Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə96/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   92   93   94   95   96   97   98   99   ...   197

www.vivo-book.com 

 

478 



baĢa  düĢəndə,  bədbəxtlikdən  yenə  soyuq  baĢla  düĢünən 

siyasətçiyə – daima özündən güclü hansısa tələbə yoldaĢının 

onun əleyhinə nəsə murdar bir plan qurduğunu düĢündüyü o 

seminariya  həyətində  olduğu  kimi,  soyuq  və  hesabını  yaxĢı 

çəkən  adama  çevrildi.  Jülyen  söhbəti  qəsdən  uzadır, 

Veryerdən gedəndən sonra yaĢadığı fərəhsiz həyatı ən xırda 

hekayətlərə qədər uzada-uzada danıĢırdı. 

“Deməli, – xanım Renal düĢünürdü, – bir il ayrılıqdan 

sonra,  mən  nə  olursa  olsun,  onu  unutmağa  çalıĢdığım 

vaxtda,  özünün  yadda  qalıb-qalmadığını  bilmədiyi  anlarda 

belə  o  taleyin  Verjidə  ona  bəxĢ  elədiyi  həmin  xoĢbəxt 

günlərin xatirəsiylə yaĢayıb”. 

Qadın  daha  bərkdən  ağladı  və  Jülyen  oxunun  hədəfə 

dəydiyini baĢa düĢdü. BaĢa düĢdü ki, axırıncı  cəhdi eləmək 

lazımdı: o, Parisdən aldığı məktubdan söz açdı. Sonra: 

– Mən zati-müqəddəsləriylə vidalaĢdım, – dedi. 

– Necə?! Siz bir də Bezansona qayıtmayacaqsınız? Bizi 

birdəfəlik buraxıb gedirsiz? 




www.vivo-book.com 

 

479 



– Hə, – Jülyen qəti səslə dedi, – hamıdan çox sevdiyim 

qadının  da  məni  unutduğu  bu  yerləri  birdəfəlik  tərk 

eləyirəm, bir də bura qayıtmayacam. Mən Parisə gedirəm... 

– Sən Parisə gedirsən! – xanım Renal az qala qıĢqırdı. 

Qadın  hönkürtüdən  boğuldu;  o  daha  ağladığını 

gizlətməyə də çalıĢmırdı. Jülyen də elə bunu gözləyirdi: indi 

o bayaqdan hər Ģeyi korlayacağından ehtiyat etdiyi hərəkəti 

eləməyə 


cəsarət 

edə 


bilərdi. 

Bayaqdan, 

qadının 

hönkürtüsünü  eĢitməyənə  qədər  o,  qaranlıqda  heç  nə 

görmədiyi  üçün,  eləyəcəyi  Ģeyin  nəyə  gətirib  çıxaracağını 

təsəvvür edə bilmirdi. 

Amma  daha  tərəddüd  eləmədi:  həyatını  zəhərləyə 

biləcək vicdan əzabı qarĢısındakı qorxusu onu məcbur elədi 

ki, özünü ələ alsın; o, ayağa qalxıb soyuq səslə dedi: 

–  Bəli,  xanım,  mən  həmiĢəlik  gedirəm;  xoĢbəxt  olun, 

əlvida. 

Pəncərəyə tərəf bir neçə addım atıb, çərçivədən yapıĢdı 

və  pəncərəni  açmağa  çalıĢdı.  Xanım  Renal  ona  tərəf  atılıb, 

baĢını oğlanın çiyninə qoydu; oğlan qadının onu necə bərk-




www.vivo-book.com 

 

480 



bərk 

qucaqladığını,  yanağını  onun  yanağına  necə 

söykədiyini hiss elədi. 

Üç  saatlıq  söhbətdən  sonra  Jülyen  ilk  iki  saat  ərzində 

var qəlbiylə arzuladığı Ģeyə nail oldu. Əgər əvvəlki ehtirasla 

alıĢıb  yanaraq  xanım  Renalın  tövbələrini  puç  eləyən  bu 

nəvaziĢlər  bir  az  əvvəl  baĢ  vermiĢ  olsaydı,  oğlanı  necə  də 

xoĢbəxt  edə  bilərdi,  amma  buna  hiyləgərliyi  sayəsində  nail 

olduğu üçün o, həzzdən baĢqa heç nə hiss eləmirdi. 

Sevgilisinin  etirazına  və  baĢqa  heç  nə  baxmayaraq, 

Jülyen çırağı yandırmaq istədi. 

– Doğrudanmı sən istəyirsən ki, – o xanım Renala dedi, 

–  sənin  bu  gecəki  üzünü  xatırlamayım?  Axı  indi  sənin 

gözlərində parıldayan o sevgini görə bilməyəcəm! Bu gözəl, 

ağappaq  əli  görməyimmi?  Bir  fikirləĢ,  axı  mən  çıxıb 

gedirəm, özü də ayrılığımız çox, çooox uzun çəkəcək! 

– Rüsvayçılıqdı! – xanım Renal düĢündü; amma o daha 

oğlana  etiraz  eləyə  bilmirdi:  Uzun  çəkəcək  ayrılıqdan  söz 

salan kimi qadın gözyaĢına boğulurdu.  

Sübh  Ģəfəqləri  artıq  küknarların  kölgəsini  Veryerin 

Ģərqindəki  dağlara  salmağa  baĢlamıĢdı.  Amma  tez  çıxıb 



www.vivo-book.com 

 

481 



getmək əvəzinə ehtirasdan tamam məst olmuĢ Jülyen xanım 

Renaldan  xahiĢ  elədi  ki,  bütün  bu  günü  onun  otağında 

gizlənib qalsın və ancaq sabah gecə çıxıb getsin. 

–  Niyə  də  olmasın?  –  qadın  dedi.  –  Ġkinci  dəfə, 

birdəfəlik rüsvay olandan sonra daha özümə qarĢı bir damcı 

da hörmətim qalmayıb: deyəsən, bu dərdi ömrümün axırına 

qədər  çəkməli  olacam.  –  Qadın  özünü  unudub  oğlanı 

sinəsinə  sıxdı.  –  Ərim  daha  əvvəlki  adam  deyil,  məndən 

bərk Ģübhələnir: elə bilir ki, ona kələk gəlmiĢəm, buna görə 

də  mənə  qarĢı  çox  qəzəblidi.  Əgər  o  nədənsə  az  da  olsa 

Ģübhələnsə,  məhv  olaram;  məni  evdən  it  kimi  qovar  –  axı 

mən doğrudan da ləyaqətli qadın-zad deyiləm. 

–  Ġlahi!  Bunlar  hamısı  cənab  ġelanın  moizələrinin 

nəticəsidir,  –  Jülyen  dedi.  –  Mən  o  lənətə  gəlmiĢ 

seminariyaya  getməmiĢdən  əvvəl  sən  mənnən  belə 

danıĢmazdın. O vaxt sən məni sevirdin! 

Jülyenin  soyuqqanlılıqla  dediyi  bu  sözlər  təsirsiz 

ötüĢmədi: o gördü ki, sevgilisi ərindən ehtiyatlanmağı-filanı 

buraxıb  daha  dəhĢətli  Ģeydən  –  Jülyenin  onun  sevgisindən 

Ģübhələnməyindən qorxdu. Gün sürətlə qızarır və Ģəfəqlərini 




www.vivo-book.com 

 

482 



bütün otağa yayırdı; Jülyen az qala ayaqlarına qapanmıĢ bu 

gözəl,  həyatda  sevdiyi  yeganə  qadını,  bir  neçə  saat  əvvələ 

qədər  tanrı  qarĢısında  qorxudan titrəyən və  bütün varlığıyla 

sədaqətə  köklənmiĢ  qadını  görəndə  yaĢadığı  qürurdan  həzz 

aldı.  Ġl  uzunu  bu  qadını  tərk  etməyən  qərarlılıq  oğlanın 

mətanəti qarĢısında tab gətirə bilmədi. 

Tezliklə ev əhli hərəkətə gəldi və xanım  Renal yaddan 

çıxardıqları bir məsələdən bərk narahat oldu. 

–  O  lənətə  gəlmiĢ  Eliza  otağıma  gələcək...  Bəs  biz  bu 

boyda nərdivanı neyləyəcəyik? – o, sevgilisindən soruĢdu. – 

Onu  harda  gizlədək?  –  qadın  qəfildən  nəsə  xatırladı.  –  Hə, 

bildim, onu evin damında gizlədərik! – sevinərək dedi. 

–  Bax,  sən  mənim  yadımda  belə  qalmısan!  –  Jülyen 

heyranlıqla  dedi.  –  Axı  sən  xidmətçinin  yatdığı  zaldan 

keçməlisən? 

– Mən nərdivanı dəhlizdə qoyub, xidmətçini səsləyərəm 

onu nəsə bir iĢ dalınca göndərərəm. 

–  Əgər  o  dəhlizdən  keçəndə  nərdivanı  görsə,  ona  nə 

deyəcəyini fikirləĢ. 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə