Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə7/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   2   3   4   5   6   7   8   9   10   ...   197

www.vivo-book.com 

 

32 



hərəkətiylə  ağacdan  iri  bir  qamqalaq  qoparırdılar.  Oğullar 

atalarının səslənməyini eĢitmədilər. Qoca Sorel saraya girdi, 

amma  Jülyeni  orada  görmədi  –  o  öz  yerində,  rəndənin 

yanında yox idi. Oğlanı bir azdan həmin yerdən beĢ-altı fut 

yuxarıda gördü. Jülyen sallamaların üstündə oturub, rəndəyə 

nəzarət  eləmək  əvəzinə  kitab  oxuyurdu.  Qoca  Sorelin 

bundan  daha  çox  nifrət  eləyəcəyi  səhnə  ola  bilməzdi  –  o 

bəlkə  də  Jülyenə  böyük  oğullarının  yekəpər  vücudlarından 

çox  fərqlənən,  fiziki  iĢə  az  yarayan  cılızlığını  bağıĢlaya 

bilərdi, amma kiçik oğlunun mütaliəyə bu həvəsi onda ikrah 

doğururdu: qoca Sorelin özü oxumağı bacarmırdı. 

O  iki-üç  dəfə  Jülyenə  səslənsə  də,  heç  nə  alınmadı. 

Gəncin  bütün  diqqəti  kitabdaydı.  Atasının  gur  səsini 

eĢitməsinə mane olan da rəndə səsindən çox, fikrinin kitabda 

olmasıydı.  ĠĢi  belə  görən  qoca,  yaĢına  uyğun  olmayan  bir 

cəldliklə  rəndənin  altındakı  kötüyün  üstünə  sıçrayaraq 

sallamanı  saxlayan  dirəyə  çarpaz  vurulmuĢ  ağacın  üstünə 

qalxdı.  Kəskin  zərbədən  Jülyen  kitabı  əlindən  saldı  –  kitab 

çaya  düĢdü.  Ġkinci  güclü  zərbə  Jülyenin  baĢını  tutdu  –  o 

tarazlığını  itirdi  və  az  qalmıĢdı  ki,  on  iki-on  beĢ  fut 




www.vivo-book.com 

 

33 



hündürlükdən  onu  tikələrə  ayıracaq  rıçaqın  altına  düĢsün. 

Amma atasının güclü əli onu havada tutdu. 

–  Ay  fərsiz,  deməli,  sən  burada  rəndəyə  baxmaq 

əvəzinə  bu  axmaq-axmaq  kitabları  oxuyarsan,  eləmi?  Bu 

kitabları axĢam, kürenin yanına göy üzünü turĢuya qoymağa 

gedəndə oxuyarsan – orada lap canın çıxana qədər oxu! 

Zərbədən  qulaqları  tutulan,  baĢdan-ayağa  qan  içində 

olan  Jülyen  rəndənin  yanına  qayıtdı.  Gözündə  yaĢ 

gilələnmiĢdi – onu ağladan ağrı deyil, çox sevdiyi kitabın bir 

az əvvəl əlindən suya düĢməsiydi. 

– DüĢ aĢağı, heyvan, sənlə danıĢmalıyam. 

Rəndənin  səsi  yenə  Jülyenin  atasının  əmrini 

eĢitməyinə  mane  oldu.  AĢağıda  dayanıb,  bir  daha  yuxarı 

dırmaĢmağa  həvəsi  qalmayan  atasa  qoz  çırpmaq  üçün 

istifadə  elədikləri  uzun  Ģüvü  qapıb,  ucunu  oğlunun  çiyninə 

toxundurdu. 

Jülyen  yerə  düĢər-düĢməz  qoca  Sorel  onun  kürəyini 

Ģapalaqlayıb, kobud hərəkətlə itələyərək evə tərəf apardı. 

“Allah  bilir,  mənə  neyləyəcək?”  gənc  öz-özünə 

düĢündü.  Sonra  kədərlə,  oğrun-oğrun  kitabı  çayda 




www.vivo-book.com 

 

34 



düĢürdüyü  yerə  baxdı.  Bu,  onun  ən  çox  sevdiyi  kitab  idi: 

“Müqəddəs Yelena memorial”. 

Onun  yanaqları  parıldayırdı  –  oğlan  gözlərini 

qaldırmadan addımlayırdı. Bu – on səkkiz-on doqquz yaĢlı, 

ortaboylu, kövrək görünüĢlü iti və donqar burunlu gənc idi: 

üzünün  cizgiləri  düzgün  olmasa  da,  incəydi.  Sakit 

vaxtlarında ağıllı, qaynar olan iri, qara gözlərində indi dərin 

nifrət  vardı.  Tünd-Ģabalıdı  saçları  elə  aĢağıdan  bitmiĢdi  ki, 

az qala alnını örtmüĢdü. Ġndi çox qəzəbli olduğu üçün onun 

üzü olduqca qəddar görünürdü. 

Saysız-hesabsız  müxtəlif  insan  sifətləri  arasında  bu 

qədər  qəribə,  özünəməxsus  sifət  çətin  tapılardı.  Gəncin 

Ģümal  və  çevik  gərdəni  gücdən  daha  çox  cəldlikdən  xəbər 

verirdi.  Hələ  uĢaq  yaĢlarından  oğlanın  fikirli  üzü  və 

avazımıĢ rənginə baxan atasının ondan ağlı bir Ģey kəsmirdi 

və  düĢünürdü  ki,  bu  oğlan  sağ  qalsa  belə  ailəyə  qayğıdan 

baĢqa  heç  nə  gətirməyəcək.  Evdə  hamının  ondan  zəhləsi 

gedirdi, oğlan özü də atasına və qardaĢlarına nifrət eləyirdi. 

Bazar  günləri  Ģəhər  meydanında  keçirilən  oyunlarda  o 

həmiĢə uduzanların arasında olurdu. 




www.vivo-book.com 

 

35 



Amma  bu  son  ildə  Jülyenin  göyçək  sifəti  gənc 

qızlardan  birinin  mərhəmət  dolu  diqqətini  cəlb  eləməyə 

baĢlamıĢdı. Hamı ona həqarətlə, aciz məxluq kimi baxdığına 

görə  Jülyen  bütün  qəlbiylə  bir  dəfə  ağaclar  məsələsində 

merə  etirazını  bildirmək  üçün  özündə  cəsarət  tapan  qoca 

alay həkiminə bağlanmıĢdı. 

Ġstefada  olan  bu  loğman  hərdən  Jülyenin  günlük 

muzdunu  qoca  Sorelə  ödəyib,  bütün  günü  ona  latın  dili  və 

tarixi,  daha  doğrusu,  tarixdən  özünün  bildiklərini  –  onun 

tarixdən  bildiklərisə  1796-cı  ilin  yürüĢləriydi  –  öyrədirdi. 

Oöləndə  öz  ġərəf  Legionu  xaçını,  qəpik-quruĢdan  ibarət 

olan  təqaüdünü  və  otuz-qırx  kitabını  oğlana  vəsiyyət 

eləmiĢdi  –  kitabların  ən  qiymətlisi  bayaq  Jülyenin  əlindən 

merin əlaqələri sayəsində məcrasını dəyiĢən çaya düĢmüĢdü. 

Evin  kandarından  içəri  ayaq  basar-basmaz  Jülyen 

kürəyində  atasının  qüvvətli  əlini  hiss  elədi.  O,  üstünə  bu 

dəqiqə zərbələrin yağacağını gözləyirdi. 

–  Mənə  cavab  ver,  özün  də  yalan  deməyi  ağlına  da 

gətirmə!  –  qulaqlarının  dibində  qəfil  kobud  kəndli  səsinin 

partlamağıyla qüvvətli əlin onu yerə yıxmağı bir oldu – elə 




www.vivo-book.com 

 

36 



bil  balaca  uĢaq  əliylə  oyuncaq  əsgəri  böyrü  üstə  çevirdi. 

Jülyenin  iri,  qara  gözləri  qoca  dülgərin  sanki  gəncin  düz 

qəlbinə  nüfuz  eləmək  istəyirmiĢ  kimi  baxan  iti,  boz 

gözlərinə sataĢdı. 

 

 



 

   ALVER 

 

Cunctando restituit rem. 

   Ennius

10

 



 

–  Mənə  cavab  ver  görüm,  zəhləmgetmiĢ  kitab 

soxulcanı!  Özün  də  mənə  yalan  deməyi  ağlına  da  gətirmə! 

Düzdü, sən yalansız yaĢaya bilmirsən, amma daha mənə də 

yox.  Cavab  ver  görüm,  sən  xanım  Renalı  hardan 

tanıyarsan?! De görüm, sən onunla iĢi nə vaxt biĢirmisən?! 

                                                 

10

Astagəllik vəziyyəti xilas etdi(lat.) Ennius 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə