ki,  qalmaqal  qaldırmasın  –  o  bilirdi  ki,  iĢlərin  belə 

gediĢi  onun  Veryerdəki  xeyirxah  dostlarına  necə  zövq 

verəcək. 

Bağçada  gəzmək  onu  bir  az  özünə  gətirdi.  Qəfildən 

qıĢqırdı: 

“Yox!  Axı  nəyə  görə  mən  arvadımdan  imtina  eləməliyəm? 

Axı o mənə xeyri dəyən adamdı”. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə