Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə8/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   4   5   6   7   8   9   10   11   ...   197

www.vivo-book.com 

 

37 



–  Mən  onunla  heç  vaxt  kəlmə  də  kəsməmiĢəm,  – 

Jülyen dedi. – O qadını mən ancaq kilsədə görmüĢəm. 

–  HəĢəratın  biri  həĢərat!  Deməli,  sən  gözünü  ona 

zilləmisən?! 

–  Heç  vaxt!  Siz  bilirsiniz  axı,  mən  kilsədə  olanda 

tanrıdan baĢqa heç kimi görmürəm. – Jülyen özünü mümkün 

qədər  məsum  göstərməyə  çalıĢaraq  bununla  atasının 

Ģillələrindən yayınmaq istəyirdi. 

–  Yox,  burda  nəsə  var,  –  hiyləgər  qoca  bunu  deyib, 

bir dəqiqəliyinə susdu. 

–  Murdar,  saxtakar,  səndən  söz  qoparmaq  olar?  Nə 

olur  olsun,  səndən  canımı  qurtaracam,  mənim  rəndəm  bu 

iĢdən  ancaq  xeyir  görəcək.  Deməli,  ya  küreni,  ya  da  baĢqa 

kimisə  yaxĢı  biĢirə  bilmisən  ki,  sənə  belə  isti  yer  tapıblar. 

Yeri,  Ģələ-küləni  yığıĢdır,  səni  cənab  Renalın  evinə 

aparacam. Sən onların uĢaqlarının tərbiyəçisi olacaqsan. 

– Əvəzində nə alacam? 

– Yeməyini, paltarını verəcəklər, bir də üç yüz frank 

maaĢ. 

– Mən qulluqçu olmaq istəmirəm. 




www.vivo-book.com 

 

38 



–  Heyvan!  Sənə  kim  deyir  ki,  qulluqçu  olacaqsan? 

Səncə, mən oğlumun qulluqçu olmasını istəyərəm? 

– Bəs mən yeməyi kimin yanında yeyəcəm? 

Bu  sual  qoca  Soreli  düĢündürdü,  o  hiss  elədi  ki, 

söhbəti  davam  elətdirsə,  bunun  axırı  yaxĢı  olmayacaq.  O, 

Jülyenin  üzünü  bir  az  da  qarınqululuğuna  görə  danladı, 

axırda 

gənci 


rahat 

buraxıb, 

böyük 

oğullarıyla 



məsləhətləĢməyə getdi. 

Bir azdan Jülyen onların birlikdə dayanıb, baltalarına 

söykənərək ailə məĢvərəti keçirdiklərini gördü. O, bir xeyli 

atası  və  qardaĢlarına  baxdı,  amma  baĢa  düĢdü  ki,  onların 

nədən  danıĢdığını  anlaya  bilməyəcək.  O,  miĢarxananın 

həndəvərindən  dolanaraq  rəndənin  o  biri  tərəfinə  keçdi  ki, 

burda onu qəfil yaxalaya bilməsinlər. 

Jülyen  həyatını  dəyiĢəcək  bu  qəfil  xəbər  barədə 

sərbəst fikirləĢmək istəyirdi, amma anladı ki, indi düĢünmək 

iqtidarında  deyil.  Onun  fikri-zikri  cənab  Renalın  gözəl 

evində onu gözləyən həyatın yanındaydı. 

“Yox, yaxĢısı budur ki, mən bu iĢdən imtina eləyim, 

– o düĢünürdü – icazə vermərəm ki, məni qulluqçularla bir 



www.vivo-book.com 

 

39 



masaya otuzdursunlar. Yəqin ki, atam məni zor gücünə razı 

salmağa çalıĢacaq – amma yox, ölüm bundan yaxĢıdı. Mən 

on beĢ frank və səkkiz su pul yığmıĢam, elə bu gecə qaçıb 

aradan çıxaram. Dümdüzjandarmın-zadın olmadığı dağların 

arasıyla getsəm, iki gündən sonra Bezansona çataram. Orada 

da ya əsgərliyə yazılaram, ya da bəd ayaqda Ġsveçə qaçaram. 

Amma  belə  eləsəm,  qarĢıda  məni  heç  nə  gözləmir,  onda 

mənə  daha  heç  vaxt  hər  Ģeyə  qapı  açan  rahiblik  qismət 

olmayacaq”. 

Qulluqçularla  bir  masa  arxasında  oturmaq  qorxusu 

Jülyenin xislətinə xas bir Ģey deyildi. Özünə yol açmaq üçün 

o bundan daha ağır sınaqdan da keçə bilərdi. Bu ikrahı onda 

Russonun  “Etiraf”  kitabı  yaratmıĢdı.  “Etiraf”  yeganə  kitab 

idi ki, onun köməyiylə gəncin təxəyyülünə iĢıq gəlmiĢdi. 

Böyük ordunun relyasiyaları

11

 külliyyatı, “Müqəddəs 



Yelena memorial” və həmin kitab – bu üç kitab onun Quranı 

idi.  O,  bu  kitablardan  ötrü  ölümə  getməyə  hazır  idi.  BaĢqa 

                                                 

11

Relyasiya –  müharibə vaxtı qoşunun vəziyyəti haqqında məlumat 



 


www.vivo-book.com 

 

40 



kitablara  inanmırdı.  Qoca  loğmanın  sözlərinə  görə 

dünyadakı bütün baĢqa kitabların hamısı baĢdan-ayağa yalan 

idi  və  o  kitabları  özlərini  təsdiq  eləmək  istəyən  hansısa 

yoldan keçənlər yazmıĢdılar. 

Odlu  ürəyindən  baĢqa,  Jülyenin  bir  də  heyrətamiz 

dərəcədə  güclü  yaddaĢı  vardı  ki,  bu  yaddaĢ  çox  vaxt 

səfehlərdə  olur.  Qoca  abbat  ġelanın  –  o  düĢünürdü  ki, 

gələcəyi  bu  adamın  əlindədi  –  qəlbini  fəth  etmək  üçün 

Jülyen  Bütün  Əhdi-Ətiq-i  latın  dilində  əzbərləmiĢdi.  O,  de 

Mestrin “Papa haqqında” kitabını da beləcə əzbərləsə də, bu 

kitabların heç birinə inanmırdı. 

Sanki  qarĢılıqlı  bir  razılaĢmaya  görə,  həmin  gün 

uzunu  qoca  Sorellə  oğlu  bir-biriylə  kəlmə  kəsmədilər. 

AxĢam  Jülyen  kürenin  yanına  dua  oxumağa  getdi,  amma 

tələsmək  istəməyib,  bu  gün  atasına  edilən  qəfil  və 

gözlənilməz təklif barədə ona heç nə demədi. 

“Birdən bu nəsə mənə qurulmuĢ bir tələ ola bilər? – o 

öz-özünə deyirdi – Özümü elə göstərim ki, elə bil heç belə 

bir Ģey eĢitməmiĢəm”. 



www.vivo-book.com 

 

41 



Səhəri  gün  cənab  Renal  Sorelin  arxasınca  adam 

göndərdi və qoca onu bir-iki saat gözlədəndən sonra axır ki, 

peyda  oldu.  Qapıdan  girər-girməz  durmadan  təzim  və 

üzrxahlıq  eləməyə  baĢladı.  Bir  xeyli  dolayı  sorğu-sualdan 

sonra  qoca  Sorel  əmin  oldu  ki,  onun  oğlu  ev  sahibləriylə 

eyni  masada  yemək  yeyəcək,  evə  qonaq  gələndəsə  ona 

yeməyi ayrıca otaqda, uĢaqlarla bir yerdə verəcəklər. 

Cənab  merin  necə  olursaolsun,  onun  oğlunu  öz 

yanında  iĢə  götürmək  istəyində  olduğunu  görən  Sorelin 

qəlbi  heyrət  və  Ģübhəylə  dolurdu.  O  getdikcə  daha  tələbkar 

olurdu  və  axırda  iĢ  o  yerə  çatdı  ki,  Sorel  oğlunun  yatacağı 

otağı da görmək istədi. 

Bu, böyük, çox yaxĢı döĢənmiĢ otaq idi. Qoca Sorel 

otağa  baxdığı  ərəfədə  uĢaqların  çarpayılarını  bura 

daĢıyırdılar. 

Bu  vəziyyəti  görən  qoca  kəndlinin  beyninə  nə 

düĢdüsə, o, əminliklə tələb elədi ki, oğluna veriləcək bütün 

paltarları da indicə ona göstərsinlər. Cənab Renal seyfi açıb 

yüz frank çıxartdı: 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə