Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə9/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   5   6   7   8   9   10   11   12   ...   197

www.vivo-book.com 

 

42 



– Alın, bu pulu. Qoy oğlunuz mahud alverçisi cənab 

Düranın yanına gedib özü üçün qara paltar sifariĢ versin. 

–  Bəs  mən  oğlanı  iĢdən  çıxartsam,  o  paltar  oğluma 

qalacaq?  –  qoca  kəndli  özünün  bütün  saxta  hörmətkarlığını 

unudub soruĢdu. 

– Əlbəttə. 

– Neynək, – Sorel tələsmədən dilləndi. – Onda qalır 

təkcə əməkhaqqı məsələsini danıĢmaq. 

–  Necə  yəni?  –  cənab  Renal  heyrətlə  dedi.  –  Bu 

məsələni biz dünən danıĢmıĢıq  axı. Mən  dedim  ki, ona  ildə 

üç yüz frank verəcəm. Bu bəs eləyər, hələ mənə qalsa, bir az 

da artıqdır. 

–  Siz  belə  təklif  eləmiĢdiniz,  razıyam  –  Sorel  indi 

daha  aramla  danıĢırdı  və  qəfildən  o  ancaq  bizim 

franĢkonteyli kəndçiləri tanımayanları heyrətə gətirə biləcək 

diribaĢlıqla merin üzünə baxaraq dedi – amma bizə bundan 

da çox verən tapılar. 

Bu sözlərdən sonra merin sifəti əyildi. Amma o tezcə 

də özünü ələ aldı və düz iki saat çəkən, bircə kəlmə də artıq 

kəlmənin  iĢlənmədiyi,  kəndçi  hiyləgərliyinin  varlı  bicliyini 




www.vivo-book.com 

 

43 



üstələdiyi  uzun  və  müdrik  söhbət  baĢladı.  Jülyenin  yeni 

həyatının  bütün  Ģərtləri  danıĢıldıqdan  sonra  alınan  qəti 

qərara  əsasən onun nəinki  maaĢı dörd  yüz  franka qaldırıldı, 

həm  də  bu  pulların  hər  ayın  əvvəlində  verilməsi 

razılaĢdırıldı. 

–  YaxĢı,  mən  ona  ayda  otuz  beĢ  frank  verəcəm  – 

cənab Renal dedi. 

–  Yuvarlaq  rəqəm  alınsın  deyə,  məncə,  bizim  mer 

kimi  varlı  və  səxavətli  bir  zat  ayda  otuz  altı  frank  da 

verməyə xəsislik eləməz – qoca Sorel hiyləgərliklə dedi. 

–  YaxĢı,  –  cənab  Renal  dedi  –  amma  söhbətimiz 

burada qurtarır. 

Onun qəzəbi bu dəfə səsinə lazım olan sərtliyi verdi. 

Qoca Sorel baĢa düĢdü ki, daha dirəĢmək olmaz. 

Elə  bu  vaxt  cənab  Renalın  hücumları  baĢladı.  O,  ilk 

ayın  maaĢını  oğlunun  əvəzinə  almağa  çox  can  atan  qoca 

Sorelə pul vermək istəmirdi. Cənab Renal bu arada düĢündü 

ki,  axı  bu  söhbətdə  hansı  rolu  oynamağa  məcbur  olduğunu 

da arvadına danıĢmalıdır. 



www.vivo-book.com 

 

44 



–  Sizə  verdiyim  yüz  frankı  mənə  qaytarın,  –  mer 

əsəbi  səslə  dedi.  –  Cənab  Düranın  mənə  borcu  var. 

Oğlunuzla  özüm  onun  yanına  gedərəm  və  paltarı  özüm 

sifariĢ verərəm. 

Bu qəfil hücumdan sonra Sorel baĢa düĢdü ki, indi ən 

uyğun  hərəkət  merə  hörmət  hissiylə  dolu  kəlmələr 

yağdırmaqdır. O, buna düz on beĢ dəqiqə sərf elədi. Merdən 

baĢqa heç nə qopara bilməyəcəyini anlayandan sonra təzim 

edə-edə  çıxıĢa  sarı  getdi.  Qapıdan  çıxanda  axırıncı  dəfə 

təzim eləyib: 

– Sabah oğlumu qəsrə göndərərəm – dedi. 

Cənab  merin  himayəsində  olan  Ģəhərlilər  ona 

yarınmaq üçün merin yaĢadığı evə qəsr deyirdilər. 

Özünün miĢarxanasına qayıdan Sorel nə qədər çalıĢsa 

da, oğlunu tapa bilmədi. 

Bütün  təhlükələrdən  qorxan  və  iĢin  axırının  nə 

olacağını  bilməyən  Jülyen  gecə  evdən  qaçmıĢdı.  O, 

kitablarını  və  özünün  ġərəf  Legionu  niĢanını  etibarlı  yerdə 

gizlətmək  qərarına  gələrək  hamısını  dostu  Veryerin  baĢı 



www.vivo-book.com 

 

45 



üstündə  ucalan,  dağlarda  yaĢayan  cavan  odun  alverçisi 

Fukenin yanına aparmıĢdı. 

O peyda olan kimi, atası onun üstünə qıĢqırdı: 

– ZəhləmgetmiĢ avara! Neçə ildir sənə çörək verirəm

heç  allahından  qorxmursan?  ġələ-küləni  yığ,  haydı  cənab 

merin evinə. 

Döyülmədiyinə  çox  təəccüblənən  Jülyen  tələsdi. 

Amma  atasının  gözündən  uzaqlaĢan  kimi,  addımlarını 

yavaĢıtdı. DüĢündü ki, bir riyakar kimi daha da bərkiməlidir 

və bunun üçün kilsəyə getmək pis olmazdı. 

Bu söz sizi təəccübləndirdi? Amma bu dəhĢətli sözə 

çatana qədər gəncin ruhu uzun bir yol keçməli olmuĢdu. 

Hələ  uĢaq  yaĢlarından,  altıncı  alayın  uzun,  ağ  plaĢlı, 

qara  dəbilqəli  dəstələrini  görəndən  bəri  –  bu  dəstələr 

Ġtaliyadan  qayıdırdılar,  atları  da  atasının  barmaqlıqlı 

pəncərəsinin  altında  dayanmıĢdı  –  Jülyen  hərbiçi  olmaq 

istəyirdi. 

Sonra,  yeniyetmə  vaxtlarında  o  heyrətlə  ağzını  açıb, 

nəfəs  dərmədən  qoca  alay  loğmanının  Lodi,  Arkolsk 

körpüsü üstündə, Rivoli yaxınlığında gedən döyüĢlər haqda 




www.vivo-book.com 

 

46 



söhbətlərinə qulaq asır və qocanın öz niĢanına necə sevgiylə 

baxdığını görürdü. 

Jülyenin on dörd yaĢı olanda Veryerdə kilsə tikməyə 

baĢladılar.  Bu  balaca  Ģəhərcik  üçün  kilsəni  olduqca  gözəl 

hesab  etmək  olardı.  Kilsənin  dörd  mərmər  sütunu  Jülyeni 

heyrətə  gətirmiĢdi.  Bu  mərmər  dirəklərin  sorağı  bütün 

həndəvərə  yayıldı,  bu  dirəklərə  görə  məhkəmə  hakimiylə 

Bezansondan  gələn  və  yezuit  cəmiyyətinin  casusu  olduğu 

güman  edilən  cavan  rahibin  arasında  düĢmənçilik  baĢladı. 

Deyilənə  görə,  bu  məsələdən  sonra  hakim  az  qala 

vəzifəsindən olacaqmıĢ. 

Axı,  deyilənə  görə,  hər  iki  həftədən  bir  Bezansona 

gedib, yepiskopun özüylə müzakirələr aparan cavan rahiblə 

mübahisə eləmək məhz onun ağlına gəlmiĢdi. 

Bu  arada  çoxuĢaqlı  ailə  sahibi  olan  hakim  bir  neçə 

ədalətsiz  qərar 

çıxarmıĢdı:  bu  qərarların  hamısı 

“Konstityusonel”  qəzetini  oxuyan  Ģəhərlilərin  əleyhinə 

yönəlmiĢdi.  Qələbə  ağıllı  tərpənənlərə  nəsib  oldu.  Əslinə 

qalsa,  söhbət  qəpik-quruĢdan,  cəmi  beĢ  frankdan  gedirdi. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə