Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə90/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   86   87   88   89   90   91   92   93   ...   197

www.vivo-book.com 

 

448 



O  tezcə  fərqinə  vardı  ki,  Jülyen bu  mövzuda heç nə  bilmir. 

Yepiskop  Konstantin  dövründəki  Roma  əxlaqından  söz 

saldı.  Bütpərəstliyin  axırı  da  on  doqquzuncu  əsrdə  məyus 

olmuĢ  və  darıxan  beyinlərə  əzab  verən  narahatlıq  və 

Ģübhələrlə fərqlənirdi. Yepiskop gördü ki, Cülğen Tatsitin

48

 



heç adını da eĢitməyib. 

O  bu  məsələylə  bağlı  təəccübləndiyini  deyəndə  Jülyen 

sadəlövhcəsinə  bildirdi  ki,  seminariya  kitabxanasında  bu 

müəllifin kitabları yoxdur. 

–  Hə,  belə  de!  Bunu  eĢitməyimə  çox  sevindim!  – 

yepiskop  həvəslə  dedi.  –  Siz  məni  çətinlikdən  qurtardınız. 

Düz on dəqiqədi ki, düĢünürəm, axı mənə bəxĢ elədiyiniz bu 

xoĢ  axĢama  görə  sizə  öz  minnətdarlığımı  necə  göstərim. 

Mənim  seminariyamda  belə  bir  tələbənin  olduğunu  heç 

gözləmirdim.  Buna  görə  də  hər  nə  qədər  maddi  hədiyyə 

olmasa  da,  mən  sizə  Tatsitin  kitabını  hədiyyə  etmək 

istəyirəm. 

                                                 

48

 Qay Korneliy Tatsit – qədim Roma tarixçisi 




www.vivo-book.com 

 

449 



Yepiskop  əmr  elədi  ki,  adını  çəkdiyi  müəllifin  səkkiz 

cildliyini  gətirsinlər.  Zati-aliləri  özü  öz  əliylə  kitabın  titul 

səhifəsində Jülyen Sorelin ünvanına latınca xoĢ sözlər yazdı. 

Yepiskopun latın dilini bilməyiylə fəxr eləmək kimi bir zəif 

damarı vardı. 

VidalaĢanda  o,  bayaqkı  söhbətindən  kəskin  Ģəkildə 

fərqlənən ciddi bir səslə Jülyenə dedi: 

– Cavan oğlan, əgər siz ağıllı olsanız, gələcəkdə mənim 

eparxiyamda  əla  bir  kilsənin  rəhbəri  ola  bilərsiniz  –  özü  də 

yepiskop  sarayının  düz  yaxınlığında.  Amma  gərək  ağıllı 

olasınız. 

Qucağında  Tatsitin  səkkiz  cildliyini  tutmuĢ  Jülyen 

qərarsızlıq  içində  yepiskop  sarayından  çıxanda  gecə  birin 

yarısıydı.  Zati-aliləri  abbat  Pirar  haqda  heç  nə  deməmiĢdi. 

Amma  Jülyeni  daha  çox  onun  belə  xoĢ  rəftarı 

təəccübləndirmiĢdi.  O  təsəvvür  də  eləməzdi  ki,  davranıĢ 

incəlikləri təbii ləyaqətlə belə uzlaĢa bilər. 

Onu  səbirsizliklə  gözləyən  qaĢqabaqlı  abbat  Pirarı 

görəndə oğlan istər-istəməz onları müqayisə eləməli oldu. 



www.vivo-book.com 

 

450 



–  Quid  tibi  dixerunt?

49

  –  Abbat  oğlanı  uzaqdan  görən 



kimi bərkdən qıĢqırdı. 

Dili  bir  az  topuq  vuran  Jülyen  yepiskopla  söhbətini 

latınca nağıl elədi. 

Seminariyanın keçmiĢ rektoru heç bir nəzakət qaydasını 

gözləməyərək, sərt Ģəkildə oğlanın sözünü kəsdi: 

–  Fransızca  danıĢın  və  heç  nə  əlavə  eləməyib,  heç  nə 

əskiltmədən,  zati-müqəddəslərinin  sizə  dediklərini  bircə-

bircə təkrar eləyin. 

Rektor  oğlanın  qucağındakı  səkkiz  cildliyi  görəndə 

Tatsitin  kitablarının  qızılı  üzlüyündən  dəhĢətə  gələrək 

soruĢdu: 

–  Yepiskop  gənc  seminariya  tələbəsinə  belə  qəribə 

hədiyyə bağıĢlayır? 

Saat  ikidə,  bütün  söhbəti  təfərrüatıyla  dinləyəndən 

sonra abbat öz sevimli tələbəsini otağına göndərdi. 

– Tatsitin kitabının birinci cildini – zati-alilərinin yazısı 

olanı  burda  qoyun,  –  o  dedi.  –  Mən  burada  olmayanda 

                                                 

49

 sənə nə dedilər? (lat.) 




www.vivo-book.com 

 

451 



latınca  yazılmıĢ  bu  sözlər  sizin baĢınıza bəla ola bilər.  Erit 

tibi,  fili  mi,  successor  meus  tanquam  leo  quaerens  quern 

devoret

50



Səhəri  gün  Jülyen  yoldaĢlarının  davranıĢında  nəsə 

qəribə bir Ģey hiss elədi. Bunu görən oğlan özünə daha çox 

qapanmaqdan baĢqa heç nə edə bilmədi. 

“Hə,  –  o  düĢündü,  –  abbat  Pirarın  istefası  artıq  özünü 

göstərir. Əlbəttə, mənim onun sevimli tələbəsi olmağım heç 

kim üçün sirr deyil. Bunların davranıĢında nəsə istehzalı bir 

Ģey var”. 

Amma  oğlan  əsas  məsələnin  nə  olduğunu  öyrənə 

bilmirdi.  Dəhliz  boyunca  yeriyəndə  ona  dikilən  baxıĢlarda 

bu dəfə nifrət yox idi. 

“Görəsən,  nə  məsələdi?  Burada  nəsə  bir  tələ  var.  Neynək, 

gərək göz-qulaq olaq”. 

 

Axır ki, Veryerli tələbə oğlan hırıldayaraq ona dedi: 



– Cornelii Taciti opera ornina

51



                                                 

50

Çünki sizin üçün, mənim balam, bu hədiyyə ovunu udub udqunan şir kimi təhlükəli 



ola bilər (lat.) 


www.vivo-book.com 

 

452 



 

O,  bu  sözləri  kifayət  qədər  ucadan  dedi  və  sözlər 

oğlanın  ağzından  çıxan  kimi,  hamı  Jülyeni  belə  möhtəĢəm 

hədiyyə və yepiskopla iki saatlıq söhbət etmək Ģərəfinə nail 

olmağı münasibətilə təbrik etdi. 

Onlar  hər  Ģeyi  xırdalıqlarına  qədər  bilirdilər.  Həmin 

dəqiqədən  etibarən  daha  heç  kim  nifrətini  göstərməyə  ürək 

eləmirdi, 

tələbələr 

oğlanın 


qarĢısında 

əməlli-baĢlı 

yaltaqlanırdılar.  Hətta  bu  günlərə  qədər  onunla  təkəbbürlə 

davranan abbat Kastaned belə Jülyenin qolundan tutaraq onu 

öz yanına səhər yeməyinə dəvət elədi. 

Amma tale Jülyenə çox kinli xasiyyət bəxĢ eləmiĢdi: bu 

kobud  varlıqların  sırtıqlığından  kədərlənir,  onların 

alçaqcasına  yaltaqlanmağısa  oğlanda  ikrah  doğurur  və  ona 

bir damcı da olsun zövq vermirdi. 

Günorta  abbat  Pirar  öz  tələbələrilə  vidalaĢdı  və  son 

olaraq onlara quru bir müraciət elədi: 

                                                                                                                   

51

Tatsitin bütün əsərlərinin toplusu (lat.)



 

 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə