Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə59/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   55   56   57   58   59   60   61   62   ...   197

www.vivo-book.com 

 

292 



–  Deməli,  belə?!  Deməli,  sizin  heç  cəsarətiniz  də 

yoxmuĢ!  –  xanım  Renal  zadəgan  qadınlarına  məxsus 

təkəbbürlə dedi. 

–  Mən  heç  vaxt  cəsarətdən  danıĢacaq  qədər 

alçalmaram, – Jülyen təmkinlə dedi. – Məncə bu əsl alçaqlıq 

olardı.  Sizsə,  –  o  qadının  əlini  ovcuna  aldı,  –  ağlınıza  da 

gətirməzsiniz ki, mən sizə necə bağlıyam. Bu qəddar ayrılıq 

ərəfəsində sizinlə vidalaĢmaq imkanı əldə eləmək üçün mən 

nələri verməzdim?! 

 

 



XXII 

 

  1830-CU ĠLDƏ BELƏ ELƏYĠRDĠLƏR 



 

Söz  insana  ona  görə  verilib  ki,  fikirlərini  gizləyə 

bilsin... 

Malaqrida ata 

 



www.vivo-book.com 

 

293 



Jülyen  Veryerə  çatar-çatmaz,  xanım  Renalla  ədalətsiz 

davranıĢına  görə  özünü  qınamağa  baĢladı:  “Əgər  o,  cənab 

Renal  üçün  bu  tamaĢanı  qurmasaydı,  bu  iĢi  axıra 

çatdırmasaydı, mən onunla ən axmaq kənd arvadı kimi rəftar 

edərdim.  O,  bu  məsələni  əsl  diplomat  kimi  yoluna  qoydu. 

Mənsə  axmaq-axmaq  öz  düĢmənimin  halına  yanıram.  Bu 

məsələdə nəsə əclaf, nəsə harınca bir Ģey var: mənim izzəti-

nəfsim ona görə yaralanıb ki, cənab Renal da kiĢidi. Mənim 

aid olduğum cinsdən! Ġlahi, mən necə də axmağam!” 

Cənab  ġelan  kilsənin  verdiyi  evi  tərk  eləməli  olanda 

Ģəhərin  ən  adlı-sanlı  liberallarının  ona  təklif  elədiyi  bütün 

mənzillərdən  imtina  elədi. Ġndi  onun  kirayələdiyi  iki  balaca 

otaq rahibin kitablarıyla doluydu. Veryerə rahibə yaraĢan bir 

örnək  göstərmək  qərarına  gələn  Jülyen  atasının  yanına 

gedib,  ondan  bir  düjün  küknar  taxtası  alaraq  çiyninə  atıb, 

Böyük küçə boyu  addımladı.  O,  köhnə dostlarının birindən 

lazım  olan  alətləri  alıb,  kitab  dolabına  oxĢar  bir  Ģey 

quraĢdırdı və cənab ġelanın kitablarını onun içinə yığdı. 

– Mənsə elə bilirdim ki, bu dünya zövqləri səni tamam 

yoldan çıxarıb. – sevincdən gözləri yaĢarmıĢ qoca küre dedi. 




www.vivo-book.com 

 

294 



–  Amma  indi  sən  öz  uĢaqlığının  –  sənə  xeyli  düĢmən 

qazandıran  o  fəxri  qarovul  mundirinin  əvəzini  əməlli-baĢlı 

ödədin. 

Cənab  Renal  Jülyenə  əmr  eləmiĢdi  ki,  onun  evində 

qalsın. BaĢ verənlərdən heç kimin xəbəri yox idi. GəliĢinin 

üçüncü günü bələdiyyə sədrinin köməkçisi cənab Mojironun 

özü Jülyeni görməyə gəldi. Düz iki saat Jülyen onun indiki 

insanların  qəddarlığı,  xalq  malı  etibar  edilən  adamların 

vicdansızlığı,  yazıq  Fransanın  üzləĢdiyi  bədbəxtliklər  və 

bunlara  bənzər  bir  yığın  mənasız  söz-söhbətlərinə  qulaq 

asmalı  oldu.  Axır  ki,  o,  qonağın  gəliĢinin  səbəbini  yavaĢ-

yavaĢ  anlamağa  baĢladı.  Onlar  pilləkən  meydançasına 

çıxanda,  fağır  xidmətçi  xoĢbəxt  departamentin  gələcək 

prefektiylə  ona  layiq  hörmət-izzətlə  sağollaĢanda  sonuncu 

Jülyenin iĢləriylə maraqlanıb, oğlanın pula münasibətdə çox 

təvazökar  olduğunu  bildirdi.  Nəhayət,  oğlanı  əsl  atasayağı 

mehribanlıqla  bağrına  basan  cənab  Mojiron  ona  cənab 

Renalın  evini  tərk  edərək,  uĢaqlarını  kral  Filippin  uĢaqları 

kimi  tərbiyə  verilməsini  istəyən  bir  məmurun  evində 

xidmətə  baĢlasın.  Cənab  Mojironun  sözlərinə  görə  bu 




www.vivo-book.com 

 

295 



məmur  tanrıya  ona bəxĢ  elədiyi  övladlara  görə deyil, cənab 

Jülyenlə qonĢuluqda yaĢadığına görə dua eləyir. 

– O, uĢaqlarına ildə səkkiz yüz frank verməyə hazırdır. 

Özü də ödəniĢi cənab Renal kimi aylıq deyil, rüblük, həm də 

əvvəlcədən ödəmək fikrindədir, – cənab Mojiron dedi. 

Bu yerdə axır ki, yarım ildi uyğun bir söz demək fürsəti 

gözləyən  Jülyenin  növbəsi  çatdı.  Onun  cavabı  olduqca 

möhtəĢəm,  ən  əsasısa  yepiskop  moizəsi  kimi  uzun-uzadı 

oldu.  Bu  cavabı  eĢidən  adam  ən  yaxĢı  Ģeylər  ehtimal  edə 

bilərdi,  əslindəsə  oğlan  qəti  heç  nə  demirdi.  Cavabda  həm 

cənab  Renala  hörmət,  həm  Veryer  əhlinə  ehtiram,  həm  də 

cənab Mojirona minnətdarlıq var idi. 

Özündən daha çox dildən pərgar adamla qarĢılaĢmasına 

təəccüblənən  cənab  Mojiron  oğlandan  daha  qəti  bir  cavab 

almaq  üçün  çox  dəridən-qabıqdan  çıxdı.  Jülyen  əlinə  məĢq 

eləmək  imkanı  düĢdüyünə  görə  sevinərək,  eyni  tərzdə, 

amma bir az baĢqa ifadələrlə cavab verməkdə davam elədi. 

Ġclası  axıracan  sakitcə  baĢa  vurub,  ehtirasları  qaynamağa 

qoymayan heç bir nazir hələ belə çox danıĢaraq bu qədər az 



www.vivo-book.com 

 

296 



söz deyə bilməmiĢdi. Cənab Mojiron qapını arxasınca örtüb 

çıxar-çıxmaz, Jülyen dəli kimi gülməyə baĢladı. 

Onu  qəfil  çulğayan  natiqlik  ehtirasını  əldən  verməmək 

üçün tezcə cənab Renala doqquz səhifəlik bir məktub yazdı. 

Bu  məktubda  oğlan  hər  Ģeyi  –  ona  edilən  təklif  də  daxil 

olmaqla  –  yazaraq  məsləhət  istəyirdi:  “Amma  bu  fırıldaqçı 

mənə bu təklifi edən Ģəxsin kim olduğunu demədi. Bəlkə də 

bu  cənab  Valnodur,  o  yəqin  ki,  mənim  Veryerə  sürgün 

edilməyimi öz anonim məktubunun nəticəsi sayır”. 

 

Məktubu göndərəndən sonra Jülyen isti bir payız günü, 



səhərin gözü açılmamıĢ ovla dolu geniĢ talaya düĢmüĢ ovçu 

məmnunluğuyla  evdən  çıxdı  ki,  gedib  abbat  ġelandan 

məsləhət  alsın.  Xeyirxah  kürenin  yanına  çatmamıĢ  tanrı 

onun  yanına  cənab  Valnonu  göndərdi.  Jülyen  mənəvi  əzab 

çəkdiyini  ona dərhal  etiraf  elədi: özünü mənsub  olduğu  iĢə 

həsr etməyə çalıĢan fağırın biridi, amma belə görünür ki, bu 

mənhus  həyatda  peĢə  hələ  hər  Ģey  demək  deyil.  Tanrının 

yaratdığı  bu  cahanda  namusla  çalıĢmaq  və  oxumuĢ 

həmkarlarının  yanında  abırlı  görünmək  üçün  təhsil  almaq 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə