Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə77/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   73   74   75   76   77   78   79   80   ...   197

www.vivo-book.com 

 

383 



gənclər  yorulub əldən düĢənə qədər  əlləĢsələr  də,  nəticə elə 

də  ürəkaçan  olmurdu.  Bir-iki  nəfər  doğrudan  da  vergili 

adam  vardı  ki,  bunlardan  biri  də  hansısa  ġazel  idi.  Amma 

həmin  gənclər  Jülyendən  uzaq  gəzdiyi  kimi,  o  da  bu 

gənclərdən aralı gəzirdi. 

Üç  yüz  iyirmi  bir  nəfər  seminariyaçının  qalanları  adi 

fərasətsizlərdən  ibarət  idi.  Onlar  səhərdənaxĢama  qədər 

dillərini döyənək etmiĢ latın sözlərinin mahiyyətini izah edə 

bilməyəcək qədər fərsiz idilər. Bu kəndli uĢaqların hamısına 

elə gəlirdi ki, torpaqda  əlləĢməkdənsə, latınca  bir-iki  kəlmə 

qırıldadıb, çörək qazanmaq daha asandı. 

Bu  müĢahidələrdən  çıxardığı  nəticələrə  əsaslanan 

Jülyen  elə  ilk  günlərdən  qərara  gəldi  ki,  burada  uğur 

qazanmaq ona olduqca asan baĢa gələcək. 

– Axı hər məsələdə baĢ iĢlətməli olacaq adamlar həmiĢə 

lazımdı,  çünki  bu  iĢləri  kimsə  görməlidir  –  o  düĢünürdü. 

Napoleonun  yanında  mən  gizir  olardım,  bu  rahiblərin 

yanında  da  baĢ  vikariy  ola  bilərəm.  Bu  bədbəxt  oğlanların 

hamısı bura düĢənə qədər kirli-paslı iĢlərdə iĢləyib, bir tikə 

qara  çörək,  bir  qurtum  suyla  dolanıblar.  Öz  komalarında 




www.vivo-book.com 

 

384 



bunların  dilinə  ildə  beĢ-altı  dəfə  ət  dəyib,  ya  yox.  Roma 

döyüĢçüləri  müharibəni istirahət  bildikləri kimi,  seminariya 

da bu qara kəndçilər üçün əsl cənnətdi. 

Onların  əsəbi  baxıĢlarında  Jülyen  yeməkdən  sonrakı 

fiziki  məmnunluqdan  baĢqa  heç  nə  oxuya  bilmirdi.  Bax,  o 

belə adamların arasında fərqlənməliydi. 

Amma  Jülyen  bir  Ģeyi  bilmirdi  –  heç  kim  də  onu 

bundan  xəbərdar  etməyə  hazırlaĢmırdı  –  burada  müxtəlif 

fənlərdə,  məsələn,  doqmatikada,  kilsə  tarixində,  bir  sözlə 

seminariyada  nə  tədris  edirlərsə,  o  Ģeylərdə  fərqlənmək 

sadəcə  günaha  yazılan  təkəbbür  hesab  olunurdu.  Volterin 

zamanlarından,  mahiyyətcə  inamsızlıqdan  və  Ģəxsi 

mülahizədən  ibarət  olub,  xalqlara  inanmamağı  öyrədən 

ikipalatalı  sistem  tətbiq  olunandan  bəri  fransız  kilsəsi 

anlamıĢdı ki, onun əsas düĢmənləri – kitablardı. 

BarıĢan  müdriklik  –  onun  üçün  ən  ali  mərtəbə  bu  idi. 

Elmlərdə,  hətta  müqəddəs  elmlərdə  qazanılan  uğurlar  ona 

Ģübhəli gəlir ki, bu da əbəs yerə deyil. Axı Siyes və Qrequar 

bunu  eləyibsə,  ziyalı  insana  fikrini  dəyiĢib,  düĢmən  tərəfə 

keçməyə  nə  mane  ola  bilər?  Kilsə  qorxudan  çırpınaraq, 




www.vivo-book.com 

 

385 



yeganə xilas lövbəri kimi papadan yapıĢır. Ancaq papa Ģəxsi 

mülahizələrin  ötəsinə  keçə,  özünün  təmtəraqlı  saray 

mərasimlərinin  havasıyla  kübar  insanların  közərən  zəngin 

ağlına təsir edə bilərdi. 

Seminariyada söz düĢəndə bütün yollarla rədd edilən bu 

gerçəkləri yarıfəhmlə anlayan Jülyen bərk məyus olurdu. O 

çox  çalıĢırdı  və  tezliklə  kilsə  xadimi  üçün  lazım  olan,  öz 

gözünə  olduqca  saxta  görünən  və  onda  heç  bir  maraq 

doğurmayan bilgilərə sahib oldu. O baĢa düĢürdü ki, bundan 

baĢqa görə biləcəyi bir iĢ yoxdur. 

“Yəni  doğrudanmı  hamı  məni  yaddan  çıxartdı?”  –  o 

düĢünürdü.  O  bilmirdi  ki,  cənab  Pirar  ən  yüksək  ədəb-

ərkanla  yazılsa  da,  sətiraltısı  qarĢısı  alınmayan  ehtirasla, 

dəhĢətli sevgi əzablarıyla dolu bir yığın məktub yandırıb. 

“Nə yaxĢı, – abbat Pirar düĢünürdü, – hər halda bu gənc 

imanlı bir qadını sevirmiĢ”. 

Bir  dəfə  abbat  Pirar  göz  yaĢları  hərfləri  yaydığından 

ancaq yarısı oxuna bilən bir məktub açdı. Bu – Jülyenə vida 

məktubuydu. Məktubda yazılmıĢdı: 



www.vivo-book.com 

 

386 



“Axır  ki,  tanrı  lütf  elədi  və  məni  günahlarımın 

səbəbkarı  olan  insana  deyil  –  çünki  o  insan  həmiĢə  mənim 

üçün dünyadakı ən dəyərli adam olaraq qalacaq – günahımın 

özünə nifrət etməyə istiqamətləndirdi. Və görürsünüz ki, bu 

hiss  mənə  nə  qədər  göz  yaĢları  axıtdırdı.  Özümün  aid 

olduğum, sizinsə sevdiklərinizin xilas etmək qayğısı qələbə 

çaldı.  Ədalətli,  amma  zəhmli  tanrımız  daha  analarının 

günahına  görə  onları  cəzalandırmalı  olmayacaq.  Əlvida 

Jülyen, insanlara qarĢı ədalətli olun”. 

Məktubun  sonundakı  bu  axırıncı  vida  sözlərini  demək 

olar ki, oxumaq mümkün deyildi. Məktubun sonunda ünvan 

yazılsa da, yazan oğlanın cavab yazmayacağına, yazarsa da, 

imanlı, əxlaqlı bir qadının qızarmadan oxuyacağı bir məktub 

yazacağına ümid vardı. 

Jülyenin  hansısa  yemək  dəllalının  hərəsini  83  santim 

qarĢılığında  seminariyaya  çatdırdığı  kasıbyana  yeməyə 

qarıĢan kədəri axır ki, onun sağlamlığına təsir elədi. Elə bu 

vaxt,  günlərin  birində  dostu  Fuke  onun  hücrəsində  peyda 

oldu. 



www.vivo-book.com 

 

387 



–  Axır  ki,  gəlib  çıxdım.  BeĢinci  dəfədi  ki,  səninlə 

görüĢmək  üçün  Bezansona  gəlirəm.  Hər  dəfə  də  qarĢımda 

eyni  buz  kimi  sifəti  görürəm.  Artıq  burada,  seminariyanın 

yanında qarovulçu qoymuĢdum. Lənət Ģeytana, sən niyə heç 

vaxt çölə çıxmırsan? 

– Özümü sınaqdan keçirirəm. 

–  Sən  çox  dəyiĢmisən!  Gör  nə  vaxtdı  səni  görmürəm! 

Ġki  cingiltili  pul  axır  ki,  məni  özümə  gətirdi.  Necə  də 

axmağam ki, bu pulu baĢdan onun cibinə qoymamıĢam. 

Adama  elə  gəlirdi  ki,  iki  dostun  söhbətinin  axırı 

olmayacaq. Fuke ona: 

– Yeri gəlmiĢkən, sənin tərbiyə elədiyin uĢaqların anası 

yaman dinə-imana gəlib, – deyəndə Jülyenin rəngi ağardı. 

Və  o  əzablı  ürəyi  daha  da  pis  ağrıdan,  bu  dəqiqə  bir 

qəlbdəki  ən  qiymətli  Ģeyləri  alt-üst  etdiyindən  xəbərsiz 

qayğısız səslə danıĢmağa baĢladı: 

–  Hə,  dost,  o  yaman  imanlı  olub.  Deyirlər,  gündə 

tanrıya  dua  eləməyə  gedir.  Amma  cənab  ġelanı  o  qədər 

güdən abbat Malonun acığına, qadın ona pənah aparmadı. O, 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə