Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə89/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   85   86   87   88   89   90   91   92   ...   197

www.vivo-book.com 

 

443 



Qapı  qəfildən  açılanda  Jülyen  istefa  məktubunu 

maraqla  oxuyan  abbata  tamaĢa  eləyirdi.  Olduqca  bahalı 

paltar  geyinmiĢ  xidmətçi  otağa  girəndə  Jülyen  güclə  macal 

tapıb baĢını döndərə bildi: sinəsində xaç olan qocanın otağa 

daxil olduğunu görüb, Jülyen tez dizlərini yerə ataraq təzim 

elədi:  yepiskop  oğlanın  üzünə  mehribanlıqla  gülümsəyib, 

tağın  dərinliklərinə  doğru  addımladı.  YaraĢıqlı  abbat  da 

onun dalınca getdi. 

Jülyen  qəbul  otağında  tək  qaldı  –  indi  otaqdakı 

təmtərağa  yaxından  və  diqqətlə  tamaĢa  etməyə  heç  kim 

mane olmurdu. 

Məntiqi  və  uzunmüddətli  mühacirət  çətinliklərinin 

köhnəldə  bilmədiyi  ağla  sahib  Bezanson  yepiskopunun 

yetmiĢ beĢ yaĢı vardı və on ildən sonra nə baĢ verəcəyi onu 

elə də maraqlandırmırdı. 

– Qəbul otağındakı o narahat baxıĢlı seminariya tələbəsi 

kimdi?  –  yepiskop  soruĢdu.  –  Məgər  mənim  göstəriĢimə 

görə, onlar bu saatda yatmalı deyillər? 

–  Amma  bunun  gözünə  yuxu  getməzdi,  zati-

müqəddəsləri. O sizə olduqca vacib bir xəbər gətirib: bizim 




www.vivo-book.com 

 

444 



yeparxiyadakı

46

  sonuncu  yansençinin  istefa  məktubunu. 



Axır  ki,  bu  dəhĢətli  abbat  Pirar  ondan  nə  istədiyimizi  baĢa 

düĢdü. 


– Deməli, belə?! – yepiskop kinayəli təbəssümlə dedi. – 

Mərc  gələrəm  ki,  siz  onun  yerinə  daha  layiqli  adam  tapa 

bilməzsiniz.  Və  belə  adamların  qədrini  biləsiniz  deyə,  mən 

onu sabah nahara çağırıram. 

BaĢ vikari vəzifəyə namizəd barədə nəsə demək istədi. 

Amma yepiskop indi iĢgüzar əhvalda deyildi. O dedi: 

–  BaĢqasını  gətirməzdən  əvvəl,  hələ  görək,  bu  necə 

gedəcək.  O  tələbəni  yanıma  çağırın:  həqiqət  uĢaqların 

dilindədi. 

Jülyeni çağırdılar. 

–  Ġndi  mən  iki  inkvizatorla  kəllə-kəlləyə  gələcəm,  –  o 

düĢündü. 

Ġlk  dəfəydi  ki,  oğlan  özündə  bu  qədər  cəsarət  hiss 

eləyirdi. 

                                                 

46

yeparxiya – yepiskopun idarə elədiyi dini inzibati ərazi 




www.vivo-book.com 

 

445 



O  içəri  girəndə  cənab  Valnodan  daha  yaxĢı  geyinib-

kecinmiĢ  iki  xidmətçi  zati-alilərini  soyundururdu.  Abbat 

Pirar  barədə  nəsə  soruĢmazdan  əvvəl,  yepiskop  Jülyenə 

dərsləri barədə suallar verməyi vacib bildi. 

Zati-aliləri  ona  doqmatika  barədə  bir  neçə  sual 

verəndən  sonra  heyran  oldu.  Sonra  klassiklərə  –  Vergiliy, 

Horatsiy, Siserona keçdi. 

“Mənim  evimi  elə  bunlar  yıxdı  –  siyahıda  yüz  doxsan 

səkkizinci  yeri  tutmağım  bunlara  görə  oldu,  –  Jülyen 

düĢündü.  –  Amma  indi  itirəcək  bir  Ģey  yoxdu,  gərək 

özümüzü göstərək”. 

Oğlanın  ulduzu  doğrudan  da  parladı.  Özü  də  klassika 

bilicisi 

olan 


yepiskop 

heyran 


qalmıĢdı. 

ġəhər 


bələdiyyəsindəki  naharda  iman  əhli  olmağıyla  ad  çıxarmıĢ 

bir gənc qız Maqdalena barədə poema oxumuĢdu. Yepiskop 

ədəbiyyat  barədə  danıĢmaq  istəyirdi  –  o  abbat  Pirarı  və 

bütün  baĢqa  iĢlərini  unudub  gənc  seminariya  tələbəsiylə 

Horatsinin varlı, yoxsa kasıb olduğunu müzakirə eləyirdi. 

Yepiskop  müxtəlif  Ģeirlərdən  sitatlar  gətirir,  amma 

yaddaĢı  tez-tez  onu  pərt  eləyirdi.  Zati-aliləri  çaĢdığı  yerdə 



www.vivo-book.com 

 

446 



Jülyen  olduqca  təvazökar  Ģəkildə  Ģeiri  əzbərdən  davam 

eləyirdi.  Yepiskopu  heyran  qoyan  Ģeylərdən  biri  də  buydu 

ki,  Jülyen  iyirmi-otuz  Ģeiri  dalbadal latınca  tələffüz  edəndə 

də  söhbətin  ahəngini  dəyiĢmir  və  bunu  elə  eləyirdi  ki,  elə 

bil, seminariyada baĢ verən gündəlik hadisələrdən danıĢırdı. 

Onlar  Vergiliydən  də  bir  xeyli  danıĢdılar.  Axırda  yepiskop 

özünü gənc tələbəni tərifləmək zövqündən məhrum eləmədi. 

– Siz bu elmləri çox gözəl mənimsəmisiniz. 

–  Zati-müqəddəsləri,  –  Jülyen  cavab  verdi,  –  sizin 

seminariyanızda  bu  kimi  tərifə  layiq  ola  biləcək  daha  yüz 

doxsan yeddi tələbə var. 

Bu rəqəmdən heyrətlənmiĢ yepiskop: 

– Bu necə ola bilər axı? – deyə soruĢdu. 

– Mən rəsmi sənədlə bunu zati-müqəddəslərinizə sübut 

edə  bilərəm.  Seminariyadakı  imtahanlar  vaxtı  mən  elə  bu 

cür,  zati-müqəddəslərinizin  belə  yüksək  qiymətləndirdiyi 

kimi  cavab  vermiĢdim  və  yüz  doxsan  səkkizinci  yerə  çıxa 

bildim. 


–  Həə!  Deməli,  sən  abbat  Pirarın  həmin  sevimli 

tələbəsisən!  –  yepiskop  gülüb  cənab  Frilerə  baxdı.  –  Biz 




www.vivo-book.com 

 

447 



buna oxĢar nəsə gözləyirdik. Amma bu ədalətli müharibədi. 

Düz  deyilmi  dostum  –  o,  Jülyenə  baxdı  –  sizi  bura 

göndərmək üçün yataqdan qaldırdılar eləmi? 

–  Bəli,  zati-müqəddəsləri.  Cənab  ġas-Bernara  kilsəni 

bəzəmək  üçün  çıxdığımı  hesaba  almasaq, mən  indiyə  qədər 

bir dəfə də olsun, seminariyanı tərk etməmiĢəm. 

– Optime, – yepiskop dedi. – Deməli, o sultanları taxt-

rəvanın üstündə quraĢdıran cəsur oğlan sizsiniz? Mən hər il 

o  sultanlara  baxanda  diksinirəm  –  qorxuram  ki,  onlar  bizə 

insan  həyatı  bahasına  baĢa  gəlsin.  Dostum,  siz  çox  qabağa 

gedəcəksiniz.  Amma  mən  sizi  ac  qoyaraq,  parlaq  olacağına 

inandığım mərtəbənizi yarıda kəsmək istəmirəm. 

Yepiskop əmr elədi ki, süfrəyə Ģirin kökə və bir cürdək 

Malaqa


47

  Ģərabı  versinlər.  Jülyen  iĢtahayla,  yepiskopun 

iĢtahayla  və  Ģad-Ģalayın  yemək  yeyən  adamlardan  xoĢu 

gəldiyini bilən abbat Frilersə daha həvəslə yedi. 

Gecənin belə xoĢ keçdiyindən daha çox məmnun qalan 

yepiskop Jülyenlə kilsə tarixi barədə danıĢmağa cəhd elədi. 

                                                 

47

 İspaniyada şəhər 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə