Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə82/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   78   79   80   81   82   83   84   85   ...   197

www.vivo-book.com 

 

408 



də  –  amma  Jülyenin  ağappaq  əlləri  vardı  və  o  səliqəli 

olduğunu gizlədə bilmirdi. Taleyin onu atdığı bu boz yerdə 

belə keyfiyyətlər çox da yaxĢı Ģey hesab olunmurdu. 

Həndəvərindəki  kir-paslı  kəndçi  balaları  dərhal 

düĢündülər ki, bu xasiyyətlər oğlanda  əxlaqsız vərdiĢlərdən 

qalıb.  Qəhrəmanımızın  minlərlə  qayğısını  sadalayıb, 

oxucunu  yormaq  istəməzdik.  Məsələn,  bəzi  seminariyaçılar 

onu  döymək  fikrinə  düĢmüĢdülər  –  amma  oğlan  dəmir 

pərgar  tapıb,  onlara  iĢarələrlə  baĢa  saldı  ki,  istənilən  vaxt 

özünü müdafiə edə bilər. Çuğullar üçünsə iĢarələr dilə gələn 

istənilən söz qədər əyani sübut deməkdir. 

 

 



 

 

XXVIII 



 

 

KĠLSƏ ĠZDĠHAMI 




www.vivo-book.com 

 

409 



 

 

Hamının ürəyi həyəcanla doluydu. Adama elə gəlirdi ki, 



tanrı  iman  əhlinin  qayğıyla  təmizləyib  qum  səpdiyi  bu  dar, 

qotik küçələrə təşrif buyurub. 

 

Yunq 

 

Jülyen nə qədər özünü maymaq və fağır yerinə qoymaq 



istəsə  də,  heç  kimin  xoĢuna  gəlmirdi  –  o  həddən  artıq 

fərqliydi. 

–  Axı  bizim  bütün  mənəvi  atalarımız  minlərlə  adam 

arasından  seçilmiĢ  nəcib  adamlardı.  Axı  niyə  mənim 

üzüyolalığım onlara xoĢ gəlmir? 

Onun  sadəlövh,  hər  Ģeyə  inanmağa  hazır  olduğuna 

inanan  bircə  adam  vardı.  Bu  abbat  ġas-Bernar  idi  –  bütün 

kilsə  bayramlarının  təĢkilatçısı.  On  beĢ  il  idi  ki,  onu  kiĢi 

monastırına  baĢçıqoymağa  söz  vermiĢdilər,  amma  hələ  də 

seminariyada  dini  natiqliq  dərsi  verirdi.  Bu  o  fənlərdən  idi 

ki,  Jülyen  hələ  gözünün  açılmadığı  vaxtlarda  da  hamıdan 



www.vivo-book.com 

 

410 



fərqlənirdi.  Elə  o  vaxtlardan  abbat  ġasın  ona  rəğbəti 

yaranmıĢdı,  tez-tez  olurdu  ki,  dərsdən  sonra  rahib  onun 

əlindən tutaraq, bağda gəziĢirdi. 

Jülyen düĢünürdü: “Görəsən, o məndən nə istəyir?” 

 

Abbat  ona  saatlarla  kilsədəki  müxtəlif  avadanlıqlardan 



və paltarlardan danıĢırdı. Elə təkcə parça cübbələr on yeddi 

dənəydi, hələ  matəm  libaslarını demirdi. Ən  böyük  ümidlər 

yaĢlı məsləhətçi Rübampreyə idi – doxsandan çox yaĢı olan 

bu  qadın  əlli  ildən  çox  idi  ki,  qızıla  tutulmuĢ  lion 

ipəklərindən olan bahalı toy libaslarını saxlayırdı. 

– Dostum, siz bir təsəvvür eləyin, – qəfil dayanan abbat 

ġas gözlərini yumaraq heyranlıqla deyirdi – bu paltarların nə 

qədər  qiyməti  var,  o  libaslara  nə  qədər  qızıl  iĢlənib! 

Bezansonun  hörmətli  adamları  düĢünürlər  ki,  xanım 

məsləhətçi kilsənin xəzinəsinə hələ on parça, dörd-beĢ dənə 

də  bayram  libası  bağıĢlayacaq.  Amma  mən  bundan  da 

çoxuna ümid eləyirəm – abbat ġas səsini alçaldaraq deyirdi. 

–  O  qadının  kilsəmizə  burqund  hersoqu  Cəsur  Karlın 

Ġtaliyada  onun  nazir  qohumuna  bağıĢladığı  qızıla  tutulmuĢ 




www.vivo-book.com 

 

411 



bir  neçə  qədim  gümüĢ  Ģamdan  bağıĢlayacağını  düĢünmək 

üçün əsaslarım var. 

–  Bu  adam  niyə  mənim  beynimi  belə  köhnə-kürüĢlə 

xarab eləyir? – Jülyen təəccüblənirdi. – Bu təntənəli hazırlıq 

gör  nə  müddətdi  davam  eləyir,  amma  hələ  ortada  bir  iĢ 

yoxdu.  Görünür,  o  mənə  etibar  eləmir.  Bəlkə  də  bu  adam 

bunların  hamısından  daha  hiyləgərdi  –  onların  nə 

düĢündüyünü bir-iki həftəyə bilmək olur. Amma bir tərəfdən 

baxanda,  bu  adamı  da  baĢa  düĢmək  olar:  on  beĢ  ildi  onun 

izzəti-nəfsini sınağa çəkirlər. 

Bir  axĢam  qılıncoynatma  dərsi  vaxtı  Jülyeni  abbat 

Pirarın yanına çağırdılar. Abbat ona dedi: 

–  Sabah  Tanrının  Cismi  bayramıdı.  Cənab  abbat  ġas-

Bernar kilsəni qaydaya salmaq üçün sizin köməyinizi istəyir. 

Onun yanına gedin və dediklərinə əməl edin. 

Oğlan  yerindən  tərpənən  kimi  abbat  Pirar  onu  geri 

çağırıb, rəhm dolu səslə əlavə elədi: 

–  Özünüz  fikirləĢin,  bu  imkandan  Ģəhəri  gəzmək  üçün 

istifadə edəcəksiniz, ya yox. 



www.vivo-book.com 

 

412 



– Incedo per ignes

44

 – Jülyen cavab verdi. 



Səhəri  gün  Jülyen  erkəndən  gözlərini  aĢağı  salıb, 

kilsəyə getdi. Dörd yanında Ģəhərin səs-küyünü və canlanan 

həyatını hiss eləyəndə o bir az yüngülləĢdi. 

Hər tərəfdə evlərin bayır divarı xaç yürüĢü münasibətilə 

rənglənmiĢdi. Seminariyada keçirdiyi bütün bu vaxt ona bir 

dəqiqə  kimi  gəldi.  Oğlanın  bütün  fikri  Verjidə  və  gözəl 

Amandanın yanındaydı – oğlan indi onu da görə bilərdi, axı 

qızın iĢlədiyi qəhvə evi lap yaxındaydı. 

O uzaqdan öz sevimli kilsəsinin yanında dayanan abbat 

ġas-Bernarı  gördü.  O  –  adamın  düz  üzünə  baxan  aydın 

gözlü, Ģən üzlü, kök kiĢiydi. Bu gün onun üzü gülürdü. 

–  Əziz  oğlum,  mən  sizi  gözləyirdim!  –  kiĢi  Jülyeni 

uzaqdan  görən  kimi  dedi.  –  Buyurun!  Bu  gün  biz  sizinlə 

xeyli iĢləməliyik, iĢimiz o qədər də asan deyil. Gəlin səhər-

səhər yaxĢı bir nahar eləyib, gücümüzü artıraq, sonra da saat 

onda təntənəli ayin vaxtı yemək yeyərik. 

                                                 

44

 Mənim gizli düşmənlərim var (lat.) 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə