Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə3/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   2   3   4   5   6   7   8   9   ...   158

www.vivo-book.com 

 

10 



Qoca Qığılcımın qucağında ölməzdən əvvəl qısa bir müddət “E” 

blokunda qalan məhbusların əksəriyyəti kimi, Con Koffi də qaradərili 

idi və boyu iki metrdən hündür olardı. O, televizordakı basketbolçular 

kimi,  incə  və  əsnək  deyildi,  baxmayaraq  ki,  onun  çiyinləri  və  sinəsi 

enli  idi  və  elə  bil,  onun  bədəni  əzələlərlə  qayıĢ  kimi  baĢdan-baĢa 

qapanmıĢdı.  Ona  anbardan  tapa  bildikləri  ən  böyük  paltarları 

geyindirmiĢdilər,  amma  yenə  də  Ģalvarın  manjetləri  onun  əzələli  və 

çapıqlı  baldırlarının  yarısına  qədər  çatırdı.  Köynək  sinəsinin  alt 

hissəsinə  qədər  açıq  idi,  köynəyin  qolları  isə  onun  biləkləri  ilə 

dirsəkləri  arasında  qalırdı.  Ġri  əlində  tutduğu  kepkası  da  nəhəng  idi. 

Əgər  onu  qızılağac  rəngli  daz  baĢına  qoyardısa,  ġarmankaçının 

meymununun  kepkasına  oxĢayardı  –  bircə  fərq  o  olardı  ki,  bu  kepka 

meymunun  kepkası  kimi  qırmızı  yox,  mavi  idi.  Ona  baxanda  adama 

elə  gəlirdi  ki,  o,  zəncirləri,  Milad  hədiyyələrindən  lent  qoparırmıĢ 

kimi, asanlıqla qıra bilər. Lakin onun üzünə baxanda anlayırdın ki, o, 

belə  Ģey  etməz.  O,  üzdən  axmağa  oxĢamırdı  –  Persi  onun  axmaq 

olduğunu  düĢünsə  də  (tezliklə  Persi  onu  “əbləh”  deyə  çağırmağa 

baĢladı), bu, sadəcə, çaĢqınlıq ifadəsi idi. O, harada olduğunu, bəlkə də 

kim  olduğunu  anlamağa  çalıĢırmıĢ  kimi,  tez-tez  ətrafına  baxırdı. 

Mənim  ilk  fikrim  onun  qaradərili  Samsona  oxĢaması  oldu...  sadəcə, 

Dalilanın  öz xain  əli  ilə onun  baĢını  qırxaraq  bütün  gücünü  aldıqdan 

sonrakı Samson.  




www.vivo-book.com 

 

11 



“Meyit gəlir!” – Persi “ayı” adamın biləyindəki zəncirdən darta-

darta  qıĢqırırdı.  Persi  zənciri  elə  dartırdı,  sanki  Koffi  ayağını  yerə 

dirəsəydi,  onu  yerindən  tərpədəcəkdi.  Harri  bir  söz  deməsə  də, 

karıxmıĢ görünürdü. “Meyit...”   

–  Daha  bəsdir!  –  dedim.  Koffi  üçün  ayrılmıĢ  kamerada  onun 

çarpayısında  oturmuĢdum.  Mən,  əlbəttə  ki,  onun  gələcəyindən 

xəbərdar  idim.  Onu  qəbul  etmək,  onunla  məĢğul  olmaq  üçün  buraya 

gəlmiĢdim,  amma  onu  görənədək  həqiqi  ölçüləri  haqqında  heç  bir 

təsəvvürüm  yox  idi.  Persi  mənə  elə  baxdı,  sanki  demək  istəyirdi  ki, 

mənim  necə  əclaf  olduğumu  hamı  bilir  (əlbəttə,  kiçik  qızları  öldürən 

bu nəhəng divdən baĢqa), amma bir söz demədi.  

Onlar  üçü  də  kameranın  açıq  qapısının  önündə  dayandılar. 

Harrinin: “Onunla təklikdə qalmaq istədiyinizə əminsinizmi, boss?” – 

sualına baĢımı yırğaladım. Harrinin səsində həyəcan notları olduğunu 

nadir hallarda eĢitmiĢdim – altı və ya yeddi il bundan əvvəl baĢ vermiĢ 

qiyamlar zamanı o, tərəddüd etmədən mənim yanımda olmuĢdu, hətta 

qiyamçıların  silahlı  olduğuna  dair  Ģayiələr  gəzməsinə  baxmayaraq. 

Amma bu dəfə onun səsindəki həyəcanı sezmək olurdu.  

–  Özünü  yaxĢı  aparacaqsanmı,  igid?  –  ondan  soruĢdum.  Onun 

çarpayısında  oturub  özümü  necə  pis  hiss  etdiyimi  gizlətməyə 

çalıĢırdım: sidik yolunun infeksiyası haqqında artıq qeyd etmiĢəm. O 

zaman bu infeksiya hələ tam kəskinləĢməmiĢdi, amma qeyd etməliyəm 

ki, həmin gün heç də çimərlikdə keçirdiyim gün kimi asan olmamıĢdı.  



www.vivo-book.com 

 

12 



Koffi yavaĢca baĢını yırğaladı – əvvəlcə sola, sonra isə sağa. O, 

gözlərini qırpmadan mənə baxırdı.  

Harrinin əlində Koffinin sənədləri olan qovluq vardı.  

– Kağızları ona ver, – Harriyə dedim. – Onları onun əlinə ver! 

Harri  dediklərimi  eynilə  yerinə  yetirdi.  Nəhəng  müqəvva 

laqeydcəsinə onları götürdü. 

– Ġndi isə onları mənə gətir, oğlan, – dedim və Koffi zəncirlərini 

cingildədərək  itaət  etdi.  Kameraya  girmək  üçün  Koffi  baĢını  əyməli 

oldu.  

Onun  boyunun  optik  aldatma  olmadığına  əmin  olmaq  üçün  bir 



neçə  dəfə  onu  baĢdan-ayağa  süzdüm.  Sənəddə  onun  boyunun  2.03 

metr olduğu göstərilirdi. Çəkisi 127 kq idi. Məncə, bu sadəcə gözəyarı 

bir  rəqəm  idi.  Mənə  görə,  onun  çəkisi  160  kq  olardı.  “Çapıqlar  və 

xüsusi  əlamətlər”  qrafasında  qeydiyyat  vərəqələrinin  etibarlı  dostu 

“Maqnusson” maĢını ilə təkcə bir söz yazılmıĢdı: çoxsaylı. 

Mən  nəzərlərimi  qaldıranda  Koffi  azacıq  kənara  çəkildi  və 

Harrini  görə  bildim.  Harri  dəhlizdə  Delakruanın  kameranın  önündə 

dayanmıĢdı. Koffi “E” blokuna gətirilən zaman Delakrua bizim yeganə 

məhbusumuz idi. Delakrua cılız və  dazlaĢmaqda olan birisi idi. Onun 

qayğılı  üzü  israfçılığının  üstünün  tezliklə  açılacağını  bilən  mühasibi 

xatırladırdı. Delakruanın çiynində əhliləĢdirdiyi siçanı oturmuĢdu.  

Ġndicə  Con  Koffi  üçün  ayrılmıĢ  kameranın  kandarında  Persi 

Uetmor dayanmıĢdı. O öz dəyənəyini əldəqayırma çexolundan çıxardı, 



www.vivo-book.com 

 

13 



istifadə  etmək  niyyətində  olduğu  oyuncağa  malik  bir  adam  havası  ilə 

onu yavaĢ-yavaĢ boĢ əlinin ovcuna vurmağa baĢladı. Birdən mən onun 

burada  olmasına  təhəmmül  edə  bilmədiyimi  hiss  etdim.  Bəlkə  də  bu 

mövsümə uyğun olmayan istidən, bəlkə də qasığımı daim acıĢdıran və 

flanel  alt  paltarının  toxunuĢundan  dözülməz  qaĢınma  verən  sidik 

yolunun  infeksiyasından  idi.  Bəlkə  də  bunun  səbəbi  qara  dərili  bu 

əbləhin  edam  edilmək  üçün  Ģtatdan  bura  göndərilməsini  və  Persinin 

açıq-aĢkar  onunla  bir  az  əylənmək  istəməsini  dərk  etməm  idi.  Ola 

bilsin  ki,  onların  hamısı  əsəblərimə  toxunurdu.  Hər  halda,  mən  bir 

anlıq onun yuxarılarla əlaqələrini unutdum.  

– Persi, – dedim, – bu gün lazaret köçür. 

– Bununla Bill Doc məĢğuldur. 

– Bilirəm, – baĢımı yırğaladım. – Get ona yardım et. 

– Bu mənim iĢim deyil, – Persi dirəndi. – Mənim iĢim bu nəhəng 

cəmdəkdir. – Persi iribədənli adamları zarafatla “cəmdək” adlandırırdı. 

Onun  iri  adamlardan  xoĢu  gəlmirdi.  O,  Harri  Tervilliger  kimi  arıq 

olmasa  da,  bəstəboy  idi;  davaya  atılmağa  hazır  olan  dalaĢqan  xoruz 

tipli adamlardan idi – xüsusilə də üstünlük onun tərəfində olanda. Persi 

öz saçları ilə fəxr edirdi, daim onları sığallamaqdan yorulmurdu.  

– Əgər elədirsə, sənin iĢin burada bitib, – dedim. – Lazaretə get. 

O,  narazılıqla  alt  dodağını  uzatdı.  Bill  Doc  və  onun  adamları 

qutuları,  mələfə  bağlamaları  və  hətta  çarpayıları  daĢıyırdılar.  Bütün 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə