Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə93/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   89   90   91   92   93   94   95   96   ...   197

www.vivo-book.com 

 

463 



rahiblərindən biri  merə  məktub  yazdı,  mersə öz növbəsində 

Jülyen üçün yazıb imzaladığı və təkcə səyahət edənin adının 

yerini boĢ saxladığı yol icazəsini öz əliylə yepiskop sarayına 

gətirdi. 

Gecə saat on ikidə Jülyen dostu Fukenin yanına getdi, o 

isə  əsl  ağlı  baĢında  olan  adam  kimi,  eĢitdiyi  təzə  xəbərə  – 

dostunun  qarĢısında  açılan  geniĢ  üfüqlərə  heyran  qalmaq 

əvəzinə təəccübləndi. 

– Bu məsələnin axırı onunla qurtaracaq ki, sənə nəsə bir 

xəzinə iĢi verəcəklər, – liberalların tərəfdarı olan dostu dedi, 

–  bunun  da  axırı  o  olacaq  ki,  sən  elə  bir  çirkli  iĢə 

bulaĢacaqsan  ki,  xəbərlərini  qəzetlərdən  oxuyacağıq.  Mən 

sənin  xəbərini  sən  ancaq  buralarda  biabır  olanda  eĢidəcəm. 

Bu  sözləri  yadında  saxla.  Lap  pul  məsələsində  də  sənin 

burada  qalıb  halal  odun  alveri  eləyərək  ildə  yüz  luidor 

qazanmağın, öz iĢinə özünün ağalıq eləməyin daha yaxĢıdı, 

nəinki  hakimiyyətdən  –  qoy  onun  baĢında  lap  Süleyman 

Ģahın özü dayansın – ildə dörd min frank almaq. 

Amma Jülyen bu mülahizələrdə əyalətdə yaĢayan varlı 

adamın  xırdaçı  məhdudluğunu  gördü.  Axır  ki,  ona  böyük 




www.vivo-book.com 

 

464 



hadisələrin  baĢ  verdiyi  meydana  çıxmaq  imkanı  verilirdi. 

Ona  toxluğa  bu  qədər  əmin  olmaq  əvəzinə  daha  çox  geniĢ 

imkanlar lazım idi. Ġndi içində bir damcı da olsun, acından 

ölmək  qorxusu  yox  idi.  Oğlanın  nəzərində  ağıllı,  hiyləgər, 

amma  Bezanson,  ya  da  Aqda  yepiskopu  qədər  nəzakətli 

adamlarla dolu olan Parisdə yaĢamaq hər Ģeyi kölgədə qoya 

biləcək bir xoĢbəxtlik idi. 

O, dostuna dedi ki, indi öz xoĢuyla deyil, abbat Pirarın 

göstəriĢiylə hərəkət eləyir. 

Səhəri  gün,  o  özünü  dünyanın  ən  xoĢbəxt  adamı  kimi 

hiss  eləyərək  Veryerə  getdi  –  oğlan  xanım  Renalı  görməyə 

ümid  eləyirdi.  Amma  o  əvvəlcə  özünün  xeyirxahına,  qoca 

abbat ġelana baĢ çəkdi. Abbat onu qaĢqabaqla qarĢıladı. 

–  Siz  özünüzü  az  da  olsa,  mənə  borclu  hesab 

edirsinizmi?  –  oğlanın  salamını  belə  cavabsız  qoyan  abbat 

ġelan  soruĢdu.  –  Ġndi  siz  mənimlə  səhər  yeməyi 

yeyəcəksiniz,  bu  müddət  ərzində  atınızı  gətirəcəklər,  siz  də 

səhər heç kimlə görüĢmədən Veryerdən çıxıb gedəcəksiniz. 

Jülyen  əsl  seminariya  tələbəsinə  xas  olan  təvazökar 

ifadəylə: 




www.vivo-book.com 

 

465 



– EĢitdimsə, əməl eləməliyəm! – dedi. 

Onlar sonrakı söhbətində dindən və latın kəlamlarından 

baĢqa heç bir Ģeydən danıĢmadılar. 

 

Jülyen atın belinə sıçrayıb, bir lye  yol gedəndən sonra 



meĢə  talasına  çıxdı:  ətrafa  göz  gəzdirib,  həndəvərdə  heç 

kimin olmadığını görəndən sonra meĢənin dərinliyinə getdi. 

GünəĢ  qüruba  əyiləndə  o  atı  qabağına  çıxan  bir  kəndliyə 

tapĢırdı,  sonra  üzüm  bağına  girib,  sahibinə  yalvardı  ki, 

nərdivanı  ona  satsın.  Üzümlük  sahibi  nərdivanı  satandan 

sonra  Veryerdəki  Sədaqət  Xiyabanına  qədər  oğlana  kömək 

etməyə də razılaĢdı. 

–  Mən  özüm  də  bədbəxtin,  qaçaqmalçının  biriyəm,  – 

kəndli  oğlanla  sağollaĢanda  dedi.  –  ƏĢi,  mənə  nə  var  e! 

Nərdivanın pulunu artıqlamasıyla ödədiniz. Mənim özümün 

də həyatımda elə anlar olub ki, dünyaya dəyər! 

Gecə  elə  qaranlıq  idi  ki,  göz-gözü  görmürdü.  Saat  bir 

olanda  Jülyen  çiynində  nərdivanla  Veryerə  girdi.  O  tezcə 

cənab Renalın gözəl bağından keçən çayın kənarına düĢdü. 

Jülyen nərdivanını divara dirəyib yuxarı qalxdı. 



www.vivo-book.com 

 

466 



“Birdən  məni  bağda  itlər  qarĢılasa,  nə  olacaq?  –  o 

düĢündü. – Hər Ģey bundan asılıdı”. 

Ġtlər  hürüĢəndə  oğlan  astadan  fit  çaldı,  itlər  onu  tanıdı 

və gəlib Jülyenə yaltaqlanmağa baĢladılar. 

Hündür, dəmir hasarın bütün çıxacaqları bağlı olsa da, 

oğlan  birtəhər  xanım  Renalın  yataq  otağının  pəncərəsinə 

çatdı.  Bağçaya  baxan  pəncərə  yerdən  doqquz-on  fut 

hündürlükdəydi. 

Pəncərə  qapaqlıqlarında  Jülyenə  yaxĢı  tanıĢ  olan, 

ürəkĢəkilli  əl  yeri  vardı.  Amma  bədbəxtlikdən  indi  bu  əl 

yerinə otaqdakı zəif fənərin iĢığı düĢmürdü. 

–  Ġlahi!  –  oğlan  düĢündü.  –  Bu  gün  xanım  Renal  öz 

otağında yatmayıb! Bəs o harda yata bilər? Ailə Veryerdədi, 

yoxsa  bu  itlərin  burada  nə  iĢi  vardı?  Axı  otaqda  iĢıq 

yoxdusa,  kim  mənə  zəmanət  verir  ki,  otağa  girəndə  orada 

cənab  Renalla,  ya  da  baĢqa  yad  bir  adamla  üz-üzə 

gəlməyəcəm. Aləm dəyəcək bir-birinə! 

Ġndi  ən  ağıllı  hərəkət  burdan  çıxıb  getmək  ola  bilərdi, 

amma Jülyen bu barədə düĢünmək də istəmirdi. 



www.vivo-book.com 

 

467 



– Əgər orada baĢqa adam olsa, nərdivanı da atıb, qaçıb 

aradan çıxaram. Amma otaqda onu görsəm – görəsən, məni 

necə  qarĢılayacaq?  Axı  o  indi  tövbə  eləyib,  özü  də  yaman 

dinə-imana gəlib – buna Ģübhəm  yoxdu. Amma  əgər o hələ 

də  mənə  məktub  yazırsa,  deməli,  məni  birdəfəlik  yaddan 

çıxartmayıb... 

Axırıncı fikir onu cəsarətə gətirdi. 

Ürəyi tir-tir əssə də, ya həlak olmağını, ya da o qadınla 

görüĢməyini  qərara  alıb  pəncərə  qapaqlarını  daĢlamağa 

baĢladı.  Cavab  gəlmədi.  O,  nərdivanı  pəncərənin  qırağına 

dayayıb,  pəncərəni  yavaĢ-yavaĢ,  sonra  bərkdən  döyməyə 

baĢladı. 

“Ġndi nə qədər qaranlıq olsa da, məni gülləylə vurmaq 

su içimi qədər asandı”. – Jülyen düĢündü. 

Bunu  düĢünəndə  bayaqdan  özünə  cəsurluq  kimi 

görünən hərəkəti indi ona ağılsızlığın son həddi kimi gəldi. 

–  Ya  bu  otaqda  heç  kim  yoxdu,  ya  da  burada  yatan 

adam  artıq  oyanıb,  odur  ki,  daha  ondan  gizlənməyin  adı 

yoxdu:  bircə  ondan  özümü  gözləyim  ki,  məni  heç  kim 

eĢitməsin, baĢqa otaqlarda yatanlar da oyanmasın. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə