Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə87/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   83   84   85   86   87   88   89   90   ...   197

www.vivo-book.com 

 

433 



–  Mən  burada  yezuitliyin  və  bütpərəstliyin  qaĢısına 

alıram – o öz-özünə deyirdi. 

Ġmtahanlar  baĢlayanda  o  düz  iki  ay  idi  ki,  Jülyenlə 

danıĢmırdı,  amma  oğlanın  imtahanda  tutduğu  yer  barədə 

rəsmi nəticələri alanda düz bir həftə yerindən qalxa bilmədi. 

“198”  rəqəmi  onu  sarsıtdı  –  axı  abbatın  gözlərində  Jülyen 

seminariyanın fəxriydi. 

Bu  sərt  adam  üçün  yeganə  təsəlli  bu  idi  ki,  indi  özü 

bütün  diqqətini  Jülyenə  vermiĢdi.  Və  oğlanın  nə  bir  damcı 

qəzəb, nə qisas yanğısı hiss etmədiyinə əmin olanda abbatın 

sevinci yerə-göyə sığmırdı. 

Bir  neçə  həftədən  sonra  Jülyen  üstündə  Paris  Ģtampı 

olan bir zərf aldı – oğlan həyəcandan tir-tir əsdi: 

– Axır ki, – o düĢündü, – xanım Renal öz sözünə əməl 

elədi. 

Özünü  Pol  Sorel  kimi  təqdim  edən  və  onun 



qohumlarından  biri  olduğunu  deyən  bir  cənab  oğlana  beĢ 

yüz  franklıq  çek  göndərmiĢdi.  Məktubda  deyilirdi  ki,  əgər 

Jülyen gələcəkdə də latın müəlliflərini belə həvəslə öyrənsə, 

hər il bu qədər pul alacaq. 




www.vivo-book.com 

 

434 



–  Bu  odur,  belə  xeyirxahlığı  ancaq  o  eləyə  bilər!  – 

Jülyen  kövrələrək  düĢündü.  –  O  mənə  təskinlik  vermək 

istəyib.  Amma  niyə  məktubda  bircə  kəlmə  də  olsun 

dostyana bir söz yoxdu? 

Oğlan bu məktubla bağlı bərk yanılırdı. Rəfiqəsi xanım 

Dervilin  təsirinə  düĢən  xanım  Renal  indi  bütün  qəlbiylə 

tövbəyə  dalmıĢdı.  O  öz  iradəsinə  hökm  edə  bilməyərək 

bəzən həyatını dəyiĢdirən insanla – Jülyenlə bağlı xatirələrə 

dala bilərdi, amma oğlana məktub yazmazdı. 

Əgər biz seminariyadakıların diliylə danıĢsaq, gərək bu 

beĢ  yüz  frankın  peyda  oluĢunu,  ya  Tanrı  möcüzəsi 

adlandıraydıq,  ya  da  deyəydik  ki,  bu  pulu  oğlanı  xataya 

salmaq üçün cənab Frilerin özü göndərib. 

On  iki  il  əvvəl  abbat  Friler  Bezanson  Ģəhərində  peyda 

olanda onun əlindəki çantasından baĢqa heç nəyi yox imiĢ, – 

bunu  Ģəhər  əhli  deyir.  Ġndisə  abbat  bu  yerlərdəki  ən  varlı 

mülkədarlardan  biriydi.  Tədricən  varlandığı  bu  ərəfədə  bir 

ərazi  satın  almıĢdı  ki,  həmin  ərazinin  yarısı  cənab  de  La-

Molla  miras  qalmıĢdı.  Bu  məsələyə  görə  Ģəhərin  iki 

alimənsəb cənabları arasında qəddar bir savaĢ baĢlamıĢdı. 




www.vivo-book.com 

 

435 



Parisdəki 

mövqeyinə 

və 

saray 


imtiyazlarına 

baxmayaraq  markiz  de  La-Moll  hiss  etdi  ki,  Bezansonda 

deyilənə  görə  prefektlərə  belə  dil  uzadıb,  Ģərləyən  baĢ 

vikariylə mübarizə aparmaq təhlükəlidir. 

Amma  hansısa  uyğun  bir  ad  altında  əlli  min  frank 

mükafat  alıb,  ərazini  abbat  Frilerə  güzəĢt  eləməkdənsə 

markiz inada düĢdü. 

O  düĢündü  ki,  qanun  onun  tərəfindədi,  ən  möhkəm 

səbəb – qanun! 

Amma  icazə  verin  soruĢaq  –  dünyada  elə  bir  hakim 

varmı ki, adam arasına çıxarılması, yüksəldilməsi vacib olan 

bir oğlu, ya da qohumu olmasın? 

Məhkəmənin  ilk  qərarını  öz  xeyrinə  həll  edəndən  bir 

həftə  sonra  abbat  Friler  zati-müqəddəslərinin  karetasında 

vəkilinin  yanına  gələrək  öz  əliylə  ona  Fəxri  Legionun 

ordenini təqdim  etdi.  QarĢı  tərəfin  belə  qəti hərəkətlərindən 

özünü  itirən  markiz  de  La-Moll  öz  vəkillərinin  də  təslim 

olacağından  ehtiyatlanaraq  kömək  üçün  abbat  ġelana 

müraciət elədi. Sonuncu da öz növbəsində onu abbat Pirarla 

calaĢdırdı. 




www.vivo-book.com 

 

436 



Onların  münasibətləri  o  vaxtdan  bəri  davam  edirdi. 

Abbat  Pirar  iĢə  öz  xasiyyətinə  uyğun  –  cani-dildən 

giriĢmiĢdi. Markizin vəkilləriylə tez-tez görüĢəndən sonra o 

qanunla  cənab  La-Mollun  haqlı  olduğuna  inandı  və  onun 

tərəfinə  keçdi.  Abbatın,  özü  də  hansısa  yansençinin  bu 

dikbaĢ hərəkəti cənab Frileri bərk təhqir etmiĢdi! 

–  Özlərini  hər  Ģeyə  qadir  hesab  edən  saray  əyanlarına 

baxın,  –  abbat  Friler  yaxın  dostlarına  deyirdi.  –  Cənab  de 

La-Moll  öz  Bezanson  casusuna  Allahın  bircə  dənə  niĢanını 

da  vermədi,  bu  hələ  harasıdı,  əgər  onu  rektorluqdan 

çıxartsalar,  markiz  barmağını  da  tərpətməyəcək.  Özü  də 

aldığım  məlumata  görə  bu  alimənsəb  per  hər  həftə  mavi 

lentini  nümayiĢ  etdirə-etdirə  Ədliyyə  Nazirliyinin  qonaq 

otağına yollanır. 

Abbat  Pirarın  bütün  səylərinə  baxmayaraq,  hətta 

Ədliyyə  Nazirliyi  və  oranın  dəftərxanasıyla  ən  yaxĢı 

münasibətlərdə  olmasının  da  köməyini  görməyən  cənab  de 

La-Moll  altıillik  ağır  mübarizədən  sonra  təkcə  buna  nail 

olmuĢdu ki, iĢi tamam uduzmasın. 



www.vivo-book.com 

 

437 



Müntəzəm  Ģəkildə  abbat  Pirarla  yazıĢan  markiz  axırda 

rahibin  özünəməxsus  ağlını  qiymətləndirdi.  Aralarındakı 

böyük  təbəqə  fərqinə  baxmayaraq  onların  yazıĢması  yavaĢ-

yavaĢ dostyana bir ahəng aldı – abbat Pirar markizə yazdı ki, 

nəyin  bahasına  olursaolsun  onu  tutduğu  vəzifədən 

kənarlaĢdıracaqlar.  Jülyen  üçün  qəsdən  quraĢdırılmıĢ  tələ 

məsələsindən  qəzəblənən  abbat  bu  məsələni  də  bütün 

təfərrüatlarına qədər markizə yazmıĢdı. 

Bu  saray  əyanı  varlı  olduğuna  baxmayaraq,  xəsis 

deyildi.  Bu  müddət  ərzində  o,  abbat  Pirarı  ondan  hansısa 

xərclər  –  məsələn  poçt  xərcləri  üçün  –  pul  qəbul  etməyə 

məcbur  edə  bilməmiĢdi.  Bu  məsələni  eĢidəndə  markiz 

abbatın sevimli tələbəsinə beĢ yüz frank göndərmək fikrinə 

düĢdü. 


Cənab de La-Moll hətta zəhmət çəkib öz əliylə məktub 

da yazdı. Bunu eləyəndə o abbat barədə də düĢündü. 

Gözəl  günlərin  birində  abbat  Pirar  bir  məktub  aldı  – 

məktubda  o  vacib  söhbət  üçün  Bezanson  yaxınlığındakı  bir 

mehmanxanaya  dəvət  olunurdu.  Markiz  de  La-Mollun  iĢlər 

müdiri onu bu mehmanxanada gözləyirdi. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə