Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə32/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   28   29   30   31   32   33   34   35   ...   158

www.vivo-book.com 

 

126 



qədər  aparmamıĢ,  onun  qəfildən  ayılaraq  arabada  oturmasını  və 

tutuĢub yandığını qıĢqırmasını heç kim istəməzdi.  

Van  Hey  üçüncünü  qoĢdu  və  BaĢçı  elektrik  cərəyanın 

Ģiddətindən  yüngülcə  qıvrılaraq  yenə  irəli  əyildi.  Həkim  bu  dəfə  ona 

qulaq  asandan  sonra  baĢını  yırğaladı.  Hər  Ģey  bitmiĢdi.  Biz  yarada 

bilməyəcəyimiz  bir  Ģeyi  dağıtmağın  öhdəsindən  yenə  də  uğurla 

gəlmiĢdik.  Edamda  iĢtirak  edən  müĢahidəçilərdən  bəziləri  yenə  asta 

səslə  öz  aralarında  söhbət  etməyə  baĢladılar,  lakin  əksəriyyət  baĢını 

aĢağı  dikib  döĢəməyə  baxırdı,  sanki  gördüklərindən  karıxmıĢdılar. 

Bəlkə  də  xəcalət  çəkirdilər.  Din  və  Harri  xərək  gətirdi.  Xərəyin  bir 

tərəfindən  tutmaq,  əslində,  Persinin  vəzifəsi  idi,  amma  o,  bunu 

bilmirdi və bunu ona deyən də olmamıĢdı. BaĢında hələ də o qara ipək 

torba olan BaĢçını Brutusla mən xərəyə qoyduq və az qala qaça-qaça 

onu  tunelə  açılan  qapıdan  çıxardıq.  Maskanın  təpəsindəki  dəlikdən 

tüstü – həddən artıq qalın tüstü – çıxırdı və tüstüdən dəhĢətli dərəcədə 

iyrənc bir iy gəlirdi.  

– Aman Allahım, – deyə Persi qıĢqırdı, onun səsi titrəyirdi. – Bu 

nə üfunətdir, belə? 

–  Bircə  yolumdan  çəkil  və  kənarda  dur,  –  deyərək  Brutus  onu 

kənara  sıxıĢdırıb  divardan  asılmıĢ  odsöndürənə  tərəf  yönəldi.  Bu 

odsöndürən  köhnə  tipli  olduğundan,  onu  nasos  taxmaq  lazım  gəlirdi. 

Bu arada Din torbanı cəsədin baĢından çıxarmıĢdı. Vəziyyət mümkün 




www.vivo-book.com 

 

127 



olandan heç də pis deyildi: Bitterbakın, sadəcə, sol hörüyü nəm yarpaq 

topası kimi zəif közərirdi.  

–  Fikir  vermə,  –  mən  Brutusa  səsləndim.  Cəsədi  katafalka 

qoymazdan əvvəl meyitin üzündən palçıq kimi yapıĢqan olan kimyəvi 

kütləni  təmizləməyə  həvəsim  yox  idi.  Tüstü  tam  yox  olana  qədər 

əlimlə BaĢçının baĢına Ģapalaqlar vurdum (bütün bu vaxt ərzində Persi 

gözlərini  bərəldib  mənə  baxırdı).  Sonra  biz  cəsədi  on  iki  pilləli 

pilləkəndən  aĢağı  endirərək  tunelə  girdik.  Bura  zindan  kimi  soyuq  və 

rütubətli  idi;  haradasa  aramsız  su  damcılayırdı.  Tavandan  asılmıĢ 

kobud  tənəkə  plafonlu  lampaların  –  bu  tənəkə  plafonlar  həbsxananın 

emalatxanasında  hazırlanmıĢdı  –  solğun  iĢığında  avtomobil  Ģosesinin 

altından,  on  metr  dərinlikdən  keçən  kərpic  tunel  görünürdü.  Tavan 

əyri-üyrü  və  nəm  idi.  Mən  hər  dəfə  tunelə  düĢəndə  özümü  Edqar 

Ponun personajı kimi hiss edirdim.  

Orada  bizi  katafalk  –  cənazə  arabası  gözləyirdi.  Bitterbakın 

cəsədini karafalka qoyduq və onun saçlarının daha yanmadığına əmin 

olmaq  üçün  mən  son  dəfə  yoxladım.  Cəsədin  hörüklərindən  biri 

əməlli-baĢlı  yanmıĢdı  və  mən  cəsədin  baĢının  sol  tərəfindəki  gözəl 

lentin yanıb külə döndüyünü görəndə təəssüf hissi keçirdim.  

Persi cəsədin yanağına bir Ģapalaq vurdu. ġapalaqdan çıxan qəfil 

səsi  eĢidəndə  hamımız  dik  atıldıq.  Gözləri  alıĢıb  yanan  Persi  üzündə 

lovğa  bir  təbəssümlə  bizə  baxandan  sonra  dönüb  nəzərlərini  yenə 

Bitterbaka yönəltdi.  



www.vivo-book.com 

 

128 



–  Əlvida,  BaĢçı,  –  dedi.  –  Ümid  edirəm  ki,  cəhənnəmdə  sənə 

soyuq olmayacaq. 

–  Toxunma  ona,  –  Brutus  dedi,  onun  qalın  və  təntənəli  səsi 

tunelin boĢluğunda əks-səda verdi. – O öz cəzasını alıb. Ġndi onun heç 

kimə borcu qalmayıb. Ona görə də öz əllərini ondan uzaq saxla. 

–  Sən  öz  iĢinlə  məĢğul  ol,  –  Persi  cavab  verdi,  amma  Brutus 

onun  üstünə  yeriyəndə  dərhal  geri  çəkildi.  Geri  çəkildikcə  Persinin 

kölgəsi,  Edqar  Ponun  “Morq  küçəsində  qətllər”  hekayəsindəki 

meymunun  kölgəsi  kimi  arxasınca  böyüyürdü.  Lakin  Persinin 

yaxasından  yapıĢmaq  əvəzinə,  Brutus  katafalkın  dəstəyindən  tutaraq 

Arlen  Bitterbakı  asta-asta  tunelin  o  biri  baĢına  doğru  itələməyə 

baĢladı. Tunelin çıxıĢında, yolun kənarında saxlanmıĢ maĢın Bitterbakı 

son səfərinə götürmək üçün gözləyirdi. Katafalkın bərk rezin təkərləri 

cırıldayırdı,  onun  kölgəsi  əyri-üyrü  kərpic  divarların  səthi  ilə 

sürünürdü.  Din  və  Harri  cəsədin  ayaq  hissəsindəki  mələfəni  götürüb 

BaĢçının  üzünü  örtdülər.  Cəsədin  üzünün  rəngi  bütün  ölülərin  – 

günahsız  və  ya  günahkar,  fərqi  yoxdur  –  üzü  kimi  artıq  saralmağa 

baĢlamıĢdı. 

 

 



 

 



www.vivo-book.com 

 

129 



On  səkkiz  yaĢım  olanda,  əmim  Pol  –  mənə  də  bu  adı  onun 

Ģərəfinə qoyublar – miokard – ürəyin əzələ qiĢası – infarktından vəfat 

etmiĢdi.  Anamla  atam  əmimin  dəfn  mərasimində  iĢtirak  etmək  üçün 

məni  özləri  ilə  Çikaqoya  aparmıĢdılar.  Çikaqoda  o  vaxta  qədər  heç 

vaxt  görmədiyim  ata  qohumlarımla  görüĢdüm.  Orda  təxminən  bir  ay 

qaldıq.  Bir  tərəfdən  bu  səfər  yaxĢı  –  həm  vacib,  həm  də  həyəcan-

verici,  –  digər  tərəfdən  isə  çox  xoĢagəlməz  idi.  Bir  qadına 

vurulmuĢdum və iĢ elə gətirdi ki, on doqquz yaĢım tamam olandan iki 

həftə  sonra  o  qadın  mənim  həyat  yoldaĢım  oldu.  Bir  axĢam  –  bütün 

içim və ağılım (mən hələ tənasül orqanımı demirəm) onun hicranı ilə 

elə  tutuĢub  yanırdı  ki,  lap  cızdağım  çıxırdı  –  ona  məktub  yazmaq 

qərarına  gəldim.  Bu  məktubu  yazdıqca  elə  hey  yazırdım,  onun  sonu 

görünmürdü  –  ağına-bozuna  baxmadan,  geri  qayıdıb  nə  yazdığımı 

yoxlamadan  bütün  içimi  bu  məktuba  tökürdüm,  çünki  yazdıqlarıma 

təkrar 

baxsam, 


içimdə 

baĢ 


qaldıracaq 

ürkəkliyin 

məni 

dayandıracağından  qorxurdum.  Məktubu  yazmağa  davam  etdim  və 



içimdən bir səs belə bir məktubu göndərməyin axmaqlıq olduğunu və 

bu  məktubla  öz  qəlbimi  tamamilə  onun  ixtiyarına  verəcəyimi  israrla 

desə də, mən elədiyi əməlin nəticəsini düĢünməyən uĢaq sadəlövhlüyü 

ilə  bu  səsin  dediklərini  qulaqardına  vurdum.  Sonralar  Cenisin  bu 

məktubu  saxlayıb-saxlamadığı  haqqında  tez-tez  düĢünsəm  də,  bunu 

öyrənmək  marağı  ilə  çox  çırpınsam  da,  özündən  soruĢmağa  heç  vaxt 

cürətim  çatmadı.  Dəqiq  bildiyim  yalnız  bir  Ģey  var:  dəfndən  sonra 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə