Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə6/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   2   3   4   5   6   7   8   9   ...   158

www.vivo-book.com 

 

22 



bölgüsü  yox  idi,  amma  bu  vəziyyəti  Persi  anında  yoluna  qoyardı)  – 

masamın  arxasında  oturub  sənədlərlə  iĢləyirdi.  Bu  iĢlə  özüm  məĢğul 

olmağa  qətiyyən  vaxt  tapa  bilmirdim.  Ġçəri  girəndə  bizə  baxdı  və 

eynəklərini  iri  barmaqları  ilə  silib,  yenidən  diqqətini  kağızlara 

yönəltdi.  

– Elə birinci gündən bu sözgəzdirən satqınla problemlərim olub, 

–  deyə  cavab  verəndən  sonra  üzümü  turĢudaraq,  Ģalvarımın  dibini 

aĢağı  çəkib  ona  göz  vurdum.  –  O  yekəpəri  gətirərkən  Persinin  nə 

qıĢqırdığını eĢitdinmi? 

–  Yox,  –  Harri  dedi.  –  Mən  burada  idim.  Buradan  heç  nə 

eĢidilmir.  

–  Mən  tualetdə  idim  və  hər  Ģeyi  çox  gözəl  eĢitdim,  –  Din 

dilləndi.  O,  bir  kağız  götürüb  iĢığa  tutaraq  baxdı  –  mən  çap  edilmiĢ 

mətnin üstündə qəhvə fincanının yumru izini gördüm – və sonra zibil 

qabına  atdı.  –  “Meyit  gəlir”.  Ola  bilsin,  bunu  o  öz  sevimli 

jurnallarından oxuyub.  

Yəqin  elə  idi.  Persi  Uetmor  “Argosi”,  “Staq”  və  “KiĢi 

Macəraları” jurnallarını çox sevirdi. Demək olar ki, bu jurnalların hər 

nömrəsində  həbsxana  hekayələri  dərc  olunurdu.  Yəqin  Persi  də  bu 

yazıları, tədqiqat aparan birisi kimi, böyük maraqla oxuyurdu. Elə bil, 

o özünü bu mühitdə necə aparmalı olduğunun cavabını bu jurnallardan 

tapmağa çalıĢırdı. O biz baltalı qatil Entoni Reyni edam etdikdən sonra 




www.vivo-book.com 

 

23 



gəldi. BaĢ verənləri aparat otağından müĢahidə etsə də, edamda iĢtirak 

etməmiĢdi.  

– Onun qüdrətli tanıĢları var, – Harri dedi. – YaxĢı əlaqələri var. 

Onu  blokdan  göndərdiyinə  və  real  bir  iĢ  görməyə  məcbur  etmək 

istədiyinə görə cavab verməli olacaqsan.  

–  Mən  elə  düĢünmürəm,  –  dedim.  Mən  elə  düĢünmürdüm... 

amma  ümid  edirdim.  Bill  Doc  birisinin  heç  nə  etmədən,  dayanıb 

qıraqdan baxmasına dözəcək bir insan deyildi. – Ġndi məni bu yekəpər 

daha çox maraqlandırır. Yəni bizə problem yaradacaq, ya yox? 

Harri cavabında baĢını yırğaladı. 

–  Trapinqus  Kaunti  vilayət  məhkəməsində  o  özünü  quzu  kimi 

sakit  apardı,  –  Dinin  səsi  eĢidildi.  O,  sağanaqsız  eynəyini  çıxarıb 

jiletinə  sürtərək  təmizləməyə  baĢladı.  –  Onlar  onun  üstünə  Skruc 

Marlinin xəyalətinin üstündə gördüyündən daha çox zəncir asmıĢdılar, 

amma o istəsəydi, bir anda onları qırıb cəhənnəmə vasil edə bilərdi. Bu 

söz oyunudu, oğlum.  

–  BaĢa  düĢdüm,  –  deyə  cavab  verdim,  amma  əslində  heç  nə 

anlamamıĢdım. Sadəcə, Din Stantonun məni üstələməsini sevmirdim. 

– O nəhəng birisidir, elə deyilmi? – Din soruĢdu.  

– Hə, – təsdiqlədim, – inanılmaz dərəcədə nəhəngdir. 

–  Onda  onun  arxasını  yaxĢıca  qızartmaq  üçün  Qoca  Qığılcıma 

gedən cərəyanı artırmaq lazım olacaq.  




www.vivo-book.com 

 

24 



– Qoca Qığılcıma görə narahat olmayın, – etinasız tərzdə dedim. 

– O, necə nəhənglərin öhdəsindən gəlib. 

Din  burnunda  eynəyin  qırmızı  iz  saldığı  yanlarını  qaĢıdı  və 

baĢını yırğaladı. 

–  Hə,  –  deyə  razılaĢdı.  –  Dediklərində  həqiqət  var.  Bunu  inkar 

etmək olmaz. 

Mən soruĢdum: 

–  Ġçinizdən  kiminsə  onun...  Teftonda  görünənədək  haralarda 

olduğu  haqqında  bir  məlumatı  varmı?  Yerin  adı  Teftondur,  elə 

deyilmi?  

–  Hə,  –  Din  dedi.  –  Tefton,  Trapinqus  qraflığında.  Ora 

gəlməzdən  əvvəl  onun  haralarda  olduğu  və  nə  elədiyi  haqqında  heç 

kim  heç  nə  bilmir.  Yəqin  qraflıqda  avara-avara  gəzirmiĢ.  Əgər  bu 

sənin  üçün  həqiqətən  maraqlıdırsa,  həbsxananın  kitabxanasındakı 

qəzetlərdən  bu  haqda  daha  çox  məlumat  tapmaq  olar.  Gələn 

həftəyədək  yəqin  heç  kim  buralarda  görünməyəcək,  –  Din  qımıĢdı.  – 

Sən  həm  də  öz  kiçik  dostunun  yuxarıda  necə  inləyib  sızıldadığına  da 

qulaq asa bilərsən.  

–  Hər  halda,  sınamağına  dəyər,  –  dedim  və  bir  qədər  sonra, 

axĢama yaxın oraya getdim.  

Kitabxana  həbsxananın  avtomobil  emalatxanası  üçün  nəzərdə 

tutulmuĢ  binasının  –  ən  azından,  plan  belə  idi  –  arxa  tərəfində 

yerləĢirdi.  Məncə,  bu,  hökumətdən  kim  üçünsə  pul  qoparmaqdan 



www.vivo-book.com 

 

25 



baĢqa  bir  Ģey  deyildi;  amma  depressiya  dövrü  hələ  də  davam 

etdiyindən  mən,  Persi  barədə  düĢündüklərim  haqqında  dilimi 

saxladığım  kimi,  bu  fikirlərimi  də  heç  kimə  söyləmirdim  – 

baxmayaraq ki, bəzən insan öz dilini dinc saxlaya bilmir. Çox vaxt dil 

insana  onun  cinsiyyət  orqanından  daha  çox  problem  yaradır. 

Avtoemalatxana elə sözdə də qaldı və növbəti yaz həbsxana altmıĢ mil 

uzağa,  Brayton  tərəfə  köçdü.  Zənnimcə,  bunun  arxasında  daha  çox 

gizli  sövdələĢmələr  vardı,  daha  çox  çirkli  pullar  ciblərə  axdı.  Mənə 

görə, yaxĢı heç nə yox idi. 

Administrasiya  həyətin  Ģərq  hissəsindəki  binaya  köçdü, 

xəstəxananı da köçürdülər (xəstəxananı ikinci mərtəbədə yerləĢdirmək 

hansı  əbləhin  ağlına  gəlmiĢdi?  – bu, elə sirr olaraq qaldı). Kitabxana 

avadanlıqla yalnız alayarımçıq təmin olunmuĢdu, – düzdü, elə əvvəllər 

də  burada çox Ģey  yox idi,  – o, boĢ  dururdu.  Köhnə bina üzünə  taxta 

vurulmuĢ  isti  bir  qutu  idi  və  “A”  və  “B”  bloklarının  arasında 

yerləĢirdi.  Tualetlər  blokların  divarlarına  bitiĢik  olduğuna  görə  bütün 

binanı  güclə  sezilən  sidik  iyi  basmıĢdı.  Məncə,  bu  özü  köçmək  üçün 

yeganə  gözəl  səbəb  idi.  “L”  formalı  kitabxana  otağı  isə  mənim 

kabinetimdən çox da böyük deyildi. Mən sərinləmək üçün ventilyator 

axtardım,  amma  bir  dənəsini  belə  tapa  bilmədim.  Ġçəridə  havanın 

temperaturu qırx dərəcədən  yüksək olardı. Bir  yerə  əyləĢəndə qaynar 

nəbz  vurmasını  öz  qasığımda  hiss  edirdim.  Bu  da  bir  növ  diĢ  ağrısı 

kimi idi. Bu cür bənzətmənin absurd olduğunu baĢa düĢürəm, xüsusilə 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə