www.vivo-book.com
186
uĢaq əskiləri və rezin tuman geyindiyi qocalar evində son günlərini
yaĢayan güvə yemiĢ bir insan qalığını deyil, ayaqlarımın üstündə
möhkəm durduğum vaxtları xatırladırdı.
Lakin bu səhər gördüklərimdə məni sakitləĢdirəcək heç nə yox
idi. Əsla yox idi.
Eleyn bəzən mənimlə birlikdə AFK kanalının yuxudan tez
duranlar üçün saat 4:00-da baĢlayan “Səhər veriliĢləri seansı” adlı
proqramına baxardı – bu haqda çox danıĢmasa da, bilirəm ki, artriti
ona çox əziyyət verir və qəbul elədiyi dərmanlar da artıq kömək
eləmir.
Bu gün səhər o, əynində saçaqlı hamam xalatı ilə xəyallar kimi
süzərək gələndə mən bir vaxt “ayaqlar” olmuĢ sınıq-salxaq ağacların
üstündə əyri duran kələ-kötür divanda oturmuĢdum. Əsməmək üçün
dizlərimi var gücümlə sıxsam da, üĢütmə, bərk əsən soyuq külək kimi,
canıma iĢləyirdi. 1932-ci ilin payızında – Con Koffinin, Persi
Uetmorun və Mister Cinqlzın payızında – həyatımı cəhənnəmə çevirən
həmin sidik yollarının infeksiyasının kabusu kimi alıĢıb-yanan
qasığımdan baĢqa, hər yerim üĢüyürdü.
Həmin payız həm də Uilyam Uortonun payızı idi.
– Pol, – deyə Eleyn qıĢqıraraq mənə tərəf tələsdi; “tələsdi”
deyəndə, yəni onun paslı mismarları və ombalarındakı donuq ĢüĢələrin
imkan verdiyi qədər tələsdi. – Pol, sənə nə olub?
www.vivo-book.com
187
– Hər Ģey qaydasında olacaq, narahat olma, – deyə onu
sakitləĢdirməyə çalıĢdım, lakin sözlərim o qədər də inandırıcı
səslənmirdi. Mənim əsərək bir-birinə dəyən və çaqqıldayan diĢlərimin
arasından çıxan sözlər aydın tələffüz edilmirdi. – Bir-iki dəqiqə möhlət
ver, görərsən, yenə top kimi olacağam.
Eleyn yanımda oturdu və qolunu çiynimə doladı
– YaxĢılaĢacağına əminəm, – cavab verdi. – Amma de görüm, nə
olub axı? Allah xatirinə, Pol! Sənin görkəminə baxanda adama elə
gəlir, elə bil, kabus görmüsən!
“Hə, kabus görmüşəm”, – deyə düĢündüm, amma onun
təəccübdən bərəlmiĢ gözlərini görənədək heç ağlıma gəlmədi ki,
fikrimdən keçirdiklərimi bərkdən demiĢəm.
– Əslində, görməmiĢəm, – dedim və əlimi astadan onun əlinə
toxundurdum (elə astadan, elə incəliklə!); sadəcə bir anlığına. Eleyn –
aman Tanrım!
– Gördüyün kabus həbsxanada nəzarətçi iĢlədiyin vaxtdanmı idi?
– deyə soruĢdu. – Solariumda oturub haqqında yazdığın dövrdənmi?
BaĢımı yırğaladım.
– Mən, bir növ, ölümə məhkum edilmiĢlər korpusunda
iĢləyirdim...
– Hə, bilirəm...
– Biz həmin yeri YaĢıl Mil adlandırırdıq. Ona görə ki, oranın
döĢəməsinə çəkilmiĢ linoliumun rəngi yaĢıl idi. 1932-ci ilin payızında
www.vivo-book.com
188
həbsxanaya bu oğlanı gətirdilər – adı Uilyam Uorton olan həmin
azğını deyirəm. Özünü “Körpə Billi” adlandırmaqdan xoĢu gəlirdi,
hətta bir qoluna bu sözü döymə də elətdirmiĢdi. Lap cavan uĢaq idi,
amma təhlükəli uĢaq. Körtis Andersonun – həmin vaxt o, həbsxana
rəisinin müavini idi – onun haqqında yazdıqları indiki kimi
yadımdadır: “Azğın və dəlisovdur, bununla da fəxr edir. Uortonun
cəmi on doqquz yaĢı var və heç nəyi vecə almır”. Yazının bu son
cümləsinin altından xətt də çəkmiĢdi.
Mənim çiynimi qucaqlayan əl indi kürəyimi ovuĢdururdu.
YavaĢ-yavaĢ sakitləĢməyə baĢladım. Həmin anda mən Eleyn
Konnellini sevirdim və ona dediyim kimi, üzünü öpüĢlərə qərq edə
bilərdim. Bəlkə də bunu etməli idim. Ġstənilən yaĢda tək və qorxaq
olmaq dəhĢətlidir, amma məncə, ən dəhĢətlisi ahıl yaĢında tək
qalmaqdır. Bununla belə, indi ağlım tamamilə baĢqa Ģeylə məĢğul idi –
köhnə və hələ də bitirilməmiĢ bu iĢin yükü məni rahat buraxmırdı.
– Hə elədir, – dedim. – Sən haqlısan, mən burada oturub
Uortonun bizim blokumuza necə gəldiyini və Din Stantonu – Azğın
Billi həbsxanaya gələndə mənimlə birlikdə iĢləyən uĢaqlardan biri –
öldürməyə necə cəhd etdiyini xatırlayaraq qeydlər edirdim.
– O, bunu necə edə bilərdi? – Eleyn soruĢdu.
– Məkrlilik və ehtiyatsızlıq, – deyə hüznlə cavab verdim. –
Uorton məkrliydi, onu gətirən gözətçilər isə ehtiyatsız. Əsl səhv
Uortonun biləklərinə vurulan zəncirin həddən artıq uzun olması idi.
www.vivo-book.com
189
Din “E” blokunun qapısının kilidini açanda Uorton onun arxasında
dayanmıĢdı. Onun hər iki yanında isə gözətçilər vardı, lakin Anderson
haqlı idi – Belə Ģeylər Azğın Billinin heç vecinə də deyildi. O,
biləklərinə vurulmuĢ zənciri Dinin boynuna keçirib, onu boğmağa
baĢladı.
Eleyn birdən titrədi.
– Bütün gecəni bunlar haqqında düĢündüyümdən yuxuya gedə
bilmədim və ona görə də buraya gəldim. Fikrimdə sənin bura gələ
biləcəyini və bizim burada balaca bir görüĢümüzün olacağını
düĢünərək AFK kanalını açdım.
Dediklərimi eĢidəndə, o, gülərək alnımdan, düz qaĢımın
üstündən öpdü. Ceniz məni qaĢımın üstündən öpəndə bütün
bədənimdən üĢütmə keçər, tüklərim biz-biz olardı. Həmin səhər Eleyn
də məni oradan öpəndə, yenə tüklərim biz-biz oldu. Yəqin həyatda
dəyiĢməz qalan Ģeylər də var.
Ekranda isə qanqsterlərə aid qırxıncı illərin ağ-qara bir filmi
gedirdi. Filmin adı “Ölüm ÖpüĢü” idi.
Bədənimin yenə əsməyə baĢlayacağını hiss edib, o hissi
boğmağa çalıĢdım.
– Bu filmdə Riçard Uidmark da oynayır, – deyərək söhbəti
dəyiĢdim. – Məncə, bu onun kinoda ilk böyük roludur. Mən bu filmə
heç vaxt Cenislə birlikdə baxmamıĢdım – biz adətən polislər və
oğrular haqqında olan filmlərə getmirdik, – lakin yadımdadır ki,
Dostları ilə paylaş: |