Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə67/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   63   64   65   66   67   68   69   70   ...   197

www.vivo-book.com 

 

332 



Bir saatdan sonra senyor Covannonenin özü direktorun 

yanına gedir. 

– Gəldim sizdən xahiĢ eləyim ki, – o deyir, – mənə bir 

lütfkarlıq eləyəsiniz, mənim xoĢbəxtliyim sizin əlinizdədir, – 

Ceronimonu  mənə  verin,  qoy  bu  qıĢı  o  mənim  yanımda 

oxusun, belə olsa, mən bu il qızımı ərə verə bilərəm. 

–  O  cındırından  cin  ürkən  yaramaz  sənin  nəyinə 

lazımdı? – Dzinqarelli qıĢqırır. – Mən onun adını da eĢitmək 

istəmirəm! Bu baĢ tutan sevda deyil! Bir də ki, lap mən onu 

buraxsam da, o özü heç vaxt konservatoriyanı tərk eləməz. 

Elə  indicə  o  burda  mənə  and  içdi  ki,  heç  vaxt  belə  bir  Ģey 

eləməz! 


–  Məsələ  təkcə  bundadısa,  –  Covannone  cibindən 

mənim  müqaviləmi  çıxarır,  –  carta  canta

37

  –  bu  da  onun 



imzası. 

Bu  yerdə  Dzinqarelli  qəzəbindən  özündən  çıxır,  zəngi 

elə basır ki, az qalır yerindən qoparsın. 

                                                 

37

Oxuyun müqavilədir (ital.) 




www.vivo-book.com 

 

333 



–  Qovun!  –  qıĢqırır,  –  bu  dəqiqə  o  Ceronimonu 

konservatoriyadan  qovun!  –  bunu  deyib  qəzəbindən  tir-tir 

əsir. 

Bax,  beləcə  məni  qovdular.  Həmin  axĢam  mən 



Moltipliconun ariyasını oxuyurdum. O, evlənməyə hazırlaĢır 

və  barmaqlarını  qatlaya-qatlaya  ona  lazım  olan  Ģeyləri 

sadalayır və həmiĢə çaĢır. 

Xanım Renal: 

– Ah, cənab, lütf edib, o ariyanı bizə oxuyun! – dedi. 

Ceronimo oxumağa baĢladı, hamı gülməkdən uğundu. 

Senyor  Ceronimo  yatmağa  gedəndə  saat  ikini  vururdu. 

O öz nəzakəti, mehribanlığı və Ģən xasiyyətiylə bütün ailəni 

valeh eləmiĢdi. 

Səhəri gün xanım Renalla cənab Renal Fransız sarayına 

təqdim eləmək üçün ona məktub təqdim elədilər. 

– Hər yerdə olduğu kimi, burda da saxtakarlıq... Jülyen 

düĢündü. – Ġndi senyor Ceronimo Londona əkiləcək, özü də 

ildə  altı  min  maaĢ  alacaq.  San-Karlino  direktorunun 

hiyləgərliyi  olmasaydı,  onun  səsi  on  il  gec  məĢhurlaĢardı. 

Yox,  düz  sözümdü,  Ceronimo  olmaq,  Renal  olmaqdan 




www.vivo-book.com 

 

334 



yaxĢıdı.  Düzdü,  onun  cəmiyyətdə  çox  da  nüfuzu  yoxdu, 

amma Renal kimi hərrac dərdi çəkmir, özü də ondan min qat 

Ģad-Ģalayın yaĢayır. 

Jülyen  özü-özünə  təəccübləndi.  Veryerdə,  cənab 

Renalın evində tək keçirdiyi iki həftə ərzində o özünü daha 

xoĢbəxt hiss  eləyirdi.  Ġkrah  hissi, bədbin  fikirlər  ona  ancaq 

dəvət  olunduğu  naharlarda  əzab  verirdi,  evdə  tək  oturub, 

rahat oxuyub-yaza, düĢünə bildiyi vaxtlarsa belə deyildi, ona 

heç kim və heç nə mane olmurdu. 

Bu  evdəki  alçaq  könüllərə  yarınsın,  riyakarlıq  eləyə-

eləyə  onlara  xoĢ  gəlsin  deyə,  gözəl  arzularına  ara  verməli 

olmurdu. 

Bəlkə  xoĢbəxtlik  lap  yaxındadı?  Axı  belə  həyat  üçün 

çox  da  pul  lazım  deyil?  Elizayla  evlənmək,  ya  da  Fukeylə 

iĢləmək  kifayət  eləyər.  Amma  uca  dağa  dırmaĢan  səyyah 

onun  baĢına  çatandan  sonra  ləzzətlə  dincəlir  axı.  Əgər  o 

ömrü boyu dincəlməli olsa, belə xoĢbəxt ola biləcəkdimi? 

Xanım  Renalın  ağlına  dəhĢətli  fikirlər  gəlirdi.  Özünün 

xoĢ  məramına  baxmayaraq,  o  dayana  bilməyib,  Jülyenə 

hərrac məsələsini danıĢmıĢdı. 




www.vivo-book.com 

 

335 



–  Deyəsən,  mən  bu  oğlana  görə  bütün  andlarıma  xilaf 

çıxmağa hazıram, – qadın düĢünürdü. 

O,  ərinin  də  həyatını  xilas  etmək  üçün  düĢünmədən 

ömrünü  qurban  verərdi.  Bu  əsl  alicənab  və  romantik  qadın 

idi  –  onun  üçün  ləyaqət  dolu  fədakarlıq  imkanı  görüb,  bu 

fədakarlığı  eləməmək  əsl  cinayətdə  iĢtirak  edibmiĢ  kimi 

vicdan  əzabı  yaĢamağa  səbəb  olardı.  Bunlara  baxmayaraq 

elə dəhĢətli günlər olurdu ki, o özünü dul qalıb, Jülyenə ərə 

gedərsə,  necə  xoĢbəxt  olacağı  düĢüncəsindən  qurtara 

bilmirdi. 

Jülyen onun oğullarını əsl atalarından daha çox sevirdi, 

uĢaqlarsa  mürəbbilərinin  sərt  xasiyyətinə  baxmayaraq,  ona 

pərəstiĢ eləyirdilər. Xanım Renal gözəl baĢa düĢürdü ki, əgər 

o Jülyenə ərə gedərsə, hər ağacını sevdiyi Verjidən köçməli 

olardı.  O,  Parisdə  yaĢayacaqlarını,  oğlanlarının  gözəl  təhsil 

alacağını,  hamının  onlara  heyranlıqla  baxacağını  təsəvvür 

edirdi. 

Onun  uĢaqları,  o  özü,  Jülyen  –  hamısı  necə  xoĢbəxt 

olardılar! 



www.vivo-book.com 

 

336 



On  doqquzuncu  əsr  nikahı  qəribə  bir  Ģeyə  çevirmiĢdi! 

Evlilik  həyatının  darıxdırıcı  ahəngi  sevgini  –  əgər  o  nikaha 

qədər  vardısa  –  öldürür.  Əgər  cütlük  iĢləmədən  yaĢamaq 

üçün  kifayət  qədər  varlıdırsa,  bir  müddətdən  sonra  onlar 

darıxdıqlarından  bilmirlər  nə  eləsinlər.  Gündəlik  ailə 

sevincləri onların zəhləsini tökür. Və ancaq ən quru qadınlar 

sevgi dolu evlilik arzulamırlar. 

Fəlsəfi  gəziĢmələr  məni  xanım  Renalı  bağıĢlamağa 

məcbur eləyir, amma Veryerdə onu bağıĢlamadılar. Əksinə, 

onun özünün xəbəri olmasa da, bütün Ģəhərin iĢi-gücü onun 

qalmaqallı sevgi macərasını müzakirə eləmək idi. Bu sevgi 

macərasının  sayəsində  bu  payız  Veryerdəki  həyat  həmiĢə 

olduğundan fərqli olaraq, darıxdırıcı keçmirdi. 

Payız  və  qıĢın  bir  hissəsi  tez  keçdi.  Verji  meĢələriylə 

vidalaĢmaq vaxtı gəlib çatmıĢdı. 

Veryerin  kübar  cəmiyyəti  cənab  Renalın  dinməz-

söyləməzliyini görüb, yavaĢ-yavaĢ qəzəblənirdi. Bir həftə də 

keçmədi  ki,  Ģəhərdəki  bəzi  ciddi  adamlar  mümkün  qədər 

ehtiyatlı olmaq Ģərtiylə onu xəbərdar eləməyi özlərinə borc 

bildilər. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə