Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə83/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   79   80   81   82   83   84   85   86   ...   197

www.vivo-book.com 

 

413 



–  Cənab,  mən  istəyərdim  ki,  sizin  yanınıza  bir  dəqiqə 

də  yubanmayım,  –  Jülyen  aramla  dedi.  –  Zəhmət  çəkib, 

baxın – o, kilsə saatını göstərdi. – Mən sizin yanınıza beĢə 

bir dəqiqə qalmıĢ çatmıĢam. 

–  Həə!  Siz  bizim  axmaq  tələbələrdən  çəkinirsiniz?  – 

abbat  Has  dedi.  –  Onlara  niyə  fikir  verirsiniz?  Qırağında 

tikanlar  olan  yol  o  tikanlara  görə  keyfiyyətini  itirərmi? 

Yolçu öz  yoluyla  gedir,  qoy  tikan özü  üçün  nə  qədər bitir-

bitsin!  BoĢ  verin  onları!  Gəlin  iĢə  baĢlayaq,  əzizim,  iĢə 

baĢlayaq! 

Abbat ġas iĢin çətin olacağını əbəs yerə deməmiĢdi. Bu 

yaxınlarda  kilsədə  təntənəli  dəfn  mərasimi  keçirilmiĢdi, 

buna  görə  də  heç  bir  bayram  hazırlığı  görmək  mümkün 

deyildi. Ġndisə bir günün içində bütün üç dirəyi əvəz edəcək 

qotik pilonları qaydaya salmaq, otuz fut hündürlüyü olan bu 

pilonları  yuxarısına  qədər  qırmızı  DəməĢq  parçasına 

bükmək lazımdır. Cənab yepiskop bu münasibətlə Parisdən 

dörd  bəzəkçi  çağırmıĢ,  onların  kareta  pulunu  ödəmiĢdi. 

Amma  bu  cənablar  iĢin  hamısının  öhdəsindən  gələ 

bilməmiĢdilər,  üstəlik  öz  bezansonlu  həmkarlarına  kömək 




www.vivo-book.com 

 

414 



eləmək  əvəzinə  onlara  yuxarıdan  aĢağı  baxmaqla  həvəsdən 

salmıĢdılar. 

Jülyen  gördü  ki,  özü  yuxarı  çıxmalı  olacaq  –  onun 

çevikliyi  burada  lazım  olacaqdı.  O,  yerli  bəzəkçiləri  idarə 

etməyi  öz  üzərinə  götürdü.  Abbat  ġas  oğlanın  pilləkənlərin 

birindən  o  birinə  quĢ  kimi  atlanmağına  heyranlıqla  baxırdı. 

Pilonların  hamısı  DəməĢq  parçasına  büküləndən  sonra 

məsələ əsas mehrabın üstündəki böyük taxt-rəvanın üzərində 

beĢ  bəzəkli  sultan  quraĢdırmaq  idi.  Qızıla  tutulmuĢ 

budaqlardan  hörülü  gözəl  tacı  italyan  mərmərindən  olan 

səkkiz dirək saxlayırdı. 

Amma  taxt-rəvanın  ortasına  çatmaq  üçün  qırx  fut 

hündürlükdə  olan  və  çox  güman  ki,  tiliĢkələrlə  dolu  köhnə 

ağac karnizin üstünə çıxmaq lazım idi. 

Bu  çətin  iĢi  görəndə  parisli  bəzəkçilər  öz  yekəxana 

iĢgüzarlıqlarını azaltmalı oldular – onlar taxt-rəvana baxaraq 

mübahisə  edir,  iĢi  götür-qoy  eləyir,  amma  heç  biri  yuxarı 

dırmaĢmaq istəmirdi. 




www.vivo-book.com 

 

415 



Jülyen  sultanları  götürüb,  yüngülcə  pilləkənə  atıldı, 

onları  asanca  taxt-rəvanın  ortasına,  taca  bərkitdi.  AĢağı 

enəndə abbat ġas-Bernar onu bağrına basdı. 

–  Optime!

45

  –  mehriban  gonbul  kiĢi  qıĢqırdı.  –  Mən 



bunu zati-müqəddəslərinə danıĢaram. 

Səhər  saat  onda  hamısı  birlikdə  Ģadyanalıqla  səhər 

yeməyi  yedilər.  Abbat  ġas  öz  kilsəsini  hələ  heç  vaxt  belə 

bəzəkli görməmiĢdi. O, Jülyenə deyirdi: 

–  Mənim  əziz  oğlum,  mənim  anam  bu  müqəddəs 

bazilikin  kətillərini  birovuz  verirdi,  odur  ki,  mənim  bu 

kilsənin  çörəyini  yeyərək  böyüdüyümü  demək  olar. 

Robespyerin  qiyamı  bizi  müflis  elədi,  amma  mən  –  o  vaxt 

səkkiz  yaĢım  vardı  –  artıq  evlərdə  keçirilən  dini  ayinlərdə 

xidmət  edirdim  –  buna  görə  məni  yedizdirib-içizdirirdilər. 

Heç  kim  parçanı  məndən  yaxĢı  bükə  bilmirdi,  bircə  dənə 

qızıl qolçaq mənim əlimdə əzilə bilməzdi. Napoleon tanrıya 

ibadət  adətini  bərpa  edəndən  sonra  mən  bu  Ģərəfli  məbədin 

gözətçisiyəm.  Ġldə  beĢ  dəfə  bu  kilsə  belə  bəzədilir.  Amma 

                                                 

45

Əla (lat.) 




www.vivo-book.com 

 

416 



bu məbəd hələ heç vaxt bu gün olduğu qədər gözəl olmayıb, 

hələ  heç  vaxt  bu  qırmızı  DəməĢq  parçaları  belə  gözəl 

qatlanmayıb, dirəklərə belə gözəl bürünməyib. 

“Həə,  axır  ki,  o  öz  sirrini  mənə  açacaq,  –  Jülyen 

düĢündü. – Ġndi ki, bu Ģeylərdən danıĢdı, bu dəqiqə hər Ģeyi 

açıb tökəcək”. 

Amma  ehtirazlı  etiraflara  baxmayaraq,  abbat  bircə 

kəlmə də ehtiyatsız söz demədi. 

“Axı o özü də az əlləĢmədi. Özü də gör necə sevinir! – 

Jülyen  düĢündü  –  Babat  da  Ģərab  içib.  Bax,  buna  deyərəm 

həqiqi adam?! Mənim üçün əsl nümunə!” (Bu ifadəni Jülyen 

qoca loğmandan əxz eləmiĢdi.) 

Kilsə  zəngləri  Sanctus  çalanda  Jülyen  yepiskopun 

baĢçılıq eləyəcəyi təntənələri mərasimdə iĢtirak etmək üçün 

stixar geyinmək istədi. 

– Bəs o yaramazlar, mənim əzizim, bəs o yaramazlar? – 

abbat  ġas  qıĢqırdı.  –  Siz  onları  fikirləĢmirsiz?  Hamı  xaç 

yürüĢünə  çıxacaq,  kilsə  boĢ  qalacaq.  Biz  sizinlə  kilsəni 

qorumalı  olacağıq!  Pilonların  aĢağısına  bürüdüyümüz  qızılı 

parçaların bir-iki tikəsini sonra tapmasaq, necə olacaq? Axı 




www.vivo-book.com 

 

417 



bunlar  xanım  Rıbamprenin  mirasıdı.  Bu  parça  ona 

damarlarında  kral  qanı  axan  ulu  babasından  qalıb  –  özü  də 

qızıl saplar əsl qızıldandı, mənim əzizim! – Abbat heyranlıq 

dolu  səslə  onun  qulağına  dedi.  –  Bir  damcı  da  qarıĢığı 

yoxdu.  Mən  kilsənin  Ģimal  tərəfinə  nəzarət  eləməyi  sizə 

tapĢırıram  –  oradan  bir  addım  da  uzaqlaĢmırsız!  Mənsə 

cənub  tərəfə  göz-qulaq  olacam.  Tövbə  otaqlarına  da  yaxĢı 

nəzarət  eləyin,  çox  vaxt  oğrulara  kömək  edən  o  yaramaz 

qadınlar tövbə otaqlarında gizlənib, fürsət güdürlər. 

Abbat  danıĢığını  qurtarar-qurtarmaz  saat  on  ikiyə  on 

beĢ dəqiqə iĢləmiĢi vurdu. Elə o dəqiqə də böyük kilsə zəngi 

çaldı. Zəngin səsi bərk çıxırdı iki baĢqa kilsə zəngi də onun 

səsinə  səs  verirdi.  Bu  sərt,  təntənəli  səslər  Jülyeni 

təsirləndirdi.  Onun  təsəvvürü  gerçəklikdən  ayrılıb,  yer 

üzündən çox uzaqlara getdi. Yəhya peyğəmbərin paltarlarını 

geyinmiĢ uĢaqların müqəddəslərin ayaqları altına səpələdiyi 

buxurun və qızılgül ləçəklərinin gözəl qoxusu bu hissi daha 

da gücləndirdi. 

Kilsə  zənglərinin  möhtəĢəm  səsi  əslində  Jülyenə  bu 

səsin əlli santim əməkhaqqı alan və kilsəyə ibadətə gələn on 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə