Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə55/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   51   52   53   54   55   56   57   58   ...   197

www.vivo-book.com 

 

272 



Və  dəhĢətlə  arvadının  bu  evdə  olmayacağı  halda,  evin  nə 

hala  düĢəcəyini  düĢündü,  axı  onun  öz  qohumlarından  sağ 

qalan təkcə markiza de R...idi ki, o da qəzəbli, səfeh qarıydı. 

Əlbəttə, bu çox ağıllı qərar idi, amma ona əməl etmək 

üçün  əməlli-baĢlı xarakter  sahibi olmaq  lazım  idi  ki,  bu da 

təbiətin  yazıq cənab Renala bəxĢ  etdiyi  iradədən  xeyli  artıq 

idi.“Əgər mən onu evdən qovmasam, sonra o nə vaxtsa məni 

əsəbiləĢdirsə –  əlbəttə  ki,  o  məni dəfələrlə  hirsləndirəcək  – 

mən  bu  məsələni  onun  yadına  salacam.  O  da  çox 

təkəbbürlüdür,  mənimlə  mübahisə  eləyəcək.  Bu  hadisələr 

xalası  vardatını  ona  qoyub  getməmiĢdən  əvvəl  də  baĢ  verə 

bilər.  Belə  olsa,  hamı  mənə  o  ki  var  güləcək!  Arvadım 

uĢaqlarını  çox  istəyir,  odur  ki,  onun  mirası  da  uĢaqlara 

çatacaq. Bəs mən? Mən Veryerin gülünc yerinə çevriləcəm. 

Hamı  deyəcək  ki,  buna  bax,  bir  arvadın  öhdəsindən  gələ 

bilmədi.  Məncə  yaxĢısı  budu  ki,  bütün  Ģübhələri  özümdə 

saxlayım,  gerçəyi  axtarmayım.  Belə  eləsəm,  heç  olmasa, 

pis-yaxĢı, qınaqlardan azad olaram”. 

Amma  heç  bir  dəqiqə  də  keçməmiĢdi  ki,  qüruru 

zədələnmiĢ  cənab  Renal  Kazinoda,  ya  da  Zadəganlar 




www.vivo-book.com 

 

273 



klubunda  bilyard  oynayarkən  dedi-qoduçuların  oyunu  kəsib 

növbəti  xəyanət  qurbanı  barədəki  danıĢıqlarından  yadında 

qalan  arvadı  məĢuqla  yaxalama  üsullarını  yadına  salmağa 

çalıĢdı.  EĢitdiyi  dedi-qodular,  zarafatlar  indi  ona  necə  də 

qəddar görünürdü! 

“Ġlahi!  Axı  niyə  mənim  arvadım  ölmədi?  Mən  dul  qalsam, 

heç kim mənə gülməzdi. Dul qalsam, ilin yarısını Parisdə, ən 

yaxĢı ortamda keçirərdim”. 

Amma  dulluq  ehtimalının  gətirdiyi  Ģirin  xəyallar  cəmi  bir 

dəqiqə çəkdi – sonra o yenə həqiqəti öyrənmək üçün yollar 

axtarmağa  baĢladı.  Ağlına  gəldi  ki,  gecəyarısı,  hamı 

yatandan  sonra  Jülyenin  qapısının  ağzına  bir  ovuc  yonqar 

səpsin.  Səhər  hava  iĢıqlaĢandan  sonra  da  yonqara  baxıb, 

üstündə ayaq izi olub-olmadığını yoxlasın. 

– Yox, bu fikir yaramır! – o, qəzəblə qıĢqırdı. – O Eliza 

ləçər məni görə bilər, sonra da bütün ev əhli biləcək ki, mən 

arvadımı o gədəyə qısqanıram. 

Kazinoda  eĢitdiyi  hadisələrdən  birini  yadına  saldı  – 

qısqanc  ərlərdən  biri  arvadının  da,  onun  məĢuqunun  da 



www.vivo-book.com 

 

274 



qapısına  hər  iki  tərəfdən  surğucla  bərkidilmiĢ  tel  çəkmiĢ, 

xəyanətin üstünü belə açmıĢdı. 

Saatlarla sürən Ģübhə və tərəddüdlərdən sonra axır ki, o 

bu  iĢi  necə  eləyəcəyini  fikirləĢirdi  ki,  bayaqdan  ölüm 

arzuladığı qadının bağçada ona sarı gəldiyini gördü. 

Xanım  Renal  kənddən  qayıdırdı.  O,  Verji  kilsəsindəki 

messaya qatılmıĢdı. 

Deyilənə  görə  –  düzdü,  soyuq  baĢla  düĢünən  filosof 

buna heç vaxt inanmazdı, amma xanım Renal inanırdı – indi 

prixod  olan  bu  balaca  kilsə  bir  vaxtlar  cənab  Verjinin 

qəsrində kilsə zəngxanası imiĢ. 

Xanım Renal nədənsə messa vaxtı durmadan bu barədə 

düĢünürdü. Bir mənzərə durmadan onun gözünün qabağında 

canlanırdı: əri ov vaxtı Jülyeni vurur və axĢam onu məcbur 

eləyir ki, Jülyenin ürəyini yesin. 

“Ġndi  mənim  taleyim  onun  mənə  qulaq  asanda  nə 

düĢünəcəyindən asılıdır. Bu zəhrimara qalmıĢ on beĢ dəqiqə 

hər Ģeyi həll eləyəcək, bundan sonra bəlkə də mən heç vaxt 

onunla  danıĢmayacam.  Axı  o  elə  də  ağıllı  adam  deyil,  o 

ağlıyla  hərəkət  eləmir.  Yoxsa  mən  ağlımı  iĢə  salıb,  onun 




www.vivo-book.com 

 

275 



necə  hərəkət  eləyəcəyini,  nə  deyəcəyini  götür-qoy 

eləyərdim. Axı bizim taleyimiz onun qərarından asılıdır, hər 

Ģey  onun  əlindədi.  Amma  bu  həm  də  mənim  fərasətimdən, 

bu axmağın ağlını idarə eləyə bilib-bilməməyimdən asılıdır. 

Axı bu maymaq özündən çıxanda nə dediyini bilmir, aləmi 

bir-birinə  vurur.  Ġlahi!  Bunun  üçün  adama  nə  qədər 

soyuqqanlılıq, nə qədər iradə lazımdı. Bunu da ki, o hardan 

alsın?!” 

Amma xanım Renal bağa girəndə, əri sanki sehrlənmiĢ 

kimi  qarĢısına  çıxanda,  qadın  o  dəqiqə  sakitləĢdi.  Ərinin 

pırpız saçları və əzilmiĢ paltarı onun bu gecə yatmadığından 

xəbər verirdi. 

Xanım  Renal  möhürü  açılıb  oxunmuĢ,  sonra  təzədən 

zərfə  qoyulmuĢ  məktubu  ərinə  uzatdı.  Əri  mexaniki  olaraq 

məktubu  aldı  və  çılğın  baxıĢlarla  arvadına  baxdı.  Xanım 

Renal dedi: 

–  Bu  iyrənc  məktubu  Ģübhəli  bir  adam  verdi  mənə.  O 

adam  dedi  ki,  sizi  tanıyır  və  hətta  hansı  məsələdəsə  özünü 

sizə  borclu  bilir.  Bu  hadisə  elə  indicə,  mən  notariusun 

bağçasının arxasıyla gələndə oldu. Ġndi mənim sizdən bircə 




www.vivo-book.com 

 

276 



tələbim var – siz bircə dəqiqə də gözləmədən cənab Jülyeni 

atasının evinə göndərəsiniz. 

Xanım  Renal  bu  ifadəni  mümkün  qədər  tez,  hətta 

həddindən  artıq  tez  tələffüz  eləməyə  çalıĢdı  ki,  təki  bu  adı 

dilinə gətirmək zərurətindən tez xilas olsun. 

Sözlərinin  ərini  necə  sevindirdiyini  görəndə  xanım 

Renal özü də fərəhindən tir-tir əsdi. Ərinin zəndlə gözünün 

içinə baxdığını görəndə  o baĢa  düĢdü  ki, Jülyen  haqlıymıĢ. 

Və  açıq-aĢkar  hiss  olunan  xoĢagəlməzliyə  kədərlənmək 

əvəzinə,  qadın  düĢündü:  “Uzaqgörənliyə  bax!  Gör  necə  də 

həssas  adamdır!  Özü  də  belə  cavan,  təcrübəsiz  olduğuna 

baxmayaraq!  Bu  gediĢlə  o  gələcəkdə  çox  qabağa  gedəcək! 

Ġlahi, onun o qədər uğurları olacaq ki, Jülyen  məni  yaddan 

çıxaracaq”. 

PərəstiĢ  elədiyi  adam  barədə  heyranlıqla  düĢünmək 

onun bütün qorxularını dağıtdı. 

Xanım Renal düĢündüyü plana görə özündən razı qaldı: 

“Mən də ona layiq hərəkət elədim” deyə o, gizli və Ģirin bir 

məmnunluqla düĢündü. 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə