Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə71/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   67   68   69   70   71   72   73   74   ...   197

www.vivo-book.com 

 

352 



Bu  ucaboy,  Ģümal,  belə  yerlərin  tələbinə  uyğun olaraq 

sərbəst geyinmiĢ franĢkonten qızı baĢqalarının diqqətini cəlb 

etməsin deyə iki dəfə astadan Jülyenə tərəf səsləndi: 

– Cənab! Cənab! 

Qəfildən iki iri, mavi və olduqca gözəl gözlərlə üz-üzə 

gələn Jülyen  baĢa düĢdü  ki, qız ona səslənir. O, piĢtaxtanın 

arxasında oturan gənc qıza tərəf elə qətiyyətlə yeridi ki, elə 

bil  düĢmən  üstünə  gedirdi.  Oğlanın  qəfil  hərəkətindən 

qoltuğundakı bağlama yerə düĢdü. 

Hələ  on  beĢ  yaĢında  kafeyə  dəm-dəsgahla  girməyi 

bacaran parisli  məktəblilər  bizim  bu  əyalət  uĢağına necə də 

həqarətlə  baxardılar!  Amma  on  beĢ  yaĢında  həyata  atılan 

həmin  gənclərin  on  səkkiz  yaĢı  olanda  sıradan  və  mənasız 

məxluqlara  çevrilirlər.  Əyalətdə  rast  gəldiyimiz  çılğın 

utancaqlıq  hərdən  adamın  köməyinə  çatır  və  iradəsini 

tərbiyə eləyir. 

Öz istəyilə ona müraciət eləyən gənc gözələ yaxınlaĢan 

Jülyen  utancaqlığına  birtəhər  qalib  gələndən  sonra 

cəsarətlənib, qıza gerçəyi dedi: 



www.vivo-book.com 

 

353 



–  Xanım,  mən  birinci  dəfədi  ki,  Bezansona  gəlirəm. 

Mənə bir fincan qəhvə və çörək verə bilərsinizmi? 

Yanaqları qızaran qız gülümsədi. O, bu cavan, göyçək 

oğlanın kafedəki əhli-kef  bilyard oyunçularına lağlağı yeri 

olacağından  ehtiyatlandı  –  belə  olsa,  oğlan  elə  hürkərdi  ki, 

bir də ayağı buralara dəyməzdi. 

–  Burada,  mənim  yanımda  oturun,  –  qız  düz  zalın 

ortasına  qədər  uzanan  qırmızı  piĢtaxtanın  arxasında  demək 

olar  ki,  görünməyən  balaca,  mərmər  kətili  göstərdi  və 

piĢtaxtanın  üstündən  ona  sarı  əyildi.  Qızın  incə,  gözəl  beli 

göründü.  Bunu  görən  Jülyen  fikrini  bir  yerə  cəmləyə 

bilmədi. 

Gözəl  qız  cəld  hərəkətlərlə  onun  qarĢısına  bir  fincan, 

Ģəkər və balaca çörək qoydu. O, Jülyenə çay süzməsi üçün 

yeməkpaylayanı  çağırmaq  istəmədi  –  qız  baĢa  düĢürdü  ki, 

bura  kimsə  gəlsə,  bu  gözəl  oğlanla  ikilikdə  qalmaq 

imkanından məhrum olacaq. 

Bu  Ģən,  ağbəniz  qızı  dəqiqəbaĢı  gözünün  qarĢısına 

gələn xatirələrlə müqayisə eləyən Jülyen xəyala dalmıĢdı. O 

həmin qadında özünə qarĢı necə ehtiraslı bir sevgi oyatdığını 




www.vivo-book.com 

 

354 



yadına  salanda,  bütün  utancaqlığı  yox  olub  getdi.  Gözəl 

qızasa bir saat bəs elədi – o, öyrənmək istədiyi hər Ģeyi artıq 

Jülyenin gözlərindən oxumuĢdu. 

–  Burada  o  qədər  siqaret  çəkiblər  ki,  adam  boğulur. 

Sabah səhər yeməyi üçün daha tez, saat səkkizə qədər gəlin. 

O vaxtlar mən burada demək olar ki, tək oluram. 

Heyrətəlayiq utancaqlıqla gülümsəyən Jülyen qızdan: 

– Sizin adınız nədir? – deyə soruĢdu. 

– Amanda Bine. 

– Olarmı mən bir saatdan sonra sizə buna oxĢar, balaca 

bir bağlama göndərim? 

Gözəl Amanda bir dəqiqəliyə fikrə getdi: 

– Axı burda mənə göz qoyanlar var – o axır ki, dilləndi. 

–  Amma  nə  qədər  təhlükəli  olsa  da,  mən  sizə  bir  kağıza 

ünvanımı yazaram, siz o kağızı bağlamaya yapıĢdırarsınız və 

heç nədən çəkinmədən mənə göndərərsiniz. 

–  Mənim  adım  Jülyen  Soreldir,  –  oğlan  dedi.  – 

Bezansonda da nə qohumum, nə də tanıĢlarım var. 

–  BaĢa  düĢdüm,  –  qız  sevinərək  dedi.  –  Deməli,  siz 

burda hüquq məktəbinə girmək istəyirsiniz? 




www.vivo-book.com 

 

355 



–  Ah,  yox,  –  Jülyen  dedi.  –  Məni  seminariyaya 

oxumağa göndəriblər. 

Jülyen Amandanın üzündə dərin təəssüf ifadəsi gördü. 

Qız  ofisiantı  çağırdı,  –  daha  qorxacaq  bir  Ģey  yox  idi. 

Ofisiant, Jülyenin üzünə də baxmadan ona qəhvə süzdü. 

Amanda  piĢtaxtanın  arxasında  oturub  pulları  alırdı. 

Jülyen qızla söhbətə baĢladığı üçün çox qürrələnirdi. Bilyard 

masalarından  birinin  arxasında  qızğın  mübahisə  gedirdi. 

Oyunçuların  böyük  zalda  əks-səda  verən  qıĢqırıqları 

uğultuya  çevrilir  və  Jülyeni  təəccübləndirirdi.  Amanda 

fikirli halda baĢını aĢağı əyib oturmuĢdu. 

– Madmazel, – oğlan qəfildən, asta və qəti səslə dedi, – 

istəsəniz, mən sizin qohumunuz olduğumu deyərəm. 

Bu qəribə əminlik Amandanın xoĢuna gəldi. 

 “Bu elə-belə, yoldan ötənin biri deyil” – o düĢündü. 

Və  qız  ona  baxmadan,  piĢtaxtanın  yanına  kiminsə 

yaxınlaĢıb-yaxınlaĢmadığını güdərək, cəld dedi: 

– Mən Canlisdənəm, Dijon tərəfdən. Deyərsiz ki, siz də 

Canlisdənsiniz, anamın qohumlarından. 

– Mütləq, elə belə də deyərəm. 




www.vivo-book.com 

 

356 



–  Yayda,  hər  həftənin  dördüncü  günü,  saat  beĢdə 

seminariyaçılar bu kafenin yanından keçirlər. 

–  Əgər  yadınıza düĢsəm,  buradan keçəndə  əlinizdə bir 

dəstə bənövĢəylə məni qarĢılamağa çıxarsınız. 

Amanda  təəccüblə  ona  baxdı  –  bu  baxıĢ  Jülyenin 

özünəəminliyini  elə  artırdı  ki,  oğlan  inanılmaz  dərəcədə 

cəsarətə  gəldi,  buna  baxmayaraq  yenə  qulaqlarının  dibinə 

qədər qızardı. Və qəfildən dedi: 

– Hiss eləyirəm ki, sizə bərk vurulmuĢam. 

– YavaĢ danıĢın! – qız qorxaraq cavab verdi. 

Jülyen  Verjidə  əlinə  düĢən  “Gənc  Eloiza”dan  bir  neçə 

cümlə xatırlamağa çalıĢdı. YaddaĢı onu pərt eləmədi: oğlan 

düz  on  dəqiqə  heyrətlə  ona  baxan  Amandaya  “Gənc 

Eloiza”dan  sitatlar  gətirdi.  Öz  cəsarətinə  heyran  olduğu 

vaxt,  gözəl  qızın  üzü  qəfildən  buza  döndü:  onun 

sevgililərindən biri kafenin qapısından içəri girdi. 

O,  piĢtaxtaya  yaxınlaĢıb  fit  çalaraq,  çiynini  oynadaraq 

Jülyenə baxdı və özünə araq süzdü. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə