Strateji planin hazirlanmasi üZRƏ metodoloji RƏHBƏRLİK



Yüklə 197,07 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü197,07 Kb.
#38390


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

STRATEJİ PLANIN HAZIRLANMASI ÜZRƏ  

METODOLOJİ RƏHBƏRLİK 

 

 

 

(15.04.2010-cu il tarixli dəyişikliklərlə) 

 

 

 

 

 

 

 

 

 

 

 


 

2

Bakı – 2004-cü il 

Strateji  plan  bankın  idarə  olunması  və  fəaliyyətinə  nəzarətin  ayrılmaz  bir 

hissəsi olmaqla  onun əsas məqsəd  və  vəzifələrini əks etdirməlidir. O, yazılı formada 

tərtib olunmalı və bankın strateji hədəflərin nail olunması üçün tədbirlərini müəyyən 

etməlidir.  

Strateji  plan  ətraflı  və  anlaşılan  bir  sənəd  olmaqla  yanaşı  bankın  fəaliyyət 

göstərdiyi bazardakı  tələbat,  müştəri bazası,  rəqabət  və ümumi  iqtisadi şərait  barədə 

optimal  proqnozlara  əsaslanmalıdır.  Sağlam  bank  fəaliyyəti  prinsiplərini  əks  etdirən 

Strateji  plan  özündə  bazarda  müşahidə  olunan  iqtisadi  və  rəqabət  şəraitini  nəzərə 

almaqla banklar tərəfindən risklərin real qiymətləndirilməsini əks etdirməlidir. Xüsusi 

bazar  seqmentlərində  fəaliyyət  göstərən  bank  (məsələn;  kredit  kartları,  yaxud  yalnız 

korporativ  müştərilərə  xidmətlər  göstərən  banklar)  strateji  planın  müvafiq 

bölmələrində  bu  seqmentlərdə  fəaliyyət  xüsusiyyətlərini  yetərli  detallıqla 

açıqlamalıdır. 

Strateji  plan  bankın  fəaliyyətinin  ən  azı  3  ilini  əhatə  etməli  və  əsas  strateji 

məqsədlərinin  yerinə  yetirilməsi  üçün  təklif  olunan  tədbirləri  ətraflı  şəkildə  izah 

etməlidir. Bu bankın müvəffəqiyyətə nail olması üçün imkanının olduğunu, sağlam və 

təhlükəsiz  işləyəcəyini  və  üzləşəcəyi  riskləri  səmərəli  idarə  etmək  üçün  adekvat 

kapital  bazasını  saxlayacağını  sübut  etməsi  üçün  kifayət  qədər  təfsilatlı 

hazırlanmalıdır. 

İnternet şəbəkəsi və ya alternativ elektron kanalları vasitəsi ilə xidmət göstərən 

bankın strateji planında bank tərəfindən xidmət olunacaq bazarın və elektron kanallar 

vasitəsilə  təklif  olunacaq  məhsulların/xidmətlərin  aydın  və  ətraflı  təsviri  verməlidir. 

İnternet  potensial  qlobal  müştəri  bazasına  malik  olduğuna  və  istənilən  şəxsə  öz 

şəbəkəsi vasitəsilə çata bildiyinə görə, xidmət olunacaq bazar, təklif olunacaq məhsul 

və xidmətlər haqqında məlumatların İnternetdə açıqlanması zəruridir.  

 

 




 

3

 



Mündəricat 

 

I. 

Giriş 

II. 

Fəaliyyətin təsviri 

III.  Marketinq planı 

IV. 

İdarəetmə plаnları. Müşahidə Şurası və İdarə Heyəti 

V. 

Mühasibat uçotu haqqında məlumat , uçot sistemləri və daxili nəzarət 

VI. 

İdarəedici informasiya sistemi (İİS) 

VII.  Maliyyə İdarəetmə Planı  

VIII.  Strateji planın təkmilləşdirilməsi və monitorinqi 

IX. 

Maliyyə planlaşdırması  

X. 

Maliyyə hesabatları  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

4

I. 



Giriş 

Bu  bölmədə  bankın  fəaliyyətinin  əsas  istiqamətləri  təsvir  edilir.  Bank  holdinq 

şirkətinə  daxil  olduqda,  bu  şirkətin  fəaliyyəti  açıqlanır,  o  cümlədən  onun  təşkilati 

strukturu  və  ona daxil olan digər  şirkətlərin  bankla qarşılıqlı əlaqələri  haqqında  qısa 

məlumat  verilir.  Burada  həmçinin,  bankın  rəqabət  baxımından  üstünlükləri  və  onu 

digər banklardan fərqləndirən xüsusiyyətlər açıqlanır.  Bankın təklif etdiyi  məhsul  və 

xidmətlərin  onun  əsas  rəqiblərinin  təklif  etdikləri  məhsul  və  xidmətlərdən  hansı 

xüsusiyyətlərə görə və necə fərqləndiyi qısa şəkildə şərh edilir. 



II. 

Fəaliyyətin təsviri 

Bu bölmədə şərh olunacaq aşağıdakı əsas məsələlər barədə məlumat verilir: 



A. 

Bankın fəaliyyəti və bazarda tutduğu yeri, o cümlədən məhsul, xidmət və qeyri-

ənənəvi fəaliyyət növləri; 

B. 

Bank  holdinq  şirkətinə  daxil  olduqda,  bu  şirkətin  fəaliyyəti,  onun  təşkilati 

strukturu və ona daxil olan digər şirkətlərin bankla qarşılıqlı əlaqələri; 

C. 

Banka  aidiyyatı  olan  şəxslərlə  və  banka  aidiyyatı  olan  şəxs  adından  hərəkət 

edən şəxslərlə aparılan və ya aparılacaq əməliyyatların həcmi və şərtləri; 

Ç

Bankın hüquqi forması və səhmdarların strukuru, həmçinin törəmə və ya digər 

hüquqi şəxslərə hər hansı investisiya qoyuluşları; 

D. 

Bankın  cari  maliyyə  vəziyyəti  və  resursları  (məsələn;  filial  şəbəkəsi, 

əməkdaşlar,  maliyyə  mənbələri,  müştəri  bazası  və  sair).  Bankın  güclü  və  zəif 

tərəfləri açıqlanmalıdır. Bankın əsas resursları və güclü tərəfləri arasında əlaqə 

göstərilməlidir.  Bankda  müşahidə  olunan  konkret  zəifliklər,  məsələn:  kadr 

çatışmazlığı və ya informasiya sisteminin qeyri-adekvatlığı göstərilməlidir; 



E. 

Bankın  inzibati  binasının  və  filial  şəbəkəsinin  olduğu  və  ya  yerləşəcəyi  yer 

(inzibati binanın olduğu  və  ya  yerləşəcəyi  yerin strateji cəhətdən əsas  müştəri 

bazasına  yaxınlıqda  olması  və  ya  münasib  səviyyədə  ucuz  binanın  əldə  edilə 

bilməsi nəzərə alınmalıdır); 



 

5

 



Ə.  

Bank  fəaliyyətinin  genişlənməsi  (məsələn;  əlavə  filialların,  digər  bölmələrin 

açılması, başqa banklarla birləşməsi və ya başqa bankların alınması). 

III.  Marketinq planı 

Marketinq  planında  bankın  optimal  proqnozlaşdırılmış  gəliri,  müştərlərin  sayı 

və  bazarda  hədəflənən  biznes  istiqamətləri  tam  açıqlanmış  faktiki  sübutlarla 

əsaslandırılır.  Təhlil  ən  son  məlumatlara  əsaslanır  və  marketinq  planında  bu 

məlumatların  mənbələri  göstərilir.  Bu  bölmədə  həmçinin  bank  məhsullarının 

inkişafına  dair  strategiya,  bazarın  təhlili,  iqtisadi  və  rəqabət  səraitinə  əsaslanan 

proqnozlar və proqnozların əsasları göstərilir.  

A. 

Bank  məhsullarının  inkişafina  dair  strategiyada  aşağıdakı  əsas  məsələlər 

şərh olunur: 

1) 

Planlaşdırılan məhsullar. 

Planlaşdırılan  məhsulların  və  xidmətlərin  ümumi  təsviri  verilir.  Bankın  ikinci 

dərəcəli və ya möhtəkirlik əməliyyatları, o cümlədən az təminatlı kreditlərin verilməsi 

planları əks olunur. 



2) 

Məhsul və xidmətlərin təklifi  

Bankın  gələcək  ən  azı  3  il  ərzində  öz  məhsullarının  və  xidmətlərinin 

müştərilərə təklif üsulları və hər bir məhsulun təqdim edilməsi ilə bağlı müddətlər və 

xərclər göstərilir. Məsələn; bank hər il yeni bir filial və ya yeni xidmət məntəqəsi açır 

və  bu  filialın  açılışı  ilə  bağlı  xərclər  50  mln.  manat  təşkil  edir,  bazarda  yeni  növ 

fəaliyyətdə  iştirak  etmək  üçün  banka  yeni  əməkdaşların  işə  qəbul  edilməsi  və  yeni 

avadanlığın alınması üçün 70 mln. manat tələb olunur və sair.  

3) 

İkinci  dərəcəli 

bazarlarda  fəaliyyət, 

(iri  (sindikativ)  kreditlərin 

verilməsində  iştirak  və  kreditlərin  qiymətli  kağızlarla  maliyyələşdirilməsi 

(sekyuritizasiyası))  

Bankın hər hansı ikinci dərəcəli bazarda (ipoteka bazarında) bank fəaliyyəti ilə 

məşğul  olmaq,  sindikativ  kreditlərdə  iştirak  etmək  planı  göstərilir.  Məsələn; 



 

6

kreditlərin  sekyuritizasiyası  planı  göstərilir  və  bu  fəaliyyət  növü  ilə  bağlı  risklərin 



azaldılması üçün hedcinq fəaliyyəti ilə məşğul olmaq planları təsvir edilir.  

4) 

Alınacaq kreditlərin və cəlb ediləcək depozitlərin əsas mənbələri 

Bu  bəndə  alınacaq  kreditlərin  və  cəlb  ediləcək  depozitlərin  əsas  mənbələri  və 

onların  cəlb  edilməsi  üçün  istifadə  olunan  əsas  üsullar  göstərilir.  Məsələn:  bu 

məqsədlə  broker  və  ya  agent  xidmətlərindən  istifadə  olunarsa,  bu  cür  fəaliyyətin 

xarakteri  və  həcmi,  o  cümlədən  brokerlərlə  və  ya  agentlərlə  onlara  ödəniləcək 

məbləğlər  və  komisyon  ödənişlər  və  ya  hər  hansı  digər  formada  ödənişlər  haqqında 

müqavilələr təfsilatı ilə şərh edilir. 

5) 

Funksiyaların kənar podratçılara həvalə edilməsi  

Bankın  öz  tərəfindən  yerinə  yetiriləcək  və  kənar  podratçılara  həvalə  olunacaq 

funksiya  dəqiqləşdirilir.  Üçüncü  şəxsə  həvalə  edilmiş  funksiyaların  yerinə 

yetirilməsinə  və  həmin  şəxslə  bağlanmış  müqaviləyə  əməl  edilməsinə  Müşahidə 

Şurası  tərəfindən  necə  nəzarət  olunacağı  göstərilir.  Məsələn:  bank  İT  şirkətinin 

xidmətlərindən  istifadə  etməyi  qərara  alır.  Bu  plana  İT  şirkətinə  ödənişlər,  onun 

müqaviləyə riayət etməsinə nəzarət, texniki yardım və sair daxil edilir. 

B. 

Bazar seqmentinin təhlilində ən azı aşağıdakı əsas istiqamət üzrə məsələlər 

şərh olunur: 

1) 

Hədəfə alınan bazar seqmentinin təsviri 

Bazarın  seçimi  keçmişdə  müşahidə  olunmuş  meyllərə,  gələcək  proqnozlara, 

xidmət  olunmayan  bazarın  təhlilinə,  bazar  tədqiqatlarına,  digər  bazar  iştirakçıların 

təcrübəsinə  və  sairlərinə  əsaslanır.  Məsələn;  bank  əsas  diqqətini  məzunlara 

yönəltməyi,  yəni  təhsili  davam  etdirmək  üçün  və  ya  ilkin  biznes  fəaliyyətinə 

başlamaq üçün kreditlər verməyi qərara alır. Bu növ bazar seqmentində iştirak etmək 

üçün  faktiki  köməklik  digər  banklar  tərəfindən  bu  növ  müştərilərin  kreditləşməsi 

təcrübəsinin öyrənilməsi ola bilər. 



2) 

Hədəfə  alınan  bazar  seqmentində  əhalinin  demoqrafik  vəziyyətinin 

müzakirəsi 


 

7

Hədəfə  alınan  bazar  seqmentində  əhalinin  demoqrafik  vəziyyəti  müzakirə 



edilir:  məsələn  yaş,  təhsil  və  məşğuliyyət  növü.  Hədəfə  alınan  bazar  seqmentinin 

qiymətləndirməsini  əsaslandırmaq  üçün  təhlilə  demoqrafik,  statistik  və  digər 

məlumatlar daxil edilir. Təhlilə tələb olunan cədvəllər əlavə edilə bilər. 

C. 

İqtisadi  komponentin  təhlilində  əsasən  aşağıdakı  əsas  məsələlər  şərh 

olunur: 

1) 

İqtisadi proqnozun təsviri 

Strateji  planda  ən  azı  3  il  üçün  iqtisadi  proqnoz  təsvir  edilir.  Strateji  planda 

mümkün  olan  maksimum  variantlar  əhatə  edilir  və  iqtisadi  vəziyyətin  mümkün 

pisləşmə  halları  nəzərdən  keçirilir.  Məsələn,  növbəti  ildə  iqtisadi  vəziyyətin 

pisləşməsi  gözlənildiyi  halda,  bank  xərclərini  azaltmaq  məqsədilə  hansı  tədbirlər 

görəcək.  

Bu bölmənin hazırlanmasında bank müxtəlif beynəlxalq maliyyə təşkilatlarının 

və eləcə də Azərbaycan Respublikasının  nazirliklərinin  məlumatlarına(hesabatlarına) 

istinad  edə  bilər.  Bunları  www.economy.gov.az,  www.ifc.org,  www.worldbank.org 

və digər internet saytlarından əldə etmək olar. 

Bundan  əlavə  bankın  inzibatçıları  öz  proqnozlarını  əvvəlki  dövrlərdə  iqtisadi 

fəaliyyətin və göstəricilərin meyllərinə əsaslanaraq tərtib edə bilər. 



2) 

Bankın fəaliyyətinə təsir göstərə bilən hər hansı milli, regional və ya yerli 

iqtisadi amillərin təsviri 

Bankın  fəaliyyətinə  təsir  göstərə  bilən  hər  hansı  milli,  regional  və  ya  yerli 

iqtisadi  amillər  göstərilir.  Bazarda  gözlənilən  dəyişikliklər,  bu  dəyişikliklərin 

səbəbləri və onların banka göstərəcəyi təsir təhlil edilir. 



3) 

Bankın maraq ğöstərdiyi istiqamətlərin cari iqtisadi xüsusiyyətləri 

Hədəfə  alınan  bank  xidmətlərinin,  bazar  seqmentlərinin  cari  iqtisadi 

xüsusiyyətləri əks edilir. Məsələn, ölçüsü, gəlirliyi, coğrafi yerləşmə xüsusiyyətləri və 

sairləri. 




 

8

4) 



İqtisadi  komponentin  təhlilində  bank  tərəfindən  təklif  olunacaq 

məhsullara və xidmətlərə təsir göstərən iqtisadi amillərin təsviri 

Məhsullara  və  xidmətlərə  təsir  göstərə  biləcək  iqtisadi  amillərə  xüsusi  diqqət 

yetirilməlidir.  “Fəaliyyətin  təsviri”  bölməsində  müxtəlif  bazar  seqmentləri  üçün 

müxtəlif  xidmət  növləri  müəyyən  edildikdə  məhsullara  və  xidmətlərə  təsir  göstərə 

biləcək iqtisadi amillərin daha ətraflı təhlilinin aparılması tələb olunur. 

Ç.  

Rəqabətin  təhlilində  əsas  diqqət  hədəfə  alınan  bazar  seqmentində  cari  və 

potensial rəqabət şəraitinin şərhinə yönəldilir 

Bu bölmədə oxşar xüsusiyyətli bankların fəaliyyətini təhlil etmək və müzakirə 

etmək daha məqsədəuyğun sayılır.  

Rəqabətin təhlili aşağıdakı suallara cavab tapmaq üçün həyata keçirilir: 



1) 

Bazar seqmentinin əsas iqtisadi xüsusiyyətləri hansılardır? 

Bazar seqmentinin həcmi; 



Rəqabətin əhatə sahəsi: yerli, regional, milli; 



Bazar  seqmentinin  artım dərəcəsi  və  inkişaf  mərhələsi (məsələn;  ilkin  inkişaf, 

sürətli  inkişaf  və  yüksəliş,  ilkin  yetkinlik,  yetkinliyin  son  dövrləri,  durğunluq 

və köhnəlmə, pisləşmə və tənəzzül); 



Rəqiblərin sayı və onların bazarın həcmində nisbi payı (məsələn; hər hansı bir 

sahədə  çoxlu  sayda  kiçik  banklar  üstünlük  təşkil  edir  və  ya  orada  bir  neçə  iri 

bank cəmləşmişdir və onlar üstünlük təşkil edir). 



2) 

Rəqiblər kimlərdir və onlar nə dərəcədə güclüdür?  

Banklar  arasında  rəqabət  (məsələn;  kreditlərdəki,  depozitlərdəki  xüsusi  çəkisi 

və s.);  

Bir  maliyyə  təşkilatının  rəqib  tərəfin  müştərisini  (müştərilərini)  cəlb  etmək 

üçün bazardakı cəhdləri; 

Yeni rəqiblərin yaranması potensialı; 



Depozitorlar  və  kreditorlar  (irəlidə-təchizatçılar)  tərəfindən  tətbiq  edilə  bilən 

təsir vasitələri. Məsələn: bank təchizatçılarının güclü və ya zəif olması təchizat 



 

9

sahəsinin  (bazarın)  bazar  şəraitindən  və  onların  təchiz  etdiyi  vəsaitin 



zərurətindən  asılıdır.  Təchizatçılar  elə  şəxslər,  şirkətlər  və  banklardır  ki, 

(Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  daxil  olmaqla),  onlar  bankları 

depozit və  kreditlərlə təmin edirlər. Hazırkı  dövrdə təchizatçıların  banka təsiri 

azdır,  çünki  təhcizat  sahəsindən  (bazardan)  vəsaitlərin  əldə  edilməsi  nisbətən 

asandır) və;

 

Bank  məhsullarının  alıcısı  tərəfindən  tətbiq  edilə  bilən  təsir.  Məsələn,  bank 

məhsullarının  alıcıları  və  ya  müştərilər  bir  çox  hallarda  təsirli  vasitələrə 

malikdirlər.  Ən  aydın  nümunə  isə  iri  müştərilərin  olması  və  onların  bank 

məhsullarının  əhəmiyyətli  hissəsini  almasıdır.  Müştərilər  nə  qədər  iri  olarsa, 

onların bankla sövdələşməsində təsiri bir o qədər yüksək olur. 

3) 

Bank  sektorunda  dəyişikliklərə  təkan  verən  amillər  hansılardır  və  bu 

amillərin təsir imkanları ? 

Bank  sektorunda  dəyişikliklərə  səbəb  olan  və  ya  təsir  edən    xüsusi  amilləri 

müəyyən  etmək  üçün  ciddi  təhlil  aparmaq  tələb  olunur.  Sektorda  ən  üstün  qüvvələr 

aparıcı qüvvələr hesab olunur. Bu qüvvələr sektorda və rəqabət şərtlərində hər hansı 

bir növ dəyişikliklərin baş verəcəyinə ən çox təsir göstərir. Aparıcı qüvvələrin təhlili 

iki mərhələdə aparılır: 



a) 

aparıcı qüvvələrin müəyyən edilməsi; 



b) 

onların sektora göstərəcəkləri təsirin qiymətləndirilməsi.  

Aparıcı qüvvələr aşağıdakılara əsasən müəyyən oluna bilər:  

yeni  məhsulun  təqdim  edilməsi  (yeni  məhsulun  təqdim  edilməsi  sektorun 

müştəri bazasını genişləndirə bilər); 

texnoloji inkişaf (texnologiyanın inkişafı sektoru mühüm dərəcədə dəyişə bilər, 

aşağı  maya  dəyəri  ilə  yeni  və/və  ya  daha  da  təkmilləşdirilmiş  məhsulların 

istehsalına imkan yarada bilər və sektor üçün yeni imkanlar aça bilər);  




 

10

iri bankların bazara daxil olması və bazardan çıxması (əvvəllər yerli bankların 

üstünlük  təşkil  etdiyi  bazara  xarici  bankların  daxil  olması  demək  olar  ki,  hər 

zaman rəqabət şərtlərini dəyişdirir).     

4) 

Hansı banklar ən güclü və ya zəif mövqeləri tutur?  

Bankların  rəqabət  üstünlüyünü  təhlil  etməkdə  məqsəd  rəqib  bankların  bazar 

mövqeyinin öyrənilməsidir. Bunun üçün oxşar bankların (məsələn; aktivlərin həcminə 

görə) göstəricilərinin müqayisə edilməsi üsulundan istifadə edilə bilər.  



5) 

Rəqiblərdən növbəti olaraq kim və hansı addımı atacaqdır? 

Bankın  ən  yaxın  rəqiblərinin  hərəkətlərinin,  tədbirlərinin  və  fəaliyyətlərinin 

öyrənilməsi  xüsusi  əhəmiyyət  kəsb  edir.  Bank  rəqiblərinin  fəaliyyətini  hərtərəfli  və 

yaxından  öyrənmədən  və  onların  növbəti  dəfə  hansı  addımı  atacağını  qabaqcadan 

müəyyən  etmədən  rəqiblərini  qabaqlaya  bilməz.  Rəqiblərin  istifadə  etdikləri 

strategiya  və  görəcəyi  tədbirlər  bankın  öz  strateji  tədbirlərinə  birbaşa  təsir  göstərən 

amillər  kimi  qiymətləndirməlidir.  Bu  məlumatların  yığılması  prosedurları 

göstərilməlidir. 



6) 

Uğurlu rəqabətin əsas amilləri hansılardır?

 

Məhsulun yeniləşdirilməsi bacarığı; 

Aşağı maya dəyəri ilə məhsul istehsalı;  



Yüksək əmək məhsuldarlığı; 



Güclü filial şəbəkəsi;  



Yüksək keyfiyyətli informasiya sistemləri; 



Ofislərin münasib yerlərdə yerləşməsi və;  



Nəzakətli və müştərilərlə xoş rəftar edən işçilər; 



Bankın məhsulları haqqında müştərilərin məlumatlandırılması.  



7) 

Mənfəətliliyin  orta  göstəricidən  yüksək  olması  nöqteyi-nəzərindən  sektor 

nə dərəcədə cəlbedicidir? 

Rəqabət  təhlilinin  son  mərhələsi  ümumilikdə  sektorda  vəziyyətin  təhlil 

edilməsi  və  sektorun  həm  uzun  müddət,  həm  də  qısa  müddət  baxımından  nisbi 



 

11

cəlbedici  olub-olmamasından  əsaslandırılmış  nəticələrin  çıxarılmasıdır.  Əgər  sektor 



və  rəqabət  vəziyyəti  nisbi  qeyri-cəlbedici  qiymətləndirilirsə,  sektorun  uğurlu 

iştirakçıları  uzun  müddətli  rəqabətlik  qabiliyyətini  və  mənfəətliyini  qorumaq  üçün 

yollar  axtaracaq,  daha  ehtiyatlı  investisiyalar  edəcək  və  münasib  qiymətə  kiçik 

bankları  almağa  cəhd  edəcəklər.  Daha  zəif  banklar  isə  sektoru  tərk  edəcək  və  ya 

rəqiblə  birləşmək  və  ya  ona  qoşulmaq  məcburiyyətində  qalacaqlar.  Güclü  banklar 

daha cəlbedici və maraqlı fəaliyyət növünə keçmək şansı qazanmış olurlar.  

Fəaliyyətin  uğurlu  olması  barədə  nəticə  çıxararkən  bankın  rəhbərliyi 

aşağıdakıları nəzərə almalıdır: 



sektorun artım potensialını; 



üstünlük  təşkil  edən  aparıcı  qüvvələrin  sektora  əlverişli  və  ya  əlverişsiz  təsir 

göstərməsini; 

iri bankların bazara daxili olmasını və ya bazardan çıxması perspektivlərini; 



tələbin  sabitliyini  (məsələn;  fəsli,  biznes  dövrünü,  müştərilərin  istəklərinin 

dəyişkənliyini və s. təsiri nəzərə alınmalıdır); 

rəqiblərin güclənməsini və ya zəifləməsini; 



sektorun gələcəyi ilə bağlı riski və ya qeyri-müəyyənliyi. 



IV.  İdarəetmə planları. Müşahidə Şurası və İdarə Heyəti  

A. 

Əsas səhmdarlar, Müşahidə Şurası və İdarə Heyəti üzvləri haqqında 

məlumat 

Bankın  mühüm  iştirak  payının  sahibi  olan  səhmdarları,  Müşahidə  Şurası  və 

İdarə Heyəti üzvlərinin sayı və onlar haqqında məlumat əks etdirilir. Bununla yanaşı, 

bankın  komitələrinin  siyahısı,  hər  bir  komitənin  funksiyası  və  komitə  üzvlərinin 

peşəkar təcrübəsi və təhsili haqqında məlumat verilir. 

B. 

Təşkilati Struktur 

Bankın  təşkilati  strukturu  təsvir  edilir  və  bu  strukturlardakı  əməkdaşların  sayı 

göstərilir.  Məsul  vəzifəli  işçilərin  vəzifə  və  məsuliyyətləri  ilə  yanaşı  yaradılmış  və 



 

12

gələcəkdə  yaradılması  nəzərdə  tutulan  komitə  və  ya  komitələr  haqqında  məlumatlar 



əks olunur.  

C. 

Rəhbərliyin əvəz edilməsi və insan resurslarının inkişafı 

Rəhbərliyin  təlim  proqramları  və  ya  digər  mövcud  resurslar  nəzərə  alınmaqla 

rəhbər  işçilərin  bir  birinin  əvəz  edilməsi  prosedurları,  habelə  əməkdaşların 

təkmilləşdirilməsi üzrə bankın planı və onların qiymətləndirilməsi üsulları göstərilir. 



V. 

Mühasibat uçotu haqqında məlumat, uçot sistemləri və daxili 

nəzarət 

Siyasətin işlənib hazırlanması, planlaşdırma və kadrların idarə edilməsi bankın 

səmərəli  fəaliyyəti  üçün  yetərli  deyildir.  Bank  öz  fəaliyyətinin  sağlam  idarəçiliyini 

təmin etmək  məqsədilə  həmçinin adekvat  daxili nəzarət  sisteminin təşkilini  və onun 

səmərəliliyini təmin etməlidir.  

Müşahidə  Şurası  öz  vəzifələrinin  icrasını  müvafiq  komitələrə  tapşıra  bilər, 

lakin  bankın  sağlam  və  təhlükəsiz  mühitdə  fəaliyyət  göstərməsi  nöqteyi-nəzərdən 

Müşahidə  Şurası  öz  məsuliyyətini  digərlərinin  üzərinə  qoya  bilməz.  Bu  səbəbdən 

bankın  Müşahidə  Şurası  bank  əməkdaşlarının  fəaliyyətini  diqqətdə  saxlamaq 

məqsədilə nəzarət sistemlərini yaradır.  

Bankın nəzarət sistemi aşağıdakıları özündə əks etdirir: 

a) 

audit prosedurlarını; 



b) 

daxili nəzarət prosedurlarını; 



c) 

aktivlərin keyfiyyətinin təhlilini; 



ç) 

riskin idarə edilməsini; 



d) 

qaydalara riayət edilməsinə nəzarət prosedurlarını. 

Müşahidə  Şurası  bankın  fəaliyyətinin  idarə  edilməsi  və  ona  nəzarət  üçün 

müxtəlif  üsullardan  istifadə  edə  bilər.  Lakin  mükəmməl  olmasından  asılı  olmayaraq 

hər  hansı  bir  sistem  vaxtaşırı  nəzərdən  keçirilməzsə  əhəmiyyətini  itirə  bilər.  Qəbul 

olunan qaydaların  lazımi  səviyyədə  izah  edilməsini  və  yerinə  yetirilməsini,  şərtlərdə 




 

13

edilən  dəyişikliklərin  və  təshih  tədbirlərinin  həyata  keçirilməsini  müəyyən  etmək 



üçün  bütün  nəzarət  sistemləri  daim  təhlil  edilməli  və  nəzərdən  keçirilməlidir.  Bu, 

bankın gündəlik əməliyyatlarını icra edən əməkdaşların öz vəzifələrindən sui-istifadə 

etməsi yollarının qarşısını almaq vasitəsidir.  

A. 

Audit prosedurları     

Bank  rəhbərliyinin  və  işçilərin  öz  səlahiyyətlərini  lazımi  səviyyədə  yerinə 

yetirməsini  təmin  etmək  məqsədilə  bankda  daxili  audit  prosedurları  tətbiq 

olunmalıdır.  Audit  prosedurları  rəhbərliyə  daxili  qayda  və  nəzarət  sistemlərinin 

adekvat  olması  və  onlara  riayət  edilməsi  haqqında  məlumatın  verilməsini  nəzərdə 

tutmalıdır.  Aşkar  olunmuş  çatışmazlıqların  aradan  qaldırılmasında  İdarə  Heyətinin 

gördüyü  işlər  audit  hesabatlarında  əks  olunur  və  onun  Müşahidə  Şurasına  təqdim 

edilməsi nəzərdə  tutulur.  Göstərilənlər sənəddə  öz  həllini tapmazsa  audit xidmətinin 

əhəmiyyəti itirilmiş olur. 

Müşahidə  Şurası  və  Audit  Komitəsi  daxili  və  kənar  auditorların  seçiminə, 

qiymətləndirilməsinə,  habelə  daxili  auditorların  mükafatlandırılmasına  nəzarət  edir. 

Auditorların  səriştəsi  vaxtaşırı  qiymətləndirilir.  Auditor  rəyinin  əhəmiyyəti  onların 

peşəkarlığından  və  baçarığından  asılıdır.  Audit  xidmətinin  əldə  etdiyi  məlumatlar 

haqqında  hesabat  verməsi  üçün  Müşahidə  Şurası  ilə  görüşlər  keçirməsi  nəzərdə 

tutulur.  Rəhbərliyin  ildə ən azı  bir  dəfə audit  qaydalarının adekvatlığını, auditə  cəlb 

olunmuş  əməkdaşların  peşəkarlığı  və  auditin  əhatə  sahəsini  nəzərdən  keçirməsi 

müəyyən olunmalıdır.  

B. 

Daxili nəzarət prosedurları 

Daxili  nəzarət  prosedurları  nəzarət  sisteminin  bir  hissəsini  təşkil  edir.  Daxili 

nəzarətə aid metodlar aşağıdakıları təmin etmək üçün nəzərdə tutulur: 

Risklərin idarə edilməsinin tətbiqi və prosedurların səmərəliliyini;  



Aktivlərin qorunmasını; 



Maliyyə və əməliyyat uçotunun bütövlüyünü; 



Əməliyyat səmərəliliyinin inkişaf etdirilməsini; 




 

14

Daxili  qaydalara,  AR  Qanunlarına  və  digər  normativ  hüquqi  aktlara  riayət 

edilməsi. 

 

C. 

Aktivlərin keyfiyyətinin təhlili 

Aktivlərin  keyfiyyətinə  nəzarət  (kreditlərə  nəzarət  daxil  olmaqla)  bankın 

aktivlərinin  qiymətləndirilməsi  üsuludur.  Onların  dəyəri  bankın  maliyyə  vəziyyətinə 

uzun  müddətli  təsir  göstərir.  Təhlilə  problemli  aktivlərin  qiymətləndirilməsi  və 

kreditləşdirmə  prosesində  zəifliklərin  müəyyən  edilməsi  daxildir.  Effektiv  sistemə 

müstəqil  təhlil  və  əməkdaşlar  tərəfindən  kreditlərin  təsnifləşdirilməsi  də  daxildir. 

Sənəddə aktivlərin keyfiyyətinin təhlili haqqında nəticələrin Müşahidə Şurasına və ya 

müvafiq komitələrə təqdim olunması nəzərdə tutulmalıdır.  



Ç. 

Risklərin idarə edilməsi 

Risklərin  idarə  edilməsinə  risklərin  müəyyənləşdirilməsi,  qiymətləndirilməsi, 

onlar üzrə hesabatın hazırlanması və nəzarət daxildir. Əhatə ediləcək faktorlara kredit 

riski, faiz riski, əməliyyat riski və balansdankənar fəaliyyətlə bağlı risk daxil ola bilər.  



D. 

Qaydalara riayət edilməsinə nəzarət 

Qaydalara riayət edilməsinə nəzarət daxili qaydalara, müvafiq normativ hüquqi 

aktlara  riayət  edilməsinə  yardım  edilməsi,  ona  nəzarət  və  onun  qiymətləndirilməsi 

sistemini  əhatə  etməlidir.  Qaydalara  riayət  edilməsinə  nəzarət  rəhbərliyin  əsas 

funksiyalarından  biri  olmalıdır.  Əməkdaşların  qaydalarla  tanış  olması  üçün  bank 

rəhbərliyi tərəfindən müvafiq prosedurlar yaradılmalıdır. 



VI.  İdarəedici informasiya sistemi (İİS) 

Bankların  səmərəli  idarə  olunması  üçün  geniş  informasiya  bazasının 

mövcudluğu  tələb  olunur.  Tam,  mötəbər  və  vaxtında  informasiya  bankın  idarə 

edilməsində  mürəkkəb  məsələlərin  həlli  və  bank  xidmətlərinin  təklifi  üçün  olduqca 

vacibdir  (Bank  fəaliyyətinin  mürəkkəbliyi  müvafiq  qərarların  qəbul  edilməsi  üçün 

lazım olan  məlumatın  yüksək  keyfiyyətə  və  böyük həcmə  malik  olmasını  tələb edir. 

Informasiya  texnologiyalarında  baş  verən  irəliləyişlər  banklar  üçün  məlumatın  əldə 



 

15

edilməsinə,  planlaşdırılmasına,  qərarların  qəbul  edilməsinə  və  təhlil  aparmaq  üçün 



istifadə  edilməsinə  yardım  edir.  İİS  mümkün  olan  mənbələrdən  əhəmiyyətli 

məlumatlar  toplayır.  İİS  adətən  xüsusi  məqsədli  informasiya  sistemlərindən 

ibarətdir.). 

İİS məlumatın növləri və istifadə məqsədləri üzrə aşağıdakı kimi fərqləndirilir: 



1) 

Korporativ  planlaşdırma  üçün  -  rəhbərliyin  uzunmüddətli  planlara  və 

məqsədlərə  nail  olması,  resursların  yerləşdirilməsi  və  proqramların 

qiymətləndirilməsi üçün tələb olunur; 



2) 

Rəhbərliyin  nəzarəti  üçün  -  bankın  idarəetmə  orqanlarını  bankın  maliyyə 

vəziyyəti və fəaliyyətin keyfiyyətinə nəzarət haqqında məlumatla təmin edir; 

3) 

Əməlyyat nəzarəti üçün  - əməliyyat  büdcəsinin,  iş  cədvəllərinin  və  resursların 

əldə edilməsi və istifadə olunmasına dair planların bölmə rəhbərləri tərəfindən 

tərtib və təhlil edilməsi üçün tələb olunur.    

Bank  informasiyalarının  yığılmasının  və  saxlanılmasının  həyata  keçirilməsi, 

onun  təyinatı  üzrə  operativ  və  dəqiq  ötürülməsi,  göstəricilərin  təhlil  edilməsi 

informasiya sisteminin vəziyyətindən asılıdır. 

Bankların  informasiyalara  və  informasiya  sisteminə  olan  tələbatı  daimi  artan 

proses olduğundan bu tələblərin həyata keçirilməsi məqsədilə informasiya sisteminin 

inkişafı tədbirləri göstərilməlidir.  

Bundan əlavə, İİS-ə fərdi halda statistik məlumat şəklində digər qeyri-maliyyə 

məlumatları  da  daxil  ola  bilər.  Bunlara  iqtisadi  vəziyyət,  bazar  xüsusiyyətləri, 

texnologiya,  nəzarət  orqanlarının  tələbləri  haqqında  məlumat  aid  oluna  bilər.  İİS-in 

səmərəliliyi  yüksək  keyfiyyəti,  kəmiyyət  göstəriciləri  və  məlumat  verməsi 

baxımından  qiymətləndirilir.  Bu  göstəricilərə  informasiya  tələblərinin  təhlili  və 

sistemin quruluşu təsir göstərir. Müşahidə Şurası və İdarə Heyəti tərəfindən bankların 

fəaliyyətinə səmərəli nəzarət və vaxtında qərarların qəbul edilməsi üçün əldə olunan 

məlumatın davamlı şəkildə təqdim olunması tələb edilir. Buna yalnız başa düşülən və 




 

16

bankların  fərdi  tələblərinə  uyğun  şəkildə  hazırlanmış  İİS  vasitəsilə  nail  olmaq 



mümkündür. Bu məqsədlə bu bölmədə aşağıdakılar açıqlanmalıdır: 

A. 

Bankın  cari  və/və  ya  təklif  edilmiş  mühasibat  uçotu  və  daxili  nəzarət 

sistemlərini təsvir edən və hər hansı elektron iş (məlumat emal edən) sistemləri 

barədə məlumat verilməlidir;  



B. 

Rəhbərliyin  təklif  etdiyi  daxili  auditin  təsviri  verilir.  Burada  daxili  audit 

xidmətinin  müstəqilliyi,  auditin  əhatə  etdiyi  sahə  və  audit  yoxlamalarının 

təkrarlanması  tezliyi  müəyyən  edilməlidir.  Audit  xidmətinin  əməkdaşlarının 

təhsili və təcrübəsi haqqında məlumat verilməlidir;  

C. 

Rəhbərliyin  daxili  qayda  və  prosedurlara  riayət  olunmasına  nəzarət 

prosedurları,  nəzarətin  bölgüsü,  əhatə  sahəsi  və  onunla  əlaqəli  əməkdaşların 

səriştəsi əks olunmalıdır;  



Ç. 

Bankın  müştərilərinin  narazlılıqlarına  necə  cavab  verməsi  məsələləri  qeyd 

edilməlidir. İllik auditin keçirilməsi planları şərh edilməlidir; 

D. 

Bankın  əməkdaşları  və  ya  bankdan  kənar  şəxslər  tərəfindən  icra  oluna  bilən 

funksiyalar göstərilməlidir.  

VII.  Мaliyyə idarəetmə planı 

Strateji planın “Maliyyə idarəetmə planı” bölməsində aşağıdakı məsələlər şərh 

olunur: 

A. 

Kapital və Gəlirlər 

1) 

Kapitalın artımına dair proqnozlar və ona nail olmaq üçün tədbirlər; 



2) 

Nizamnamə kapitalının tələblərinə riayət edilməsi üçün onun artırılması planı;  



3) 

Daxili  və  xarici  risklər,  planlaşdırılmış  əməliyyat  və  maliyyə  fərziyyələri, 

filiallar, texnologiya, təşkilati  və əməliyyat xərcləri nəzərə alınmaqla  kapitalın 

adekvatlığının  təmin  edilməsi  planları.  Balandankənar əməliyyatların  kapitalın 

artırılmasına təsiri; 



 

17

4) 

Bank  aktivlərinin  gəlirlik  hədəfləri,  xalis  faiz  marjası  və  digər  mənfəətlik 

göstəriciləri və bu məqsədlərə nail olmaq üçün strategiya;  



5) 

Bankın  kapitalının  artırılması  ilə  əlaqədar  holdinq  şirkətinin  istiqrazları  üzrə 

ödənilən faizlər; 

6) 

Bankın dividend siyasəti. 



B. 

Likvidlik və vəsaitlərin idarə edilməsi 

1) 

Bankın likvidlik riskini müəyyən etmək və ölçmək qabiliyyəti;  



2) 

Maliyyələşdirmə mənbələri (depozitlər, borclar) daxil olmaqla bankın likvidlik 

riskinin yoxlanması və ona nəzarət edilməsi planı;  

 

3) 

Hər bir maliyyə qurumundan və ya digər mənbələrdən vəsaitlərin borc alınması 

planı  (vəsaitlərin  məbləği,  faiz  dərəcəsi,  ödəniş  müddəti,  məqsədi,  tərkibi  və 

təminatı); 

4) 

Bankın investisiya qiymətli kağızlar ilə əməlıyyat aparması planı. 



C. 

Bazar riskinə həssaslıq 

1) 

Bankın faiz dərəcəsi üzrə siyasəti və faiz dərəcəsi riskinə olan davamlığı;  



2) 

Bankın faiz dərəcəsi riskini müəyyən etmək və ölçmək qabiliyyəti; 



3) 

Aktiv  və  öhdəliklər  portfelinin  faiz  dərəcəsi  riskinə  həssaslığı,  faiz  dərəcəsi 

riskinə nəzarət etmək üçün risk limitləri; 

4) 

Hedcinq fəaliyyəti üçün nəzərdə tutulan planlar (məsələn; fyuçerslər, opsionlar, 

faiz dərəcəsi svopları).  

Ç.  

Kredit riski 

1) 

Bankın kredit riskini müəyyən etmək və ölçmək qabiliyyəti; 



2) 

Kredit  təhlili  proqramının  müstəqilliyi,  əhatə  sahəsi  və  bu  prosedurları  həyata 

keçirən şəxslərin təcrübəsi;  

3) 

Mümkün  kredit  və  lizinq  itkilərinin  örtülməsi  üçün  ehtiyatların  yaradılması 

metodologiyası və prosedurları. 

D. 

Borcalmalar 



 

18

1) 

Maliyyə  və  kredit  qurumlarından  və  ya  digər  mənbələrdən  vəsaitlərin  borc 

alınması  planı  (məsələn;  vəsaitlərin  məbləği,  faiz  dərəcəsi,  ödəniş  müddəti, 

məqsədi, tərkibi və təminatı); 

2) 

Bankın  kapitalının  artırılması  ilə  əlaqədar  holdinq  şirkətinin  istiqrazları  üzrə 

faizlərin ödənilməsi üçün öhdəliklər. 

VIII. Strateji planın təkmilləşdirilməsi və monitorinqi 

A. 

Müşahidə Şurası və İdarə Heyəti tərəfindən strateji-plana nəzarətin nə dərəcədə 

riayət olunması göstərilir;  

B. 

Əhəmiyyətli iqtisadi dəyişikliklərə uyğunlaşdırmaq məqsədilə Müşahidə Şurası 

və  İdarə  Heyəti  tərəfindən  strateji  plana  ediləcək  düzəliş  və  təkmilləşdirmə 

işləri şərh edilir.  



IX.  Maliyyə planlaşdırması 

A. 

İlin əvvəlinə olan maliyyə proqnozları və ən azı 3 illik əməliyyatları əhatə edən 

göstəricilər  planlaşdırılır.  Bank  illik  göstəriciləri  rüblər  üzrə  bölür.  Maliyyə 

hesabatlarındakı proqnozlaşdırılan göstəricilərin faktiki göstəricilərlə müqayisə 

edilə  bilməsi  üçün  onlar  oxşar  adla  verilməlidir  (tutuşdurulan  olmalıdır). 

Maliyyə proqnozlarına aşağıdakı hesabatlar daxil edilir: 



Proqnozlaşdırılmış balans hesabatı; 



Mənfəət və zərərlər haqqında proqnozlaşdırılmış hesabat; 



Pul vəsaitlərinin hərəkəti haqqında proqnozlaşdırılmış hesabat ; 



Səhmdarların kapitalı haqqında proqnozlaşdırılmış hesabat.  

Maliyyə hesabatları iki formada təqdim olunur: 1) mütləq məbləğlərdə; 2) cəmi 

aktivlərin xüsusi çəkisinə nisbətdə. 



1) 

Proqnozlaşdırılmış  hesabatların  hazırlanmasında  istifadə  olunan  fərziyyələrdə 

hər bir faiz gəliri gətirən aktiv və faiz xərci olan öhdəlik üçün fərz olunan faiz 

dərəcəsinin  dəyişmə  ssenarisi  təfsilatı  ilə  təsvir  edilir.  Həmçinin  bankın  filial 




 

19

(şöbə)  artımı  və  balansdankənar  əməliyyatları  nəzərə  alınmaqla,  kapital 



artımını sübut edən dəlillər təqdim edilir;  

2) 

Qeyri-faiz  gəlirləri  və  xərcləri  üçün  istifadə  edilən  fərziyyələr  əsaslandırılır. 

Sistemlərin, alətlərin, mebel  və avadanlıqların yenilənməsi  ilə əlaqədar xərclər 

ğöstərilir; 



3) 

Hər yeni  məhsul  və xidmətin təqdim olunması  ilə  əlaqədar ilkin  xərclər, onun 

həcmi, gözlənilən mənfəət və müəyyən olunmuş vaxt çərçivəsi təsvir edilir; 

4) 

Mümkün  kredit  və  lizinq  itkilərinin  ödənilməsi  üçün  ehtiyatların  yaradılması 

metodologiyası təsvir edilir.  

B. 

Bankın nəzərdə tutulmuş inkişafı üçün marketinq nəzəriyyəsi və təhlilinin necə  

tətbiqedilməsi göstərilir. 

C. 

Kredit  və  depozit  məhsulları  bazarında  proqnozlaşdırılmış  iştirak  payını  əldə 

etmək  üçün  tələb  olunan  marketinq  xərcləri  göstərilir.  Fərziyyələr  digər 

bankların xərcləri ilə uyğun olmalıdır.  



Ç. 

Maliyyə planlaşdırmasının həssaslıq təhlili tərtib edilir.  Həssalıq təhlili strateji 

planda  və  bundan  irəli  gələn  maliyyə  proqnozlarında  tətbiq  edilən  başlıca 

fərziyyələrin  həqiqi  stress-testini  əhatə  edir  (Məsələn;  faiz  dərəcəsi 

dəyişməsinin  mənfi  təsirini,  aktiv  və  passivlərdəki  dəyişiklikləri,  gözlənilən 

səviyyədən  artıq  olan  əməliyyat  xərclərini  və  marketinq  xərclərini  ödəmək 

üçün maliyyə rəqəmləri müvafiq şəkildə uyğunlaşdırılmalıdır).    

 

 



 

  

  

 

 



 


 

20

X. 



Maliyyə hesabatları 

Cədvəl I. Mənfəət və zərərlər haqqında hesabat 

                                                             (mln.manatla) 



 

 

1-ci il 

2-ci il 

3-cü il 

Faiz gəliri 





Müştərilərə verilmiş kreditlər üzrə faizlər 

 

 

Azərbaycan Mərkəzi Bankına və kredit təşkilatlarına olan tələblər üzrə 



faizlər 

 

 



Qiymətli kağızlar üzrə faizlər    

 

 



 

Maliyyə lizinqi  

 

 

 



Digər faiz gəlirləri 

 

 



 

Faiz gəlirinin cəmi  

 

 

 

Faiz xərcləri 





Depozitlər üzrə faizlər  



 

 

 



Azərbaycan Mərkəzi Bankından alınmış kreditlər üzrə faizlər 

 

 



Kredit təşkilatlarından alınmış kreditlər üzrə faizlər 

 

 



Qiymətli kağızlar üzrə faizlər  

 

 



 

 

Digər faiz xərcləri  

 

 

 

Faiz xərclərin cəmi  

 

 

 

Xalis faiz gəliri (zərər)  

 

 

 

Qeyri-faiz gəliri 





Komisyon haqları  

 

 

 



Digər hüquqi şəxslərin kapitalında iştirakdan və investisiyalardan gəlir  

 

 



 

Digər əməliyyat və qeyri-faiz gəlirləri  

 

 

 




 

21

Qeyri-faiz gəlirinin cəmi  



 

 

 



Qeyri-faiz xərcləri  





Əmək haqqı və müavinətlər  

 

 

 



Əsas vəsaitlərlə bağlı xərclər  

 

 



 

Digər əməliyyat və qeyri-faiz xərcləri 

 

 

Qeyri-faiz xərclərinin cəmi  



 

 

 

Xalis qeyri-faiz gəliri (zərər)  

 

 

Xalis mənfəət (zərər) 

 

 

İtkilər üzrə ehtiyatlara ayırmalar (xərclər) 



 

 

Bank fəaliyyəti ilə bağlı olmayan qeyri-adi gəlirlər (xərclər)  

 

 

Vergilərdən və bank fəaliyyəti ilə bağlı gözlənilməyən gəlirlər 



(xərclərdən) əvvəl xalis mənfəət (zərər)  

 

 

 

 

Vergilər  

 

 

 



Vergilərdən sonra xalis mənfəət (zərər) 

 

 

Gözlənilməyən gəlirlər (xərclər) 

 

 

 



Dövr üçün xalis mənfəət (zərər) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

22

Cədvəl II. Balans 

(mln.manatla) 

 

1-ci il

 

2-ci il 

3-cü il 

AKTIVLƏR 

 

 

 

Nağd pul  

 

 

 



 

Azərbaycan Mərkəzi Bankına qarşı tələblər  

 

 

 



Kredit təşkilatlarına qarşı tələblər  

 

 



 

Qiymətli kağızlar və investisiyalar  

 

 

 



Müştərilərə verilmiş ümumi kreditlər və lizinqlər  

 

 



 

 

Kredit itkiləri üzrə çıxılmış ehtiyatlar 



 

 

Müştərilərə verilmiş xalis kreditlər və lizinglər 



 

 

 



Əsas vəsaitlər (amortizasiya çıxılmaqla) 

 

 



 

Hesablanmış alınacaq faizlər  

 

 

 



Qeyri-maddi aktivlər (amortizasiya çıxılmaqla) 

 

 



Digər aktivlər  

 

 



 

Aktivlərin cəmi 

 

 

 

 

 

 

 

ÖHDƏLIKLƏR 

 

 

 

Azərbaycan  Mərkəzi Bankının tələbləri  

 

 

 



Kredit təşkilatların tələbləri  

 

 



 

Tələb olunanadək depozitlər 

 

 

 



Müddətli depozitlər 

 

 



 

Digər borc götürülmüş vəsaitlər 

 

 

 




 

23

Hesablanmış ödəniləcək faizlər  



 

 

 



Subordinasiya olunmuş borclar  

 

 



 

Digər öhdəliklər  

 

 

 



 

Öhdəliklərin cəmi  

 

 

 

KAPITAL 

 

 

 

Adi səhmlər  



 

 

 



İmtiyazlı səhmlər  

 

 



 

Səhmlərin buraxılışından əldə edilmiş əlavə vəsaitlər 

 

 

Aktivlərin yeindən qiymətləndirilməsi  



 

 

 



Bölüşdürülməmiş mənfəət  

 

 



 

İlin əvvəlindən cari tarixədək mənfəət  

 

 

 



Kapitalın cəmi  

 

 

 

 

 

 

 

Öhdəliklər və kapitalın cəmi  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

24

Cədvəl III. Nağd pul axınları haqqında hesabat 



 (mln.manatla) 

 

1-ci il 

2-ci il 

3-cü il 

Əməliyyat fəaliyyətindən nağd pul axını 

 

 

Alınmış (ödənilmiş) xalis faizlər və komisyon haqqlar 

 

 

Alınmış dividendlər  



 

 

 



Dilinq əməliyyatlarından gəlir (zərər) 

 

 



 

Xarici valyuta əməliyyatlarından gəlir (zərər) 

 

 

Digər əməliyyatlardan daxilolmalar  



 

 

 



Digər əməliyyatlar üzrə ödəmələr  

 

 



 

Əmək haqqı və müavinətlər  

 

 

 



İnzibati xərclər  

 

 



 

Əməliyyat aktivlərində artım (azalma) 

 

 

Azərbaycan Mərkəzi Bankında məcburi ehtiyatlar 



 

 

Kredit təşkilatlarına qarşı tələblər  

 

 

 



Müştərilərə verilmiş kreditlər  

 

 



 

Digər aktivlər 

 

 

 



Əməliyyat ödəliklərində artım (azalma) 

 

 

 

Azərbaycan Mərkəzi Bankının və kredit təşkilatların tələbləri 



 

 

Müştərilərin tələblari 



 

 

 



Digər öhdəliklər 

 

 



 

Mənfəət  vergisindən  əvvəl  əməliyyat  fəaliyyətindən  gələn  xalis 

nağd pul axını 

 

 

 

Ödənilmiş mənfəət vergisi  

 

 

 




 

25

Əməliyyat fəaliyyətindən xalis nağd pul axını 



 

 

İnvestisiya fəaliyyətindən xalis nağd pul axını 

 

 

Satılmış (alınmış) xalis qiymətli kağızlar 

 

 

Satılmış (alınmış) səhmlər 



 

 

 



Satılmış (alınmış) əsas vəsaitlər  

 

 



 

Satılmış (alınmış) qeyri-maddi aktivlər 

 

 

İnvestisiya fəaliyyətindən xalis nağd pul axını 



 

 

Maliyyələşdirmə fəaliyyətindən xalis nağd pul axını 

 

 

Ödənilmiş dividendlər  

 

 

 



Buraxılmış (qeri alınmış) depozit sertifikatları 

 

 



Buraxılmış borc öhdəlikləri  

 

 



 

Maliyyələşdirmə fəaliyyətindən xalis nağd pul axını 

 

 

Nağd pulda və nağd pul ekvivalentlərində azalma/artım 

 

 

İlin əvvəlinə nağd pul və nağd pul ekvivalentləri 

 

 

İlin sonuna nağd pul və nağd pul ekvivalentləri 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

26

Cədvəl IV. Səhmdarların iştirak payı barədə hesabat 

(mln.manatla) 

 

İmtiyazlı 

səhmlər 

Adi 

səhmlər 

Səhmlərin 

buraxılışın

dan əldə 

edilmiş 

əlavə 

vəsaitlər  

Bölüşdürül-

məmiş 

mənfəət  

Cəmi 

Balans, 31 dekabr 2004-cü il 

Planlaşdırılan səhm buraxılışı 

Cari 

ilin 


bölüşdürülməmiş 

mənfəəti 

Ödənilməsi  planlaşdırılan  nağd 

dividend 



 

 

 

xxx 

 

xxx 

 

 

 

xxx 

 

xxx 

 

 

 

xxx 

 

xxx 

 

 

xxx 

 

 

 

 

 



Cəmi: 

 

 

 

 

 

 

Balans, 31 dekabr 2005-ci il 

Planlaşdırılan səhm buraxılışı 

Cari 

ilin 


bölüşdürülməmiş 

mənfəəti 

 Ödənilməsi  planlaşdırılan  nağd 

dividend 



 

 

 

xxx 

 

xxx 

 

 

 

 

xxx 

 

xxx 

 

 

 

 

xxx 

 

xxx 

 

 

 

xxx 

 

 

 

 

 

Cəmi: 

 

 

 

 

 

Balans,  31  dekabr  2006-cı  il 

Planlaşdırılan səhm buraxılışı 

Cari 

ilin 


bölüşdürülməmiş 

mənfəəti 

 Ödənilməsi  planlaşdırılan  nağd 

dividend 



 

 

 

xxx 

 

xxx 

 

 

 

xxx 

 

xxx 

 

 

 

xxx 

 

xxx 

 

 

xxx 

 

 

 

 

Cəmi: 

 

 

 

 

 

 

Yüklə 197,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə