Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə60/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   56   57   58   59   60   61   62   63   ...   197

www.vivo-book.com 

 

297 



vacibdir.  O  ən  az  iki  il  Bezansonda  oxumalıdır.  Bu 

seminariyada  oxumaqsa  o  qədər  də  ucuz  baĢa  gəlmir.  Belə 

çıxır ki, bir az pul yığmaq üçün aybaay aldığı illik altı yüz 

frankdansa, hər il üç ay əvvəlcədən ödənən səkkiz yüz frank 

almaq  daha  məqsədəuyğun  və  hətta  vacibdir.  Bir  tərəfdən 

də,  ona  balaca  Renalların  yanında  iĢə  düzəlməyə,  onlara 

bağlanmağa  kömək  edən  tanrı  indi  ona  bu  uĢaqları  tərk 

etməmək, baĢqa yerə keçməməyə səsləmirmi? 

Jülyen  o  qədər  səlist,  uzun-uzadı  və  mükəmməl 

danıĢırdı ki, axırda nitqindən özü yoruldu. 

O, evə qayıdanda cənab Valnonun xidmətçisi onu artıq 

giriĢ  qapısında  gözləyirdi.  Xidmətçi  bütün  Ģəhərdə  oğlanı 

axtarmıĢdı  ki,  bugünkü  nahara  olan  dəvətnaməni  ona 

çatdırsın. 

Jülyen hələ heç vaxt bu cənabın evində olmamıĢdı. Bir 

neçə  gün  əvvəl  oğlanın  bu  adamı  babat  kötəkləmək  üçün 

ürəyi  gedirdi.  Nahar  günorta  saat  birə  təyin  olunsa  da, 

Jülyen vaxta yarım saat qalmıĢ xeyriyyə evinin direktorunun 

iĢ otağına təĢrif buyurmağı lazım bildi. O içəri girəndə cənab 

Valno  ciddi  sifət  alaraq  bir  dəstə  kağız-kuğuzun  arasında 




www.vivo-book.com 

 

298 



əlləĢirdi.  Onun  iri,  qara  birçəkləri,  sıx  saçları,  nəhəng 

qəlyanı,  iĢləməli  ayaqqabıları,  sinəsində  çarpazlanmıĢ  qızıl 

zənciri  –  özünü  qadınların  sevimlisi  hesab  eləyən  pullu 

əyalət  kiĢisinə  xas  olan  bütün  bu  silah-sursatı  Jülyenə  heç 

bir xoĢ təsir bağıĢlamadı. Əksinə, onu kötəkləməklə bağlı bir 

neçə gün əvvəlki arzusu təzədən baĢ qaldırdı. 

Jülyen  xahiĢ  elədi  ki,  onu  xanım  Valnoya  təqdim 

eləsinlər. Amma ev sahibəsi bəzənib-düzənməklə məĢğul idi 

və qonağı qəbul eləyə bilmədi. Əvəzində Jülyen ev sahibinin 

tualet  mərasimində  iĢtirak  etmək  Ģərəfinə  nail  oldu.  Sonra 

onlar  xanım  Valnonun  yanına  getdilər,  təsirləndiyindən 

gözləri  yaĢarmıĢ  ev  sahibəsi  öz  uĢaqlarını  qonağa  təqdim 

elədi.  Veryerdəki  ən  hörmətli  qadınlardan  hesab  olunan  bu 

qadının  kobud  kiĢi  sifəti  vardı  və  indi  bu  təntənəli 

qonaqlığın  Ģərəfinə  xanım  Valno  kobud  yanaqlarını 

qırmızıya boyamıĢdı. Qonaqla danıĢanda xanım Valno bütün 

analıq pafosunu iĢə saldı. 

Jülyen  xanım  Renalı  xatırladı.  Oğlanın  insanlara 

inamsızlığı  onu  xatirələrə  qapılmağa  qoymurdu.  Amma  bu 

xatirələr heç gözlənilmədən, qəfildən və zorla peyda olur və 




www.vivo-book.com 

 

299 



onu  kövrəldirdi.  Ġndi  direktorun  evində  gördükləri  də  onu 

təsirləndirdi. 

Oğlanı  bütün  evi  gəzməyə  məcbur  elədilər.  Ev  bahalı, 

dükandan  təzə  alınmıĢ  kimi  görünən  əĢyalarla  doluydu  və 

bütün  bu  əĢyaların  hamısının  qiymətini  o  dəqiqə  oğlana 

bildirirdilər. 

Jülyen bütün bu əĢyalarda nəsə pis, bəd bir Ģey görürdü, 

elə bil bunlardan oğurluq pulların qoxusu gəlirdi və bu evdə 

hər  kəs,  hətta  qulluqçular  belə  bunlardan  kənar  dayanmağa 

çalıĢırdılar. 

Birazdan vergi yığıcısı, inspektor, jandarm zabiti və iki-

üç məmur da öz arvadlarıyla peyda oldular. Onların ardınca 

bir  neçə  varlı  liberal  təĢrif  buyurdu.  Hamını  nahara  dəvət 

elədilər. 

Jülyen  özünü  olduqca  pis  hiss  eləyirdi,  üstəlik,  onun 

ağlına  gəldi  ki,  yemək  otağının  o  biri  tərəfində,  divarın 

arxasında  o  kimsəsizlər  oturub  və  onun  gördüyü  bütün  bu 

sərvət onların paylarından kəsilərək yığılıb. 

Bəlkə  də  onlar  indi  acdılar  –  oğlan  bunu  düĢünəndə 

boğazına qəhər gəldi. Bundan sonra bir tikə də yeyə bilmədi. 




www.vivo-book.com 

 

300 



O,  zorla  kəlmə  kəsirdi.  Bir  müddətdən  sonra  o  özünü  daha 

da pis hiss elədi. 

Küçədən bir ara mahnısının sözləri gəlirdi və bu sözlər 

o  qədər  də  ədəbli  deyildi.  Mahnını  oxuyan  küçə 

uĢaqlarından biriydi. 

Cənab Valno xidmətçilərindən birinə baxdı. O, tezliklə 

yoxa  çıxdı  və  bir  dəqiqə  keçməmiĢdi  ki,  küçədən  gələn 

mahnı  kəsildi.  Elə  bu  vaxt  baĢqa  bir  xidmətçi  yaĢıl  bir 

qədəhdə  Jülyenə  reyn  Ģərabı  təklif  elədi.  Ev  sahibəsi  bu 

Ģərabın  bir  ĢüĢəsinin  doqquz  franka  baĢa  gəldiyini 

vurğulamağı unutmadı. 

Jülyen yaĢıl qədəhi qaldırıb, cənab Valnoya dedi: 

– O ədəbsiz mahnı daha eĢidilmir. 

– Əlbəttə, lənət Ģeytana, mən o əbləhin səsini kəsdim – 

direktor qalib ədayla cavab verdi. 

Jülyen  buna  daha  dözə  bilmədi.  O,  bu  çevrənin 

davranıĢına  bələd  idi,  amma  hələ  bu  qədər  təsirləndiyi 

olmamıĢdı.  Tez-tez  əl  atdığı  riyakarlığına  baxmayaraq,  göz 

yaĢının yanaqları boyu axdığını hiss elədi. 



www.vivo-book.com 

 

301 



O, üzünü yaĢıl qədəhin arxasında gizlətməyə cəhd elədi 

amma hiss elədi ki, bu reyn Ģərabını içəcək hayda deyil. 

“Oxumağa  imkan  verməmək  –  öz-özünə  dedi.  –  Ġlahi! 

Sən buna necə dözürsən?!” 

XoĢbəxtlikdən  onun  belə  ədəbsizcəsinə  kövrəldiyini 

heç kim görmədi. 

Vergi ödəyicisi nəsə siyasi bir mahnı oxumağa baĢladı. 

Məclisdəkilər  nəqarəti  təkrarlayanda  Jülyenin  vicdanı  ona 

pıçıldadı: 

–  Bax,  bu  da  sənə  çirkli  var-dövlət.  Sən  də  buna  nail 

ola,  ondan  həzz  ala  bilərsən.  Amma  bu,  bax  belə,  bu 

otaqdakı  kimi  baĢ  verəcək.  Ola  bilər  ki,  sən  iyirmi  min 

franklıq  iĢə  girəsən,  onda  sən  özün  doyunca  mal  əti  yeyib, 

mahnı  oxuyan  hansısa  bədbəxt  dustağı  susdurmalı 

olacaqsan.  Yetimlərin  payından  kəsilən  pulla  ziyafətlər 

verəcəksən,  o  vaxt  sən  daha  da  bədbəxt  olacaqsan!  Eh, 

Napoleon!  Sənin  dövranın,  insanların  öz  mərtəbələrini 

döyüĢ  meydanında  qazandıqları  o  günlər  necə  gözəl  imiĢ! 

Amma  məzlumların  əzablarını  artırmaq  yoluyla  qabağa 

getmək də var bu həyatda... 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə