Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə76/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   72   73   74   75   76   77   78   79   ...   197

www.vivo-book.com 

 

378 



– Həə, çatdıq, – Jülyen düĢündü.  – Əziz oğul olmağın 

əvəzi bu imiĢ. 

– Otuz beĢ frank, müqəddəs ata. 

–  Bu  pulları  nəyə  xərcləyəcəyinizi  təfsilatıyla  yazın. 

Sonradan bunun hesabatını mənə verəcəksiniz. 

Bu əzablı söhbət düz üç saat davam elədi. Sonra Jülyen 

bələdçini çağırdı. 

Abbat Pirar ona dedi: 

– Jülyen Soreli yüz üçüncü hücrəyə aparın. 

Jülyenə  ayrıca  hücrə  verirdilər  –  bu  nadir  rast  gəlinən 

lütflərdən idi. 

Onun əĢyalarını da aparın, – abbat əlavə elədi. 

Jülyen  döĢəməyə  baxanda  bağlamasının  qarĢısında 

olduğunu  gördü  –  o  düz  üç  saat  imiĢ  ki,  buradaymıĢ  və 

Jülyen bunu görməmiĢdi. 

Onlar 103 nömrəli hücrəyə gəldilər. Bu, binanın yuxarı 

mərtəbəsində yerləĢən, səkkiz kvadrat futluq balaca otaq idi. 

Jülyen  otağın  pəncərəsinin  qala  divarına  baxdığını 

gördü,  divarın  o  tayındasa  Du  çayının  digər  sahilindəki 

gözəl vadi görünürdü. 




www.vivo-book.com 

 

379 



– Nə gözəl mənzərədir! – Jülyen heyrətlə dilləndi. 

Amma bu sözləri özü üçün desə də, bunların nə anlama 

gəldiyini  bilmirdi.  Bezansona  gələr-gəlməz  o  qədər  təsirli 

Ģeylər yaĢamıĢdı ki, artıq heyi qalmamıĢdı.  

O,  pəncərənin  yanındakı  yeganə  taxta  kətilin  üstündə 

oturdu. Oturan  kimi  də  yuxuya  getdi. Yuxuya  getdi və Ģam 

yeməyinə, sonra axĢam duasına səsləyən zəngləri eĢitmədi – 

onu yaddan çıxartmıĢdılar. 

Səhərin  ilk  Ģəfəqləri onu sübh  ertədən  yuxudan oyatdı. 

Oyananda gecəni quru döĢəmədə yatdığını gördü. 

 

 

 



XXVI 

 

    Ġnsan oğlu və ya varlı adama çatıĢmayan Ģey barədə 



 

 Mən bu yer üzündə tək-təkcənəyəm, heç kimin mənimlə 

bir  işi  yoxdu.  Gözlərimin  qarşısında  uğur  qazanan 


www.vivo-book.com 

 

380 



insanların hamısı həyasız və qəddardır. Mənsə belə deyiləm. 

Onlar bu mərhəmətə, güzəştə getmək bacarığıma görə mənə 

nifrət eləyirlər. İlahi, tezliklə məni ya aclıq, ya məyusluq, ya 

da insanların qəddarlığı öldürəcək. 

 

Yunq 

 

Jülyen  tez  pal-paltarını  təmizlədi  və  aĢağı  endi. 



Nəzarətçi  onu  bərk  danladı,  osa  özünə  bəraət  qazandırmaq 

əvəzinə qollarını sinəsində çarpazladı. 

–  Peccavi,  pater  optime

42

,  –  deyə  məyus  səslə  cavab 



verdi. 

Bu, uğurlu baĢlanğıc idi. Hiyləgər seminariyaçılar baĢa 

düĢdülər  ki,  bu  cavan  belə  iĢlərdə  naĢı  deyil.  Tənəffüs 

zamanı  Jülyen  hamının  diqqət  mərkəzindəydi.  Amma 

cavanların  öyrənə  bildikləri  tək  Ģey  bu  oldu  ki,  təzə  gələn 

oğlan özünə qapanan qaraqabağın biridi. 

                                                 

42

G



ünahkaram, bağışlayın, müqəddəs ata(lat.)

 



www.vivo-book.com 

 

381 



Özü  üçün  müəyyən  elədiyi  qanunlara  görə  bu  üç  yüz 

iyirmi  bir  nəfərin  hamısı  onun  düĢmənləriydi,  ən  təhlükəli 

düĢmənsə abbat Pirar idi. 

Bir  neçə  gün  keçəndən  sonra  Jülyen  özünə  ruhani  ata 

seçməliydi. Ona siyahı verdilər. 

Oğlan düĢündü: 

–  Ġlahi!  Bunlar  məni  nə  hesab  eləyirlər?  Yəni 

doğrudanmı  elə  bilirlər  ki,  mən  bu  dəm-dəsgahın 

mahiyyətindən xəbərsizəm? 

Və o abbat Pirarı seçdi. 

Onun ağlına da gəlməzdi ki, bu seçim həlledici oldu. 

Seminariyaçılardan biri, Jülyeni ilk gündən özünə dost 

elan  eləmiĢ  Veryerli  sarıdimdik  gənc  ona  dedi  ki,  əgər 

seminariya  rektorunun  köməkçisi,  cənab  Kastanedi  ruhani 

ata seçsəydi, daha düĢünülmüĢ hərəkət eləmiĢ olardı. 

– Abbat Kastaned cənab Pirarın qatı düĢmənidir. Cənab 

Pirarın  yansençi  olduğundan  Ģübhələnirlər  –  o,  Jülyenin 

qulağına pıçıldadı. 

Kifayət  qədər  ehtiyatla  hərəkət  etdyini  düĢünən  bizim 

gənc qəhrəmanın ilk addımlarının hamısı, həmçinin  mənəvi 




www.vivo-book.com 

 

382 



ata  seçimində  də  yetərincə  tələskənlik  etmiĢdi.  Təxəyyül 

sahibi olan bütün insanlara xas olan təkəbbürə uyaraq, o öz 

məqsədlərini artıq  həyata  keçmiĢ  gerçək kimi  qəbul  edir  və 

özünü peĢəkar riyakar hesab edirdi. Bu Ģeylər onun gözlərini 

hərdən  elə  tuturdu  ki,  oğlan  hətta  zəiflərin  əl  atdığı  bu 

fəndgirlikdə qazandığı uğurlara görə özünü qınayırdı. 

“Heyhat!  Neyləyim  ki,  mənim  tək  silahım  budu!  –  o 

düĢünürdü. – Ġndi baĢqa zamanlar olsaydı, mən öz çörəyimi 

bədxahlara görə olan iĢlərlə qazanardım”. 

Öz  davranıĢından  məmnun  qalan  Jülyen  ətrafına  göz 

gəzdirirdi  –  burada  hər  Ģey  ən  ali  xeyirxahlıqdan  xəbər 

verirdi.  Seminariyaçılardan  on  nəfəri  müqəddəslik  haləsinə 

bürünmüĢdü – onlara müqəddəs Terezanın və ya müqəddəs 

Fransiskin  Apennində,  Bern  dağlarında  öz  möcüzələrini 

eləyən vaxtlarındakı zikrlər qismət olurdu. Amma bu Ģeylər 

tələbələrin  dostlarının  cidd-cəhdlə  qoruduğu  böyük  sirr  idi. 

Həmin  yazıq  gənclərsə  demək  olar  ki,  hücrədən  çölə  də 

çıxmırdılar. 

Sonsuz 

inanclarının 



qarĢısıalınmaz 

həvəslə 


uyğunlaĢdığı daha yüz nəfər də sadalamaq mümkündür. Bu 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə