Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.

səhifə72/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
1   ...   68   69   70   71   72   73   74   75   ...   197

www.vivo-book.com 

 

357 



HəmiĢə  milçəkdən  fil  düzəltməyə  hazır  olan  Jülyen  o 

dəqiqə  duel  barədə  düĢündü.  Onun  rəngi  ağardı,  fincanı 

itələyib, qəti görkəm alaraq, diqqətlə öz rəqibinə baxdı. 

Təzə  gələn  olduqca  sərbəst  hərəkətlə  özünə  araq 

süzdüyü ərəfədə Amanda Jülyenə göz-qaĢ eləyərək, Jülyenə 

oğlana tərəf baxmamağı əmr elədi. 

O, Jülyen qızın istəyinə əməl edərək iki dəqiqə dinməz 

oturdu.  Tərpənmədən  oturan  Jülyenin  rəngi  avazımıĢdı, 

onun ağlı ancaq bir azdan baĢ verəcək hadisənin yanındaydı. 

Həmin dəqiqə o elə yaraĢıqlı görünürdü ki! 

Rəqibi  onun  baxıĢlarından  təsirləndi,  bir  qədəh  arağı 

birnəfəsə  baĢına  çəkən  gənc  Amandaya  bir-iki  kəlmə 

deyərək,  əllərini  çuxasının  cibinə  salıb,  fit  çala-çala  və 

Jüylenə baxa-baxa bilyard masalarından birinə tərəf getdi. 

Jülyen  qəzəbindən  ağlını  itirərək  yerindən  sıçradı  –  o 

qəzəbləndiyini  göstərmək  üçün  nə  etmək  lazım  olduğunu 

bilmirdi.  Jülyen  bağlamasını  piĢtaxtanın  üstünə  qoyaraq, 

hirslə bilyard masasına tərəf yeridi. Bu an ağlı ona: 




www.vivo-book.com 

 

358 



“Əgər  sən  elə  ilk  gün  Bezansonda  kimisə  duelə  çağırsan, 

dini  mərtəbə  söhbətini  yaddan  çıxara  bilərsən”,  –  deyə 

pıçıldayırdı. 

Onun cavabı hazır idi: 

–  Mənə  fərqi  yoxdu.  Qoy  olsun,  amma  heç  kim  deyə 

bilməyəcək ki, mən sırtıq bir gədədən qorxub qaçmıĢam. 

Amanda 

onun 


cəsarətinin 

fərqindəydi. 

Oğlanın 

utancaqlığının, nahamarlığının yanında bu cəsarət daha çox 

gözə  çarpırdı.  Qız  bu  oğlanın  çuxalı  yekəpərdən  ləyaqətli 

olduğunu o dəqiqə anladı. 

Amanda  yerindən  qalxaraq,  guya  küçədən  keçənlərdən 

birinə  baxırmıĢ  kimi  oğlanla  bilyard  masasının  arasında 

dayandı. 

–  Ġlahi,  siz  o  cənaba  niyə  belə  əyri-əyri  baxırsınız?  O 

mənim bacımın əridi. 

– Mənə dəxli yoxdu. O, niyə mənə elə pis-pis baxır? 

– Siz məni bədbəxt eləmək istəyirsiniz? Əlbəttə, o sizə 

baxacaq,  bəlkə  lap  sizinlə  danıĢdı  da.  Axı  sizin  anam 

tərəfdən  qohumum  olduğunuzu  ona  dedim.  Dedim  ki, 

Canlisdən  təzəcə  gəlmisiniz.  O  özü  də  FranĢ-Konte 




www.vivo-book.com 

 

359 



tərəflərdəndi,  Burqundiyadan  qıraqda  da  heç  vaxt  olmayıb. 

Ona nə istəyirsinizsə, deyə bilərsiniz. 

 Amanda  Jülyenin  hələ  də  tərəddüd  elədiyini  görüb 

dediklərinə  daha  çox  əlavələr  etməyə  tələsirdi  –  qızın 

təxəyyülünün  gücü  ona  yalan  danıĢmaq  sarıdan  korluq 

vermirdi: 

–  Əlbəttə,  o  sizə  tərəf  baxırdı,  amma  həmin  an  o 

məndən  sizin  kim  olduğunuzu  soruĢurdu.  O  sadə  adamdı  – 

hamıya  münasibəti  belədi.  Sizi  əsəbiləĢdirmək  onun  heç 

ağlına da gəlməzdi. 

Gözlərini  çəkmədən  “kürəkən”ə  sarı  baxan  Jülyen  onun 

uzaqdakı  bilyard  masasına  yaxınlaĢıb,  oyun  bileti  aldığını 

gördü. Sonra Jülyen var gücüylə oyunçulara sarı qıĢqırdığını 

eĢitdi: 


– Bu dəqiqə hamınızın dərsini verəcəm! 

Jülyen  tez  Amandanın  arxasından  siviĢərək  bilyard 

masasına tərəf yeridi. 

Amanda onun əlindən yapıĢdı. 

– Lütfən, əvvəlcə mənə hesabı ödəyin, – qız dedi. 



www.vivo-book.com 

 

360 



–  Əslində,  bu  qız  –  Jülyen  düĢündü,  –  mənim  hesabı 

ödəmədən  aradan  çıxacağımdan  qorxur.  Amanda  heç  də 

ondan  az həyəcanlı deyildi, qızın  yanaqları  alıĢıb-yanırdı, – 

o, pulun xırdasını qaytarmağı xeyli uzatdı və pul saya-saya 

oğlana dəfələrlə sakitcə dedi: 

–  Bu  dəqiqə  kafedən  çıxıb  gedin!  Yoxsa  mən  sizi 

sevməyəcəm!  Düzünə  qalsa,  siz  mənim  çox  xoĢuma 

gəlirsiniz. 

Jülyen xeyli ləngisə də, axır ki, çıxıb getdi. 

“Bəlkə,  mən  gedib  o  sarsağın  gözünün  içinə 

baxmalıydım?” – o özündən soruĢurdu. 

Bu  qətiyyətsizlik  onu  düz  bir  saat  kafenin  qarĢısında 

vurnuxmağa  məcbur  elədi:  burada  gəziĢib,  bayaq  qüruruna 

toxunan adamın içəridən çıxmağını gözlədi. 

Adam içəridən çıxmadı, Jülyen çıxıb getdi. 

O cəmi bir neçə saat idi ki, Bezansona gəlmiĢdi, amma 

artıq özünü nədəsə ittiham eləyirdi. 

Podaqradan  əziyyət  çəkdiyinə  baxmayaraq,  qoca 

loğman  ona  bir-iki  qılıncoynatma  dərsi  keçmiĢdi  və  bu 



www.vivo-book.com 

 

361 



dəqiqə  Jülyenin  qəzəbi  bu  dərslərdən  baĢqa  heç  nəyə 

güvənmirdi. 

Amma  bu,  onu  yolundan  döndərə  bilməzdi.  O  gedib 

oğlana  bir  Ģillə  vurar,  iĢ  davaya  çatandasa  həmin  yekəpər 

sözsüz ki, qəhrəmanımızı döyüb Ģil-küt eləyərdi. Bununla da 

iĢ qurtarardı. 

“Nə  hamisi,  nə  də  pulu  olmayan  mənim  kimi  fağırın 

biri üçün – Jülyen düĢünürdü, – seminariyayla türmənin heç 

bir 

fərqi 


yoxdur. 

Gərək 


mülki  paltarımı  hansısa 

mehmanxanada  qoyum,  orda  qara  paltarımı  geyinim.  Nə 

vaxtsa  bir-iki  saatlıq  vaxt  tapsam,  gəlib  əynimi  dəyiĢərəm, 

sonra da gözəl Amandayla görüĢə gedərəm”. 

Bu  ağıllı  fikir  idi,  amma  oğlanın  yolunun  üstünə  nə 

qədər  mehmanxana  çıxsa  da,  o  heç  birinə  girməyə  cəsarət 

eləmədi. 

Nəhayət, 

ikinci 

dəfə 


“Səfir  mehmanxanası”nın 

yanından keçəndə toppuĢ, qırmızıyanaq, hələ cavan görünən 

Ģən qadınla üz-üzə gəldi. 

Qadına yaxınlaĢıb dərdini ona dedi. 






Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   197


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə