Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə91/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   87   88   89   90   91   92   93   94   ...   197

www.vivo-book.com 

 

453 



–  Siz  dünya  nemətlərinə,  ictimai  imtiyazlaramı  meyil 

edirsiniz,  əmr  vermək,  qanunlara  gülmək  və  hər  kəsi 

qanunsuz olaraq təhqir etmək sizə zövqmü verir? Yoxsa siz 

əbədi  xilas  barədə  düĢünürsünüz?  Aranızda  ən  tənbəl 

tələbənin də gözlərini bir az açmağı kifayətdir ki, bu iki yol 

arasındakı fərqi görə bilsin. 

Abbat Pirar ayağını qapının kandarından o yana qoyan 

kimi,  Ġsanın  Ürəyi  qardaĢlığındakı  tələbələr  kilsəyə 

doluĢaraq, ucadan oxumağa baĢladılar: 

– Tanrım, biz sənin adına tərif deyirik. 

KeçmiĢ  rektorun  məsləhətini  seminariyadakı  heç  bir 

tələbə ciddi qəbul eləmədi. Onlar öz aralarında: 

– Ġstefa məsələsi ona yaman pis təsir elədi, – deyirdilər. 

Heç  bir  seminariya  tələbəsi  belə  gəlirli  bir  yerdə  belə 

böyük  bir  vəzifə  sahibinin  öz  xoĢuyla  istefa  verməyinə 

inanacaq qədər sadəlövh deyildi. 

Abbat  Pirar  olmayan  iĢlərini  baĢa  çatdırmaq  üçün 

ikigünlük Bezansonun ən yaxĢı mehmanxanasına yerləĢdi. 

Yepiskop  onu  yanına  nahara  dəvət  elədi  və  baĢ  vikari 

Frileri cırnatmaq üçün abbat Pirara daha çox diqqət yetirdi. 




www.vivo-book.com 

 

454 



Parisdən  abbat  Pirarın  paytaxtdan  dörd  lye  aralıda  yerləĢən 

ən  yaxĢı  kilsələrdən  birinə  təyin  olunduğu  barədə  xəbər 

gələndə onlar Ģirniyyat yeyirdilər. 

Xeyirxah  yepiskop  onu  ürəkdən  təbrik  elədi.  O  bütün 

bu məsələdə incə bir oyun sezmiĢ və bu onun kefini açmıĢdı. 

Yepiskop  abbatın  istedadı  barədə  ən  yüksək  fikirdəydi.  O, 

abbata  latın  dilində  yazılmıĢ  əla  bir  xasiyyətnamə  verərək 

etirazını bildirmək istəyən cənab Frilerə susmağı əmr elədi. 

AxĢam  yepiskop  öz  heyranlığını  bölüĢmək  üçün 

markiza  Rübamprenin  yanına  getdi.  Bu  təzə  xəbər 

Bezansondakı  bütün  kübar  təbəqəni  təəccübləndirmiĢdi. 

Hamı  abbat  Pirarın  belə  yüksək  alicənablığı  barədə 

ehtimallara  qapılır  və  onu  az  qala  yepiskopluğa  layiq 

görürdü.  Daha  hiyləgər  olanlar  cənab  de  La-Mollun  artıq 

nazir  təyin  olunduğunu  güman  edirdilər  və  hətta  həmin 

axĢam  cəmiyyət  arasında  peyda  olmağı  vacib  bilən  abbat 

Frilerin əzəmətli görünüĢünü məsxərəyə qoyurdular. 

Səhəri gün abbat Pirar küçədə yeriyəndə az qala bütün 

Ģəhər  onun  arxasınca  gəzirdi.  O  mehmanxanadan  çıxıb 

markizlə  çəkiĢməsinə  görə  məhkəməyə  gedəndə  satıcılar 




www.vivo-book.com 

 

455 



dükanların  qarĢısına  çıxırdılar.  Məhkəmədə  onu  ilk  dəfə 

nəzakətlə  qarĢıladılar.  Gördüklərinə  görə  bərk  hiddətlənən 

sərt  yansençi  markiz  de  La-Moll  üçün  seçdiyi  vəkillərlə 

axĢama qədər məsləhətləĢdi və sonra Parisə yola düĢdü. 

Abbat  Pirar  onu  yola  salmağa  gələn  və  karetanın 

üstündəki 

gerblərə 

baxmaqdan 

doymayan 

məktəb 


yoldaĢlarına  on  beĢ  il  seminariya  rəhbəri  olandan  sonra 

Ģəhəri bu illər ərzində yığa bildiyi beĢ yüz iyirmi frankla tərk 

etdiyini  deməkdən  özünü  saxlaya  bilmədi.  GözüyaĢlı 

dostları onu qucaqlayıb, vidalaĢandan sonra bir-birilərinə: 

– Mehriban abbat bu yalana əl atmadan da gedə bilərdi. 

Bu gülməlidi axı. 

Pul  sevgisindən  gözləri  kor  olmuĢ  alçaq  könüllər  baĢa 

düĢə  bilməzdilər  ki,  abbat  Pirar  altı  il  ərzində  Mariya 

Alakokla,  “Ġsanın  Ürəyi”  ilə,  yezuitlər  və  öz  yepiskopuyla 

kənardan  heç  bir  dəstək  almadan  davam  gətirdiyi 

mübarizədə gücü məhz bu düzgünlüyündən almıĢdı. 

 

 



 


www.vivo-book.com 

 

456 



XXX 

 

 



 

ġÖHRƏTPƏRƏST 

 

Yeganə  kübar  titul  –  “hersoq”    ünvanıdır,  “markiz” 

adında nəsə gülməli bir şey var. Amma “hersoq” deyən kimi 

bütün başlar ixtiyarsız olaraq o adama tərəf çevrilir. 

 

“Edinburq icmalı” 

 

Markizin  Ģən  əhvalı  və  əsl  alicənab  görünüĢü  abbatı 



heyran  qoydu.  Gələcək  nazir  onu  böyük  əyanlara  xas 

zahirən  nəzakət  pərdəsinə  bürünmüĢ,  ancaq  baĢa  düĢənlər 

üçün  kobudluq  sayılan  təntənəli  dəm-dəsgahlara  ehtiyac 

duymadan  qarĢıladı.  Belə  hərəkət  boĢ  yerə  vaxt  itirmək 

olardı, markizsə vaxtı boĢuna verməyəcək qədər ciddi iĢlərlə 

məĢğul idi. 




www.vivo-book.com 

 

457 



Düz yarım il idi ki, o bir oyuna baĢlamıĢdı: bu oyunun 

sayəsində  kralı  və  ölkəni  məcbur  eləməliydi  ki,  nazirlər 

kabinetində  müəyyən  bir  dəyiĢikliyə  razı  olsun  –  bunun 

qarĢılığında o hersoq titulu alacaqdı. 

Uzun illər idi ki, markiz özünün bezansonlu vəkilindən 

FranĢ-Kontedəki  məhkəmə  iĢləklərinin  dəqiq  hesabatını 

almağa  çalıĢırdı.  Amma  o  məĢhur  vəkil  özünün  baĢa 

düĢmədiyi bir Ģeyi markizə necə izah edə bilərdi ki? 

Abbatın  ona  təqdim  etdiyi  dörd  qatlanmıĢ  kağız  hər 

Ģeyə aydınlıq gətirirdi. 

–  Əziz  abbat,  –  beĢ  dəqiqə  ərzində  bütün  nəzakət  və 

Ģəxsi hal-əhval tutma qaydalarını yerinə yetirən markiz dedi, 

–  bütün  rifahıma  baxmayaraq,  mən  xırda,  amma  vacib  iki 

məsələylə  –  ailəmin  və  özümün  Ģəxsi  iĢlərimlə  məĢğul 

olmağa  vaxt  tapmıram.  Mən  öz  ailəmin  vəziyyətinin 

qayğısına  qalıram,  bu  məsələdə  xeyli  imkanlara  sahibəm. 

Mən  öz  məmnunluğumun  da  qayğısına  qalıram  və 

düĢünürəm ki, baĢlıcası da elə budur – o, abbatın təəccüblü 

baxıĢlarını görüb, əlavə elədi – mən belə düĢünürəm. 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə