Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.

səhifə62/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
1   ...   58   59   60   61   62   63   64   65   ...   197

www.vivo-book.com 

 

307 



Buna baxmayaraq o xanım Renalın məsləhətlərinə əməl 

edərək,  hələ  bir  neçə  belə  naharda  iĢtirak  elədi.  Jülyen 

əməli-baĢlı  dəbə  minmiĢdi,  fəxri  qarovul  mundirini 

bağıĢlamıĢdılar,  nə  bilmək  olar,  bəlkə  də  onun  indiki 

uğurlarına səbəb də oğlanın elə həmin ehtiyatsızlığıydı. 

Tezliklə  Veryerdəki  əsas  söhbətlərin  mövzusu  bu 

oğlanın hansı xoĢbəxt ailəyə qismət olacağı sualıydı. Cənab 

Renala, yoxsa qəyyumluq evinin direktoruna? Cənab Malon 

da  daxil  olmaqla  bu  üç  cənabdan  ibarət  dəstə  üç  il  idi  ki, 

Ģəhərə zülm eləyirdi. 

ġəhər  merinə  ona  görə  həsəd  aparırdılar  ki,  liberallar 

ondan  nə  qədər  narazı  olsalar  da,  o  əsl  zadəgan  oğluydu. 

Cənab Valnonun atasısa oğluna heç altı yüz livrlik bir icarə 

də  qoyub  getməmiĢdi.  Ġnsanların  bir  vaxtlar  yaxĢı 

yetiĢməmiĢ alma rəngli paltarlar geyinən o fağır adama olan 

rəhm  hissindən  indi  onun  normand  atlarına,  Parisdə  tikilən 

kostyumlarına, qızıl zəncirlərinə, indiki rifahına bəslədikləri 

böyük həsəd hissinə keçmələri elə də asan deyil. 

Bütün bu yeni adamların arasında Jülyen ona xoĢ gələn 

bir adam tapmıĢdı: bu adı yakobinçi kimi çıxan Qro soyadlı 




www.vivo-book.com 

 

308 



bir riyaziyyatçıydı. Özünün ancaq yalan bildiyi Ģeyləri dilinə 

gətirəcəyinə  söz  vermiĢ  Jülyen  cənab  Qronun  yanında  bu 

vərdiĢindən əl çəkməli olurdu. Verjidən Jülyenə uĢaqların ev 

tapĢırıqlarıyla dolu qalın-qalın məktublar göndərirdilər. Ona 

məsləhət  görürdülər  ki,  atasıyla  tez-tez  görüĢsün,  bu  da 

oğlan üçün ağır bir öhdəliyə çevrilmiĢdi. 

Bir  sözlə,  o  öz  reputasiyasını  əməlli-baĢlı  düzəldirdi. 

Amma  bir  səhər  o,  gözlərində  iki  əlin  toxunuĢunu  hiss 

edərək, qəfil oyandı. 

Bu  xanım  Renal  idi.  O  Ģəhərə  gələrək,  pilləkənləri 

qaçaraq çıxmıĢdı ki, birinci mərtəbədə sevimli dovĢanlarıyla 

oynayan uĢaqlarını qabaqlasın. 

Bu  möhtəĢəm  dəqiqə  idi,  amma  təəssüf  ki,  həddindən 

artıq  qısaydı.  UĢaqlar  əllərində  müəllimlərinə  göstərmək 

istədikləri  dovĢanla  birlikdə  otağa  gələn  kimi,  xanım  Renal 

getdi, Jülyen hamısını, hətta dovĢanı da sevinclə qarĢıladı. 

O  elə  bil  öz  ailəsinə  qovuĢmuĢdu.  O,  bu  uĢaqları 

sevdiyini  hiss  eləyirdi,  onlarla  danıĢmaq  Jülyenə  xoĢ  idi. 

UĢaqların  səsindəki  xoĢ  ahəng,  onların  alicənablığı, 

sadəlikləri, uĢaq nadinclikləri Jülyenə xoĢ gəlirdi. 




www.vivo-book.com 

 

309 



O  hiss  elədi  ki,  öz  yaddaĢını  pis  Ģeylərdən,  iyrənc 

hərəkətlərdən və düĢüncələrdən bir sözlə, Veryerdə dözdüyü 

hər Ģeydən təmizləmək istəyir. Orada həmiĢə nəsə daima bir 

sürüĢmək, var-dövlət və səfillik arasında bir mübarizə vardı. 

Onun  evində  nahar  elədiyi  adamlar  bəzən  əsas  yemək 

barədə elə təfərrüatlara varırdılar ki, ev sahiblərinin yerinə o 

utanır və yemək boğazında qalırdı. 

– Yox, sizin kimi əsil-nəcabəti olan adamlar öyünməyə 

layiqdilər  –  deyə  o  xanım  Renala  dözməli  olduğu  naharları 

təsvir eləyirdi. 

–  Ah,  əzizim,  siz  indi  dəbdəsiniz!  –  qadın  hər  dəfə 

Jülyeni  qəbul  etməyə  hazırlaĢan  Valnonun  xanımının  qalın 

ənliyini  təsəvvür  edərək  gülürdü.  –  Bəlkə  də  o,  sizin 

qəlbinizi oğurlamaq haqda da düĢünür. 

Səhər  yeməyi  olduqca  canlı  keçdi.  Əslində  onların 

hərəkətlərini  məhdudlaĢdırmalı  olan  uĢaqlar  ortamı  daha  da 

Ģənləndirirdilər. 

Yazıqlar  bilmirdilər  ki,  Jülyeni  görmələrinin  sevincini 

necə  bildirsinlər.  Xidmətçilər  yəqin  ki,  artıq  müəllimlərinə 



www.vivo-book.com 

 

310 



Valnonun  uĢaqlarına  dərs  verərsə,  iki  yüz  frank  artıq 

alacağını onlara xəbər vermiĢdilər. 

Səhər  yeməyi  əsnasında  xəstəlikdən  təzəcə  ayılmıĢ 

Stanislav  Ksavye  qəfildən  anasından  indicə  çay  içdiyi 

gümüĢ fincanın və gümüĢ dəstin qiymətini soruĢdu. 

– Niyə soruĢursan? – anası soruĢdu. 

–  Bunları  satıb,  pulunu  cənab  Jülyenə  verəcəm  ki,  o 

bizdə qalsa axmaq yerinə qoyulduğunu hiss eləməsin. 

Jülyen  gözləri  yaĢarmıĢ  halda  oğlanı  öpdü.  UĢağın 

anası  ağladı,  Jülyensə  uĢağı  dizlərinin  üstünə  alaraq  baĢa 

saldı  ki,  belə  danıĢmasın.  “Axmaq  yerinə  qoyulmaq” 

ifadəsini ancaq xidmətçilər iĢlədir. 

DanıĢdıqlarının  xanım  Renala  xoĢ  gəldiyini  görən 

Jülyen  “axmaq  yerinə  qoyulmaq”  ifadəsinin  gülməli 

mənalarını sadalamağa baĢladı. 

– BaĢa düĢürəm, – Stanislav dedi. – Məsələn, pendirini 

ağzından  düĢürüb,  tülküyə  qapdıran  qarğa  axmaq  yerinə 

qoyulur. 




www.vivo-book.com 

 

311 



XoĢbəxtlikdən  hər  Ģeyi  unudan  xanım  Renal  dəqiqədə 

bir atılıb uĢaqlarını öpürdü, bunu eləyəndə də bir az Jülyenə 

toxunmuĢ olurdu. 

Qəfildən  qapı  açıldı  və  cənab  Renal  içəri  girdi.  Onun 

quru,  ifadəsiz  üzü  Jülyeni  görəndə  sifətində  qəfil  iĢaran 

sevinci kölgələdi. 

Xanım Renalın rəngi avazıdı – o hiss elədi ki, bu dəqiqə 

heç  nəyi  inkar  etməyə  gücü  çatmaz.  Jülyen  tez  vəziyyəti 

dəyərləndirdi  –  Ģəhər  merinə  Stanislavın  satmaq  istədiyi 

gümüĢ fincan barədə danıĢmağa baĢladı. 

“Pul”  sözünü  eĢidən  cənab  Renal  əvvəlcə  qaĢlarını 

çatdı: “mənə bu metal parçası barədə danıĢanda, bilirəm ki, 

məsələnin 

axırı  o  adamın  pulqabımı  soymağıyla 

qurtaracaq”. 

Amma  bu  dəfə  məsələ  təkcə  pulda  deyildi  –  onun 

Ģübhələri  daha  da  çoxaldı.  Özünün  burada  olmadığı 

vaxtlarda arvad-uĢağının bu adamın yanında belə Ģən olması 

Ģəhər meri kimi Ģöhrətpərəst adamın xoĢuna gələ bilməzdi. 





Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   197


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə