Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə85/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   81   82   83   84   85   86   87   88   ...   197

www.vivo-book.com 

 

423 



Amma  yepiskop  gələndə  Jülyen  elə  titrəyirdi  ki,  abbat 

ġas-Bernar onu zati-müqəddəslərinə təqdim etmək fikrindən 

yan keçdi. 

– Buna görə çox da təəssüflənməyin – o, oğlana dedi. – 

Mən uyğun bir vaxt tapıb sizi ona təqdim edərəm. 

AxĢam  abbat  özünün  dediyi  kimi,  Jülyenin  zəhməti 

hesabına  qənaət  elədiyi  on  fut  Ģamı  kilsənin  ehtiyatına 

aparmağı  əmr  elədi –  o deyirdi  ki,  Jülyen  Ģamları vaxtında 

söndürürmüĢ,  amma  əslində  yazıq  oğlan  özü  büsbütün 

sönmüĢdü. Oğlan xanım Renalı görəndən sonra dünyada hər 

Ģeyi unutmuĢdu. 

 

 



 

XXIX 


 

ĠLK YÜKSƏLĠġ 

 



www.vivo-book.com 

 

424 



O öz əsrini, öz çevrəsini yaxşı tanıya bildi və indi onun 

həyatı təminat altındadı. 

 

“Prekürser” 

 

Jülyen  hələ  özünə  gəlməmiĢdi  və  zəhmli  abbat  Pirar 



onu bir səhər yanına çağırana qədər oğlan kilsədə baĢ verən 

hadisənin təsiri altındaydı. 

–  Ġndicə  mən  cənab  abbat  ġas-Bernardan  məktub 

almıĢam – məktubda o sizi yaman tərifləyir. Açığını deyim 

ki,  sizdən  müəyyən  mənada  razıyam.  Bu,  dərhal  hiss 

olunmasa  da,  siz  olduqca  ehtiyatsızsınız.  Bununla  belə, 

ürəyiniz  geniĢ,  ağlınız  itidir.  Bir  sözlə,  mən  nəsə  sizdə  bir 

iĢıq  görürəm  və  düĢünürəm  ki,  bu  iĢığa  laqeyd  qalmaq 

olmaz. Mən burada on beĢ il çalıĢmıĢam, indisə bu evi tərk 

etməliyəm:  bütün  cinayətim  də  bundan  ibarətdir  ki, 

tələbələri  özbaĢına  buraxmıĢam  və  onları  sizin  bəhs 

etdiyiniz  gizli  qardaĢlıqlara  sövq  etməyə  çalıĢmamıĢam. 

Amma  nə  qədər  ki,  buradan  getməmiĢəm  sizin  üçün  nəsə 

eləmək  istəyirəm.  Mən  hələ  iki  ay  bundan  əvvəl  sizin 




www.vivo-book.com 

 

425 



qayğınıza qalmaq istəyirdim, amma Amanda Binenin ünvanı 

məsələsi  iĢləri  korladı. Mən sizi  Yeni  Əhdi-Cədid tədrisçisi 

təyin edirəm. 

Qəlbi minnətdarlıq hissilə dolan Jülyen dizi üstə çöküb 

Tanrıya  dua  etmək  istəsə  də,  daha  içdən  gələn  təĢəkkür 

yolunu  seçdi.  Abbat  Pirara  yaxınlaĢıb,  onun  əllərindən 

yapıĢaraq dodaqlarına yaxınlaĢdırdı. 

– Bu nədi? – rektor əsəbi halda qıĢqırdı, amma Jülyenin 

gözləri onun hərəkətindən daha çox Ģey deyirdi. 

Abbat  Pirar  hisslə  dolu  səmimi  hərəkətlər  görməyi 

yadırğayan insan kimi, heyranlıqla ona baxdı. 

Bu uzun-uzadı baxıĢ rektoru ələ verdi, onun səsi titrədi. 

– Hə, hə, mənim balam, mən sənə bağlanmıĢam. Tanrı 

Ģahiddir  ki,  bu  mənim  iradəmdən  asılı  olmadı.  Mənim 

borcum  ədalətli  olmaq  və  sənə  nə  nifrət,  nə  də  sevgi 

duymamaqdır. Sənin qarĢında çətin bir həyat var. Mən səndə 

alçaq könüllərə xas olmayan bir Ģey görürəm. Bütün ömrün 

boyu  paxıllıq  və  böhtanlara  məruz  qalacaqsan.  Həyat  səni 

hara  aparır-aparsın,  yoldaĢların  həmiĢə  sənə  paxıllıq 

edəcəklər.  Əgər  sənə  dost  görünsələr  də,  bunu  ancaq  səni 




www.vivo-book.com 

 

426 



daha yaxĢı məhv edə bilmək üçün edəcəklər. Sənə yalnız bir 

Ģey kömək edə bilər: özünə ifrat arxayınlığın əvəzində sənə 

hamıda  özünə  qarĢı  nifrət  oyatmaq  bacarığı  bəxĢ  etmiĢ 

Tanrıdan baĢqa heç kimə ümid etmə. Qoy davranıĢın bütün 

ittihamlardan ali olsun  – sənin xilasın  təkcə bundadır. Əgər 

sən  inadla  həqiqətin  ətəyindən  yapıĢsan,  düĢmənlərinin 

hamısı gec, ya tez məğlub olacaq. 

Jülyen  uzun  müddətdi  heç  kimlə  dostyana  söhbət 

eləmirdi, odur ki, indi göz yaĢlarını saxlaya bilmədi – onun 

bu  zəifliyini  bağıĢlayaq.  Abbat  Pirar  oğlanı  qucaqlayıb, 

bağrına basdı – bu an onların ikisi üçün də elə Ģirin idi ki! 

Jülyen  sevindiyindən  özünü  itirmiĢdi:  bu  onun  nail 

olduğu ilk yüksəliĢ idi, bu iĢin verdiyi imtiyazlarsa olduqca 

böyük  idi.  Həmin  imtiyazların  dəyərini  ancaq  uzun  aylar 

özüylə  baĢ-baĢa  qalmaqdan  məhrum,  daima  dözülməz 

xasiyyətləri  olan  yoldaĢlarının  yanında  yaĢamağa  məcbur 

olan  adam  anlaya  bilərdi.  Onların  elə  təkcə  qıĢqırıqları 

həssas  adamı  özündən  çıxarmağa  bəs  eləyərdi.  Bu  doyunca 

yeyib,  təmiz  paltar  geyinmiĢ  kəndli  balalarının  səs-küylü 



www.vivo-book.com 

 

427 



sevincləri  onlar  sağlam  ciyərləri  dağılana  qədər  maneəsiz 

qıĢqıra biləcəkləri yerlərdə daha dözülməz olurdu. 

Ġndi  Jülyen  demək  olar  ki,  təkcə  və  hamıdan  bir  saat 

sonra nahar eləyirdi. Ona bağın açarlarını vermiĢdilər – indi 

orada heç kim olmayanda Jülyen bağda gəziĢə bilərdi. 

Jülyenin  böyük  heyrətinə  rəğmən  tələbələr  indi  ona 

daha  az  nifrət  eləyirdilər  –  osa  əksini,  özünə  qarĢı  daha 

böyük nifrət gözləyirdi. Ġndi onlar oğlanın söhbətə qoĢulmaq 

istəməməsini 

axmaq 


təkəbbür 

hesab  etmirdilər  – 

baxmayaraq ki, əvvəllər bu hamının gözünə batır və oğlana 

düĢmən qazandırırdı. 

Ġndi  onun  özünə  qapanmağı  aralarında  yaĢadığı  bu 

kobud  varlıqlara  Ģəxsi  ləyaqət  hissi  kimi  görünürdü. 

Xüsusilə  lap  gənc  seminariyaçıların,  onun  xüsusi  diqqətlə 

yanaĢdığı  tələbələrin  nifrəti  azalmıĢdı.  YavaĢ-yavaĢ  onun 

tərəfdarları  da  yaranırdı.  Martin  Lüter  ləqəbinisə  indi 

ədəbsiz zarafat hesab edirdilər. 

Amma onun düĢmənlərini, onun dostlarını sadalamağın 

nə  mənası  var  ki?  Bütün  bunlar  iyrəncdi,  bizim  təsvirimiz 

dəqiqləĢdikcə  də  daha  iyrənc  olacaq.  Bir  tərəfdən  baxanda 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə