Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə98/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   94   95   96   97   98   99   100   101   ...   197

www.vivo-book.com 

 

488 



Məlum oldu ki, oğlan doğrudan da acından ölür. Xanım 

Renal  mətbəx  dolabından  çörək  götürməyə  getdi.  Birdən 

Jülyen  qıĢqırıq  eĢitdi.  Xanım  Renal  ona  dedi  ki,  çörək 

saxladıqları  mətbəx  dolabına  yaxınlaĢıb  əlini  uzadanda  əli 

qadın çiyninə toxunub. Bu Elizanın çiyniymiĢ Jülyen də elə 

onun qıĢqırtısını eĢidib. 

– O, orada neynirdi ki? 

– Ya konfet oğurlayırmıĢ, ya da bizi güdürmüĢ, – xanım 

Renal  laqeydliklə  dedi.  –  Amma  xoĢbəxtlikdən  mən  iri 

çörək tikəsi, bir də paĢtet tapdım. 

– Bəs bunlar nədi? – Jülyen qadının önlüyünü göstərdi. 

Xanım  Renal  günortadan  bəri  önlüyünün  cibinə 

doldurduğu çörəkləri tamam unutmuĢdu. 

Jülyen onu bağrına basdı: bu qadın hələ heç vaxt onun 

gözünə belə gözəl görünməmiĢdi. 

“Hətta Parisdə də mənim qarĢıma belə gözəl qəlbi olan 

qadın çıxmayacaq!” 

Jülyen  iĢtahayla  Ģam  elədi,  rəfiqəsisə  yeməyin 

sadəliyini  lağa  qoyurdu  –  qadın  ciddi  nəsə  danıĢmağa 



www.vivo-book.com 

 

489 



qorxurdu  –  qəfildən  kimsə  qapını  itələdi.  Bu  cənab  Renal 

idi. 


– Siz niyə qapını bağlamısınız? – əri qıĢqırdı. 

Jülyen çarpayının altına girməyə güclə vaxt tapdı. 

– Necə yəni? Özünüz də paltarlısınız ki! – otağa girən 

cənab Renal dedi. – ġam eləyəndə qapını niyə bağlayırsınız! 

Adi günlərdən biri olsaydı, ərinin hirslə verdiyi bu sual 

xanım  Renalı  çaĢdırardı,  amma  indi  o  baĢa  düĢürdü  ki,  əri 

azca  əyilsə,  –  axı  o,  indicə  Jülyenin  altında  gizləndiyi 

divanla üzbəüz kətildə oturdu – oğlanı görə bilər. 

BaĢağrısı  hər  Ģeyə  bəhanə  gətirməyə  yaradı.  Cənab 

Renal  həvəslə  arvadına  Kazinoda  bilyardda  udduğunu 

danıĢırdı: 

– Həə, təsəvvür elə ki, mən on doqquz frank udmuĢam! 

Əri  danıĢanda  qəfildən  xanım  Renal  Jülyenin  üç 

addımlıqdakı kətilin baĢına keçirilmiĢ Ģlyapasını gördü. 

Qadın  elə  bil  bir  az  da  soyuqqanlı  oldu:  o  soyunmağa 

baĢladı və bir an tapıb donunu Ģlyapanın üstünə atdı. 

Axır ki, cənab Renal çıxıb getdi. 



www.vivo-book.com 

 

490 



Qadın  Jülyendən  xahiĢ  elədi  ki,  seminariyadakı 

həyatından yenə danıĢsın. 

–  Dünən  sənə  qulaq  asa  bilmirdim:  sən  danıĢırdın, 

mənsə özümdə güc tapıb səni qovmaq haqda düĢünürdüm. 

Bu  axĢam  ehtiyatlı  olmaq  heç  qadının  ağlına  da 

gəlmirdi.  Onlar  lap  hündürdən  danıĢırdılar,  saat  iki  olanda 

qapı qəfildən döyüldü. Bu yenə də cənab Renal idi. 

– Tez olun qapını açın! Evə oğrular girib! – o qıĢqırırdı. 

– Sen-Can bu səhər onların nərdivanını tapıb. 

–  Bu  da  axırı!  –  xanım  Renal  Jülyenin  qucağına 

qısılaraq dedi. – O, ikimizi də öldürəcək, oğru məsələsi boĢ 

Ģeydi – o buna inanmayıb. Amma mən sənin qucağında heç 

vaxt olmadığım qədər xoĢbəxt öləcəm. 

O,  qapının  arxasında  kirimək  bilməyən  ərinə  məhəl 

qoymadan ehtirasla Jülyeni öpürdü. 

–  Stanislavın  anasını  xilas  elə,  –  oğlan  qadına 

baxıĢlarıyla  əmr  edərək  dedi.  –  Mən  hamamxananın 

pəncərəsindən  bağa  atılacam;  itlər  məni  tanıyıb.  Mənim 

paltarımı bük, imkan tapanda bağa tulla. Amma hələ ki qoy 

o,  qapını  sındırsın.  Əsas  odu  ki,  heç  nəyi  boynuna  alma: 




www.vivo-book.com 

 

491 



bunu  sənə  qadağan  edirəm.  Qoy  nə  qədər  istəyir 

Ģübhələnsin: amma dəqiq bilməməlidi. 

– Sən yıxılıb öləcəksən! – qadın təkcə bunu dedi – onu 

baĢqa heç nə qorxutmurdu. 

Xanım 

Renal 


Jülyenlə 

birlikdə 

ayaqyolunun 

pəncərəsinə yaxınlaĢdı, sonra tələm-tələsik onun paltarlarını 

gizlətdi. 

Sonra  hirsindən  partlayan  ərinin  üzünə  qapını  açdı.  O, 

əvvəl  otağı,  sonra  hamamxananı  yoxlayıb,  bircə  kəlmə  də 

demədən çıxıb getdi. 

Jülyenin  paltarı  pəncərədən  aĢağı  uçdu;  oğlan  paltarı 

havada tutub, bağın aĢağı tərəfiylə Du çayına tərəf qaçdı. 

Qəfildən  bir  güllə  onun  qulağının  dibindən  vıyıldayıb 

keçdi, sonra da arxasınca bir atəĢ açıldı. 

– Bu cənab Renal deyil, – Jülyen düĢündü. – O, çox pis 

güllə atır. 

Ġtlər onunla yanaĢı qaçsalar da, hürmürdülər. 

Atılan  ikinci  güllə  deyəsən  itlərdən  birinin  ayağına 

dəymiĢdi – it yazıq-yazıq zingildədi. 



www.vivo-book.com 

 

492 



Jülyen  barıdan  atlayıb,  hasarın  dibiylə  əlli  metr 

qaçandan sonra əks istiqamətə qaçdı. 

O,  səslər  eĢidib  geri  qanrıldı  –  güllə  atan  ona  nifrət 

eləyən  xidmətçiydi;  o  taydakı  kəndlilərdən  biri  də  atəĢ 

açırdı,  amma  bu  vaxt  Jülyen  artıq  Du  çayının  kənarında 

paltarlarını geyinirdi. 

Bir  saatdan  sonra  oğlan  Veryerdən  bir  lye  aralıda, 

Cenevrəyə gedən yolun üstündəydi. 

Əgər  onlar  doğrudan  da  məndən  Ģübhələnirlərsə,  – 

Jülyen  düĢünürdü,  –  məni  Parisə  gedən  yolda  tutmağa 

çalıĢacaqlar. 

 

 



 


www.vivo-book.com 

 

493 



 

ĠKĠNCĠ HĠSSƏ 

 

O qəşəng deyil, çünki yanaqları boyasızdı. 

 

     Sent-Bev 

 

 



 

     KƏND ƏYLƏNCƏLƏRĠ 



 

     O rus, quando ego le adspiciam

53

 

     Horatsi 

 

                                                 



53

Oh, kənd mən səni nə vaxt görəcəm (lat.) 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə