Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə9/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   5   6   7   8   9   10   11   12   ...   158

www.vivo-book.com 

 

34 



Mən  bunun  baĢ  verəcəyi  gündən  həm  qorxur,  həm  də  o  günü 

gözləyirdim. Amma bu heç vaxt baĢ vermədi. Tezliklə – Detteriklərin 

balaca  qızlarının  oğurlanmasından  təxminən  bir  il  sonra  –  o  öz 

ofisindəcə ürək tutması keçirdi. Yəqin ki, bu ürəktutma on yeddi yaĢlı 

Dafni  ġörtleff  adlı  zənci  qızla  əylənərkən  baĢ  vermiĢdi.  Bu  haqda 

çoxlu  söz-söhbətlər  gəzirdi.  Onun  arvadı  və  altı  uĢağı  olsa  da,  Ģerif 

qadınlarla  əylənməyi  çox  xoĢlayırdı.  Bununla  belə,  seçkilər  zamanı 

Homer  Kribus  məğlubedilməz  idi.  Bu  elə  bir  dövr  idi  ki,  bir  vəzifə 

üçün öz namizədliyini irəli sürərdinsə, seçkiöncəsi eĢitdiyin Ģüar belə 

olacaqdı:  “Ya  baptist  ol,  ya  da  rədd  ol!”  Lakin  insanlar  riyakarları 

sevirlər, yəqin özün də bilirsən – onlar bu insanlarda özlərini görürlər. 

Sizin  deyil,  bir  baĢqasının  Ģalvarının  aĢağı  düĢməsi  və  iĢə  tam  hazır 

vəziyyətdə tutulması, görün, necə xoĢ təsadüfdür!  

ġerif  sadəcə  riyakar  deyildi,  həm  də  öz  iĢində  səriĢtəsiz  idi.  O, 

hər  hansı  bir  xanımın  xilas  edilmiĢ  mavrısını  –  piĢik  balasını  əlində 

tumarlaya-tumarlaya Ģəkil çəkdirməyi sevənlərdən idi, baxmayaraq ki, 

piĢiyi  xilas  etmiĢ  qəhrəman  o  yox,  bir  baĢqası  –  məsələn,  onun 

müavini Rob Makgi olurdu. Bu adam həqiqətən öz boynunu sındırmaq 

təhlükəsini gözə alaraq ağaca çıxıb, bir xanımın piĢiyini xilas etmiĢdi. 

Makgi  Marcori  Detterikin  anlaĢılmaz  nitqinə  təxminən  iki 

dəqiqə qulaq asandan sonra onun sözünü mahir boksçunun öz rəqibinə 

endirdiyi qısa və dəqiq zərbələr kimi – elə güclü və dəqiq zərbələr ki, 




www.vivo-book.com 

 

35 



ağrını hiss etməzdən əvvəl qan çıxır – qısa və konkret dörd, ya da beĢ 

sualla kəsdi. Öz suallarına cavab alandan sonra dedi:  

–  Mən  Bobo  Marçanta  zəng  edəcəyəm.  Onun  itləri  var.  Amma 

siz,  missis  Detterik,  evdə  qalın.  Əgər  sizin  əriniz  və  oğlunuz 

qayıtsalar,  onları  da  evdə  saxlamağa  çalıĢın.  Ən  azından  buna  cəhd 

edin.  


Bu  arada  Marcorinin  əri  və  oğlu  qızları  qaçıranın  izi  ilə  Ģimal-

qərb  istiqamətində  üç  mil  məsafə  qət  etmiĢdilər.  Lakin  izlər  açıq 

sahədən  Ģam  meĢəliyinə  girəndə  onlar  izi  itirdilər.  Bayaq  da  dediyim 

kimi, onlar ovçu deyildilər, fermer idilər. Həmin vaxt onlar artıq baĢa 

düĢmüĢdülər ki, izlədikləri canlı insan yox, heyvandır. Yolla gedərkən 

onlar  Keytin  gecə  köynəyini  və  Koranın  pijamasının  bir  parçasını 

tapmıĢdılar. Hər iki əĢya qana bulaĢmıĢdı və indi nə Klaus, nə də Hovi 

tələsirdi.  Hansısa  soyuq  əminlik  onların  içindəki  ümid  qığılcımlarını 

söndürmüĢdü  – lap suyun odu söndürdüyü kimi.  Onlar bir iz tapmaq 

ümidi ilə meĢəyə girdilər, lakin heç nə tapa bilmədilər. Sonra meĢənin 

baĢqa bir yerinə keçdilər, yenə bir Ģey hasil olmadı, sonra üçüncü bir 

yerə  keçdilər.  Bu  dəfə  onlar  qalın,  yumĢaq  Ģamın  iynələrinin  üstündə 

qan  izləri  tapdılar.  Onlar  balaca  bir  cığıra  oxĢayan  yerə 

istiqamətləndilər.  Burada  da  izlər  axtarmağa  baĢladılar.  Həmin  vaxt 

saat,  təxminən, səhər doqquz olardı.  Qəfildən onların  arxasında adam 

və  it  səsləri  eĢidildi.  Rob  Makginin  bu  balaca  dəstəni  toplamağa  sərf 

etdiyi  müddət  ərzində  ġerif  Kribus  yalnız  bir  fincan  brendi  qatılmıĢ 



www.vivo-book.com 

 

36 



qəhvə içə bilərdi. Təxminən bir saat on beĢ dəqiqədən sonra bu dəstə 

meĢənin kənarında iz axtararaq özlərini ora-bura vuran Klaus və Hovi 

Detteriklərə  yetiĢdi.  Tezliklə  dəstə  Bobonun  öndə  qaçan  itlərinin 

arxasınca  yenə  hərəkətə  gəldi.  Makgi  Klaus  və  Hovinin  onlarla 

getməsinə  icazə  verdi  –  geri  qayıtmağı  əmr  etsəydi  də,  onlar 

qayıtmayacaqdılar.  Baxmayaraq  ki,  onlar  üzləĢəcəkləri  mənzərədən 

qorxurdular, deyəsən, Makgi də bunu baĢa düĢmüĢdü. Margi onları öz 

silahlarından  güllələri  boĢaltmağa  məcbur  etdi.  “BaĢqaları  da  belə 

ediblər, – deyərək izah etdi. – Belə daha təhlükəsiz olar”. O demədi ki, 

yalnız  Detteriklərdən  silahları  boĢaldıb  güllələri  ġerifin  köməkçisinə 

vermək xahiĢ olunub.  

ÇaĢqınlıq keçirən və bu kabusun bir an öncə bitməsini arzulayan 

Detteriklər  onun  əmrini  yerinə  yetirdilər.  Makgi  Detterikləri  öz 

silahlarını boĢaltmağa və patronları ona verməyə  məcbur edəndə, ola 

bilsin  ki,  Con  Koffinin  həyatda  qalması  üçün  çox  kiçik  ümid  yeri 

qoymuĢdu. Hürən, zingildəyən itlər onları öz arxalarınca daha iki mil 

xırda Ģam ağaclarından ibarət pöhrəliyin içi ilə elə həmin istiqamətdə – 

Ģimal-qərb istiqamətində apardılar. Bir müddət sonra onlar Trapinqus 

çayının kənarına çıxdılar. Sıx meĢəlikli alçaq təpələrin arası ilə cənub-

Ģərq  istiqamətində  axan  çayın  yatağı  burada  geniĢlənir,  axının  sürəti 

yavaĢıyırdı. Bu təpələrdə Krey, Robinett və Duplissey ailələri hələ də 

öz  mandalinlərini  hazırlayırdılar  və  bəzən  torpağı  Ģumlayarkən  öz 

çürük  diĢlərini  tüpürürdülər.  Bu  sıx  meĢəlikli  kənd  yerində  kiĢilər 



www.vivo-book.com 

 

37 



bazar  günü  səhər  tezdən  ilanı  yalın  əllə  tuta  bilər  və  elə  həmin  gün 

axĢam  öz  qızları  ilə  Ģəhvani  əyləncələrə  dala  bilərdilər.  Mən  bu 

ailələrə  yaxĢı  bələd  idim,  onların  əksəriyyəti  vaxtaĢırı  Sparkiyə 

“yeyəcək”  göndərirdilər.  Dəstə  üzvləri  çayın  o  biri  tərəfində  iyun 

günəĢinin  Ģüalarının  Böyük  Cənub  magistralının  polad  relslərindən 

necə  parıltı  ilə  əks  olunduğunu  görə  bilirdilər.  Sağ  tərəfdə,  təxminən 

çayın  axarı  ilə  bir  mil  aĢağıda,  Vet  Grin  daĢ-kömür  yatağı 

istiqamətində  uzanan  körpünün  dayaqları  görünürdü.  Burada  onlar 

alçaq  kollarla  dolu  geniĢ,  tapdanmıĢ  bir  tala  tapdılar.  Orada  o  qədər 

qan vardı ki, kiĢilərin çoxu səhər yediklərini qaytarmaq üçün meĢəyə 

qaçdı.  Onlar  bu  qanlı  talada  Korinin  gecə  paltarının  qalıqlarını 

gördülər. Bayaqdan bir qədər özünə gəlmiĢ Hovi bu tapıntını görəndə 

əsə-əsə atasına sıxıldı və az qala huĢunu itirəcəkdi.  

Məhz elə bu yerdə bütün gün ərzində ilk dəfə Bobonun itlərinin 

arasında ixtilaf yarandı. Ġtlərin sayı altı idi – iki izaxtaran it, iki mavi 

tazı və bir cüt teryerə  bənzər mələz; bu mələzləri cənublular “hiyləgər 

tazı”  adlandırırdılar.  “Hiyləgər  tazı”lar  Trapinqusun  axarı  ilə  yuxarı, 

Ģimal-qərb  istiqamətində  getmək  istəyirdilər,  qalanları  isə  baĢqa 

istiqamətdə, cənub-Ģərqə irəliləməyə can atırdılar. Bu ixtilafa görə itlər 

ora-bura dartındığında, onların xaltaları əməlli-baĢlı dolaĢdı. Bu haqda 

qəzetlərdə bir söz deyilməsə də, Bobonun onların dolaĢığını əlləri ilə – 

özünün  ən  “savadlı”  hissəsi  ilə  –  açmağa  çalıĢarkən  necə  qorxunc 

lənətlər yağdırdığını təsəvvürümdə canlandıra bilirəm. Vaxtilə bir neçə 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə