Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə79/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   75   76   77   78   79   80   81   82   ...   197

www.vivo-book.com 

 

393 



Jülyendə  ikrah  doğururdu.  O  baĢa  düĢürdü  ki,  bu  yazıları 

həmiĢə diqqətdə saxlamalıdı. 

“Mən  ömrüm  boyu  nə  iĢlə  məĢğul  olacam?  Ġmanlı 

adamlara  cənnətdə  yer  satacam.  Onlara  bunun  nə  olduğunu 

izah  eləməyin  ən  yaxĢı  yolu  nədir?  Ancaq  özümlə  dünya 

tamına meyilli adamın arasındakı zahiri fərqini göstərmək”, 

– o düĢünürdü. 

Aylar  uzunu  sürən  aramsız  cəhdlərdən  sonra  Jülyen 

hələ  də  düĢünmək  bacarığı  olan  insan  kimi  qalmıĢdı.  Onun 

gözlərini  qaldırmaq,  dodaqlarını  tərpətmək  vərdiĢi  əzabın 

son  həddinə  qədər  hər  Ģeyə  dözməyə  hazır  imanlı  adamın 

vərdiĢləri  deyildi.  Jülyen  kədərlə  müĢahidə  eləyirdi  ki,  bu 

məsələdə hətta ən yöndəmsiz kəndçi balaları da ondan yaxĢı 

mənada  fərqlənirlər.  Onlar  üçün  düĢünə  bildiklərini 

gizlətməkdən asan heç nə yox idi. 

O  da  belə,  yəni  hər  Ģeyi  qəbul  etməyə,  hər  Ģeyə 

dözməyə  hazır  kor  inanca  sahib  adam  görüntüsünü,  ancaq 

italyan  monastırlarında  və  Qverçinonun

43

  biz  dünyəvilərə 



                                                 

43

 Luvr muzeyində “Akvitan hersoqu Fransisk tacını çıxardır və monax libası geyinir” 



şəklinə baxın. N 1130. (müəllifin qeydi) 


www.vivo-book.com 

 

394 



qoyub  getdiyi  gözəl  dini  əsərlərdə  görə  biləcəyimiz  insan 

görüntüsünü əldə eləmək üçün nə qədər əziyyət çəkmiĢdi! 

Vacib  bayramlarda  seminariyaçılara  naharda  turĢ 

kələmlə  sosis  verirdilər.  Jülyenin  masa  yoldaĢları  onun  bu 

nemətlərə  tam  laqeyd  göründüyünü  hiss  elədilər  –  bu 

oğlanın  daha  bir  səhviydi.  YoldaĢları  bunu  ən  axmaq 

riyakarlıq  kimi  qəbul  elədilər  –  o  bu  hərəkətilə  özünə  nə 

qədər düĢmən qazandı! 

– Bu ağaya, bu yekəxanaya baxın! Özünü elə aparır ki, 

guya  yaxĢı  yeməyə  tamahı  düĢmür.  Özü  də  turĢ  kələmlə 

sosis, haa! Əclaf! Lənətə gəlmiĢ, daqqanın biri! 

O özünü elə göstərməliydi ki, guya yeməyini boĢqabda 

saxlamaqla  özünü  cəzalandırır.  BoĢqabındakı  yeməyi  masa 

yoldaĢlarından birinə göstərib: 

–  Ġnsan  könüllü  əzab  çəkməkdən  baĢqa  tanrı  sevgisi 

uğrunda daha nələri qurban verə bilər ki? 

Amma  belə  Ģeylərdən  baĢ  çıxarmaq  üçün  Jülyen  hələ 

kifayət qədər təcrübəli deyildi. 

“Ġlahi! Bu kəndçi balalarının yonulmamıĢlığı onların ən 

yaxĢı keyfiyyətiymiĢ! – deyə ümidsiz anlarında bağırırdı.  – 




www.vivo-book.com 

 

395 



Onlar  seminariyaya  gələndə  mənəvi  ataları  bu  uĢaqların 

beyinlərindən  məndəki  o  kübar  bilgiləri  çıxartmaq 

məcburiyyətində  qalmırlar.  Amma  bu  bilgilər  mənim 

üzümdən oxunur”. 

Jülyen  paxıllıq  dərəcəsinə  çatan  maraqla  seminariyaya 

gələn  ən  yöndəmsiz  kəndli  oğlanları  öyrənirdi.  Onların 

əyinlərindən  mahud  gödəkcələri  çıxarıb,  qara  cübbələr 

geyindirəndə  bütün  təhsilləri  FranĢ  Kontedə  deyilən  kimi, 

“cingildəyən  pula”  olan  hörmətlərindən  ibarət  olurdu.  Bu 

sirli,  təntənəli  söz  nağd  pul  haqda  bəlağətlimöhtəĢəm 

təsəvvürü ifadə edir. 

Volterin 

romanlarının 

qəhrəmanları 

kimi, 

bu 


seminariyaçılar üçün də xoĢbəxtlik doyumlu nahardan ibarət 

idi. 


Jülyen  onların  hamısında  əyinlərində  mahuddan  cübbə 

olan  adamların  qarĢısında  fitri  pərəstiĢ  müĢahidə  eləyirdi. 

Bu,  həyat  qanunlarının  yer  üzündəki  nemətləri  bölüĢdürmə 

ədalətinin,  ya  da  ədalətsizliyinin  necə  qiymətləndirildiyinin 

göstəricisidi. “Axı varlı adamla – onlar öz aralarında tez-tez 

danıĢırdılar – 




www.vivo-book.com 

 

396 



mübahisə eləməkdən adam nə qazana bilər ki?” 

Yura vadilərində varlılara belə deyirlər. Ġndi onların ən 

varlılara,  hakimiyyətdə  olanlara  necə  hörmət  etdiklərini 

təsəvvür edə bilərsiniz! 

Cənab  prefektin  adı  gələndə  ehtiram  dolu  təbəssümlə 

gülümsəməmək,  FranĢ-Konte  əhalisinin  nəzərində  böyük 

ehtiyatsızlıqdır. Ehtiyatsızlıqsa kasıblara aclıq bahasına baĢa 

gəlir. 


Ġlk  vaxtlar  Jülyen  onu  bürüyən  ikrah  hissindən  dəli 

olurdu.  Amma  axırda  oğlanda  rəhm  duyğusu  oyandı  –  axı 

onun  yoldaĢlarının  çoxunun  atası  qıĢ  gecələrində  arvad-

uĢaqlarının yanına gələndə evdə bir tikə çörəyin, bircə dənə 

Ģabalıdın, bircə dənə kartofun olmadığını görmüĢdülər. 

–  Burada  təəccüblənəsi  heç  nə  yoxdu  –  Jülyen 

düĢünürdü.  –  Onların  təsəvvüründə  ən  xoĢbəxt  adam  yaxĢı 

yeyibdoyan,  əyninə  abırlı  paltar  geyinən  adamdır.  Bütün 

yoldaĢlarımın  seçdikləri  peĢə  onlar  üçün  qətidir  –  bu  iĢ 

onlara ömür boyu xoĢbəxtlik – yəni doyunca yemək və qıĢda 

isti paltar geyinmək imkanı verəcək. 



www.vivo-book.com 

 

397 



Bir  dəfə  Jülyen  zəngin  təsəvvürü  olan  gənc 

seminariyaçının yoldaĢıyla söhbətini eĢitdi: 

– Məgər mən də donuz otaran BeĢinci sikst kimi papa 

ola bilmərəm? 

Onun dostu: 

–  Papa  ancaq  italyanlardan olur  –  deyə  cavab  verdi.  – 

Bizimkilərin  arasındansa  bəlkə  baĢ  vikariy,  mənəvi  ata, 

yaxĢı  haldasa  yepiskop  çıxa  bilər.  Bax,  məsələn  ġalondakı 

cənab P. çəlləkçi oğlu olub. Mənim də atam çəlləkçidi. 

Bir  dəfə  doqmatika  dərsində  oturduğu  vaxt  abbat 

Pirarın  adamı  gəlib  Jülyeni  çağırdı.  Yazıq  oğlan  artıq 

boğulmaq  üzrə  olduğu  bu  fiziki  və  əxlaqi  mühitdən  azacıq 

da olsa, canını qurtaracağına çox sevindi. 

Cənab  rektorun  otağında  Jülyen  seminariyaya  gəldiyi 

günkü kimi, sərt qarĢılandı. 

–  Mənə  bu  oyun  kartında  nə  yazıldığını  izah  edin  – 

rektor yerin altına girməyə hazır olan oğlandan soruĢdu. 

Jülyen oxudu: 

“Amanda  Bine,  “Zürafə”  qəhvəxanası,  saat  səkkizə 

qədər. Deyərsiz ki, anamın Canlisdəki qohumlarındansınız”. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə