Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə6/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   2   3   4   5   6   7   8   9   ...   197

www.vivo-book.com 

 

27 



Bir  sözlə,  cənab  Renal  indiyə  qədər  onların  evinə 

gələn kiĢilərin arasında ən az darıxdırıcı olanıydı. 

Yeri  gəlmiĢkən,  arvad  əri  barədə  bu  qənaətində 

haqlıydı. Verer meri həndəvərdə qazandığı hazırcavab, ağıllı 

və  xüsusilə  də  ürəyəyatan  adam  Ģöhrətinə  görə  əmisindən 

qalma  beĢ-altı  lətifəyə  borcluydu.  Qoca  kapitan  Renal 

inqilaba  qədər  zati-aliləri  Orlean  hersoqunun  piyada 

alayında xidmət eləmiĢdi və Parisdə olanda Ģahzadəyə onun 

öz iqamətgahında baĢ çəkmək ixtiyarına sahib idi. 

Oradakı 


dəvətlərdə 

qoca 


Renal 

xanım 


Montesson,məĢhur  xanım  de  Canlis,  pareaol  alimi  cənab 

Dükreylə tanıĢ olmuĢdu. Bu adamların hamısı cənab Renalın 

lətifələrinin  qəhrəmanları  idilər.  Amma  qıcıqlandırıcı  və 

xırdalıqlarla  bol  lətifələri  abıra  salmaq  getdikcə 

çətinləĢdiyindən, sonralar Orlean hersoqunun həyatıyla bağlı 

bu  lətifələri  ancaq  məxsusi  ziyafətlərdə  danıĢmağa  baĢladı. 

Axı,  hər  Ģey  bir  yana,  o  olduqca,  təbii  ki,  pul  məsələlərini 

nəzərə  almasaq,  ehtiyatlı  adam  idi.  Buna  görə  də  onu 

Veryerdə haqlı olaraq ən böyük zadəgan adlandırırdılar. 

 



www.vivo-book.com 

 

28 



 

IV 


 

  ATA VƏ OĞUL 

 

Esara mia colpa, se cosie? 

   Machiauelli 

8

 



 

“Yox, mənim arvadım doğrudan da müdrik qadındır 

–  səhəri  gün,  səhər  saat  altıda  qoca  Sorelin  odun  doğrama 

emalatxanasına  tərəf  addımlayan  Veryer  meri  öz-özünə 

deyirdi.  –  Düzdü,  nəslimizin  nüfuzunu  qorumaq  üçün  bu 

abbat  Soreli  uĢaqlara  mürəbbi  götürmək  mənim  öz  fikrim 

idi. Amma ağlıma da gəlməzdi ki, deyilənə görə, latın dilini 

allahın  mələkləri  kimi  bilən  bu  gənc  din  xadiminə 

mürəbbilik  təklifini  mən  eləməsəydim,  xeyriyyə  evinin 

direktoru  cənab  Valno  da  bu  fikrə  düĢə  bilər  və  oğlanı 

                                                 

8

Əgər həqiqətən belədirsə, bu mənim günahımdırmı? (ital.) Makiavelli 






www.vivo-book.com 

 

29 



əlimdən  alardı.  Təsəvvür  eləyirəm,  bundan  sonra  özündən 

razı  halda  uĢaqlarının  mürəbbisi  barədə  necə  yekə-yekə 

danıĢacaqdı...  YaxĢı,  tutalım,  lap  mən  bu  oğlanı  mürəbbi 

götürdüm, o bizim evdə əyni cübbəli gəzəcək?” 

Cənab  Renal  bu  məsələdə  hələ  dərin  qərarsızlıq 

içindəydi  ki,  uzaqdan  hündürboylu,  az  qala  bir  sajen  boyu 

olan  kəndlini  gördü.  Qoca  kəndli  səhər  ertədən  Du  çayının 

sahilində,  bazara  gedən  yolun  üstündə  düzülmüĢ  nəhəng 

kötükləri ölçürdü. 

Deyəsən,  kəndli  meri  uzaqdan  gördüyünə  elə  də  Ģad 

olmadı,  çünki  çayın  kənarında  heç  uyğun  olmayan  yerə 

düzülən  nəhəng  kötüklər  yolu  kəsmiĢdi.  Halbuki  kötükləri 

bura düzmək olmazdı. 

Qoca  Sorel  –  merin  uzaqdan  gördüyü  kəndli  o  idi  – 

Ģəhər  rəhbərinin  oğlu  Jülyenlə  bağlı  təklifinə  xeyli 

təəccüblənsə  də,  sevinci  təəccübündən  çox  idi.  Amma  o, 

merin  təklifini  tamamilə  laqeyd  və  hətta  bir  az  da  narazı 

sifətlə dinlədi – bu dağların insanları öz bicliklərini bu ifadə 

altında məharətlə gizlədirlər. Ġspan  əsarəti dövrünün qulları 



www.vivo-book.com 

 

30 



–  onlar  Misir  fəllahının

9

  bu  cizgilərini  hələ  də 



itirməmiĢdilər. 

Qoca  Sorel  əvvəlcə  əzbər  bildiyi  bir  yığın  nəzakətli 

ifadələrdən  ibarət  nitq  söylədi.  Dodaqlarında  məkrli,  hətta 

bir  qədər  də  ədəbsiz  təbəssümünü  gizlətməyə  çalıĢaraq,  bu 

mənasız  sözləri  üyüdüb  tökdüyü  müddətdə  o  öz  kəndli 

ağlıyla düĢünürdü ki, onun havayıyeyən oğlunu öz yanında 

iĢə  götürmək  belə  nüfuzlu  adamın  ağlına  hardan  gəlib?  O, 

Jülyendən  yerdən-göyə  qədər  narazıydı,  amma  iĢə  bax  ki, 

cənab Renal qəfildən məhz bu avara oğlana görə ona ildə üç 

yüz  frank,  hətta  üstəlik  stol  da,  geyim  də  təklif  edir.  Qoca 

Sorelin tezcə ortaya atdığı bu sonuncu tələbi də cənab Renal 

o dəqiqə qəbul elədi. 

Bu  axırıncı  tələb  meri  heyrətə  salmıĢdı:  “Əgər  qoca 

Sorel  mənim  təklifimi  eĢidəndə  sevinmədisə,  deməli,  onu 

çox  da  təəccübləndirə  bilmədim.  Deməli,  gözlədiyim  kimi, 

məndən  əvvəl  də  kimsə  bu  təklifi  ona  eləyibmiĢ.  Bu  təklifi 

də ki, cənab Valnodan baĢqa kim eləyə bilər ki?” 

                                                 

9

Fəllah- əkinçi, kəndli (ərəb.) 




www.vivo-book.com 

 

31 



Cənab  Renal  Soreldən  qəti  razılığı  tezcə  qoparmaq 

istəsə  də,  alınmırdı.  Hiyləgər  qoca  tərsliyinə  salmıĢdı;  iĢə 

bax ki, o öz oğluyla bu məsələni danıĢmalı imiĢ. Varlı atanın 

bircə qəpiyin yiyəsi olmayan oğuldan razılıq alması əyalətdə 

görünmüĢ  iĢ  deyil.  Yəqin  ki,  bunu  elə-belə,  görünüĢ  üçün 

eləyəcəkdi. 

Su  miĢarxanası  çayın  kənarında  yerləĢən  köhnə 

saraydan  ibarət  idi.  MiĢarxananın  damı  dörd  yoğun  dirək 

üstünə  yatırılan  sallamaların  üstündə  dururdu.  Sarayın 

ortasında miĢar səkkiz-on fut hündürlükdə enib-qalxır, sadə 

mexanizmsə kötükləri bu miĢara yaxınlaĢdırırdı. Çayın axarı 

çarxı fırladır, çarxsa miĢarı endirib-qaldıran, kötüyü aramla 

miĢara yaxınlaĢdırıb taxtalara çevirən həmin ikili mexanizmi 

iĢə salır. 

Emalatxanasına  yaxınlaĢan  qoca  Sorel  gur  səslə 

Jülyeni çağırdı – səsinə hay verən olmadı. O ancaq özünün 

əsl  kənd  kiĢisi  olan  iki  böyük  oğlunu  gördü  –  onlar  ağır 

baltalarını  hərləyərək  küknarlardan  birinin  qol-budağını 

ayırtlayıb,  ağacı  rəndəyə  hazırlayırdılar.  ġüv  boyunca 

çəkilmiĢ  qara  iĢarəni  saxlamağa  çalıĢaraq  baltanın  hər 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə