Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə58/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   54   55   56   57   58   59   60   61   ...   197

www.vivo-book.com 

 

287 



nədi, bütün Bezansona, hətta bütün departamentə səs salmaq 

deməkdi.  Niyə  hamı  Renallara  yaxın  durmaq  Ģərəfinə  nail 

olmuĢ  o  məzlum  burjuanın  sizi  təhqir  etməyə  cəhd 

eləməyindən  xəbər  tutsun  ki?  Hətta  indi  əlinizdə  olan  bu 

məktublar sizə, mənim o adamın sevgisinə cavab verməyim 

barədə  düĢünməyə  əsas  versəydi,  onda  gərək  siz  məni 

öldürəydiniz  –  elə  olsaydı,  mən  bu  ölümə  yüz  dəfə  layiq 

idim  –  amma  qəzəbinizi  onun  yanında  büruzə  verməyiniz 

doğru olmazdı. Yadınızdan çıxmasın, qonĢularınız elə bunu 

gözləyirlər ki, sizin əsil-nəcabətinizin, imkanlarınızın acığını 

çıxsınlar.  Unutmayın  ki,  min  səkkiz  yüz  on  altıncı  ildə  siz 

bəzi həbslərə məruz qalmısınız... Damda tutulan o qaçaq... 

–  Görürəm  ki,  sizin  mənə  nə  hörmətiniz,  nə  də 

bağlılığınız  qalıb!  –  cənab  Renal  yada  salınanların  acısıyla 

qıĢqırdı. – Buna görə mən per ola bilmədim! 

– Mən düĢünürəm, dostum! – xanım Renal gülümsədi. 

–  Nəzərə  alın  ki,  vaxt  gələcək,  mən  sizdən  daha  varlı 

olacağam,  nəzərə  alın  ki,  mən  on  iki  ildir  ki,  sizin 

arvadınızam,  buna  görə  də  bu  evdə  mənim  də  söz  haqqım 

var… Xüsusilə, bugünkü məsələdə. Əgər siz hansısa cənab 




www.vivo-book.com 

 

288 



Jülyeni  məndən  üstün  bilirsinizsə,  –  o  bunu  xüsusi,  incik 

səslə  dedi  –  mən  bu  qıĢı  xalamın  yanında  keçirməli 

olacağam. 

Sonuncu  cümlə  lap  yerinə  düĢdü.  Nəzakət  pərdəsi 

altında  gizlənmiĢ  bu  hədə  cənab  Renalın  qərar  verməyinə 

səbəb oldu. Amma o əsl əyalət kiĢisi kimi hələ uzun müddət 

öz  dediyindən  dönmədi  və  cürbəcür  əsaslar  gətirdi.  Arvadı 

onun  ürəyini  boĢaltmağına  mane  olmadı  –  cənab  Renalın 

səsində hələ də qəzəb duyulurdu. 

Axır  ki,  iki  saat  çəkən  bu  boĢ  sarsaqlamadan  sonra 

bütün  gecəni  qəzəbindən  yuxusuz  qalan  cənab  Renal 

yoruldu.  O  Valno,  Jülyen  və  hətta  Elizayla  necə  rəftar 

edəcəyi barədə qəti və birdəfəlik qərara gəldi. 

Bu  ağır  səhnə  qurtarana  qədər  xanım  Renal  bir  neçə 

dəfə  on  iki  il  ərzində  onun  dostu  olmuĢ  bu  adamın  halına 

acıdı.  Amma  əsl  ehtiras  xudbin  olur.  Həm  də  bu  ərəfədə 

xanım  Renal  ərinin  bu  axĢam  imzasız  məktub  aldığını  ona 

etiraf  edəcəyini  gözləyirdi.  Amma  əri  bunu  ona  demədi. 

Xanım Renal həyatının asılı olduğu adama o məktubun necə 

təsir elədiyini bilmədən özünü tam təhlükəsizlikdə hiss eləyə 




www.vivo-book.com 

 

289 



bilməzdi.  Çünki  əyalətdə  ictimai  fikri  ərlər  müəyyən 

eləyirlər.  Arvadından  Ģikayətlənən  ər  özü  də  gülünc  günə 

qalır,  amma  bu  məsələ  gündən-günə  daha  təhlükəli  olur. 

Fransada  ərindən  pul  ala  bilməyən  qadın  gündə  on  beĢ  su 

qazanan qaravaĢa çevrilir, hələ bəzi xeyirxah adamlar da bu 

xanımın xidmətlərindən istifadə etmək haqda düĢünürlər. 

Saraydakı  əziz-xələf  kəniz  öz  sultanını  nə  qədər  sevsə 

də,  sultan  hər  Ģeyə  qadirdir.  Kəniz  hansı  fəndə  əl  atıratsın, 

heç  vaxt  onun  hökmündən  çıxa  bilməyəcək.  Ağanın  qisası 

pis, qəzəbli və qanlı olduğu qədər də alicənab olacaq – bircə 

xəncər zərbəsi və iĢ tamamdı. Amma XIX əsrdə ər arvadını 

onu  ictimai  qınaq  yeri  eləməklə,  bütün  ziyafət  salonlarının 

qapısını onun üzünə bağlamaqla öldürür. 

Öz otağına qayıdandan sonra xanım Renal durumunun 

nə  qədər  təhlükəli  olduğunun  fərqinə  vardı.  Onun  otağında 

elə bil bomba partlamıĢdı – bu hal qadının gözlərini açdı. 

Bütün 

bahalı 


sandıqçaların, 

mücrülərin 

kilidi 

sındırılmıĢ, parketin bir neçə layı yerindən çıxarılmıĢdı. 



– Yox, o mənə rəhm eləməzdi – xanım Renal düĢündü. 

–  Belə bahalı  parketi  korlamaq!  Axı  o  bu  parketin üstündə 




www.vivo-book.com 

 

290 



elə  əsirdi  ki!  UĢaqlardan  biri  bu  otağa  ayağı  yaĢ  gələndə  o 

hirsindən göyərirdi. Amma indi parketi tamam korlayıb. 

Bu  qəzəbli  özündənçıxma  mənzərəsi  asan  baĢa  gələn 

qələbənin onun qəlbində yaratdığı vicdan əzabına son verdi. 

Nahara bir neçə dəqiqə qalmıĢ uĢaqlarla Jülyen qayıtdı. 

Süfrəyə  çərəz  gələndən,  qulluqçular  öz  otaqlarına 

çəkiləndən sonra, xanım Renal ona soyuq səslə: 

–  Siz  iki  həftəliyə  Veryerə  getmək  istəyinizi  mənə 

dəfələrlə  demisiniz.  Cənab  Renal  sizi  məzuniyyətə 

göndərməyə  razıdı.  Ġstədiyiniz  vaxt  gedə  bilərsiniz.  Amma 

uĢaqların vaxtı boĢa getməsin deyə, onların yazı iĢlərini biz 

hər  gün  sizə  məktubla  göndərəcəyik,  siz  də  bu  iĢləri 

yoxlayarsınız. 

– Nəzərə alın ki, – cənab Renal sərt səslə əlavə etdi, – 

mən sizi ancaq iki həftəliyə buraxıram. 

Jülyen onun üzündə narahatlıq gördü: onun bərk qayğılı 

olduğunu hiss etməmək mümkün deyildi. 

MəĢuqlar  bir  neçə  dəqiqəliyə  tək  qalanda  Jülyen 

sevgilisinin qulağına pıçıldadı: 

– Deyəsən, o hələ qəti qərara gəlməyib. 




www.vivo-book.com 

 

291 



Xanım  Renal  nahara  qədər  baĢ  verənləri  tələm-tələsik 

oğlana danıĢdı. Sonra gülümsəyərək: 

– Qalanlarını da bu gecə danıĢaram, – dedi. 

“Budu  qadın  məkri,  –  Jülyen  düĢündü,  –  görün  onlar 

bizi necə sevinə-sevinə, necə rahatca aldada bilirlər”. 

– Mənə elə gəlir ki, – o, kifayət qədər əsəbi halda dedi, 

–  sevgi  gözünüzü  nə  qədər  kor  eləsə  də,  həm  də  elə  bil 

beyninizi  açıb.  Sizin  bugünkü  davranıĢınız  heyranlığa 

layiqdi.  Amma  məncə  bu  gecə  görüĢməyimiz  elə  də  ağıllı 

fikir deyil. Burda dörd yanımız düĢmənlərdi. Elizanın mənə 

necə nifrət elədiyini nəzərə alın. 

–  Bu  nifrət,  sizin  mənə  bəslədiyiniz  laqeydliyə  çox 

oxĢayır. 

–  Mən  laqeyd  olsaydım  da,  mənə  görə  sizə  zərər  verə 

biləcək təhlükədən qorumağı özümə borc bilərdim. Ola bilər 

ki, cənab Renal Elizayla danıĢmaq fikrinə düĢsün. O qız da o 

dəqiqə  hər  Ģeyi  ərinizə  deyəcək.  Cənab  Renal  bunları 

dinləyəndən  sonra  əlində  silah  mənim  qapımın  yanında 

gizlənəcək və... 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə