Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə70/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   66   67   68   69   70   71   72   73   ...   197

www.vivo-book.com 

 

347 



əksini  düĢünə  bilərdi.  Sevgilisindən  birdəfəlik  ayrılmağı 

barədəki dəhĢətli fikirdən onu heç nə yayındıra bilməzdi. 

HəmiĢə  hər  Ģeydən  Ģübhələnən  Jülyen  az  qala  qadının 

onu unutduğunu düĢünürdü. Amma o bu barədə bircə iynəli 

eyham  vuranda,  qadın  ona  cavab  vermədi  –  iri  damlalar 

yanaqlarıyla  aĢağı  süzüldü,  titrəyən  əli  oğlanın  əlini  bərk-

bərk sıxdı. 

–  Ġlahi!  Axı  siz  belə  bir  vəziyyətdə  xanım  Dervilə,  ya 

da baĢqa bir rəfiqənizə daha çox diqqət göstərərdiniz! 

Rəngi  meyit  kimi  ağarmıĢ  xanım  Renal  nə  deyəcəyini 

bilmədi. 

– Ġnsanın bundan çox əzab çəkməyi mümkün deyil. KaĢ 

ki, ölə biləydim. Ürəyimin buza döndüyünü hiss eləyirəm. 

Onun cavabı təkcə bu oldu. Jülyen ondan baĢqa heç nə 

eĢidə bilmədi. 

Ətrafa səpələnən sübh iĢığı ayrılmaq vaxtının çatdığını 

bildirəndə  qadının  gözlərinin  yaĢı  qurumuĢdu.  O,  oğlanın 

düyünlü  kəndiri  pəncərəyə  bağlamağına  baxır  və  onun 

öpüĢlərinə cavab vermirdi. 

Jülyen nahaq yerə ona: 




www.vivo-book.com 

 

348 



– Axır ki, siz istədiyinizə çatdınız. Bundan sonra daha 

vicdan 


əzabı 

çəkməyəcəksiniz. 

Qarabasmalarda 

uĢaqlarınızdan  birinin  öldüyünü,  onu  torpağa  tapĢırdığınızı 

görməyəcəksiniz, – deyirdi. 

Qadın soyuq-soyuq: 

–  Heyif  ki,  getməzdən  əvvəl  son  dəfə  Stanislavı  öpə 

bilmədiniz – dedi. 

Ayaq  üstə  diri  meyitə  çevrilmiĢ  bu  qadının  soyuq 

qucaqlaĢmasından  təsirlənən  Jülyen  axır  ki,  getdi  və  hələ 

neçə  lyelik  yol  uzunu  baĢqa  heç  bir  Ģey  barədə  düĢünə 

bilmədi.  Onun  ürəyi  parçalanırdı.  Dağı  aĢıb,  Veryer 

Ģəhərinin  zəngxanası  geridə  qalana  qədər  o  hələ  dəfələrlə 

çevrilib, arxasınca baxdı. 

 

XXIV 


 

     Böyük Ģəhər 



 


www.vivo-book.com 

 

349 



İlahi, səs-küyə bax! Burada nə qədər insan var, hərənin 

də öz işi-gücü, öz dərd-səri! Bunları görən iyirmi yaşlı oğlan 

gələcəyilə  bağlı  o  qədər  yollar  cızır  ki!  İlahi,  bütün  bunlar 

adamı sevgidən necə soyudur! 

                                                                      Varnav 

 

 

Nəhayət, üfüqdə, dağın baĢında qara divarlar göründü – bu, 



Bezanson  qalasıydı.  O,  köksünü  ötürərək  dedi:  “Mən  bu 

gözəl  qalaya  onun  müdafiəsi  üçün  burda  saxlanan 

qarnizonlardan  birinin  zabiti    kimi  gəlsəydim,  vəziyyət 

tamam fərqli olardı!” 

Bezanson  təkcə  Fransanın  ən  gözəl  Ģəhərlərindən  biri 

deyildi  –  burada  həm  də  addımbaĢı  ağıllı  və  ləyaqətli 

insanlarla  rastlaĢmaq  mümkündür.  Amma  Jülyen  vur-tut 

kasıb  kəndçi  balasıydı,  onun  bu  say-seçmə  adamlarla  tanıĢ 

olmaq imkanı yox idi. 

O, Fukedən  bir  dəst sadə  mülki paltar  götürmüĢdü, elə 

əynində  bütün  Ģəhər  əhlinin  geyindiyi  bu  paltarla  da 

yoxuĢdakı körpüləri qalxdı. O, 1674-cü ildəki hücum barədə 




www.vivo-book.com 

 

350 



o qədər çox Ģey oxumuĢdu ki, özünü seminariyada dirigözlü 

dəfn etməzdən əvvəl qala divarlarına baxmaq istədi. 

Ġki-üç dəfə qala gözətçiləri az qala onu saxlayacaqdılar, 

çünki  hərbiçilər  onun  boylandığı  yerlərə  sadə  vətəndaĢları 

buraxmırdılar.  Əks  təqdirdə  onların  divarın  o  tayındakılara 

saman satıb, ildə iyirmi-iyirmi beĢ min frank gəlir gətirmək 

imkanları əldən çıxardı. 

Hündür  divarlar,  dərin  yarıqlar,  topların  qorxunc 

lülələri  saatlarla  onun  bütün  diqqətini  özünə  cəmlədi  – 

amma  budur,  bulvar  uzunu  addımlayanda  qarĢısına  böyük 

bir  kafe  çıxdı.  O,  heyrətlə  yerində  donub  qaldı,  iki  qapı 

layının  baĢına  nəhəng  hərflərlə  yazılmıĢ  “Kafe”  sözünü  bir 

neçə dəfə oxudu, amma hələ də gözlərinə inanmaq istəmədi. 

Axır ki, o öz utancaqlığına qalib gələrək içəri girməyə 

ürək elədi. Oğlan uzunsov bir zalın ortasına düĢdü, buranın 

uzunluğu qırx addım olardı. BaĢının üstündəki tavan yerdən 

ən azı iyirmi fut hündür idi. Hər Ģey öz qeyri-adi yeniliyilə 

Jülyeni tilsimləyirdi. 




www.vivo-book.com 

 

351 



Masalardan  ikisində  bilyard  oyunu  gedirdi.  Markerlər 

hündürdən hesabı elan eləyir, oyunçular bilyard masalarının 

ətrafında dolanır, bir dəstə azarkeĢ oyuna baxırdı. 

Tütün  tüstüsü  burum-burum  burulub,  havada  mavi 

buludcuqlar  əmələ  gətirirdi.  Jülyen  maraqla  bu  yekəpər, 

ləngərlə  yeriyən  adamların  qeyri-adi  birçəklərinə,  azacıq 

donqarlaĢmıĢ  çiyinlərinə,  uzun  ətəkli,  enli  çuxalarına 

baxırdı. 

Qədim  Bizonyiumun  bu  alicənab  oğulları  danıĢmaq 

əvəzinə  qıĢqırır,  özlərini  qorxunc  döyüĢçü  kimi  aparırdılar. 

Jülyen heyrətlə yerində donub qaldı: bu möhtəĢəm Ģəhərin, 

Bezansonun  qeyri-adiliyi,  gözəlliyi  ağlını  əlindən  almıĢdı. 

Onun  hətta  bilyard  masalarının  yanında  oyun  hesabını  elan 

eləyən  bu  təkəbbürlü  cənablardan  birindən  bir  fincan  çay 

istəməyə cürəti çatmadı. 

Amma  piĢtaxta  arxasında  oturan  qız  əyalətdən  gəldiyi 

hər  halından  görünən,  qoltuğunun  altındakı  düyünçəsini 

bərk-bərk  sıxıb, sobadan  üç  addım  aralıda  dayanaraq  kralın 

ağ albastrdan olan büstünə heyrətlə baxan göyçək oğlanı tez 

gördü. 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə