Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə8/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   4   5   6   7   8   9   10   11   ...   158

www.vivo-book.com 

 

30 



Marcori  ərinə  qızların  dalınca  tək  getməməsi,  əgər  hökmən 

getməli olduğunu düĢünürsə, heç olmasa, oğlunu özü ilə götürməməsi 

üçün  yalvardı,  amma  onun  yalvarıĢlarına  fikir  verən  yox  idi.  Klaus 

uĢaqların  əlinə  keçməsin  deyə,  anbarın  yuxarı  taxçasında  saxladığı 

silahını  da  götürdü  və  iyul  ayında  Hovinin  ad  günündə  ona  hədiyyə 

etmək  üçün  saxladığı  22  kalibrli  tüfəngi  də  oğluna  verdi.  Və  yolda 

baĢıpozuq  avaralara,  ya  da  Ladukdakı  fermadan  qaçmıĢ  pis  zəncilərə 

rast gələcəkləri təqdirdə onların nə edəcəklərini bilmək istəyən qadının 

qıĢqır-bağır  salaraq  acı-acı  ağlamasına  heç  bir  əhəmiyyət  vermədən 

getdilər.  Zənnimcə,  kiĢilər  düzgün  hərəkət  etmiĢdilər.  Qan  artıq 

laxtalansa  da,  hələlik  yapıĢqanlı  idi.  Qanın  rəngi  açıq-qırmızı  idi, 

quruduqdan  sonra    olduğu  kimi,  tünd  deyildi.  Deməli,  qızların 

qaçırıldığı  vaxtdan  o  qədər  də  çox  keçməmiĢdi.  Klaus  yəqin  baĢa 

düĢürdü  ki,  hələ  də  ümid  yeri  var  və  o,  bu  Ģansdan  istifadə  etmək 

niyyətində  idi.  Nə  ata  ləpirçi  və  ya  ovçu  idi,  nə  də  oğul  –  onlar 

toplayıcı idilər; yenot və ya maralın izi ilə meĢəyə ona görə getmirdilər 

ki, bunu çox xoĢlayırdılar, ona görə gedirdilər ki, belə lazımdır. Evin 

ətrafındakı həyətin torpağı tapdanmıĢdı, oradakı izlər bir-birinə dolaĢıq 

yumaq  kimi  qarıĢmıĢdı.  Onlar  tövlənin  arxasından  keçəndə  baĢa 

düĢdülər ki, tutmaqda əli olmayan, amma yaxĢı hürən Bauzer nə üçün 

hürərək  həyəcan  siqnalı  qaldırmayıbmıĢ.  Ġtin  yarısı  tövlədən  qalmıĢ 

taxtalardan tikilmiĢ itdamının çölündə, yarısı isə içəridə idi (itdamının 

yarımdairəvi giriĢində səliqə ilə “Bauzer” yazılmıĢ bir lövhə də vardı – 



www.vivo-book.com 

 

31 



bu Ģəkli mən qəzetlərin birində görmüĢdüm); onun baĢı, demək olar ki, 

tam  arxaya  burulmuĢdu.  Belə  böyük  itin  boynunu  burmaq  üçün  çox 

böyük  fiziki  qüvvə  lazımdır,  –  sonralar  ittihamçı  Con  Koffinin 

andlılarına  demiĢ...  və  dövlət  hesabına  yenicə  alınmıĢ  kombinezon 

geyinmiĢ və nəzərlərini aĢağı dikərək müttəhimlər kürsüsündə oturmuĢ 

yöndəmsiz  və  yekəpər  adama  uzun-uzadı  mənalı-mənalı  baxmıĢdı. 

Klaus  ilə  Hovi  itin  yaxınlığında  biĢmiĢ  kolbasa  qırığı  da  tapmıĢdılar. 

Həqiqətəuyğun  olduğuna  heç  bir  Ģübhəm  olmayan  ehtimala  görə, 

Koffi  əvvəlcə  iti  kolbasa  ilə  tamahlandırmıĢ,  sonra  isə  it  sonuncu 

tikəni  yeyəndə  əlini  uzadıb  biləyinin  qüvvətli  bir  hərəkətilə  onun 

boynunu sındırmıĢdı.  

Tövlənin arxasında Detterikgilin Ģimala uzanan otlağı yerləĢirdi. 

Həmin günlər bu otlaqda inəklər otlamırdı. Səhər Ģehinə batmıĢ otların 

üstündə  kiminsə  buradan  Ģimal-qərb  istiqamətində  keçdiyini  göstərən 

izlər aydınca gözə çarpırdı.  

Ġsterikaya çox yaxın bir vəziyyətdə olmasına baxmayaraq, Klaus 

Detterik bu izin arxasınca getməyə tərəddüd etdi. O, qızını qaçıran ya 

da  qaçıranlardan  qorxmurdu.  Onu  təlaĢa  salan  baĢqa  Ģey  idi:  qızını 

qaçıranların getdiyi istiqamətin əksinə getmək... yəni hər bir saniyənin 

əhəmiyyətli olduğu bir vaxtda, əks istiqamətdə gedərək, onlardan daha 

da uzaqlaĢmaq. 

Həyətin  ərazisindən  bir  qədər  aralıdakı  kolun  üstündən  sarı 

rəngli  bir  parça  qırığını  tapması  ilə  Hovi  bu  tərəddüdlərə  son  qoydu. 



www.vivo-book.com 

 

32 



Həmin  bu  parça  qırığını  Klausa  Ģahid  kürsüsünə  çıxdığı  vaxt 

göstərəndə, o, ağlayaraq bildirmiĢdi ki, bu parçanı tanıyır, qızı Keytin 

gecə paltarından qopub. Həmin parça qırığının tapıldığı yerdən iyirmi 

addım aralıda bitmiĢ ardıc kolundan onlar solğun yaĢıl rəngli baĢqa bir 

parça  qırığı  tapdılar.  Bu  parça  Koranın  axĢam  yatmazdan  öncə 

geyindiyi gecə köynəyinin materialı ilə eyni idi. O bu köynəyi geyinər, 

yatağa  girməzdən  öncə  ata-anasını  öpər,  onlara  xeyirli  gecələr 

arzulayardı.  

Əsgərlər güclü atəĢ yağmuru altında hücuma keçdikləri kimi, ata 

və oğul Detteriklər də silahlarını önə tutaraq qaçmağa baĢladılar. Məni 

ən çox təəccübləndirən Ģey o idi ki, uĢaq atasının dalınca var qüvvəsi 

ilə  qaçarkən  (əlbəttə  ki,  o  geri  qalıb  itə  də  bilərdi)  bir  dəfə  də  olsun 

yıxılmamıĢdı  və  arxadan  Klaus  Detterikin  kürəyinə  güllə 

boĢaltmamıĢdı.  

Fermanın  telefon  stansiyası  ilə  rabitə  əlaqəsi  vardı  və  bu  da 

Detterikgilin  həmin  fəlakətli  aclıq  illərində,  ən  azından  nisbətən, 

firavan  həyat  sürdüklərini  göstərən  daha  bir  dəlil  idi.  Marcori 

kommutator  vasitəsi  ilə  telefonu  olan  bütün  qonĢulara  zəng  vurdu  və 

buludsuz  səmada  ĢimĢək  kimi  onlara  üz  vermiĢ  bədbəxtlik  haqqında 

danıĢdı. O bilirdi ki, hər belə zəngdən sonra, durğun suya atılmıĢ daĢın 

yaratdığı dairələr kimi, xəbər hər tərəfə yayılacaq. Sonra o, dəstəyi son 

dəfə  qaldırıb  o  zamanlar  üçün,  ən  azından  cənub  vilayətlərinin 




www.vivo-book.com 

 

33 



kəndlərində,  fərqləndirici  iĢarə  olan  sözləri  dedi:  “Alo,  stansiya,  siz 

məni eĢidirsinizmi?” 

Stansiya eĢidirdi, amma ilk bir neçə an heç bir söz deyə bilmirdi: 

kommutatorda  oturmuĢ  möhtərəm  qadın  marağından  çatlayırdı. 

Nəhayət, qadın deyə bildi: 

–  Bəli,  madam...  missis  Detterik,  mən  əminəm...  Aman  Allah, 

mən indi Allaha yalvarıram ki, sizin balaca qızcığazlarınız sağ-salamat 

olsunlar. 

–  Sağ  olun,  –  Marcori  razılıq  etdi.  –  XahiĢ  edirəm,  Allaha 

yalvarın  ki,  siz  məni  Teftondakı  baĢ  Ģerif  ilə  calaĢdırana  qədər 

gözləsin, yaxĢımı? 

Trampinqus  qraflığının  baĢ  Ģerifi  cavan  adam  deyildi.  Onun 

içkidən qızarmıĢ burnu, çəllək boyda qarnı vardı; ağ saçları elə idi ki, 

baĢı  içində  boru  təmizləyən  Ģotkanı  xatırladırdı.  Mən  onu  yaxĢı 

tanıyırdım.  “Oğlanlarının”  (məhkumları  belə  adlandırırdı)  o  biri 

dünyaya necə getdiyinə tamaĢa eləmək üçün o, tez-tez Kold Mauntinə 

gəlirdi.  Edam  hökmünün  icra  edilməsinə  Ģahidlik  edənlər  adətən 

qatlanan  stullarda  otururdular:  siz  özünüz  də  yəqin  dəfn 

mərasimlərində,  kilsədə  verilən  Ģam  yeməkləri  zamanı,  ya  da  fermer 

klublarında  (biz  də  stulları  həmin  günlərdə  44  saylı  “Əsrarəngiz 

Düyüm” fermer klubundan borc almıĢdıq) bir neçə dəfə belə stullarda 

oturmusunuz.  Hər  dəfə  ġerif  Homer  Kribus  bu  stullardan  birinə 

oturanda, onun yıxılacağını bildirən cırıltını eĢidəcəyimi gözləyirdim. 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə