Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə5/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   2   3   4   5   6   7   8   9   ...   158

www.vivo-book.com 

 

18 



– Həbsxananın baĢqa yerlərindən fərqli olaraq, bura sakit yerdir, 

dostum.  Burada  yalnız  sən  və  Delakrua  var.  Sən  iĢləməyəcəksən, 

əsasən,  öz  kameranda  oturacaqsan.  DüĢünmək  üçün  kifayət  qədər 

vaxtın olacaq – hətta deyərdim ki, lazım olandan da çox. Amma hesab 

et  ki,  bunu mən deməmiĢəm.  Bəzən biz radionu  da qoĢuruq. Radioya 

qulaq asmağı xoĢlayırsanmı? 

O,  yenə  baĢını  yırğaladı,  amma  bu  dəfə  bir  qədər  qeyri-

əminliklə.  Elə  bil,  bunun  nə  olduğunu  bilmirdi.  Sonralar  mən, 

müəyyən  mənada,  bunun  belə  olduğunu  öyrəndim.  Koffi  əvvəllər 

rastlaĢdığı əĢyaları tanıya bilirdi, amma sonra onları yaddan çıxarırdı. 

O,  “Bizim  qızın  bazar  günü”dəki  personajları  tanıyırdı,  amma  sonda 

onların baĢına nə gəldiyini yadına sala bilmirdi.  

–  Özünü  yaxĢı  aparsan,  yeməyini  vaxtında  yesən,  nə  dəhlizin 

baĢındakı tək kameraya düĢəcəksən, nə də kürəyində düymələri olan o 

brezent paltarı geyinəcəksən. Bizim məhbusların futbol oynadığı Ģənbə 

günləri  istisna  olmaqla,  hər  gün  saat  dörddən  altıyadək  həyətdə  iki 

saatlıq  gəzintiyə  çıxacaqsan.  Əgər  səni  görmək  istəyən  bir  kimsən 

varsa, bazar günləri nahardan sonra ziyarət saatlarıdır. Belə bir adamın 

varmı, Koffi? 

O, baĢını yırğaladı: 

– Belə bir adam yoxdur, boss, – dedi.  

– Bu, sənin vəkilin də ola bilər. 




www.vivo-book.com 

 

19 



–  Məncə,  onu  daha  görməyəcəyəm,  –  dedi.  –  Mənə  vəkili 

müvəqqəti vermiĢdilər. Onun buraya yol tapacağını düĢünmürəm.  

Zarafat  edib  etmədiyini  aydınlaĢdırmaq  üçün  ona  diqqətlə 

baxdım:  o,  zarafat  etmirdi.  Əslində,  baĢqa  cür  də  gözləmirdim. 

BağıĢlanmaq  Con  Koffi  kimilər  üçün  deyildi,  ən  azından,  o  vaxtlar. 

Onlara məhkəmədə  bir  gün sərf edilirdi  və  sonra  qəzetlərdə  “filankəs 

gecəyarısı bir qədər elektrik qəbul etdi” kimi sətirlər gedənədək bütün 

dünya  onları  yaddan  çıxarırdı.  Arvadı,  uĢaqları  və  dostları  ilə 

görüĢmək üçün bazar günlərini gözləyənlərə nəzarət etmək daha asan 

idi  –  ümumiyyətlə,  onlara  nəzarətə  ehtiyac  vardısa.  Bizim 

timsalımızda  yaxĢı  ki,  buna  heç  bir  ehtiyac  yox  idi.  Çünki  o, 

həqiqətən, nəhəng idi.  

Mən bir qədər çarpayıda qurcalandım, sonra düĢündüm ki, ayağa 

dursam,  qasığımdakı  ağrı-acı  bir  qədər  azalar.  Ayağa  qalxdım.  O, 

ehtiramla kənara çəkilib əllərini sinəsində çarpazladı.  

–  Sənin  üçün  burada  həyatın  rahat,  yoxsa  ağır  olacağı  yalnız 

özündən asılıdır, dostum. Mən bunu sənə demək üçün buradayam: sən 

bizim  hamımız  üçün  həyatı  asanlaĢdıra  bilərsən,  çünki  nə  edirsən  et, 

son  həmiĢə  eynidir.  Biz  səninlə  layiq  olduğun  kimi  rəftar  edəcəyik. 

Sualın var? 

–  Yuxu  saatlarında  iĢığı  yana-yana  qoyursunuzmu?  –  o,  fürsət 

gözləyirmiĢ kimi dərhal soruĢdu.  




www.vivo-book.com 

 

20 



Diqqətlə ona baxdım. Mən “E” blokuna yeni gələnlərdən qəribə 

suallar  çox  eĢidirdim,  –  bir  dəfə  məndən  arvadımın  döĢlərinin 

ölçüsünü də soruĢmuĢdular, – amma belə sual verən olmamıĢdı.  

Koffi  utancaq  bir  tərzdə  gülümsədi,  sanki  bu  suala  görə  onun 

axmaq  olduğunu  düĢünəcəyimizi  dərk  etsə  də,  soruĢmaqdan  özünü 

saxlaya bilməmiĢdi. 

–  Bəzən  qaranlıqdan  qorxuram,  –  o,  izah  etməyə  çalıĢdı.  – 

Xüsusilə də yad yerdə. 

Mən  yenə ona baxdım – onun nəhəng gövdəsinə – və ona qarĢı 

qəribə,  kövrək  hisslər  duydum  və  ona  acıdım.  Onlara  acımaq  olardı, 

çünki biz onların pis keyfiyyətlərinin dəmirçi ocağının baĢında durmuĢ 

Ģeytan kimi üzə çıxaraq meydan oxuduğu anları görmürdük.  

–  Hə,  burada  bütün  gecə  kifayət  qədər  iĢıqlı  olur,  –  onu 

sakitləĢdirməyə  çalıĢdım.  –  Mildəki  lampaların  yarısı  axĢam 

doqquzdan səhər beĢədək  yanır.  –  Sonra baĢa düĢdüm ki,  nə  dediyim 

haqqında  Koffinin  heç  bir  anlayıĢı  yoxdur:  onun  üçün  YaĢıl  Mil  ilə 

Missisipi çayındakı lil arasında heç bir fərq yoxdur, ona görə də əlimi 

uzadaraq, – orada, dəhlizdə, – dedim.  

O, rahatlaĢaraq baĢını  yırğaladı. Mən hətta  əmin deyildim ki, o, 

dəhlizin  nə  olduğunu  bilir,  amma  naqil  torlu  plafonların  içindəki 

ikiyüzlük lampaları görə bilərdi.  

O  vaxtadək  heç  bir  məhbusa  etmədiyim  bir  Ģey  etdim  –  əlimi 

ona  uzatdım.  Hələ  də  bunu  nə  üçün  etdiyimi  bilmirəm.  Məndən 



www.vivo-book.com 

 

21 



lampaları  soruĢmuĢdu,  bəlkə  ona  görə?  Ola  bilər.  Harri  Tervilligerin 

heyrətdən gözləri bərəldi, həqiqi sözümdür. Koffi mənim əlimi qeyri-

adi  bir  zərifliklə  öz  əlinə  aldı,  əlim  onun  ovcunda  görünməz  oldu. 

Bununla  da  hər  Ģey  bitdi.  Mənim  qatran  qabıma  daha  bir  pərvanə 

düĢmüĢdü. Biz iĢi bitirdik.  

Kameradan  çıxdım.  Harri  qapını  örtüb,  hər  iki  kilidi  bağladı. 

Koffi  tərpənmədən  bir  neçə  saniyə  dayandı,  sanki  bundan  sonra  nə 

edəcəyini bilmirdi. Çarpayısına oturdu və dərd çəkən, ya da dua eləyən 

adam  kimi  əllərini  dizlərinin  arasına  alıb  baĢını  aĢağı  dikdi.  O  öz 

qəribə  cənublu  ləhcəsi  ilə  nəsə  mızıldandı.  Bunu  çox  aydın  eĢitdim, 

baxmayaraq  ki,  onun  nə  etdiyi  haqqında  çox  Ģey  bilmirdim  – 

etdiklərinə görə cəzasını alacağı vaxtadək onu bəsləmək və ona qulluq 

etmək üçün haqqında çox Ģey bilməyə də ehtiyac yox idi – amma hələ 

də yadıma düĢəndə tüklərim biz-biz olur. 

– Əlimdən bir Ģey gəlmədi, boss, – o dedi. – Mən hər Ģeyi geri 

qaytarmağa cəhd etdim, amma çox gec idi. 

 

 



 

 –  Sənin  Persi  ilə  problemin  olacaq,  –  dəhlizlə  kabinetimə 

qayıdanda Harri dedi. Sin Stanton – mənim taqımımdakı, belə demək 

olarsa, üçüncü Ģəxs (əslində, bizim qrupun daxilində heç bir tabeçilik 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə