Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə57/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   53   54   55   56   57   58   59   60   ...   197

www.vivo-book.com 

 

282 



mənə  cənab  Valnodan  kövrək  hisslərlə,  hətta  vurğunluqla 

dolu bir-iki məktub almayan bir qadın göstərə bilərsənmi? 

– O sizə də məktub yazırdı? 

– Onun məktub yazmaqla arası yaxĢıdı. 

–  Bu  dəqiqə  o  məktubları  mənə  göstərin,  sizə  əmr 

eləyirəm! Cənab Renalın boyu sanki altı fut artdı. 

–  Yox,  ən  azından  indi  o  məktubları  sizə  verə 

bilmərəm,  –  xanım  Renal  sakitcə,  hətta  qeyri-adi  dərəcədə 

qayğısızca dedi. – Onları sizə gələn dəfə, sizin daha təmkinli 

olduğunuz bir vaxtda göstərərəm. 

–  Bu dəqiqə  onları mənə  verin, lənətə gələsən! –  artıq 

özünü  ələ  ala  bilməyən  cənab  Renal  bağırdı.  Bununla  belə 

son  on  iki  saat  ərzində  birinci  dəfə  yüngülləĢdiyini  hiss 

elədi. 


–  Mənə  söz  verin  ki,  –  xanım  Renal  sirayətedici  səslə 

dedi,  –  siz  bu  məktublara  görə  direktorla  mübahisə 

eləməyəcəksiniz. 

–  Mübahisə  elədim,  eləmədim,  bunun  məsələyə  dəxli 

yoxdur,  amma  mən  onun  yetimlərini  əlindən  ala  bilərəm,  – 

cənab  Renal  qəzəblə  cavab  verdi.  –  Amma  mən  tələb 




www.vivo-book.com 

 

283 



eləyirəm ki, siz o məktubları mənə verəsiniz, özü də elə bu 

dəqiqə. Hanı o məktublar?! 

–  Mənim  yazı  masamın  gözündədi,  amma  mən  o 

masanın açarını sizə verməyəcəm. 

–  Mən  onları  açarsız  da  götürərəm!  –  cənab  Renal 

qıĢqıraraq, az qala qaça-qaça arvadının yataq otağına getdi. 

O  doğrudan  da  dəmir  qırığıyla  Parisdən  gətirilmiĢ 

bahalı,  naxıĢlı  qırmızı  ağacdan  olan,  üstündə  ləkə  görəndə 

tez-tez sürtukunun ətəyilə sildiyi yazı masasını qırdı. 

Xanım  Renal  göyərçin  damına  tərəf  atıldı,  yüz  iyirmi 

pilləni  qaçaraq  çıxıb,  ağ  əl  yaylığını  balaca  pəncərənin 

dəmir  barmaqlığına  bağladı.  O  özünü  dünyanın  ən  xoĢbəxt 

qadını  hesab  eləyirdi.  YaĢarmıĢ  gözləriylə  meĢənin  sıx 

dərinliklərinə  baxdı.“Yəqin  indi  Jülyen  o  qol-budaqlı 

qaraçöhrələrdən birinin altında dayanıb – o öz-özünə dedi, – 

bu xoĢbəxt iĢarəni gözləyir”. 

O  bir  xeyli  orada  dayanıb,  quĢların  səsinə, 

cırcıramaların  cırıltısına  lənət  oxuya-oxuya  qulaqlarını 

Ģəklədi.  Bu  dözülməz  səslər  olmasaydı,  bəlkə  də  oğlanın 

dağlardan  gələn  xoĢbəxt  çığırtısını  eĢidə  bilərdi.  Qadın 




www.vivo-book.com 

 

284 



acgöz  baxıĢlarla  dağların  döĢündə  canlı,  yamyaĢıl  divar 

yaratmıĢ ağaclara tərəf baxdı. Sonra məyus halda: 

“Görəsən,  niyə  onun  ağlına  gəlməyib  ki,  iĢarəni  görəndə 

özünü necə xoĢbəxt hiss elədiyini bir yolla mənə bildirmək 

üçün bir üsul tapsın, – deyə düĢündü”. 

Xanım  Renal  qəfildən  düĢündü  ki,  onu  axtaran  əri 

buraya gəlib çıxa bilər və göyərçin damından çıxdı. 

Qadın  ərini  bayaqkı  əsəbi  vəziyyətdə  gördü:  o,  tələsik 

cənab  Valnonun  ilanı  yuvasından  çıxaran  Ģirin  sözlərini 

oxuyurdu  –  o  cənabın  məktublarını  hələ  heç  kim  belə 

həyəcanla oxumamıĢdı. 

Ərinin  arada  verdiyi  çığırtı  fasiləsindən  istifadə  edən 

xanım Renal dilləndi: 

–  Mən  yenə  də  bayaqkı  təklifimi  təkrar  eləyirəm.  Biz 

Jülyeni bir müddətə harasa göndərməliyik. O, latın dilini nə 

qədər  yaxĢı  bilsə  də,  nəticə  etibarilə  adi  kəndçinin  biridi. 

Özü  də  nahamarın,  yonulmamıĢın  biridi.  O  bunun  bir 

nəzakət  göstəricisi  olduğunu  düĢünərək  mənə  romanlardan 

oxuduğu axmaq-axmaq komplimentləri yağdırır. 



www.vivo-book.com 

 

285 



–  O,  roman-zad  oxumur!  –  cənab  Renal  qıĢqırdı.  – 

Bunu  dəqiq  bilirəm.  Elə  bilirsiniz,  mən  kor-zadam,  evimdə 

baĢ verənləri görmürəm? 

–  O  bu  axmaq  dilxoĢluqları  romanlardan  oxumursa, 

deməli,  özü  fikirləĢib  tapır.  Lap  yaxĢı!  Ola  bilər  ki,  o 

Veryerdə  olanda  da  mənim  barəmdə  belə  danıĢır.  Bir  də  ki 

uzağa  getmək  nəyə  lazım?  –  xanım  Renal  qəfil  nəsə 

xatırlamıĢ  kimi  dedi  –  O,  Elizanın  yanında  mənimlə  elə 

danıĢdırdısa, elə bil ki, o sözləri elə cənab Valnonun yanında 

deyib. 


– A-a! – cənab Renal qəfildən inildəyib, masaya elə bir 

yumruq vurdu ki, zərbədən bütün otaq titrədi. – Bu imzasız 

məktubla Valnonun məktubları eyni kağızda yazılıb ki! 

“Axır ki...” – deyə Xanım Renal düĢündü. 

O özünü təzə bir kəĢf eləmiĢ kimi göstərdi və hiss elədi 

ki,  daha  bircə  kəlmə  belə  deməyə  taqəti  qalmayıb.  Xanım 

Renal  otağın  ortasına  gedib,  divana  oturdu.  Bu  dəqiqədən 

etibarən  döyüĢü  udduğunu  hesab  eləyə  bilərdi, indi  imzasız 

məktubların  ehtimal  olunan  müəllifinin  yanına  gedib, 



www.vivo-book.com 

 

286 



məsələni  aydınlaĢdırmaq  istəyən  qəzəbli  cənab  Renalı 

fikrindən döndərmək onun üçün elə də çətin deyildi. 

–  Axı  siz  niyə  baĢa  düĢmürsünüz  ki,  indi  əlinizdə 

kifayət  qədər  sübut olmadan  cənab  Valnonun  yanına  gedib, 

qalmaqal qoparmaq ağılsızlıqdı? Sizə həsəd aparırlar, cənab! 

Bunun  günahkarı  kimdir?  Sizin  istedadınız,  müdrik 

idarəçilik  bacarığınız,  incə  zövqünüzdən  xəbər  verən  gözəl 

binalar,  mənim  gətirdiyim  cehiz,  xüsusilə  də  xalamdan 

gözlədiyim o böyük miras  – bilirsiniz də, o sərvət hamının 

dilindədi...  Bütün  bunlara  görə  də  siz  Veryerdə  ən  vacib 

adamsınız. 

–  Siz  mənim  əsil-nəcabətimi  qeyd  eləməyi  yaddan 

çıxartdınız, – cənab Renal yüngülvari kinayəylə gülümsədi. 

– Siz bu yerlərin ən adlı-sanlı zadəganlarından birisiniz, 

–  xanım  Renal  tez  səhvini  düzəltdi.  –  Əgər  kralın  əl-qolu 

açıq  olsaydı  və  o,  hamıya  layiq  olduğu  qiyməti  verə 

bilsəydi,  yəqin  ki,  indi  siz  perlər  palatasında  idiniz.  Buna 

görə  də  siz,  belə  gözəl  imkanları  olan  bir  Ģəxs,  indi  dedi-

qoduların  qəhrəmanı  olmaq  istəyirsiniz?  Cənab  Valnoyla  o 

imzasız  məktub  barədə  danıĢmaq,  bütün  Veryerə,  Veryer 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə