Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə88/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   84   85   86   87   88   89   90   91   ...   197

www.vivo-book.com 

 

438 



– Cənab markiz mənə həvalə elədi ki, sizin üçün burada 

bir kareta saxlayım, – iĢlər müdiri dedi. – O ümid edir ki, siz 

onun məktubunun məzmunuyla tanıĢ olandan sonra, bir neçə 

günlüyə  Parisə  getməkdən  imtina  etməzsiniz.  Siz  mənə 

cavab verənə qədərsə mən burada markizin FranĢ-Kontedəki 

ərazilərini  gəzərəm.  Sonra  xətriniz  istəsə,  biz  Parisə 

gedəcəyik. 

Məktub  qısa  idi:  Mənim  əziz  abbatım,  o  əyalət 

çəkiĢmələrinin  baĢını  buraxıb,  bura  –  bizim  sakit  Parisə 

gəlin  və  dərindən  bir  nəfəs  alın.  Sizə  öz  karetamı 

göndərirəm – o düz dörd gün sizin ixtiyarınızda olacaq. Mən 

özümsə  həftənin  ikinci  gününə  qədər  sizi  Parisdə 

gözləyəcəm.  Paris  kənarındakı  ən  gəlirli  kilsələrdən  birinin 

ixtiyarını  almağınız  üçün  bircə  kəlmə  “hə”  deməyiniz  bəs 

edər.  Gələcəkdə  o  kilsəyə  gəlib  sizdən  xeyir-dua  alacaq  ən 

varlı  adamlardan  biri  sizi  heç  vaxt  görməyib,  amma  o 

adamın  cənabınıza  nə  qədər  sadiq  olduğunu  təsəvvür  edə 

bilməzsiniz. Bu adam – markiz de La-Molldur. 

Təbiətcə  sərt  və  acıdil  adam  olan  abbat  Pirar  öz 

düĢmənləriylə dolu olan bu seminariyanı necə sevdiyini özü 




www.vivo-book.com 

 

439 



də  bilmirdi.  Düz  on  beĢ  il  idi  ki,  onun  bütün  fikri-zikri  bu 

seminariyadaydı.  Markiz  de  La-Mollun  məktubu  onun 

üzərində ağrılı, amma vacib əməliyyat aparmalı olan cərraha 

bərabər  idi.  Abbatın  öz  vəzifəsindən  kənarlaĢdırılmağı 

məsələsi qaçılmaz idi. 

Abbat Pirar markizin iĢlər müdirinə üç gündən sonraya 

görüĢ verdi. 

Son  qırx  səkkiz  saatı  o  qərarsızlıq  içində  keçirdi. 

Nəhayət,  o  qərara  gəlib  cənab  La-Molla  məktub  və  zati-

aliləri  yepiskopa  ekkleziastik  üslubun  Ģedevrlərindən  biri 

hesab  oluna  biləcək,  amma  bir  az  uzun  ismarıĢ  yazdı.  Belə 

dərin  hörmətlə,  belə  diqqətlə  seçilmiĢ  ifadələrlə  yazılmıĢ 

ikinci məktub çətin ki tapılaydı. Bununla belə, cənab Frileri 

öz  müdiriyyətiylə  bir  saatlıq  üz-göz  eləyib,  əzab  verməyə 

hesablanmıĢ məktubda həm də onun altı il məruz qaldığı və 

axırda Ģəhəri tərk etməyə  məcbur edən bütün  əclaflıqlar da 

xırdalıqlarına 

qədər 


təsvir 

olunmuĢdu: 

abbatın 

çovustanından  odun  oğurlanmasından  tutmuĢ,  itinin 

zəhərlənməyinə qədər. 



www.vivo-book.com 

 

440 



Məktubu  bitirəndən  sonra  o  göstəriĢ  verdi  ki,  Jülyeni 

oyatsınlar  –  o  da  bütün  seminariyaçılar  kimi,  axĢam  saat 

səkkizdə yatırdı. 

–  Siz  yepiskopun  qəsrini  tanıyırsınız?  –  abbat  təmiz 

latın  dilində  oğlandan  soruĢdu.  –  Bu  məktubu  zati-

müqəddəslərinə  aparın.  Açıq  deyirəm:  mən  sizi  canavar 

kahasına  göndərirəm.  Bu  səfərdə  siz  ancaq  qulaq  və 

gözlərdən ibarət olmalısınız. Cavab verərkən heç bir yalana 

əl atmayın, amma bunu da yaddan çıxartmayın ki, o sualları 

verən adam sizə zərər vurmaqdan böyük zövq ala bilər. Mən 

sizi  birdəfəlik  tərk  edib  getməzdən  əvvəl  –  əlinizdəki 

kağızın  mənim  istefa  məktubum  olduğunu  gizlətmirəm  – 

sizi  belə  bir  sınağa  məruz  qoyduğuma  görə  çox  Ģadam, 

mənim balam. 

Jülyen  yerində  donub  qaldı.  O,  abbat  Pirarı  sevmiĢdi. 

Ġçindəki özünümüdafiə hissi ona deyirdi: “Bu namuslu adam 

buranı  tərk  edən  kimi,  Ġsanın  Ürəyi  partiyası  məni  burada 

gözümçıxdıya salacaq, bəlkə də lap qovacaq”. 




www.vivo-book.com 

 

441 



O  özünü  düĢünəcək  halda  deyildi.  Oğlan  qərarsızca 

yerində  donub  qalmıĢdı  –  o,  nəsə  demək  istəyirdi  və  bunu 

necə deyəcəyini bilmirdi. 

Abbat: 


– Nə oldu, əziz dostum? Niyə getmirsiniz? 

–  Bilirsiniz...  –  Jülyen  ehtiyatla  dilləndi,  –  mən 

dəfələrlə eĢitmiĢəm ki, burada rəhbərlik elədiyiniz müddətdə 

siz dar gün üçün heç bir tədarük görməmisiniz. Mənim altı 

yüz frankım var... 

Oğlanın gözləri yaĢardı. 

Seminariyanın keçmiĢ rektoru soyuq-soyuq: 

–  Bu  da  nəzərə  alınacaq  –  dedi.  –  Yepiskopun  yanına 

gedin, artıq gecdi. 

Təsadüfən  həmin  gecə  yepiskopun  qəbul  otağında 

növbətçi  cənab  Friler  idi.  Zati-aliləri  prefekturada 

nahardaydı.  Beləliklə  Jülyen  məktubu  cənab  Frilerə  təqdim 

etdi. Amma təbii ki, oğlan onu tanımırdı. 

Jülyen  abbatın  yepiskopa  ünvanlanmıĢ  məktubu 

kobudca  açmağına  baxdı.  BaĢ  vikarinin  gözəl  üzü  əvvəlcə 

məmnunluq  dolu  heyrət  ifadə  elədi,  sonrasa  əməlli-baĢlı 




www.vivo-book.com 

 

442 



qayğılandı.  O,  məktubu  oxuduğu  müddətdə,  abbatın 

yaraĢıqlı  görünüĢündən  təsirlənmiĢ  Jülyen  onu  yaxĢıca 

gözdən  keçirə  bildi.  Bu  üzün  sahibi  bircə  an  da  olsun  nə 

ifadə etməli olduğunu unutmurdu deyə, hətta murdar qəlbini 

belə ört-basdır edəcək hiyləgərliyini gizlətdiyi sifəti olduqca 

xoĢagəlimliydi. 

Ġfrat  dərəcədə  irəli  uzanmıĢ,  gözəl  düz  xətt  əmələ 

gətirən  burnu  bədbəxtlikdən  onun  alicənab  üzünü  tülkü 

sifətinə  oxĢadırdı.  Bunu  da  qeyd  edək  ki,  abbat  Pirarın 

istefasından  çiçəyi  çırtlayan  bu  din  xadimi  olduqca  qəĢəng 

geyinmiĢdi ki, bu da indiyə qədər hələ heç bir rahibin belə 

geyindiyini görməyən Jülyenin çox xoĢuna gəldi. 

Uzun müddət sonra Jülyen abbat Frilerin əsl istedadının 

nədən  ibarət  olduğunu  biləcəkdi.  O,  illərlə  Parisdə  yaĢamıĢ 

və  Bezansonda  özünü  sürgündəki  kimi  hiss  edən  qoca 

yepiskopu  əyləndirməyi  bacarırdı.  Yepiskopun  gözləri  pis 

görürdü  və  bu  mehriban  qoca  balıq  yeməklərinin  çılğın 

aĢiqiydi.  Abbat  Friler  zati-alilərinə  verilən  balığın 

sümüklərini təmizləyirdi. 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə