Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə73/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   69   70   71   72   73   74   75   76   ...   197

www.vivo-book.com 

 

362 



–  Əlbəttə,  ay  Ģirin  rahib  oğlan,  mən  sizin  Ģəhər 

paltarınızı saxlayaram. – “Səfir mehmanxanası”nın sahibəsi 

dedi.  –  Saxlamaq  nədi,  mən  lap  onu  tez-tez  havaya  da 

verərəm  –  axı  belə  havada  mahud  paltarı  uzun  müddət  bir 

yerdə saxlamaq olmaz. 

Qadın  açarı  çıxarıb,  özü  oğlanı  otağa  ötürdü  və  ona 

məsləhət gördü ki, burada qoyub getdiyi hər Ģeyi bir kağıza 

qeyd eləsin. 

Oğlan  rahib  paltarında  mətbəxə  gələndə  gonbul  qadın 

özünü saxlaya bilmədi: 

–Ġlahi, əziz abbat Sorel, bu paltar sizə necə də yaraĢır! 

YaxĢı,  indi  mən  sizə  yaxĢı  bir  nahar  verərəm.  –  Səsini 

alçaldaraq  davam  etdi.  –  Narahat  olmayın  –  nahar  cəmi 

iyirmi su tutacaq, nəzərə alın ki, baĢqalarından əlli su alıram, 

amma siz gərək cibinizin qayğısına qalasınız. 

– Mənim on luidorum var – Jülyen fəxrlə dedi. 

– Ġlahi! – sahibə qorxmuĢ halda dedi. – Bunu heç belə 

ucadan  deyərlər?  Bezanson  cibgirlərlə,  fırıldaqçılarla 

doludu.  Göz  açıb  yumunca  cibinizi  soyarlar.  Bir  də  yadda 



www.vivo-book.com 

 

363 



saxlayın – kafelərə çox da getməyin, orada belələri qarıĢqa 

kimi qaynayır. 

–  Deməli,  belə!  –  bu  məlumatdan  qayğılanan  Jülyen 

dilləndi. 

–  Siz  baĢqa  heç  yerə  nahara  getməyin,  həmiĢə  mənim 

yanıma gəlin, mən sizə həmiĢə qəhvə də verərəm. Bilin ki, 

burda həmiĢə sizi isti nahar və yaxĢı adamlar gözləyir – özü 

də cəmi iyirmi suya. Ġnanın mənə, sizi aldatmıram. Keçin o 

masanın arxasında oturun – özüm sizə qulluq eləyəcəm. 

–  Yox,  mən  yemək  yeyə  bilmərəm,  –  Jülyen  dedi.  – 

Mən  çox  həyəcanlıyam;  axı  burdan  çıxıb  düz  seminariyaya 

getməliyəm. 

Amma  rəhmdil  və  gonbul  mehmanxana  sahibəsi 

oğlanın  ciblərini  yer-yeməli  Ģeylərlə  doldurandan  sonra 

buraxdı. Axır ki, Jülyen öz dəhĢətli məhbəsinə getdi. Qapıda 

dayanan sahibə ona yolu göstərdi. 

 

 

 




www.vivo-book.com 

 

364 



XXV 

 

     SEMĠNARĠYA 



 

Hərəsi  səksən  üç  santimlik  üç  yüz  otuz  altı  nahar, 

hərəsi  otuz  səkkiz  santimlik  üç  yüz  otuz  altı  şam  yeməyi, 

şokolad da rütbələrə görə paylanır – bundan nə qazanmaq 

olar ki? 

Bezansonun Volnosu 

 

 

 



Darvazaların  üstündəki  qızılı  rəngli  dəmir  xaçı  o, 

uzaqdan  gördü.  Aramla  darvazalara  yaxınlaĢdı  –  ayaqları 

sözünə baxmırdı. 

–  Bu  da  heç  vaxt  canımı  qurtara  bilməyəcəyim 

cəhənnəm – özü də yer üzündə. 

Axır ki, ürəklənib zəngi çaldı. Zınqırovların səsi aləmi 

baĢına götürdü, bu səsi eĢidən adama elə gələrdi ki, burada 



www.vivo-book.com 

 

365 



heç kim yaĢamır. On dəqiqədən sonra qapqara paltarlı, rəngi 

avazımıĢ bir adam darvazalara yaxınlaĢdı. 

Jülyen  ona  baxıb,  tez  də  gözlərini  aĢağı  saldı.  Bu 

adamın qəribə üzü vardı. YaĢıl, ĢiĢkin gözlərinin qarası piĢik 

gözləri  kimi  irilənmiĢdi  –  göz  qapaqlarına  baxan  kimi 

bilmək  olurdu  ki,  ondan  mərhəmət  gözləmək  lazım  deyil. 

Nazik dodaqları qabağa çıxmıĢ diĢlərinin üstündə yarımdairə 

cızmıĢdı.  Buna  baxmayaraq  onun  üzündə  eybi  yox  idi  – 

bəlkə də bu ifadə tam laqeydliyin göstəricisiydi, busa insanı 

hər  Ģeydən  çox  qorxuda  bilər.  Bu  mömin  bəndənin  qəmgin 

və çəlimsiz vücuduna baxan Jülyen ancaq bir Ģey baĢa düĢdü 

– o, göylərdən mükafat yağdırmayacaq hər Ģeyə qarĢı dərin 

ikrah hiss eləyirdi. 

Jülyen özünü məcbur eləyib, gözlərini qaldırdı – ürəyi 

elə döyünürdü ki, dili söz tutmurdu. O, qırıq-qırıq danıĢaraq, 

çətinliklə  baĢa  saldı  ki,  seminariyanın  rektoru  cənab  Pirarı 

görməlidir.  Qara  adam  bircə  kəlmə  də  kəsmədən  ona 

arxasınca gəlməyi iĢarə elədi. 




www.vivo-book.com 

 

366 



Onlar hamısı kənara əyilmiĢ ağac məhəccərləri və yana 

əyilmiĢ əyri pillələri olan, az qala bu dəqiqə yıxılacaq kimi 

görünən enli pilləkənlə yuxarı qalxdılar və  

üstünə sadə ağacdan iri, qara rəngə boyalı qəbiristanlıq xaçı 

vurulmuĢ  balaca  qapının  yanına  gəldilər.  Qapı  çətinliklə 

açıldı,  bələdçi  Jülyeni  divarları  əhənglə  ağardılmıĢ  alçaq 

tavanlı,  qaranlıq  bir  otağa  apardı  –  zaman  otağın 

divarlarından asılmıĢ iki iri Ģəkli qaraltmıĢdı. 

KiĢi  Jülyeni  tək  qoyub  getdi.  Oğlan  dəhĢətdən  donub 

qalmıĢdı  –  ürəyi  Ģiddətlə  döyünür,  ağlamaq  istəyir,  amma 

bacarmırdı.  Otaqda  ölü  sükut  vardı.  Ona  əbədiyyət  kimi 

görünən on beĢ dəqiqədən sonra bələdçinin əsəbi üzü otağın 

o  baĢındakı  qapıdan  göründü  –  o  səssizcə  baĢıyla  Jülyenə 

onun  arxasınca  gəlməsini  iĢarə  elədi.  Jülyen  o  biri  otağa 

keçdi.  Bu  otaq  da birinci kimiydi,  amma  əvvəlkindən  daha 

qaranlıq idi. Otağın divarları da əhənglə ağardılmıĢdı, amma 

boĢ  idi.  Təkcə  küncdə,  qapının  yanında  rənglənməmiĢ 

taxtadan  yataq,  iki  hörmə  kətil  və  küknardan  hazırlanmıĢ, 

üzlüksüz balaca kürsü vardı. 



www.vivo-book.com 

 

367 



Jülyen  otağın  o  biri  baĢında,  saralmıĢ  ĢüĢələri  olan, 

qabağı  çirkli,  rəngli  bankalarla  dolu  balaca  pəncərənin 

qabağında, kürsüdə oturmuĢ nimdaĢ cübbəli bir adam gördü. 

Deyəsən, onun nəyəsə bərk acığı tutmuĢdu – qarĢıdakı kağız 

dəstlərindən  balaca,  dördbucaqĢəkilli  vərəqlər  götürür,  hər 

birinin  üstünə  bir  neçə  söz  yazır  və  qarĢısındakı  masanın 

üzərinə düzürdü. 

Adam Jülyeni görmürdü. Osa otağın ortasında, otaqdan 

çıxıb,  qapını  arxasınca  örtmüĢ  bələdçinin  göstərdiyi  yerdə 

dayanmıĢdı. 

Beləcə on dəqiqə keçdi. NimdaĢ paltarlı adam masanın 

arxasında  oturub,  yazmaqda  davam  eləyirdi.  Jülyen  elə 

həyəcanlanmıĢ, elə qorxmuĢdu ki, ayaq üstə güclə dayanırdı, 

ona elə gəlirdi ki, indicə yıxılacaq. 

Bu  halı  görən  hansısa  filosof  yəqin  ki,  belə  deyərdi 

(əlbəttə  ki,  haqlı  olaraq):  “Eybəcər  birinin  gözəllik 

sevgisiylə dolu qəlbə təsiri belə dəhĢətli olur!” 

Masa arxasında yazı yazan adam baĢını qaldırdı. Jülyen 

bunun  fərqinə  gec  vardı,  amma  adamın  baĢını  qaldırdığını 

görəndən sonra da tərpənmədən dayanmağına davam elədi – 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə