Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə80/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   76   77   78   79   80   81   82   83   ...   197

www.vivo-book.com 

 

398 



Jülyen bu kartın ona nəyə baĢa gələcəyini o dəqiqə baĢa 

düĢdü.  Bu  kağızı  ondan  abbat  Kastanedin  casusları 

oğurlamıĢdılar. 

–  Mən  bu  binanın  kandarından  ayaq  basdığım  gün  – 

oğlan  abbat  Pirarın  alnına  baxa-baxa  (çünki  onun  qəzəbli 

gözlərinə baxmağa heyi yox idi) dedi.  – Qorxurdum, çünki 

cənab  ġelan  məni  xəbərdar  eləmiĢdi  ki,  burda  casusluqdan 

tutmuĢ,  Ģərləməyə  qədər  hər  Ģeylə  üz-üzə  gələcəm.  Bu, 

tanrının iradəsindən asılıdı – qoy gənc rahiblər həyatı olduğu 

kimi görüb, onun keĢməkeĢlərinə nifrət eləsinlər. 

–  Siz  hələ  bu  boĢ-boĢ  Ģeylərlə  mənim  beynimi 

doldurmağa  cəsarət  eləyirsiniz!  –  abbat  Pirar  çaĢqınlıqla 

dedi. – Yaramaz! 

– Veryerdə qardaĢlarım paxıllıqdan məni döyürdülər, – 

Jülyen sakitcə dedi. 

–  Söhbətdən  yayınmayın!  –  cənab  Pirar  hövsələdən 

çıxaraq, qıĢqırdı. 

Jülyen bir damcı da qorxmadan davam elədi: 

–  Mən  Bezansona  gədiyim  gün,  saat  on  ikiyə  yaxın 

acdım  və  qəhvəxanaya  girdim.  O  natəmiz  yer  məndə  ikrah 




www.vivo-book.com 

 

399 



doğururdu,  amma  fikirləĢdim  ki,  burada  qiymətlər 

mehmanxanadan daha ucuz olar. Bir qadın, deyəsən, oranın 

sahibəsiydi,  naĢı  olduğumu  görəndə  mənə  yazığı  gəldi. 

Bezanson  avara  adamlarla  doludu  –  dedi,  –  sizdən 

narahatam.  Əgər  sizə  nəsə  bir  Ģey  olsa,  mənə  müraciət 

eləyin.  Ya  özünüz  gəlin,  ya  da  saat  səkkizə  qədər  kimisə 

yanıma göndərin. Əgər seminariyada gözətçi yanıma gəlmək 

istəməsə, 

deyərsiz 

ki, 


siz 

anamın 


Canlisdəki 

qohumlarındansınız... 

–  Bu  sərsəmləməni  biz  hələ  yoxlayarıq!  –  abbat  Pirar 

bir  yerdə  qərar  tutmayaraq  otağın  içində  o  baĢ-bu  baĢa 

gedib-gəlirdi. – Ġndi tez rədd olun, gedin öz hücrənizə! 

Abbat  onun  ardınca  gəlib  oğlanın  hücrəsinin  qapısını 

arxadan qıfılladı. Jülyen tez o lənətə gəlmiĢ kartı gizlətdiyi 

bağlamasına  tərəf  atıldı.  Bağlamadakı  hər  Ģey  yerindəydi, 

amma  çox  Ģey  qoyduğu  yerdə  deyildi  –  maraqlıdı  ki,  açar 

həmiĢə özündə olmuĢdu. Jülyen düĢündü: 

“Nə yaxĢı ki, bura gələndə, seminariyanın iĢləklərindən 

hələ heç nə baĢa düĢmədiyim vaxtlarda bircə dəfə də Ģəhərə 

çıxmamıĢam!  Abbat  Kastaned  bunu  mənə  necə  də 



www.vivo-book.com 

 

400 



mehribancasına  təklif  eləyirdi!  Mən  Ģəhərə  gedib,  əynimi 

dəyiĢib,  gözəl  Amandayla  görüĢsəydim,  bədbəxt  olardım. 

Onlar görəndə ki, belə imkanları olmayacaq, əllərinə düĢən 

sübutu rektora təqdim etmək yoluna əl atdılar”. 

Ġki  saatdan  sonra  onu  təzədən  rektorun  yanına 

çağırdılar. 

Abbat oğlana daha bayaqkı kimi sərt baxmırdı: 

– Siz mənə yalan deməmisiniz. Amma belə bir ünvanı 

yanında  saxlamaq,  elə  bir  ehtiyatsızlıqdı  ki,  bunu  siz 

təsəvvür edə bilməzsiniz. Bədbəxt oğlan, bu məsələ hətta on 

ildən sonra belə sizin baĢınıza oyun aça bilər. 

 

 



 

XXVII 


 

 

HƏYAT TƏCRÜBƏSĠ 



 


www.vivo-book.com 

 

401 



 

İlahi, bizim zəmanəmiz! Bu ki Sakinə tabutudu! Vay ona 

toxunanın halına! 

 

Didro 

Jülyenin bu ərəfədəki həyatı barədə dəqiq və inandırıcı 

faktların  az  olmasına  görə  oxucu  bizi  ittiham  eləməz.  Ona 

görə  yox  ki,  bu  faktlar  doğrudan  da  azdır,  əksinə,  sadəcə, 

onun  seminariyada  gördükləri  o  qədər  maraqsızdır  ki, 

kitabda  təqdim  etməyə  çalıĢdığımız  oynaqlığa  heç 

yaraĢmazdı.  Mənim  bəzi  Ģeylərdən  əzab  çəkməli  olan 

müasirlərim bu Ģeyləri dəhĢətə gəlmədən yada sala bilmirlər 

və  bu,  onların  ala  biləcəkləri  bütün  həzzi,  hətta  nağıl 

oxumaq həzzini zəhərləyir. 

Jülyen  üz  cizgiləri  və  hərəkətləriylə  riyakarlıq  etmək 

məsələsində çox az uğur qazanmıĢdı, elə dəqiqələr olurdu ki

onun  qəlbi  ikrah  hissiylə  dolurdu  –  hətta  bəzən  bezdiyi  də 

olurdu. O heç nəyə, özü də belə mənfur bir sahədə heç nəyə 

nail  ola  bilməmiĢdi.  Ən  xırda  bir  təkan,  dəstək  də  onun 

iradəsini  gücləndirərdi  –  axı  çətinliklər  elə  də  keçilməz 




www.vivo-book.com 

 

402 



deyildi – amma o, okeanın ortasına atılmıĢ qayıq kimi tək və 

köməksiz idi. 

O öz-özünə deyirdi: 

– Mən nəsə əldə eləsəm də, deməli, bütün ömrümü bu 

çirkin  dəstənin,  ən  böyük  arzuları  donuz  piyi  və  qayğanaq 

olan bu qarınquluların arasında keçirməli olacam? Ya da heç 

bir  cinayətdən  çəkinməyən  abbat  Kastanedlərin  arasında? 

Əlbəttə,  onlar  uğur  qazanacaqlar,  amma  nəyin  bahasına, 

ilahi?! 

Ġnsan  iradəsi  hər  Ģeyin  öhdəsindən  gələ  bilər.  Bunu 

dəfələrlə  oxumuĢam.  Amma  bu  iradə  içimdəki  ikraha  qalib 

gəlməyə  çatarmı?  Böyük  sərkərdələr  necə  dəhĢətli 

təhlükəylə üz-üzə qalsalar da, Ģücaət göstərmək onlara asan 

baĢa gəlib, çünki bu gözəl hissdi. Amma dörd yanımdakı hər 

Ģeyin  necə  idbar  olduğunu  məndən  yaxĢı  kim  baĢa  düĢə 

bilər? 


        Bu,  onun  həyatının  ən  çətin  vaxtlarıydı.  Axı  onun 

Bezansondakı gözəl süvari alaylarının birinə qoĢulması çox 

asan ola bilərdi! Ya da latın dili müəllimi olmaq – yaĢamaq 

üçün ona o qədər az Ģey lazım idi ki. Amma belə olan halda 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə