Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə64/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   60   61   62   63   64   65   66   67   ...   197

www.vivo-book.com 

 

317 



sevincli  görməyib.  Bu  məsələ  onu  əməlli-baĢlı  özündən 

çıxardı. 

O, səsinə lazım olan ahəngi verməyə çalıĢaraq dedi: 

– Deyəsən, mən bu ailədə artığam. 

Bunun  cavabında  arvadı  səsinin  ən  sakit  yerinə  salıb, 

Jülyeni  ailədən  uzaqlaĢdırmağın  vacibliyini  vurğuladı. 

Jülyenlə  keçirdiyi  xoĢbəxt  saatlar  ona  öz  əminliyini 

qaytarmıĢdı  və  indi  o  hələ  iki həftə  əvvəl  planlaĢdırdığı  iĢi 

həyata keçirmək üçün özünü daha hazırlıqlı və möhkəm hiss 

eləyirdi. 

Merin 

bədbəxtliyindən, 



Veryerdə 

hamı 


onun 

xəsisliyindən  xəbərdar  idi  və  cənab  Renalın  “pul”  deyilən 

metal  parçasına  sevgisi  Ģəhərdə  hamının  dilinə-ağzına 

düĢmüĢdü.  Bütün  oğrular  kimi  səxavətli  olan  cənab  Valno, 

müqəddəs 

Ġosif 


qardaĢlığının, 

Müqəddəs 

Məryəm 

konqresasiyasının 



xeyrinə 

verilən 


könüllü 

ianələr 


məsələsində özünü təsdiqləmiĢdi. 

Cənab Renalın adı isə ianə yığan dəstələrin siyahısında 

axırıncı  yerlərdə  dayanırdı.  O,  gəlirlərinin  olmadığını 



www.vivo-book.com 

 

318 



deməklə  özünü  təmizə  çıxarırdı.  Müqəddəs  atalarsa  belə 

Ģeylərlə zarafat eləmirlər. 

 

 

 



XXIII 

 

MƏMURUN MƏYUSLUĞU 



 

Il piacere di alzar la testa tutto 

  Tannoe ben pagato dd certi quarti 

  d'ora che bisogna passar 

Jastf

34

 

 

 



Amma gəlin bu adamı özünün xırım-xırda qorxularıyla 

baĢ-baĢa  buraxaq.  Ona  kim  deyirdi  axı,  evinə  xidmətçi 

                                                 

34

Ġl  uzunu  baĢını  dik  tutub  fəxrlə  gəzmək,  on  beĢ  dəqiqə  əzab  çəkməyə 



dəyər. Kasti (ital.) 

 



www.vivo-book.com 

 

319 



xislətli  adam  lazım  olduğu  halda,  alicənab  birin  iĢə 

götürsün?  Əgər  o  özünə  qulluqçu  seçə  bilmirsə,  bunun 

günahı  baĢqa  kimdə  ola  bilər  ki?  On  doqquzuncu  əsrin 

qaydası  budu  –  əgər  əzəmətli,  məĢhur  bir  Ģəxs  ləyaqətli 

biriylə  toqquĢursa,  ya  onu  öldürür,  ya  sürgünə,  qazamata 

göndərir,  ya  da  əlacı  ona  qalır  ki,  bu  dərdi  ürəyinə  salaraq 

ölüb-getsin. 

 

Təsadüfən  bu  məsələdə  elə  alındı  ki,  əzablar  təkcə 



ləyaqətli insanın payına düĢmədi. Balaca fransız Ģəhərlərinin 

və  məsələn,  Nyu  Yorkdakı  hakim  seçki  dairələrinin 

bədbəxtliyi  də  elə  bundadır.  Belə  yerlərdə  dünyada  cənab 

Renal  kimi  insanların  da  mövcud  olduğunu  unutmaq  heç 

kimə müəssər olmur. 

Cəmi  iyirmi  min  əhalisi  olan  Ģəhərdə  ictimai  rəyi 

yaradan  elə  bu  adamlardır,  xartiyası  olan  ölkədəsə  ictimai 

rəy nəsə dəhĢətli bir Ģeydir. 

Böyük ürəyi olan alicənab insan əslində sizin dostunuz 

ola  bilərdi,  amma  o  sizdən  yüz  lye  aralıda  yaĢayır  və  sizin 

barənizdə  ictimai  rəydən  çıxıĢ  edərək  düĢünür.  Bu  rəyisə 



www.vivo-book.com 

 

320 



bəxtlərinə  məĢhur,  varlı  və  zadəgan  doğulmaq  düĢən 

axmaqlar  formalaĢdırırlar.  Vay  onlardan  fərqlənənlərin 

halına! 

Nahardan  sonra  bütün  ailə  tezcə  Verjiyə  yollandı, 

amma  cəmi  iki  gündən  sonra  Jülyen  onların  hamısını 

Veryerdə gördü. 

Onların gəliĢindən heç bir saat keçməmiĢdi ki, o böyük 

təəccüblə hiss elədi ki, xanım Renal ondan nəsə gizlədir. O, 

otağa  girən  kimi  qadın  əriylə  danıĢığını  yarımçıq  kəsir  və 

sanki Jülyenin otaqdan çıxmasını gözləyirdi. Bunun fərqinə 

varan  kimi,  Jülyen  onlar  bərabər  olanda  otağa  girməməyə 

çalıĢdı.  O,  tezcə  qadınla  soyuq  və  təmkinli  davranmağa 

baĢladı. Bunu görən xanım Renal səbəbini öyrənməyə cəhd 

eləmədi. 

–  Görəsən,  o  baĢqa  kimisə  tapıb?  –  oğlan  düĢündü.  – 

Axı  hələ  srağagün  mənnən  elə  mehriban  davranırdı  ki! 

Amma  deyilənə  görə  zadəgan  qadınların  hamısı  belə  olur. 

Krallarda  olduğu  kimi  –  krallar  öz  nazirlərinə  qarĢı  ancaq 

onların  iĢdən  çıxma  əmrini  yazdıqları  gün  mehriban 

davranırlar. 




www.vivo-book.com 

 

321 



Jülyen  hiss  elədi  ki,  onun  peyda  olmasıyla  yarımçıq 

kəsilən  bu  söhbətlərdə  hər  dəfə  bir  evin  adı  çəkilir  –  bu, 

Veryer Ģəhərinə məxsus, Ģəhərin ən gur ticarət mərkəzində, 

kilsəylə üzbəüz, köhnə olsa da, rahat və geniĢ bir ev idi. 

– Amma bu məsələnin mənim düĢündüyümlə nə əlaqəsi 

ola  bilər  ki?  –  Jülyen  fikirləĢirdi  –  ev  məsələsi  hara,  təzə 

məĢuq hara? 

Və  o  təzəcə  kəĢf  etdiyi  –  bir  ay  əvvəl  o  bu  mahnını 

xanım  Renaldan  eĢitmiĢdi  –  Birinci  Fransiskin  gözəl  bir 

mahnısını kədərli-kədərli zümzümə eləyirdi. Ah, həmin gün 

bu mahnının hər sətri, hər sözü necə nəvaziĢlərlə, necə and-

amanlarla müĢayiət olunurdu: 

 

Riyakardır gözəllər 



Yazıq onlara inananlar... 

 

Cənab  Renal  Bezansona  yollandı.  Deyəsən,  bu  səfərə 



son  iki  saatda  qərar  vermiĢdi.  Merin  üzü  qəribə  Ģəkildə 

qayğılıydı.  Evə  qayıdanda  o,  əlindəki  boz,  qalın  kağız 

bağlamanı masanın üstünə tolazladı. 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə