Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə78/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   74   75   76   77   78   79   80   81   ...   197

www.vivo-book.com 

 

388 



günahlarını  etiraf  etmək  üçün  ya  Dijona,  ya  da  Bezansona 

gedir. 


– O, Bezansona gəlir? – Jülyen əsəbi halda soruĢdu. 

Fuke çaĢaraq: 

– Hə, özü də lap tez-tez. 

– Səndə “Konstitüsyonel”in nömrəsi varmı? 

– Nəyin? – Fuke soruĢdu. 

–  SoruĢuram  ki,  səndə  “Konstitüsyonel”in  nömrəsi 

varmı?  –  Jülyen  təmkinli  səslə  soruĢdu.  –  Onun  hər 

nömrəsini burada, Bezansonda otuz suya satırlar. 

– Buna bax! Hətta seminariyada da liberallar varmıĢ! – 

Fuke  abbat  Malonun  səsini  yamsılayaraq,  saxtakarcasına 

dedi. 

Dostuyla  bu  görüĢ  qəhrəmanımıza  bərk  təsir  elədi. 



Amma  səhəri  gün  Veryerdən  olan,  Jülyenin  maymaq  hesab 

elədiyi  oğlanın  təsadüfən  dediyi  söz  olmasaydı,  bu  məsələ 

ona  lap  pis  təsir  edərdi.  Oğlanın  dediyi  söz  onun  gözünü 

açdı  –  sən  demə,  seminariyaya  gəldiyi  gündən  Jülyen  heç 

nəyi düz eləmirmiĢ. O, acı-acı özünə güldü. 



www.vivo-book.com 

 

389 



Oğlan  hər  Ģeyi  dəqiq  düĢünmüĢdü,  amma  xırdalıqlara 

əhəmiyyət  verməmiĢdi  –  seminariyadakı  gözüaçıqlarsa 

məhz  bu  xırdalıqlara  fikir  verirdilər.  Xırdalıqların  belə 

çoxluğu onu ələ verirdi. 

Beləliklə,  onların  gözündə  Jülyen  ən  qorxunc  günahı 

törədirdi  –  o  avtoritetə  tabe  olub,  nümunələrə  əməl 

eləməkdənsə  özü  düĢünür,  özü  mühakimə  edirdi.  Abbat 

Pirar  ona  heç  nədə  kömək  edə  bilməmiĢdi  –  onunla  bircə 

dəfə  də  danıĢmamıĢdı.  Təkcə  günah  etirafları  vaxtı 

görüĢmüĢdülər  ki,  elə  vaxtlarda  da  rahib  onunla 

danıĢmaqdan daha çox oğlanı dinləmiĢdi. Əgər o mənəvi ata 

olaraq abbat Kastanedi seçsəydi, hər Ģey baĢqa cür olardı. 

Amma  özünün  səhvlərini  anlayan  gündən  etibarən 

Jülyenin  günləri  maraqlı  keçməyə  baĢladı  –  o  daha 

darıxmırdı.  O  Ģərə  nə  qədər  üz  verdiyini  bilməli  və  indiyə 

qədər seminariya yoldaĢlarını ondan hürkməyə məcbur edən 

təkəbbürü və inadkar susqunluğunu pozmalıydı. 

Bax,  elə  bu  vaxt  onlar  Jülyendən  qisas  almağa 

baĢladılar.  Onun  kiminləsə  danıĢmaq  cəhdi  elə  həqarətlə 

qarĢılanırdı  ki, bunun  adı  ancaq  təhqir  olunmaq  idi.  O  indi 




www.vivo-book.com 

 

390 



bildi  ki,  bura  gələndən  bəri  elə  bir  günü,  hətta  elə  bir  saatı 

olmayıb  ki,  onun  üçün  pis  nəticəyə  gətirməsin,  təzə 

düĢmənlər  qazandırmasın,  hansısa  yaxĢı  seminariyaçını,  ya 

da cahil olmayan bir gəncin rəğbətini qazandırmasın. 

Onun canını qurtarmalı olduğu Ģər çox idi və bu elə də 

asan  məsələ  deyildi.  Bu  vaxtdan  etibarən  Jülyen  həmiĢə 

gözdə-qulaqdaydı.  Ġndi  o  özünü  tamam  baĢqa  insan  kimi 

qələmə verməliydi. 

Məsələn,  gözlərinin  ifadəsi  oğlana  əməlli-baĢlı  qayğı 

yaradırdı.  Belə  yerlərdə  əbəs  yerə  adamlar  göz  qapaqlarını 

endirərək gəzmirlər. 

“Veryerdə  özüm  üçün  nələr  uydursam  da,  –  Jülyen 

düĢünürdü – mən yaĢadığımı düĢünürdüm, amma belə çıxır 

ki,  mən  ancaq  yaĢamağa  hazırlaĢırmıĢam.  Budur,  indi  mən 

həyata  atılmıĢam  və  rolumu  oynaya  bilənə  qədər  bu  həyat 

mənim üçün elə beləcə də keçəcək. Dörd yanım düĢmənlərlə 

doludu.  Hər  dəqiqə  saxtakarlıq  etməyə  məcbur  olmaq  – 

cəhənnəm  əzabıdı!  Belə  əzabın  yanında  Herkulesin 

Ģücaətləri  nədir  ki!  Bizim  zəmanəmizin  Herkulesi  BeĢinci 

Sikstdi  –  onu  cavan  yaĢlarından  təkəbbürlü  və  çılğın  biri 




www.vivo-book.com 

 

391 



kimi  tanıyan  qırx  kardinalı  öz  təvazökarlığıyla  aldadan 

BeĢinci Sikst!” 

O məyusluqla öz-özünə deyirdi: 

“Deməli,  biliklərin  burada  qara  qəpiklik  qiyməti 

yoxdur?  Doqmatikada,  müqəddəs  tarixdə  qazanılan  uğurlar 

ancaq  görüntü  üçündür?  Belə  Ģeylər  barədə  burada 

danıĢılanların  hamısı  tələdir,  mənim  kimi  avamların 

düĢdüyü  tələ!  Heyhat!  Mənim  tək  xidmətim  tələm-tələsik 

uğurlarım  imiĢ,  bu  çərənləmələri  tez  qavramaq  bacarığım! 

Belə çıxır ki, onlar özləri bunun qiymətini bilir və hər Ģeyə 

elə 

mənim 


kimi  yanaĢırlar.  Mən  axmaqsa  hələ 

qürrələnirdim!  Axı  mənə  bu  qədər  düĢmən  qazandıran  Ģey 

də  elə  mənim  hamıdan  seçilməyimdi.  Məndən  qat-qat  çox 

bilən  ġazel,  həmiĢə  yazılarında  nəsə  səhvlər  buraxır  və 

əllinci yerdə gəlir, birinci yerə çıxanda da özünü elə göstərir 

ki,  guya  təsadüfən  belə  olub.  Ah,  bircə  söz,  abbata  Pirarın 

bircə sözü məni xilas edə bilərdi!” 

Jülyen  səhvlərini  biləndən  sonra  bu  vaxta  qədər  ona 

olduqca  darıxdırıcı  gələn  Ģeylər  –  həftədə  beĢ  dəfə  təsbeh 

çevirərək  dua  oxumaq,  Ġsanın  Ürəyi  kilsəsində  ahənglə 




www.vivo-book.com 

 

392 



hədislər  oxumaq  onun  üçün  sevimli  məĢğuliyyətə  çevrildi. 

Özünə və davranıĢlarına cidd-cəhdlə fikir verən, uğurlarıyla 

öyünməməyə çalıĢan Jülyen bununla nümunəvi seminariyaçı 

olmaq  və  xristianlığın  yeni  mərtəbəsinə  qədəm  qoyduğunu 

göstərən  hərəkətlər  eləmək  fikrində  deyildi.  Axı 

seminariyada  ilıq  yumurtanı  da  elə  yemək  olardı  ki,  bu 

ruhaniliyə aparan yolda uğur əldə eləmək kimi görünərdi. 

Qoy dodağının kənarlarına təbəssüm qonan oxucumuz, 

XVI Lüdovikin sarayında nəcabətli bir xanımın qonağı olan 

abbat Delilin yumurta yeyəndə necə kobud səhvlər elədiyini 

yada salsın. Jülyen birinci növbədə elə bir görüntü yaratmaq 

istəyirdi  ki,  onun  yeriĢi,  əllərinin  hərəkəti,  göz  qapaqlarını 

endirməyi  dünya  tamına  tamamilə  laqeyd  adam  təsiri 

bağıĢlasın.  Bununla  belə,  hələ  əbədi  həyat  həvəsində 

olmayan,  yer  üzündəki  qayğılardan  hali  olan  adam  kimi 

görünsün. 

Dəhlizin  bütün  divarlarında  Jülyen  “Əbədi  həzz  və  ya 

cəhənnəmdəki qır qazanında əbədi yanmağın yanında altmıĢ 

illik  ibadət  nədir  ki?”  yazılarını  görürdü.  Ġndi  bu  yazılar 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə