www.vivo-book.com
7
cənab merin bu əraziləri torpağın özü ağırlığında qızıla satın
almasıdır. Məsələn, Veryerə ayaq basan kimi sizi məftun
eləyən, Dunun sahilindəki o miĢarlama sexi (siz hələ damın
üstündəki o nəhəng hərflərlə yazılmıĢ “Sorel” adına fikir
verməmisiniz) – hə, bax həmin miĢar emalatxanası indi
cənab Renalın öz bağlarını hasara aldığı yerdəydi.
Cənab mer nə qədər qürurlu olsa da, qoca Soreli o
möhkəm və inadkar kiĢinin nazıyla xeyli oynamalı oldu.
Hələ üstəlik, miĢarlama dəm-dəsgahını baĢqa yerə köçürsün
deyə ona xeyli sayda cingiltisi qulaq batıran qızıl pullar
ödədi. MiĢar dəzgahını iĢə salan ümumi çaya gəlincə, cənab
Renal Parisdəki əlaqələrini iĢə salıb, çayın məcrasını baĢqa
yerə dəyiĢməyə nail ola bildi. Bütün bunlar 1821-ci ildəki
seçkilərdən sonra olmuĢdu.
O, Sorelə bir arpanlıq
2
ərazisinin əvəzinə Du çayının
sahilindən beĢ yüz addımlıq məsafədə dörd arpanlıq ərazi
vermiĢdi və bu təzə yerləĢmə küknar taxtaları emal edən
2
Arpan – qədimdə Fransada uzunluq (1arpan = 58,52m.) və sahə (1arpan =
3424,5904 m
2
) ölçüsü
www.vivo-book.com
8
istehsalat üçün daha əlveriĢli olsa da, Sorel kiĢi – o ahıl
çağlarına qədəm qoyandan bəri Soreli belə çağırırdılar –
mülkiyyətçi Renalın hövsələsizliyi və ehtirasından istifadə
edərək onu altı min franklıq soyub-talamıĢdı.
Əslində, yerli baĢbilənlər bu razılaĢma barədə elə də
yaxĢı qənaətə gəlmədilər. Nə vaxtsa, bir bazar günü –
deyəsən, bu dörd il əvvəl olmuĢdu – təpədən dırnağa qədər
mer libasına bürünmüĢ cənab Renal kilsədən qayıdanda
uzaqdan Sorel kiĢini görür: sonuncusu o vaxt üç oğlu ilə
dayanıb, merə baxaraq gülümsəyirmiĢ. Bu kinayəli təbəssüm
cənab merin qəlbinə məkr iĢığı salır – o vaxtdan bəri mer
durmadan düĢünür ki, o torpaqları daha ucuz qiymətə ala
bilərmiĢ.
Veryerdə ictimaiyyətin hörmətini qazanmaq üçün
təkcə bolluca divarlar hörmək kifayət deyil, gərək həm də
yaz aylarında Yuranın dəlmə-deĢiklərindən Parisə
istiqamətlənən italiyalı daĢyonanların qəribə hoqqalarına
uymayasan. Belə yeniliklər ehtiyatsız sifariĢçiyə əbədi
ağılsız damğası vurar və o FranĢ-Kontedə ictimai hörmət
www.vivo-book.com
9
məsələsinə baxan təmkinli adamların gözündə öz nüfuzunu
birdəfəlik itirmiĢ olardı.
Ġnsafən, bu ağıllı adamlar dözülməz despotçuluq
göstərirlər ki, elə bu mənfur söz də Paris adlı böyük
respublikada yaĢamıĢ hər kəsin balaca Ģəhərlərdəki həyatını
cəhənnəmə çevirir. Ġctimai rəyin tiranlığı – özü də necə
tiranlığı! – Amerika BirləĢmiĢ ġtatlarında olduğu kimi,
Fransanın balaca Ģəhərlərində də axmaqlıqdan o yana
keçmir.
II
CƏNAB MER
Nüfuz! Cənab, necə düşünürsünüz, bunlar boş
şeylərdi? Axmaqların hörməti, ağzını ayırıb baxan uşaq-
muşağın gözlərindəki məftunluq, varlıların həsədi, müdrikin
yuxarıdan həqarətlə baxmağı.
Barnav
www.vivo-book.com
10
Cənab Renalın və onun Ģəhər hakimi nüfuzunun
xoĢbəxtliyiydi ki, Du çayından yüz metrlik hündürlükdə,
təpənin yamacında yerləĢən Ģəhər bulvarını dayaq
divarlarıyla əhatələmək lazım olmuĢdu. Nadir hallarda rast
gəlinən
bu uğurlu yerləĢmə Fransanın ən gözəl
mənzərələrindən birini görməyə imkan yaradırdı. Amma hər
yaz yağıĢ bulvarı yuyub aparır, yollar dağılır və bu yerlər
gəzinti üçün tamamilə yararsız hala düĢürdü. Hamının
yaĢadığı bu narahatlıq cənab Renalın boynuna öz
hakimiyyətini iyirmi fut hündürlüyündə və otuz-qırx tuaz
3
uzunluğunda daĢ hasarla əbədiləĢdirmək kimi xoĢbəxt bir
öhdəçilik qoymuĢdu. Cənab Renalı üç dəfə Parisə getməyə
məcbur eləyən – çünki bundan əvvəlki Daxili ĠĢlər Naziri
özünü Veryer bulvarının qatı düĢməni elan eləmiĢdi – bu daĢ
hasarın parapeti yerdən dörd fut hündürlükdədi. Ġndi elə bil
keçmiĢ və indiki bütün nazirlərin acığına indi bu divarları
3
Metrik sistemin tətbiqindən əvvəl Fransada uzunluq vahidi. 1 tuaz = 1,949 м
www.vivo-book.com
11
qranit plitələr bəzəyir. Dəfələrlə olmuĢdu ki, sinəmi bu
azacıq maviyə çalan, gözəl boz rəngli nəhəng plitələrə
söykəyib, bir müddət əvvəl tərk elədiyim Parisdə keçirilən
ziyafətləri düĢünərək, uzun-uzadı Du sahilinə baxırdım.
Uzaqda, sol sahildə beĢ-altı vadi bir-birinə dolaĢır, həmin
vadilərin bağrında enli Ģırnaqlarla uzanıb gedən çaylar
dərhal adamın gözünə dəyirdi. O xırda çaylar orda-burda
Ģəlalələrlə bölünür, axırda da axıb Duya tökülürlər. Bizim
dağların günəĢi adamı yaman yandırır, o adamın düz baĢının
üstündə dayanandasa, bu meydançada durub, xəyallara
qapılan səyahətçini nəhəng ağacların kölgələri qoruyur.
Münbit torpağın hesabına bu ağaclar tez böyüyür, onların
bol-bol yaĢıllıqları uzaqdan gömgöy göyərir, çünki cənab
mer göstəriĢ verib ki, bu möhtəĢəm dayaq divarlarının
dibiylə uzanan bütün ərazini yaĢıla tutsun – bələdiyyə
Ģurasının etirazına baxmayaraq, o, bulvarı düz altı fut
geniĢləndirməyə nail olub. Buna görə mən ona – özümün
liberal, onun ultraroyalist olduğuna baxmayaraq –
minnətdaram. Məhz bu abadlaĢdırma iĢlərinə görə də, –
cənab merin və Veryer xeyriyyəçilik evinin direktoru cənab
Dostları ilə paylaş: |