www.vivo-book.com
166
müĢahidə edəndən sonra andlılar da qərara gəliblər ki, ürəkkeçmələr
simulyasiyadır, həqiqi deyil. Hakim andlıların rəyi ilə razılaĢsa da,
hökm oxunandan onun icrasınadək olan müddət ərzində bir sıra
analizlərin keçirilməsini təyin edib. Allah bilir nə üçün, bəlkə də
sadəcə, iĢin əsli ilə maraqlandığından.
Uortonun xəstəxanadan qaçmayacağını yalnız axmaq adam
düĢünə bilərdi (qəribə təsadüfdən rəis Mursun arvadı Melinda da
onunla eyni vaxtda həmin xəstəxanada yatırdı), amma o qaçmadı.
Yəqin onun palatasının yanında çoxlu gözətçilər qoyulmuĢdu, bəlkə də
o, epilepsiya xəstəliyi səbəbi ilə – əgər belə bir xəstəlik aĢkar edilərsə
– onu öz hərəkətləri üçün qeyri-məsul hesab edəcəklərinə hələ də ümid
bəsləyirmiĢ.
Lakin onun xəstə olduğu aĢkar edilmədi. Həkimlər onun
beyinində heç bir qeyri-normallıq – ən azında fizioloji – tapmadılar və
“Körpə” Billi Uortonu, nəhayət, Kold Mauntinə göndərdilər. Onun
bizim həbsxanaya gəliĢi, xatırladığıma görə, ya on altı, ya da on səkkiz
oktyabrda olmalıdır. Səhv etmirəmsə, Uorton Koffidən təxminən iki
həftə sonra, Delakruanın YaĢıl Millə keçməsindən isə on gün əvvəl
gəlmiĢdi.
Bizim yeni psixopatın “E” blokuna gəliĢi mənim üçün
hadisələrlə zəngin bir gün oldu. Həmin gün qasığımdakı zoqquldayan
ağrıdan və penisimin alıĢıb yanması, ağırlaĢması və ĢiĢməsi hissindən
səhər saat dörddə ayıldım. Ayaqlarımı hələ çarpayıdan yerə salmamıĢ
www.vivo-book.com
167
baĢa düĢdüm ki, sidik yollarımdakı infeksiya, bütün ümidlərimə
baxmayaraq, hələ də yaxĢılaĢmağa doğru getməyib. Deməli, sadəcə,
bir müddət ağrılarım yüngülləĢibmiĢ, vəssalam; indi isə bu müddət
baĢa çatıb.
Mən təbii ehtiyacımı ödəmək üçün evdən bayıra çıxdım – bu,
həyətimizdə ilk tualet tikdiyimiz vaxtdan, ən azı, üç il əvvəl baĢ
vermiĢdi; elə evin küncündəki odun qalağının yanına çatmıĢdım ki,
daha dözə bilməyəcəyimi anladım. Öz pijamamın Ģalvarını düz sidiyin
axmağa baĢladığı an aĢağı çəkməyə macal tapdım. Bu, həyatımda ən
ağrılı məqam idi. 1956-cı ildə mənim öd kisəmdən daĢ çıxmıĢdı,
deyilənə görə, bu çox ağrılı bir prosesdir, lakin o səhər sidiyə çıxarkən
hiss etdiyimlə müqayisədə, öd kisəsindən çıxan daĢın verdiyi ağrı
mədə qıcqırmasının ağrısına bənzəyir. Ağrıdan ayaqlarım altımdan
qaçdı və bütün ağırlığımla dizlərimin üstünə çökdüm, özümün
yaratdığım gölməçəyə üzüstə yıxılmamaq və müvazinətimi qorumaq
üçün qıçlarımı geniĢ açdığımdan, pijamamın Ģalvarı ikiyə bölündü.
Əgər sol əlimlə odun cərgəsindəki parçaların birindən tutmasaydım,
yenə də yıxılacaqdım. Məni narahat edən, incidən yeganə Ģey
cızdağımı çıxaran bu ağrı idi; qarnımın aĢağı hissəsinə elə bil od
düĢmüĢdü, penisim isə – insanın hiss edə biləcəyi ən güclü həzz və
ləzzət yaĢatdığı anlar istisna olmaqla, mən adətən bu orqanı
unudurdum – elə bil indicə əriyəcəkdi. Mənə elə gəlirdi ki, onun
www.vivo-book.com
168
ucundan qan axdığını görəcəyəm, lakin axan mayenin adi sidik
Ģırnağından baĢqa bir Ģey olmadığı bəlli oldu.
Bir əlimlə hələ də odun cərgəsindən tutmuĢdum, o bir əlimlə
ağzımı bərk-bərk sıxdım ki, qıĢqırmayım. Arvadımı öz qıĢqırığımla
oyadıb qorxuzmaq istəmirdim. Mənə elə gəlirdi ki, sidiyim heç vaxt
qurtarmayacaq, elə hey axacaq, amma Ģırnaq yavaĢ-yavaĢ zəiflədi və
nəhayət, bitdi. ĠĢəməyimi bitirəndə ağrı artıq qarnımın dərinliyinə və
xayalarımın içinə nüfuz etmiĢdi və saralmıĢ, çürük diĢlər kimi məni
içəridən yeyirdi. Uzun müddət – bəlkə də təxminən bir dəqiqə – ayağa
qalxa bilmədim. Nəhayət, ağrı getdikcə azalmağa baĢladı və birtəhər
ayağa qalxa bildim. Artıq çox hissəsi torpağa hopmuĢ sidik
gölməçəsinə baxaraq düĢündüm: bu qədər az miqdarda maye çıxarkən
bu qədər ağrı-acı doğuran bir aləmi hansı allah yarada bilərdi...
Mən xəstə olduğumu iĢə xəbər verib, nəhayət, həkim Sedlerin
yanına gedə bilərdim. Doğrudur, həkim Sedlerin ürək bulandıran və
kükürd iyi verən həblərini qəbul etmək istəmirdim, lakin hər halda, bu
həblər boğazına tıxanmıĢ hayqırtını birtəhər boğmaq üçün bütün
iradəni səfərbər edərək odun cərgəsinin yanında yerə çökməkdən və
elə həmin anda sanki sənin həcəmətinə neft töküb yandırıblarmıĢ kimi
ağrılı hislər keçirməkdən min dəfə yaxĢıdır.
Sonra qonĢu otaqda yatmıĢ Cenisin asta xorultusuna qulaq asa-
asa mətbəxdə aspirin həbi qəbul etdim və birdən yadıma düĢdü ki,
Uilyam Uortonu bizim bloka bu gün gətirəcəklər. O da yadıma düĢdü
www.vivo-book.com
169
ki, Brutus da orda olmayacaq – növbətçilik cədvəlinə görə o,
həbsxananın baĢqa bölməsində olacaq və kitabxanadan qalmıĢ əĢyaları
və xəstəxana avadanlıqlarını yeni binaya köçürməyə yardım edəcək.
Keçirdiyim ağrılara baxmayaraq, baĢa düĢürdüm ki, Uortonu Din ilə
Harrinin öhdəsinə buraxmaq olmaz. Onlar etibarlı insanlar olsalar da,
Körtis Andersonun raportunda qeyd edilirdi ki, Uilyam Uorton çox
təhlükəli birisidir. “Bu adamın heç nə vecinə deyil,” – o, raportda belə
yazmıĢ və altında da imza etmiĢdi.
Çəkdiyim ağrı bir qədər yüngülləĢdikdən sonra düĢünmək
qabiliyyətim geri qayıtdı. Mənə elə gəldi ki, həbsxanaya səhər tezdən
getsəm yaxĢıdır. Səhər saat altıda həbsxanaya çata bilərdim, elə rais
Murs da iĢə, adətən, həmin vaxtlarda gəlirdi. O, Uortonu qəbul etmək
üçün lazım olan müddətə Brutusu “E” blokuna keçirə bilər və mən də
həkimlə çoxdan gecikmiĢ görüĢümə gedərdim. Deməli, yolum Kold
Mauntinə idi.
Həbsxanaya gedən otuz beĢ kilometrlik yolda məni qəfil
sıxıĢdıran balaca ehtiyacımı ödəmək üçün iki dəfə dayanmalı oldum.
Hər iki dəfəsində də mən özümü çətinə salmadan maĢını bir kənara
çəkib bu problemi həll edə bildim (əsasən ona görə ki, belə saatda
kənd yollarında hərəkət, demək olar ki, olmur).
Bu ifraz proseslərinin heç biri gecəki qədər ağrılı olmadı, lakin
hər iki dəfədə yıxılmamaq üçün öz balaca “Ford-kupe”min sərniĢin
Dostları ilə paylaş: |