Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə68/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   64   65   66   67   68   69   70   71   ...   197

www.vivo-book.com 

 

337 



Öz  oyununu  altdan-altdan  aparan  cənab  Valno  Elizanı 

beĢ qıdandan ibarət ləyaqətli bir evə iĢə düzəltmiĢdi. QıĢda 

iĢsiz  qalacağından  qorxan  qız  merin  evində  aldığı  maaĢın 

dörddə birinə razılaĢmıĢdı. Sonra qızın ağlına parlaq bir fikir 

gəldi: keçmiĢ küre ġelanın da, təzə kürenin də yanına gedib 

həm  günahlarını  etiraf  etsin,  həm  də  onlara  Jülyenin  sevgi 

macəralarını danıĢsın. 

Merin  ailəsi  Ģəhərə  köçən  günün  səhərisi  abbat  ġelan 

Jülyenin arxasınca adam göndərdi. 

– Mən sizdən heç nə soruĢmağa hazırlaĢmıram – abbat 

oğlana  dedi.  –  Üstəlik,  sizə  əmr  eləyirəm  ki,  mənə  heç  nə 

danıĢmayasınız.  Həmçinin  sizə  əmr  eləyirəm  ki,  üçillik 

müddətə  ya  Bezanson  seminariyasına,  ya  da  indi  də  sizin 

üçün hər Ģeyə hazır olan dostunuz Fukenin yanına gedəsiniz. 

Mən hər Ģeyi götür-qoy eləmiĢəm, hər Ģeyi hazırlamıĢam, siz 

Ģəhərdən getməli və ən az bir il Veryerdə görünməməlisiniz. 

Jülyen  cavab  vermədi.  O  düĢünürdü  ki,  bəlkə  Ģəxsi 

ləyaqət  hissini  saxlamaq  üçün  bu  qayğıya  görə  abbat 

ġelandan  incisin,  –  axı  necə  olsa  da,  ġelan  onun  atası 

deyildi. 




www.vivo-book.com 

 

338 



–  Sabah  bu  vaxt  mən  bir  də  sizin  yanınıza  gəlmək 

Ģərəfinə nail olacağam – nəhayət, o, qoca küreyə dedi. 

Öz nüfuzuyla bu gənc oğlanı ona tabe olmağa məcbur 

edəcəyini  düĢünən  cənab  ġelan  hələ  uzun-uzadı  danıĢdı. 

Jülyen  üzünə  ən  fağıryana  tabelik  ifadəsi  verərək  onun 

qarĢısında dayanıb susurdu. 

Axır  ki,  abbat  onu  buraxdı,  oğlan  hər  Ģeyi  danıĢmaq 

üçün  xanım  Renalın  yanına  qaçdı,  amma  qadını  olduqca 

qanı  qara  gördü.  Əri  indicə  onunla  açıq  danıĢmıĢdı. 

Bezansondan gələcək  mirasın da bir tərəfdən sındırdığı zəif 

iradəsi onu məcbur eləmiĢdi ki, arvadının tamamilə günahsız 

olduğuna inansın. 

O,  arvadının  yanına  gəlib,  eĢitdiklərini  onunla 

paylaĢmıĢdı:  qəribədir,  Veryerdə  onlar  barədə  belə  söz-

söhbət  gəzirmiĢ.  Əlbəttə,  bunların  hamısı  yalandır,  hamısı 

onların  paxıllıqlarını  çəkənlərin  Ģayiəsidi,  amma  camaatın 

ağzını yummaq olmur axı. 

Bir dəqiqəliyə xanım Renal ümid elədi ki, Jülyen cənab 

Valnonun təklifini qəbul edərək Veryerdə qala bilər. Amma 

o daha bir il əvvəlki çəkingən, sadəlövh qadın deyildi – qəfil 




www.vivo-book.com 

 

339 



ehtiras  və  əzablar  onu  müdrikləĢdirmiĢdi.  Ərinə  qulaq 

asdıqca  o  əmin  olurdu  ki,  müvəqqəti  də  olsa,  ayrılıq 

qaçılmazdır. 

–  “Məndən  uzaqda  qalsa,  Jülyen  yenə  o  Ģöhrətpərəst 

arzularına  qayıdacaq!  Axı  cibində  bircə  qəpiyi  olmayan 

adamın  bu  Ģeylərə  qapılması  çox  asandı.  Bəs  mən!  Ġlahi! 

Mən bu qədər varlı ola-ola heç cür xoĢbəxt ola bilmirəm! O 

məni  unudacaq!  O  elə  yaraĢıqlı  cavan  oğlandır  ki!  Əlbəttə 

ki,  onu  sevən  olacaq,  o  da  kimisə  sevəcək.  Mən,  mən 

bədbəxt  isə...  Axı  mən  nəyə  görə  taleyimə  etiraz  eləyirəm? 

Tanrı  ədalətlidir:  axı  mən  o  günahdan  təmizlənməyə  heç 

cəhd  də  eləmədim.  Mənə  cəza  olaraq  Tanrı  ağlımı  əlimdən 

aldı.  Mən  gərək  birinci  növbədə  pul-zad  verib,  Elizanı  öz 

tərəfimə  çəkərdim,  bu  hamısından  asan  olardı.  Mənsə 

özümü əziyyətə salıb, heç bu barədə düĢünmədim də. BaĢım 

ancaq sevgiyə qarıĢmıĢdı. Ġndisə hər Ģey məhv olub getdi”. 

Jülyeni  bir  Ģey  bərk  təsirləndirdi:  o,  xanım  Renala 

burdan  çıxıb  getməli  olduğunu  deyəndə  qadından  heç  bir 

etiraz eĢitmədi. Görünən bircə Ģey vardı ki, xanım Renal göz 

yaĢlarını güclə saxlayırdı. 




www.vivo-book.com 

 

340 



–  Dostum,  indi  biz  möhkəm  olmalıyıq.  –  O,  Jülyen 

üçün  saçlarından  bir  tutam  kəsdi.  –  Bilmirəm,  mənim 

aqibətim  necə  olacaq.  Amma  mənə  söz  verin  ki,  ölsəm,  siz 

heç vaxt uĢaqlarımı tək qoymayacaqsınız. Onlardan uzaq da 

olsanız,  yaxınlarında  da  yaĢasanız,  çalıĢın  ki,  oğlanlarımı 

ləyaqətli  adam  eləyəsiniz.  Əgər  bir  də  inqilab  baĢ  versə, 

bütün zadəganları qılıncdan keçirəcəklər, oğlanlarımın atası 

da  yəqin  ki,  o  vaxt  damda  öldürülən  o  kəndliyə  görə 

mühacirət  etməli  olacaq.  Oğlanlarımı  yaddan  çıxarmayın. 

Əlinizi  mənə  verin.  Əlvida,  əzizim!  Bu  bizim  sonuncu 

dəqiqələrimizdi.  Bu  dəhĢətli  qurban  veriləndən  sonra  yəqin 

ki,  mən  adamlar  arasında  öz  təmiz  adım  barədə  düĢünəcək 

qədər cəsarətli olacağam. 

Jülyen  partlayıĢ  gözləyirdi.  Bu  sadə  vida  sözləri  onu 

çox kövrəltdi. 

–  Yox,  mən  belə  vidalaĢmaq  istəmirəm!  Onlar  hamısı 

mənim getməyimi istəyir, elə siz də! Mən gedəcəm, amma 3 

gündən sonra gecə sizin yanınıza gələcəm. 

Xanım Renal dünyaya təzədən qayıtdı. Deməli, Jülyen 

onu  sevir!  Qadının  bütün  əzabları  yoxa  çıxdı,  qəlbini 




www.vivo-book.com 

 

341 



nəhayətsiz bir sevinc hissi bürüdü. Hər Ģey elə asan oldu ki! 

Sevgilisini  təzədən  görmək  imkanı  son  dəqiqələrin  əzabını 

yoxa çıxartdı. 

Bu  andan  etibarən  xanım  Renalın  duruĢu,  sifəti 

qətiyyətli, ləyaqətli bir Ģəkil aldı. 

Tezliklə cənab Renal gəldi – o özündə deyildi. Axır ki, 

o,  arvadına  iki  ay  əvvəl  aldığı  imzasız  məktub  məsələsini 

dedi. 


–  Mən  o  məktubu  Kazinoya  aparacam,  hamıya  da 

göstərəcəm,  qoy  hamı  o  əclaf  Valnonun  kim  olduğunu 

bilsin!  Mən  onu  cır-cındırın  içindən  çıxartdım,  Veryerin  ən 

varlı adamlarından biri elədim! Mən də onu Veryerdə biabır 

eləyərəm!  Mən  onunla  savaĢa  baĢlayacam!  Yox,  bu  daha 

heç bir ölçüyə sığmır! 

Xanım Renal düĢündü: 

–  Deməli,  mən  dul  qala  bilərəm,  ilahi!  –  sonra  tez  də 

öz-özünə dedi. – Əgər mən bu duelə mane olmasam, ərimin 

qatili olaram. 

O,  hələ  ərinin  Ģöhrətpərəstliyindən  heç  vaxt  belə 

hiyləgərliklə  istifadə  eləməmiĢdi.  Ġkicə  saat  ərzində  ərini 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə