Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə92/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   88   89   90   91   92   93   94   95   ...   197

www.vivo-book.com 

 

458 



Abbat  təmkinli  adam  olsa  da,  yaĢlı  bir  adamın  öz 

zövqləri barədə belə açıq danıĢmağına təəccübləndi. 

–  Əlbəttə,  Parisdə  də  zəhmətkeĢ  adamlar  tapmaq 

mümkündü  –  əyan  sözünə  davam  elədi,  –  amma  onlar 

hansısa  damlarda  məskunlaĢıblar.  Mən  bir  adamı  özümə 

yaxın  buraxan  kimi,  o  özünə  beletajlı  ev  kirayələyir, 

arvadısa  qəbul  günləri  təyin  eləyir.  Bir  sözlə,  o  adamın 

bütün  fikri-zikri  kübar  adam  olmaq  və  belə  ad  çıxarmağa 

sərf  olunur.  Halal  çörək  barədə  düĢünməyi  buraxan  kimi, 

onların yeganə dərd-səri bu olur. Mənim  məhkəmə iĢlərim, 

daha  dəqiq  desəm,  hər  bir  məhkəmə  prosesi  üçün  dəridən-

qabıqdan  çıxan  vəkillərim  var:  onlardan  biri  iki  gün  əvvəl 

vərəmdən  öldü.  Təsəvvür  edin  ki,  cənab,  düz  üç  ildir,  mən 

elə bir adam axtarıram ki, danıĢıqlarımı aparmaq üçün əlinə 

qələm  alıb  yazı  yazanda  nə  elədiyinin  fərqinə  vara  bilsin. 

Uzun  sözün  qısası,  bunlar  məsələyə  giriĢ  vermək  üçün  idi. 

Mən  sizə  hörmət  edirəm  və  ilk  dəfə  gördüyümə 

baxmayaraq,  sizi  sevirəm.  Mənim  katibim  olub, ildə  səkkiz 

min  frank,  bəlkə  də  daha  atıq  almaq  istərdinizmi?  Söz 

verirəm ki, maaĢı artırmaq barədə yenə düĢünəcəm. Üstəlik, 




www.vivo-book.com 

 

459 



məndən  ayrılmaq  istədiyiniz  günə  qədər  kilsənin  də  sizin 

ixtiyarınızda qalmağının qayğısına qalaram. 

Abbat  imtina  elədi,  amma  söhbətin  axırında  markizin 

necə  çətin  vəziyyətdə  olduğunu  tam  dərk  edəndə  ağlına  bir 

fikir gəldi. 

Abbat markizə dedi: 

– Mənim seminariyamda bir kasıb tələbə var. Məncə bu 

oğlanın  baĢına  orada  bəlalar  gələ  bilər.  Əgər  o  adi 

tələbələrdən biri olsaydı, onu çoxdan in pace

52

 salardılar. Bu 



vaxta  qədər  o  cavan  oğlan  təkcə  latın  dili  və  müqəddəs 

kitabı öyrənib, amma ola bilər ki, gözəl günlərin birində ya 

dini  natiqlik,  ya  da  mənəvi  atalıq  istedadı  da  üzə  çıxsın. 

Bilmirəm,  ondan  nə  çıxacaq,  amma  onda  əsl  müqəddəs 

qığılcım  var  və  bu  gənc  çox  qabağa  gedə  bilər.  Mən 

istəyirdim ki, bizim yepiskopun diqqətini ona yönəldim. KaĢ 

bizdə  məsələlərə  və  insanlara  sizin  münasibətinizin  cüzi 

hissəsini göstərə bilən adam olaydı. 

– O cavan oğlanın əsli-nəcabəti hardandı? 

                                                 

52

Yeraltı monastr məhbəsi 




www.vivo-book.com 

 

460 



–  Deyilənə  görə  bizim  dağ  yerlərindəki  bir  dülgərin 

oğludu.  Amma  məncə  burada  nəsə  baĢqa  məsələ  var  –  o 

daha  çox  hansısa  zadəganın  qeyri-qanuni  uĢağına  oxĢayır. 

Mən  bir  dəfə  ona  gələn  məktubu  gördüm  –  o  məktub  ya 

imzasız idi, ya da baĢqa ad altında yazılmıĢdı, içində də beĢ 

yüz franklıq çek vardı. 

– Həə! Siz Jülyen Soreli deyirsiniz? – markiz dedi. 

 – Onun adını hardan bilirsiniz? – Heyrətə gəlmiĢ abbat 

bu sualı verən kimi də pərt oldu. 

Abbatın pərtliyini görən markiz: 

– Bunu mən sizə deyə bilməyəcəm, – dedi. 

–  Deməli,  –  abbat  sözünə  davam  elədi.  –  Siz  onu 

özünüzə katib götürə bilərsiniz. O gəncdi, həvəslidi, ağıllıdı 

– bir sözlə, cəhd eləməyə dəyər. 

– Niyə də yox? – markiz dedi.  – Amma  sizcə o, polis 

rəisinin  ya  da  baĢqa  kiminsə  rüĢvətinə  Ģirnikib,  burda 

məndən  casusluq  eləməz  ki,  –  mən  təkcə  bu  məsələdən 

ehtiyatlanıram. 




www.vivo-book.com 

 

461 



Abbat  Pirar  Jülyenin  keyfiyyətləri  barədə  müfəssəl 

danıĢıb,  markizi  arxayın  eləyəndən  sonra  əyan  ona  min 

franklıq çek uzatdı. 

–  Bu  pulu  yol  xərcləri  üçün  Jülyenə  göndərin  və 

tapĢırın ki, yanıma gəlsin. 

–  Doğrudan  da  cənab  markiz,  ancaq  Parisdə  yaĢamaq 

adamı  belə  çaĢdıra  bilər.  –  Abbat  Pirar  dedi.  –  Siz  elə 

yüksək  bir  mərtəbədə  dayanmısınız  ki,  aĢağılarda,  əyalət 

adamlarının,  xüsusilə  yezuitlərlə  dostluq  eləməyən  din 

adamlarına göstərilən tiranlıqdan xəbərsizsiniz. Onlar Jülyen 

Soreli  buraxmaq  istəməyəcəklər,  min  cür  bəhanə  gətirib  ya 

onun  xəstə  olduğunu,  ya  məktubun  yolda  itdiyini,  ya  da 

baĢqa nəsə deyəcəklər. 

–  Onda  mən  bu  günlərdə  nazirə  deyərəm,  yepiskopa 

məktub yazar, – markiz dedi. 

–  Mən  bir  xırda  məsələni  də  gözdən  qaçırmıĢam,  – 

abbat  dedi.  –  Bu  cavan  oğlan  aĢağı  təbəqədən  olsa  da,  çox 

qürurlu adamdı. Əgər onun qüruruna toxunan nəsə eləsəniz, 

ondan  sizə  köməkçi  olmayacaq  –  belə  eləsəniz,  onu 

kütbeyinin birinə çevirəcəksiniz. 




www.vivo-book.com 

 

462 



–  Bu,  mənim  xoĢuma  gəlir  –  markiz  dedi.  –Elə 

eləyərəm ki, oğlum onunla dostlaĢsın. Bu kifayət eləyər? 

 

Bir  müddət  sonra  Jülyen  yad  xəttlə  yazılmıĢ  məktub 



aldı  –  zərfin  üstündə  ġalon  Ģəhərinin  möhürü  vardı.  Zərfin 

içində  məktubla  yanaĢı  bezansonlu  bir  tacir  tərəfindən 

göndərilmiĢ pul çeki qoyulmuĢdu. 

Məktubdakı  imza  uydurmaydı,  amma  Jülyen  onu  açan 

kimi  bədəni  titrədi:  məktubdakı  on  üçüncü  sözün  ortasında 

onun abbat Pirarla razılaĢdığı gizli iĢarə – nəhəng mürəkkəb 

ləkəsi vardı. 

Aradan  heç  bir  saat  da  keçməmiĢdi  ki,  Jülyeni 

yepiskopun  yanına  çağırdılar.  Burada  onu  əsl  ata  qayğısı 

gözləyirdi.  Zati-müqəddəsləri  Horatsiydən  sitatlar  gətirə-

gətirə  oğlanı  Parisdə  gözləyən  parlaq  gələcək  münasibətilə 

təbrik  etdi  və  deyəsən,  gəncdən  minnətdarlıq  əvəzinə  bu 

məsələyə aydınlıq gətirməsini gözlədi.  

Amma Jülyen heç nə deyə bilmədi – o özü də hələ heç 

nə  bilmirdi  və  onun  susqunluğu  yepiskopun  oğlana  əsl 

ehtiramla  yanaĢmağına  səbəb  oldu.  Yepiskopun  köməkçi 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə