Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə97/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   93   94   95   96   97   98   99   100   ...   197

www.vivo-book.com 

 

483 



–  Əlbəttə,  körpə  quzum  mənim!  –  xanım  Renal  onu 

öpərək dedi. – Sən də tez çarpayının altında gizlən ki, Allah 

eləməmiĢ Eliza məndən qabaq bura gəlsə, səni görməsin. 

Bu  gözlənilməz  Ģuxluq  Jülyeni  heyrətə  saldı.“Deməli, 

əsl təhlükə yaxında olanda, – düĢündü, – o nəinki qorxmur, 

əksinə sevindirir, çünki təhlükə vaxtı vicdan əzabı ona əzab 

vermir. Ġlahi, doğrudan da bu qadının əvəzi yoxdu! Belə bir 

qadının qəlbinə sahib olan adam fəxr eləməkdə haqlıdır!” 

Jülyen doğrudan da heyran qalmıĢdı. Xanım Renal nərdivanı 

qaldırdı: bu yük onun üçün həddən artıq ağır olardı. Jülyen 

kömək eləmək üçün ona yaxınlaĢdı; o, qadının gözəl olsa da, 

gücsüz olduğunu dərhal  bildirən  belinə  tamaĢa  elədiyi  vaxt 

xanım  Renal  heç  bir  kömək-filan  gözləmədən  nərdivanı 

yerdən  qapıb  elə  rahat  apardı  ki,  elə  bil  əlində  kətil 

tutmuĢdu.  Qadın  tez  nərdivanı  dördüncü  mərtəbənin 

dəhlizinə çıxarıb divara söykədi. 

Sonra  xidmətçini  çağırdı,  ona  geyinməyə  vaxt  vermək 

üçün özü göyərçin damına keçdi. BeĢ dəqiqədən sonra qadın 

dəhlizə  qayıdanda  nərdivanı  orda  görmədi.  Axı  nərdivan 

hara yox ola bilərdi? Əgər Jülyen indi evdə olmasaydı, qadın 




www.vivo-book.com 

 

484 



qorxmazdı. Amma indi – birdən onun əri nərdivanı görsə, nə 

olacaq!  BaĢ  verə  biləcək  Ģeylər  barədə  düĢünmək  belə 

dəhĢətliydi. 

Xanım Renal bütün evdə nərdivanı axtardı. Axırda onu 

lap damın altında tapdı – görünür, nərdivanı burada xidmətçi 

gizləmiĢdi.  Bu  qəribə  hadisəydi  və  baĢqa  vaxt  olsaydı, 

Ģübhəsiz ki, xanım Renal qorxardı. 

–  Nə  fərqi  var  ki,  –  o  düĢündü,  –  iyirmi  dörd  saatdan 

sonra, Jülyen burda olmayanda nə olacaq? Onsuz da həmin 

andan  etibarən  hər  Ģey  mənə  dəhĢətli  görünəcək  və  vicdan 

əzabı çəkdirəcək. 

Bir anlığa düĢündü ki, bu, onun üçün ölüm kimi bir Ģey 

olacaq  –  eh,  nə  fərqi  vardı  ki!  Belə  ayrılıqdan  sonra  – 

düĢünürdü  ki,  bu  dəfə  ayrılıqları  həmiĢəlik  olacaq,  –  tale 

Jülyeni onun yanına gətirmiĢdi, oğlan yenə onun yanındadı, 

Jülyenin bura belə çətinliklə gəlib çıxmağısa onun necə çox 

sevdiyini göstərmirdimi?! 

Xanım Renal nərdivan məsələsini Jülyenə danıĢdı. 

–  Xidmətçi  bu  nərdivan  məsələsini  ərimə  danıĢsa,  – 

qadın  dedi,  –  mən  ona  nə  deyəcəm?  –  O,  bir  dəqiqə 




www.vivo-book.com 

 

485 



fikirləĢdi. – Onu sənə satan kəndlini tapmaq üçün onlara ən 

azı iyirmi dörd saat vaxt lazımdı... – Bunu deyib, çılğınlıqla 

oğlanın boynuna atıldı, Jülyeni bərk-bərk qucaqlayaraq dedi 

– Ah! 


Adam  belə,  bax  elə  beləcə  ölə!  –  sonra  oğlana  sığınıb 

onu  çoxlu-çoxlu  öpdü.  –  Buna  baxmayaraq  mən  səni 

acından  öldürmək  istəmirəm  –  qadın  gülə-gülə  dedi.  – 

Gedək,  səni  xanım  Dervilin  otağında  gizlədim,  o  otağı 

həmiĢə bağlı saxlayırıq. 

O,  dəhlizin  baĢında  keĢik  çəkməyə  getdi,  Jülyensə 

qaçaraq o biri otağa keçdi. 

– Bax haa, əgər qapını döyən olsa, açma, – qadın qapını 

bağlaya-bağlaya dedi, – bir də ki, bu otağa ancaq nəsə gizli 

oyun oynamaq istəyən uĢaqlardan kimsə girə bilər. 

–  Onları  pəncərənin  altına  gətir,  uĢaqları  görmək 

istəyirəm, bir də ki qoy onlar nəsə danıĢsınlar. 

– YaxĢı! YaxĢı! Mütləq! – xanım Renal gedə-gedə dedi. 

O,  tezliklə  əlində  naringi,  biskvit  və  Malaqa  Ģərabıyla 

qayıtdı – çörək götürə bilməmiĢdi. 

– Ərin neynir? – Jülyen soruĢdu. 




www.vivo-book.com 

 

486 



– Nəsə yazır, kəndlilərlə nəsə iĢi var. 

Saat  səkkiz  oldu  –  ev  hər  günkü  çaxnaĢmasını 

yaĢamağa 

baĢladı. 

Əgər 

xanım 


Renal 

ortalıqda 

görünməsəydi, onu bütün evdə axtaracaqdılar. O, Jülyeni tək 

qoyub getməliydi. 

Amma bir azdan bütün ehtiyatı əldən verərək oğlana bir 

fincan  qəhvə  gətirdi:  qadının  indi  qorxduğu  bircə  Ģey 

vardısa, – bu da Jülyeni acından öldürmək idi. 

Səhər  yeməyindən  sonra  o  uĢaqları  xanım  Dervilin 

pəncərəsinin  qarĢısına  gətirdi.  Jülyen  uĢaqların  xeyli 

böyüdüyünü gördü və nədənsə ona elə gəldi ki, oğlanlar bir 

az kobudlaĢıblar, nə bilmək olar bəlkə də dəyiĢən elə onun 

özüydü. 


Xanım  Renal  uĢaqların  yanında  Jülyendən  söz  saldı. 

Oğlanlardan  böyüyü  onu  sevgiylə  xatırlayırdı,  Jülyenin 

gediĢinə  heyifsilənirdi,  amma  iki  balaca  oğlan  deyəsən, 

mürəbbilərini unutmuĢdu. 

Cənab  Renal  bu  səhər  evdən  çıxmadı:  o,  durmadan 

pilləkənlərlə enib-qalxırdı – ondan kartof alan kəndlilərlə iĢi 

yaman çox idi. 



www.vivo-book.com 

 

487 



Düz nahara qədər xanım Renal öz məhbusunu görmək 

üçün bir dəqiqə də olsun vaxt tapmadı. Nahar vaxtı süfrəyə 

yemək  gələndə  qadın  oğlana  bir  boĢqab  Ģorba  aparmaq 

fikrinə  düĢdü.  Əlində  bir  boĢqab  Ģorbayla  xanım  Dervilin 

otağına çatanda nərdivanı gizlədən xidmətçiylə üz-üzə gəldi. 

O,  dəhlizdə  elə  bil  xəlvətcə  nəyəsə  qulaq  asırdı.  Bəlkə  də 

Jülyen otağında ehtiyatsızca gəziĢirdi. Xidmətçi sanki bir az 

pərt olub getdi. Xanım Renal sakitcə Jülyenin olduğu otağa 

girdi; xidmətçiylə üz-üzə gəlmək onu qorxutmuĢdu. 

–  Bəlkə  də  sən  qorxursan,  –  qadın  ona  dedi,  –  amma 

mən  indi  istənilən  təhlükənin  gözünün  içinə  dik  baxmağa 

hazıram.  Qorxduğum  bircə  Ģey  var:  sən  çıxıb  gedən  andan 

mən tək qalacağam. 

Qadın bunu deyib qaçaraq otaqdan çıxdı. 

–  Ġlahi!  –  heyrətlənmiĢ  Jülyen  dedi  –  günah  hissindən 

baĢqa bu gözəl qəlbi heç nə qorxutmur! 

Axır ki, axĢam düĢdü. Cənab Renal kazinoya getdi. 

Arvadı dedi ki, baĢı ağrıyır və otağına keçdi; Elizanı tez 

baĢından  elədi  və  qız  gedər-getməz  Jülyeni  öz  otağına 

keçirməyə tələsdi. 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə