Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə74/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   70   71   72   73   74   75   76   77   ...   197

www.vivo-book.com 

 

368 



sanki  oğlana  yönəlmiĢ  qorxunc  baxıĢlar  onu  yerə 

mıxlamıĢdı. 

Jülyenin  dumanlı  gözləri  qıpqırmızı  ləkələrlə  dolu 

uzunsov sifəti güclə sezə bilirdi. Meyit kimi ağarmıĢ sifətin 

ancaq  alın  tərəfində  bu  ləkələrdən  yox  idi.  Qırmızı 

yanaqlarla  ağ  alının  arasında  ən  cəsur  adamı  da  qorxuda 

biləcək  qara, balaca gözlər parlayırdı.  Sıx, qətran kimi  qara 

saçlar bu nəhəng alını dövrələmiĢdi. 

–  Yaxına  gəlin.  Siz  eĢidirsiz,  yoxsa  yox?  –  adam 

hövsələdən çıxaraq dedi. 

Jülyen  ayaqlarını  güclə  məcbur  edərək  bir-iki  addım 

atdı  və  tabaĢir  kimi  ağararaq,  onun  oturduğu,  üstü 

dördbucaqĢəkilli,  yazılı  kağızlarla  dolu  masanın  üç 

addımlığında dayandı. 

– Yaxın gəlin! – cübbəli adam qıĢqırdı. 

Jülyen  bir  addım  da  atdı,  sonra  sanki  yapıĢmağa  nəsə 

axtararaq, əllərini qabağa uzatdı. 

– Adınız? 

– Jülyen Sorel. 



www.vivo-book.com 

 

369 



– Siz çox gecikmisiniz. – O, baxıĢlarıyla sanki Jülyeni 

əzməyə çalıĢaraq dedi.  

Jülyen  bu  baxıĢlara  davam  gətirə  bilmədi.  Əllərini 

qabağa  uzadıb,  nədənsə  yapıĢmağa  cəhd  edərək  döĢəməyə 

sərildi. 

Cübbəli  adam  zınqırovu  cingildətdi.  Jülyen  huĢunu 

tamam  itirməsə  də,  heç  nə  görmür  və  tərpənə  bilmirdi. 

Amma yaxınlaĢan addım səslərini eĢitdi. 

Onu  qaldırıb,  rənglənməmiĢ  ağacdan  olan  kürsüyə 

otuzdurdular.  Oğlan  qorxulu  adamın  bayaqkı  kiĢiyə 

dediklərini eĢitdi: 

– Deyəsən, bunun ürəkgetməsi var. Bircə bu çatıĢmırdı! 

Jülyen axır ki, gözlərini açanda qırmızı sifətli adam öz 

masası arxasında oturub yazırdı, bələdçisə çıxıb getmiĢdi. 

Bizim gənc qəhrəman öz-özünə: 

–  Gərək  özümü  ələ  alım,  –  dedi.  –  Əsas  da  budu  ki, 

gərək indi hiss elədiklərimi gizlədim (o, güclü ürəkbulanma 

hiss  eləyirdi).  Əgər  mənə  nəsə  olsa,  Allah  bilir  barəmdə  nə 

fikirləĢərlər... – deyə düĢündü. 



www.vivo-book.com 

 

370 



Adam  axır  ki,  yazmağı  qurtarıb,  gözlərini  Jülyenə 

zillədi. 

– Siz mənim suallarıma cavab verə biləcəksiniz? 

– Bəli, cənab, – Jülyen birtəhər dilləndi. 

– Nə yaxĢı! Bunu eĢitməyimə Ģadam. 

Qara  paltarlı  adam  ayağa  qalxıb,  masasının  sirməsini 

açdı və orada nəsə axtarmağa baĢladı. Nəhayət, bir məktub 

tapıb,  təzədən  oturdu  və  Jülyenə  elə  baxdı  ki,  elə  bil  bu 

nəzərlərlə onun canını almaq istəyirdi. 

–  Sizi  mənə  cənab  ġelan  məsləhət  görüb.  O  bütün 

yeparxiyada  ən  yaxĢı  rahib  idi,  özü  də  əsl  xeyirxah  və 

mənim otuz illik dostumdu. 

–  Deməli,  mən  cənab  Pirarla  danıĢmaq  Ģərəfinə  nail 

olmuĢam? – Jülyen güclə eĢidiləcək tərzdə dedi. 

Adamın balaca gözləri daha bərk parladı, dodaqlarının 

kənarları  özündən  asılı  olmayaraq  dartıldı.  Bu  təbəssüm 

ovunu gəmirməyə hazırlaĢan pələngin ağzına çox yaraĢardı. 



www.vivo-book.com 

 

371 



–  ġelan  mənə  hər  Ģeyi  qısaca  yazıb,  –  o  özüylə 

danıĢırmıĢ  kimi  dedi.  –  Intelligent!  pauca

38

  .  Bizim 



zəmanədə məktublar həddən artıq uzun olur. 

Sonra məktubu ucadan oxumağa baĢladı: 

“Ġyirmi  il  əvvəl  öz  əlimlə  xaç  suyuna  saldığım  Jülyen 

Soreli  sizin  yanınıza  göndərirəm.  O,  varlı  bir  dülgərin 

oğludu, amma atası ona heç nə vermək fikrində deyil. Jülyen 

tanrı himayəsi altında çox yaxĢı bir zəhmətkeĢ olacaq. Onun 

yaxĢı yaddaĢı, anlayıĢı var  – olduqca ağıllı oğlandı. Amma 

onun seçdiyi məslək uzunmüddətli olacaqmı? O bu məsləyi 

seçməkdə səmimidirmi?” 

–  Səmimidirmi?  –  abbat  Pirar  bu  sözü  təəccüblə 

təkrarlayıb, Jülyenə baxdı – amma indi abbatın baxıĢları bir 

az insan nəzərlərinə oxĢayırdı. – Səmimidirmi? – o bir daha 

təkrarlayıb, məktubun davamını oxudu. 

“Sizdən  xahiĢ  eləyirəm  ki,  Jülyen  Sorelə  təqaüd 

verəsiniz. O lazım olan bütün imtahanları verəndən sonra bu 

təqaüdə  layiq  olduğunu  sübut  edəcək.  Mən  ona  bir  az 

                                                 

38

Arifə bir işarə də bəsdir(lat.) 




www.vivo-book.com 

 

372 



teologiya,  Bossöenin,  Arno  və  Flerinin  qədim  və  gözəl 

teologiyasını  öyrətmiĢəm.  Əgər  belə  təqaüdçü  sizə  uyğun 

gəlmirsə, onu geri göndərin. Kimsəsizlər evinin direktoru  – 

siz onu yaxĢı tanıyırsınız – bu oğlanı öz uĢaqlarına mürəbbi 

götürmək üçün səkkiz yüz frank ödəməyə hazırdır. Tanrıya 

Ģükür  ki,  ruhum  sakitdir.  Artıq  özümü  məni  haqlayan 

zərbəyə qarĢı hazır hiss eləyirəm”. 

Abbat Pirar imza yerinə çatanda duruxdu, “ġelan” adını 

oxuyanda köksünü ötürdü. 

– Onun ruhu sakitdi, – rahib dedi. – Onun xeyirxahlığı 

belə tanrı lütfünə layiqdir. Görəsən, axırım gələndə tanrı bu 

sakitliyi mənə də göndərəcəkmi? 

O,  gözlərini  göyə  qaldırıb,  xaç  çəkdi.  Jülyen  bu 

müqəddəs  ayini  görəndə,  bu  evə  girdiyi  andan  canını 

bürüyən soyuq dəhĢətin yavaĢ-yavaĢ keçdiyini hiss elədi. 

– Burada dini mərtəbə almaq istəyən üç yüz iyirmi bir 

nəfər  var,  –  abbat  Pirar  axır  ki,  sərt,  amma  qəzəb  hiss 

olunmayan səslə dedi. – Onlardan ancaq yeddi ya da səkkiz 

nəfərini  mənə  abbat  ġelan  kimi  adamlar  məsləhət  görüb. 

Beləliklə,  həmin  üç  yüz  iyirmi  bir  adamın  arasında  siz 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə